Deyirəm, ay əmi oğlu bu talehin çox qəribə işləri var. Bu dünyaya gələsən yaşayasan öləndə göz açdığın torpağa həsrət köçəsən bu dünyadan, Vallah ağır dərddir.
1997ci ildə Aşıq Duman və balabanı Qaraxan Rostova qonaq gəlmişdilər.O gecə bizdə şəhərə qədər ifa etdikləri kasseta yazırdım.O kasseta hələ də məndədir Hər dəfə qulaq asanda kövrəlirəm
Ürəyim doludur heç bilmirəm nə yazım. Vətən həsrəti,yurd həsrəti çox ömürlərə son qoydu. Heç kim bilmir kim içində nə çəkir, bir Allah bilir bir də sən. Allah bütün ürəyində yurd həsrəti bu dünyadan köçənlərə rəhmət eləsin.
Allah, aşıq Dumana rəhmət etsin... Çox həzin, kövrək, və məlahətli səsi var idi ki, dinləyəndə feyziyab olurdun. Onu da qeyd edim ki, muğam üstündə də çox məharətlə oxuyurdu. Bu dünyadan vaxtsız köçsə də qəlblərdə möhtəşəm bir iz qoymuşdur. Yeri behişt olsun, yaxınlarına və doğmalarına səbr diləyirəm... Ruhuna hörmətlə: Rauf Həsənli.
Mən çox təə ssüf edirəm ki, aşıq Dumanı görə bilmədim.Allah belə sənətkara necə qıydı?Bilmirəm!Belə aşıq ,belə səs ,belə avaz görmədim.Kəlbəcər torpağı...
Ay Tural, qardaşım,səndən bir xahişim var:Əgər İlyas Alovlunun(Kəlbəcər)şerindən, sözündən sizdə varsa yutuba qoyasız, mən tapa bilmirəm.İ.Alovlu yazıram başqa müellif çıxır.