Тёмный

Sevgi mahnısı (Yalçın Rzazadə, "Baladadaşın ilk məhəbbəti" b/f) | Bəstəkar Emin Sabitoğlu 

Emin Sabitoğlu
Подписаться 37 тыс.
Просмотров 925 тыс.
50% 1

Bəstəkar Emin Sabitoğlu, Söz: Fikrət Qoca, İfaçı: Yalçın Rzazadə, / eminsabitoghlu "Baladadaşın ilk məhəbbəti" B/F (1974)
Sözlər:
Keçdiyin bütün yollar
Qəlbimdən keçib gedir.
Gözlərin bu dünyaya
Sevilməyi öyrədir.
Kipriklərinlə qorun
Saçlarınla yaşın, yar
Amandı, yar, baxışlar
Gözəlliyin daşınar.
Ürəyimi atsam da,
Öz sevgimi atmaram.
Sənə olan eşqimi
Sənə də alçaltmaram
Mehriban gülüşünlə
Nərgizlər yaranıbdı.
Mehriban baxışınla
Dalğalar yaranıbdı.
Kipriklərinlə qorun
Saçlarınla yaşın, yar.
Amandı, yar, baxışlar
Gözəlliyin daşınar.
Ürəyimi atsam da,
Öz sevgimi atmaram.
Sənə olan eşqimi
Sənə də alçaltmaram.
#EminSabitoğlu #sevgimahnisi #retro #kinomusiqisi
Tags: emin sabitoglu, yalcin rzazade, baladasin ilk mehebbeti, sene olan esqimi sene de alcaltmaram, sevgimi alcaltmaram, kecdiyin butun yollar, qelbimden kecir gedir, sevgi mahnisi, kohne azerbaycan mahnilari, retro

Опубликовано:

 

29 сен 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 324   
@behruzaslanov8500
@behruzaslanov8500 11 лет назад
Nə qədər zırta-pırta qulaq assaqda böyüdükcə genlərimiz ruhumuzu məhz bunlarla bəsləməyimizi tələb edəcək .
@azercellazercell7982
@azercellazercell7982 5 лет назад
Супер чаваб
@harleyquinn8640
@harleyquinn8640 4 года назад
Nece de dogru vurgulamisiz tewekkurler👏😊
@Undesignedd
@Undesignedd 4 года назад
Ahah nə gözəl komment)
@easypeasy9492
@easypeasy9492 2 года назад
ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-i-TfJC0fF6Y.html
@useruser-sd7uz
@useruser-sd7uz Год назад
Bəli
@azemusictime
@azemusictime 7 месяцев назад
gör nə gözəl mahnılarımız qala qala gedib gic gic mahnıları dinləyir çoxları
@taleislamli8634
@taleislamli8634 5 лет назад
Cındır mindirlarin mahnılarının baxışı nə qədər bucür ifalara qulaq asmillar,demekki zövqsüz insanlar coxdur
@huseynvaliyev2167
@huseynvaliyev2167 7 месяцев назад
Doğrudur.Zövq hər kəsə yox,xüsusi insanlara verilir)
@Heylo695
@Heylo695 3 года назад
Azeri şarkılarına bayılıyorum ya, duygu dolu hepsi...
@audi363
@audi363 Год назад
Azero deyil. Azerbaycan!
@Banu111-t6b
@Banu111-t6b 5 месяцев назад
Azərbaycan ❤
@elbeyfeteliyev6159
@elbeyfeteliyev6159 5 лет назад
Emin bəy ,xalqımız adına ömür boyu təşəkkür edəcəyimiz şəxsiyyətdir.
@salimquliyev730
@salimquliyev730 3 года назад
Hər 3 nə də Allahdan rəhmət diləyirəm . Fikrət Qoca möhtəşəm idiz. Bir sözlə mükəmməl
@orkhansalimov9840
@orkhansalimov9840 11 лет назад
1 nəfət unlike edib, yagin Balaldadaş özüdü.
@madmazelxelilova5976
@madmazelxelilova5976 4 года назад
Sənə olan sevgimi,sənə də alçaltmaram...🖤🌸
@dilarealiyeva4520
@dilarealiyeva4520 6 лет назад
mahni gozel ifaci gozel kino gozel Yalcin rzazade heyf o illerden
@abbasiyaqub3549
@abbasiyaqub3549 Год назад
Sumsuy mahnilara baxirsan Milyon insanlar baxir beyenir ama bele bizim gozel tarixi musiqilerimize deyer veren cox azdi teesufler olsun
@ayselibrahimova8642
@ayselibrahimova8642 8 лет назад
Mahniya qulaq asdiqca doymursan
@SS-pk7qj
@SS-pk7qj Год назад
Allahim ne yaxwi ki bele eserler bele neheng sesler var
@ffgat_88
@ffgat_88 8 месяцев назад
Uşaqken bu mahnilari esidende cevirerdiy indi ise ruhumuzu dinceldir bu mahnilar
@humbtncfliyev4292
@humbtncfliyev4292 4 года назад
Gözəl bəstə gözəl ifa
@ravananikki
@ravananikki 12 лет назад
gozel eserdi...
@zehraehmedova1750
@zehraehmedova1750 5 лет назад
Əla mahnıdı ♥️
@hmhm1341
@hmhm1341 7 лет назад
gozel musiqi
@GunelFeteliyeva-lo3uc
@GunelFeteliyeva-lo3uc Год назад
Bir kəlmə ilə Şah əsər
@muradagayev5892
@muradagayev5892 7 лет назад
çox gözəl sözlər, çox gözəl ifa, çoox gözəl bəstə.. bilirsiniz nəyi pisdir? bir dı belələri olmayacaq...
@sehlababayeva2665
@sehlababayeva2665 6 лет назад
😊🙌❤💙
@nemka_kamilova
@nemka_kamilova Год назад
@xeyyamsamil6486
@xeyyamsamil6486 6 лет назад
😻😻😻
@laleehmedova1244
@laleehmedova1244 3 года назад
HL
@elcinbayramov0314
@elcinbayramov0314 9 месяцев назад
….
@nigaramirova5714
@nigaramirova5714 8 лет назад
replay etməkdən yoruldum qulaq asmaqdan isə yox... doymaq olmur bu mahnılardan. Fəxr edirəmki, bu cür mahnıları yaradanlarla eyni yurdun, VƏtənin sakiniyəm. Amma biz öz dəyərlərimizin qədrini bilmirik hansı ki o dəyərlərin dünyada tayı-bərabəri yoxdur!
@aliquliyev2818
@aliquliyev2818 7 лет назад
Nigar Amirova 👏👏
@turalallahverdiyev3113
@turalallahverdiyev3113 7 лет назад
Nigar Amirova 🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹🌻🌻🌻🌻🌻🌼🌼🌼🌼🌼🌼🌼
@mrmister1863
@mrmister1863 7 лет назад
hə vallah ureyimden xeber verdiz
@fidannuhzade2023
@fidannuhzade2023 7 лет назад
Hemuse deyerli mahni musiqi super
@yasharxelefov4522
@yasharxelefov4522 6 лет назад
Nigar Amirova bu mahninin misli yoxdu.Sene olan ewqimj sene alcatmaram...
@mstan-kd1ou
@mstan-kd1ou 6 лет назад
💖💖💖
@ALEXXfuad
@ALEXXfuad 8 лет назад
SENE OLAN ESHQIMI SENEDE ALCALTMARAM (EHSEN BELE QURURLU SEVGIYE)
@plelaldezp8642
@plelaldezp8642 2 года назад
Fikrət Qoca nə qədər dahiyanə sözlər yazıb.. Emin Sabitoğlu nə qədər dahiyanə musiqi yaradıb . Yalçın Rzazadə isə səsi ilə möhürləyib... İnsan dinləyındə başqa bir dünya yaşayır.. Qayğısız, müharibəsiz, prablemsiz, sevgi dolu bir dünya..Nə qədər gəncliyin beyni tik toklarla yuyulsa da, geni yuya bilmiyəcəklər.. Azərbaycan doğrudan da dahilər yurdudur..
@vatansevdals4274
@vatansevdals4274 6 лет назад
Ilk defa bir azeri şarkısı dinliyorum.. anlamı çok büyük. Beğendim.
@v.m.727
@v.m.727 5 лет назад
Azeri deyil ,qardaş.Azerbaycan türküyük.
@sfvi2924
@sfvi2924 2 года назад
Qulaq asın:Reşid Behbudov,Polad Bülbüloğlu,Oqtay Ağayev,Eldar Mansurov besteleri,Müslim Moqomayev və s.Mübariz Tağıyev musik-yada sal məni
@sfvi2924
@sfvi2924 2 года назад
Azərbaycan koroğlu mahnısı,dədə qorqud musik-incəbellim
@easypeasy9492
@easypeasy9492 2 года назад
ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-i-TfJC0fF6Y.html🇦🇿🇹🇷
@muradfrcov6305
@muradfrcov6305 6 лет назад
Mene bilirsiz ne catmir?? Bu cure ifa bu cure musiqi 7 ile 211k baxis yigsin amma hansisa dusuy mugenii 7 aya 7 milyon baxis yigir
@6214884
@6214884 6 лет назад
çünki ağıllı adamların sayı çox azdır, düşüklərə nisbətən...
@nasireliyev9843
@nasireliyev9843 6 лет назад
Ucuz malin alicisi coz olar
@eminemrahov5281
@eminemrahov5281 5 лет назад
Cunki azerbaycanilarin seviyyesi getdikce dusur
@qarayusub3516
@qarayusub3516 5 лет назад
duzelen deyilikk.. coxx heyf
@losangeleslakers6132
@losangeleslakers6132 5 лет назад
@@nasireliyev9843 👍👍👍
@nata3able
@nata3able 9 лет назад
SözleriI: Fikrət Qoca Musigi.Emin Sabitoğlu Chox sagolsunlar senetkarlar.
@xeyyamsamil6486
@xeyyamsamil6486 6 лет назад
nata khalil Gulağadı oxuyan?
@СараШиринова
@СараШиринова 5 лет назад
Ялчын рзазада мин яша меним талыш гардашым
@xhypothesis549
@xhypothesis549 5 лет назад
@@xeyyamsamil6486 Yalçın
@Sam_Rahimli
@Sam_Rahimli 4 года назад
Sevgi mahnısı | Fikrət Qoca Keçdiyin bütün yollar Qəlbimdən keçib gedir. Gözlərin bu dünyaya Sevilməyi öyrədir. Kipriklərinlə qorun Saçlarınla yaşın, yar Amandı, yar, baxışlar Gözəlliyin daşınar. Ürəyimi atsam da, Öz sevgimi atmaram. Sənə olan eşqimi Sənə də alçaltmaram Mehriban gülüşünlə Nərgizlər yaranıbdı. Mehriban baxışınla Dalğalar yaranıbdı. Kipriklərinlə qorun Saçlarınla yaşın, yar. Amandı, yar, baxışlar Gözəlliyin daşınar. Ürəyimi atsam da, Öz sevgimi atmaram. Sənə olan eşqimi Sənə də alçaltmaram
@ABBASOW1
@ABBASOW1 7 месяцев назад
"Sənə olan sevgimi, Sənə də alçaltmaram".Allah sənə rəhmət eləsin, Fikrət Qoca.
@TevanTevanelli
@TevanTevanelli 5 лет назад
Бях-бях, бу миллетден недже доясан, Кавказын консерваториясы Азербайджан!
@Sam_Rahimli
@Sam_Rahimli 4 года назад
Təşəkkürlər ))
@ckhanmadova8453
@ckhanmadova8453 6 лет назад
Dusun bir anasan ve dunyaya Emin Sabitoglu kimi bir duha bexs edirsen... Var mı daha boyuk xosbextlik?
@ramazansiracoglu7638
@ramazansiracoglu7638 6 лет назад
Fikrət Qocanın sözlərinə unudulmaz bəstəkarımız Emin Sabitoğlu nə qədər uğurlu musiqi bəstələmişsə, Azərbaycan estradasında silinməz izləri olan Yalçın Rzazadə də mahnını eyni bacarıqla oxumuşdur. Mahnının zirvə nöqtəsi “Sənə olan eşqimi sənə də alçaltmaram!” ifadəsində təcəssüm edib.
@narmiedaz3513
@narmiedaz3513 8 месяцев назад
Mənim oğlumun 17 yaşı var. O bu mahnılara qulaq asanda və o dövrün fimlərinə baxanda təkrar təkrar deyir: - çox teessüf edirəm ki, mən də sənin kimi o illərdə yaşamamışam. Bizim nəsil (60 cı illərdə dünyaya gələnlər) milli incəsənətimizin, milli dəyərlərimizin, yazılmamış davranış qaydalarımızın və s. “pik fazası” dövrünün şahidi və iştirakçısı olaraq özümüz də bimədən olduqca mükəmməl və gözəl dövr yaşamışdır. Təəssüf ki, bugünkü cəmiyyətimizin çoxluq təşkil edən nümayəndələri sözügedən “o dəyərlərimizdən” olduca uzaqdır və onları qoruyub saxlamaq niyyəti ilə təbliğ edərək öz övladlarına ötürə bilmək imkanında deyillər. Bu çox acınacaqlıdır…
@ilknursaraailyeva7010
@ilknursaraailyeva7010 8 лет назад
Üreyimi atsamda öz sevgimi atmaram. Sene olan eşgimi senede alçatmaram 👍🏻👍🏻👍🏻🤔🤔❤️
@NURLAN9991
@NURLAN9991 9 лет назад
Allah Yalcin Rzazadeye can sagligi versin Emin Sabitogluna qeni-qeni rehmet. Bu cur gozel sozleride Fikret Qoca Allah canini sag elesin
@gunelcfrova3890
@gunelcfrova3890 3 года назад
2021 Allah hamısına rəhmət eləsin 😓💔
@easypeasy9492
@easypeasy9492 2 года назад
ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-i-TfJC0fF6Y.html
@leylalizad7830
@leylalizad7830 Год назад
Fikrət Qoca sevgisinə,Emin Sabitoğlu bəstəsinə, Yalçın Rzazadənin möhtəşəm ifasına əhsən.Doymaq olmur dinləməkdən
@driver_gagash
@driver_gagash 3 года назад
Allah Yalcin Rzazadeye rehmet elesin.
@nihomtt5658
@nihomtt5658 5 лет назад
Çox gözəldi.. bir şeyə təəssüflənirəm ki Emin Sabitoğlunun çox gözəl musiqiləri var ən əsasda kino filmlərdə amma böyük əksəriyyətinin notları yoxdur ki, gənclərimiz bu cür musiqilerimizi dünyaya tanıtsın ən əsasıda yaşatsın bu cür gözəl musiqiləri... Azərbaycanın musiqilərinə çatan musiqi yoxdur.
@rayihhuseynzad5770
@rayihhuseynzad5770 5 лет назад
Musiqi budur Heç vaxt unudulmayan əbədi olaraq yadda qalan Bizə nələrisə xatırladan 💖💖💖💖💖
@LalaBaku
@LalaBaku 10 лет назад
Emin Sabitoglunun mohteshem bestesi ve Yalchin Rzazadenin mohteshem ifasi. Hec kim bu mahnini bele ifa ede bilmez
@adelyaaxundzade4592
@adelyaaxundzade4592 8 лет назад
Bu mahniya gulag asanda meni cox uzaqlara aparir...
@farhadgoycaydan2993
@farhadgoycaydan2993 8 лет назад
1994CU ILDE ISTANBUL TEXNIKI UNIVERSITETININ XALQ MUSIQI KONSERVATORIYASINA DEVET OLUNAN BESTEKAR SABIT REHMANIN 90 ILLIK YUBILEYI ILE ELAQEDAR 2000CI ILDE BAKIYA
@sadiqagayev8214
@sadiqagayev8214 9 лет назад
Musiqiye ve sozlere bax,bir sozle mohtewem,indi hardadi bele mahnilar bele senetkarlar,Azerbaycam musiqisi iflic veziyetdedi indi.Mahniya qulaq asmaqdan doymur insan
@qahramansuleyman4705
@qahramansuleyman4705 3 года назад
Allah cəmi dünyadan köçənlərə rəhmət eləsin !
@andmarzumshadt8430
@andmarzumshadt8430 3 года назад
İnanılmaz!!! GÖZƏL!!! Belə retro mahnılarımızın qədrini bilək!!! ALLAH EMİN SABİTOĞLUNA RƏHMƏT ELƏSİN!!! AMİN!!!
@ofanihad4899
@ofanihad4899 8 лет назад
Bizim musiqilər olduqca rahat axıcılığı ilə seçilir.Əhsən bəstəkarlarımıza.
@nilufrqurbanova1951
@nilufrqurbanova1951 7 лет назад
bu mahnını o qıdər sevirəmki dinləyəmdə hislər qarışır adam bilmir yaxşı hiss edir ya pis
@ayxanqaffarov1962
@ayxanqaffarov1962 3 года назад
Eynilə! Filmində də adam eyni hisslər yaşayır
@Gasan89
@Gasan89 Год назад
Eynilə təsvir etmisiniz 👍
@telmanmovludov1907
@telmanmovludov1907 3 года назад
Yalçın Rzazadə öz möhrünü qoyduğu mahnı.Allah rəhmət eləsin!
@lalhsnli5031
@lalhsnli5031 7 лет назад
Gözlərin bu dünyaya sevilməyi öyrədir... 😊
@AbdullayevCavidan
@AbdullayevCavidan 10 лет назад
Seviremde Azerbaycan Nostaljisini !
@bakuan6554
@bakuan6554 3 года назад
Nə oldu Azərbaycanin musiqi irsinə? Hanı O bestekarlarımiz? Məktəb itib daha. Indi gic gic mahnilar yazillar
@farhadgoycaydan2993
@farhadgoycaydan2993 8 лет назад
HICRAN.10MIN DOLLARLIQ KEF,NEGMELI KONUL,GULUS SONATORIYASI,BANKIR ADAXLI MUSIQILI KOMEDIYALARIN MUELLIFIDIR MENDEN SIZE QENIMETDIR.SADECE QARDASIMIN PROFLINDEN YAZIRAM.MUSIQICI QIZLAR MENIM KIMI BILER
@arzuazeri1311
@arzuazeri1311 11 лет назад
mukemmel musiqi mukemmel beste mukemmel ifa.indi ozunu mugenni adlandiranlar utansin ozlerine senetkar dediklerine gore
@_asimmeherremov_
@_asimmeherremov_ 3 года назад
Sevgiyə verilən ən yüksək qiymət budu...... Sənə olan eşqimi sənədə alcatmaram. heyif qarşımıza sevgi qədri bilməyən cıxdı hələdə acısını cəkirik uje illərdi 34 yaş var ama birdaha kiməsə sevirəm demərəm subay ölsəm belə.
@rawana_asisowa
@rawana_asisowa 5 лет назад
Gözəl musiqi, gözəl ifa. Allah dünyasını dəyişən sənətkarlara rəhmət eləsin, qalanlara da can sağlığı versin
@bezaree
@bezaree 6 лет назад
Ürəyimi atsam da, Öz sevgimi atmaram. Sənə olan eşqimi, Sənə də alçatmaram !
@Turkan.Bayramova
@Turkan.Bayramova 3 года назад
Bura qəlbimi qoyuram.❤️
@farhadgoycaydan2993
@farhadgoycaydan2993 8 лет назад
BESTEKAR QARA QARAYEVDEN BESTEKARLIQ UZRE DERS ALIB KONSERVATORIYADA
@vuqarali144
@vuqarali144 9 лет назад
Mükəmməl musiqi.möhtəşəm 3lük bir-birilərini tamamlayırlar.İndi nədənsə belə musiqilər yaranmır
@aytenmemmedova3928
@aytenmemmedova3928 8 лет назад
çox gözel mahnıdı
@rahimnovruzov7130
@rahimnovruzov7130 2 года назад
Allah hər ikisinə də rəhmət eləsin gözəl sənətkarlarımız
@farhadgoycaydan2993
@farhadgoycaydan2993 8 лет назад
GELIR ANCAQ TEDBIRI GORMEK ONA QISMET OLMUR VEFAT EDIR NOYABRIN 18DE SEHERE YAXIN ALLAH REHMET ELESIN AMINN
@cavanshir_ramazanov
@cavanshir_ramazanov 4 года назад
Emin Sabitoğlunu dinləməkdən zövq almayan bir Azərbaycanlını düşünmək belə istəmirəm.Təəsüfki çox zövqsüz yeni nəsil yetişir..
@alperen8118
@alperen8118 8 лет назад
İNDİ BELE MAHNİ VARMI???
@andmarzumshadt8430
@andmarzumshadt8430 3 года назад
Təəsüf ki azdı
@illiill222
@illiill222 10 лет назад
Sene olan eşqimi sene de alçaltmaram! derin menali sozler
@sarazara1069
@sarazara1069 8 лет назад
ureyimi atsam da sevgimi ve sene olan esqimi sene de alcatmaram
@sjsdjdj9596
@sjsdjdj9596 5 лет назад
Sənə olan eşqimi, sənə də alçaltmaram!
@teraneibrahimova9192
@teraneibrahimova9192 8 лет назад
sene olan ewqimi sene de alcaltmaram.... gozel menasi var
@lord-df8um
@lord-df8um 5 лет назад
2002-ci ilin iyunu idi. Azərbaycan Musiqi Mədəniyyəti muzeyində sənətsevərlərin, mütəxəssislərin, jurnalistlərin iştirakı ilə məclis qurulmuşdu. T.Quliyevin, R.Hacıyevin, E.Sabitoğlunun xatirəsi yad edilirdi. Bu sənətkarların eyni bir tədbir çərçivəsində (2002-ci il hər üçünün yubiley ili idi) xatırlanmasında rəmzi məna var idi. Onların hamısı (mən bu siyahıya cari ildə 95 illiyi qeyd olunan S.Rüstəmovu da aid edərdim) XX əsr Azərbaycan musiqisi tarixində iz qoyub getmiş, bizə neçə-neçə nəğmələr bəxş etmiş, həyatımızı rövnəqləndirmişlər. Yuxarıdakı xatirə toplantısı beynəlxalq muzeylər günü ilə əlaqədar keçirilirdi, «qloballaşma və milli sənət» mövzusuna həsr olunmuşdu. Arada «Lider» kanalının əməkdaşı mənə yaxınlaşıb tədbirin doğurduğu düşüncələri televiziya tamaşaçıları ilə bölüşdürməyi xahiş etdi. Mən aşağıdakı məqamları vurğuladım. Azərbaycan sənətinin gücü ondadır ki, bəstəkarlarımız dünya sənəti ilə rabitəyə girərək heç zaman öz köklərini unutmamış, milli ənənələrə dayaqlanaraq Avropa formalarını novatorcasına yozmuşlar. Muğam operalarını, simfonik muğamları, meydan tamaşaları estetikasından bəhrələnən operettaları, musiqili qəzəlləri xatırlamaq kifayətdir. Bu sırada Azərbaycan mahnısı da ləyaqətli yer tutur. Odur ki, qloballaşmanın milli sənətin inkişafında əngələ çevrilməsi təhlükəsi bizi narahat etməyə bilməz. Digər tərəfdən muzeydə nəğmələri dinlədikcə daha bir duyğunu yaşayırdım. Bu günün çox zaman bulanıq musiqi axınında yüksək sənətkarlıq nümunələri ilə hər bir görüş insana saflaşdırıcı təsir bağışlayır. Biz sanki duru bulaq suyu içir, təmiz hava uduruq. Mən danışdıqca V.Mustafazadənin yadigarı - «Sevil» vokal qrupu «Dayan, dayan, zaman, dayan» oxuyurdu və mən öz-özümə düşünürdüm ki, zamanı, əlbəttə, dayandırmaq qeyri-mümkündür. Hər dövrün onun özünə bənzər nəğmələri olur. Lakin hər halda bizə miras qalmış ali zövq mücəssəməsi - klassik mahnıları unutmamaq, onlara bir meyar kimi dönə-dönə müraciət etmək gərəkdir. Deyirlər ki, nəğmə dövrün ab-havasını, əhvalını, insanların dünyaduyumunu daha bariz əks etdirir. 60-cılardan olan Emin Sabitoğlunun yaradıcılığına məhz zaman kontekstində nəzər salmağa çalışaq. Lakin əvvəlcə qısa bioqrafik arayış. Emin müəllimin sənət aləminə gəlişində təəccüblü heç nə yoxdur. Görkəmli dramaturq Sabit Rəhmanın ailəsində dünyaya göz açmış Emin bir çox ədiblərin övladları kimi xüsusi musiqi məktəbində təhsil alırdı: Yusif və Vaqif Səmədoğlular, Araz Dadaşzadə, Anar, Rəfiq Zəka kimi. Lakin adları çəkilənlərdən fərqli olaraq Emin musiqiyə, necə deyərlər, xəyanət etmədi, onu özünə sənət seçdi. Çünki şəksiz istedadı var idi, çünki öz fikirlərini musiqi dili ilə daha dəqiq ifadə edə bilirdi. Artıq 13 yaşından Emin Midhəd Əhmədovun bəstəkarlıq dərslərinə gedib gəlir. 1955-ci ildə Konservatoriyaya, Qara Qarayevin sinfinə qəbul olunur. Təhsilini Moskva Konservatoriyasında davam etdirərək bu şöhrətli təhsil ocağını professor Y.Şaporinin sinfi üzrə bitirir. Emin müəllimin ilk qələm təcrübələri - simfoniya, kamera əsərləri onun böyük potensialını, sənətdə əhəmiyyətli vəzifələr həll etmək iqtidarını üzə çıxardı. Məsələn, F.Əlizadə məqalələrindən birində yazır ki, 60-cı illərdə Emin Mahmudov Q.Qarayev sinfinin assistenti idi. Onun diplom işi - Simfoniya Qara müəllimin dərslərində yüksək peşəkarlıq nümunəsi kimi dəfələrlə xatırlanardı: «Yadımdadır, bu əsərin lent yazısına qulaq asıb, mən bir qədər ruhdan düşdüm, çünki partituranın sənətkarlığını əlçatmaz zənn etdim» - deyə Firəngiz xanım öz ilk təəssüratlarını belə müəyyənləşdirir. Həmin dövrün başqa bir yaratması - skripka və fortepiano üçün poemadır. Əsəri atama, yaxın dostu, ədəbiyyatşünas Araz Dadaşzadəyə hədiyyə edən Emin müəllim notların üzərində qara tuşla yazıb: «Araza - çox yazdığım əsərlər içində bu yaxşısıdır. Qoy sən deyən olsun! Emin. 4.V.60». Son misra mənim üçün sirr qalır: hər ikisi dünyasını dəyişib. Lakin ən önəmlisi odur ki, poemanın musiqisi yaşayır. Bu yaxınlarda «Lider» kanalı ilə çıxış edən məşhur skripkaçımız Sərvər Qəniyev repertuarına daxil olan əsərlər sırasında poemanı da qeyd etdi. Sonrakı illərdə E.Sabitoğlu uvertüra, kantata («Çiçəklən, Vətənim», həmmüəllif X.Mirzəzadə), oda, romans silsiləsi də bəstələyir. Lakin tədricən onun yaradıcılığının başlıca hədəfi müəyyənləşir: o, əsas diqqətini mahnıya yönəldir. Yazımın bu məqamında Qara müəllimin öz tələbələrindən birinə professionallığın mahiyyəti haqqında söylədiyini xatırlatmaq istərdim: «Əgər sizi gecə yarısı oyadıb üç orkestr üçün iki mövzulu beşsəsli fuqa yazmaq təklif etsələr, siz bu tapşırığın öhdəsindən gəlməlisiniz». Emin müəllim öz ilk nəğmələrini yazarkən artıq belə bir professional idi. Gözəl məktəb keçmişdi, qələmini, özü də çox uğurla, musiqinin ən mürəkkəb, ciddi janrlarında sınamışdır. Mən bu faktı qəsdən vurğulayıram. Çünki indi mətbuatda, televiziyada bəstəkarın peşəkar hazırlığını az qala lazımsız bir şey adlandırır, hətta lağa qoyurlar. Bu gün külli miqdarda üzdən iraq «bəstəkar» meydan sulayır. Təsadüfi deyil ki, öz çıxışlarından birində V.Adıgözəlov «mahnı bəstəkarı» söz birləşməsinə, anlamına qəti etiraz edərək E.Sabitoğlunun yaradıcılığını nümunə gətirdi: «Emin simfoniya da, operetta da, mahnı da yaza bilirdi. Yəni əsl bəstəkar idi» - dedi. Bu kiçik yazıda mən E.Sabitoğlunun rəngarəng, genişhəcmli mahnı yaradıcılığının (mahnıların sayı 500-ü adlayır) bütün məziyyətləri haqqında danışmaq fikrindən uzağam. Bu, əslində ciddi bir tədqiqatın mövzusudur. Lakin məni bir musiqişünas kimi aşağıdakı suallar maraqlandırmaya bilməz. Nə üçün məhz E.Sabitoğlunun mahnıları müəyyən dövrün ən bariz emosional ifadəçisi olmaq səviyyəsinə yüksəldi? Axı onunla paralel olaraq bir çox bəstəkar nəğmələr yazıb yaradırdı. Nə üçün məhz bu sənətkar təşəkkülü və çiçəklənməsi S.Rüstəmov, T.Quliyev, R.Hacıyevin adları ilə bağlı Azərbaycan mahnısının inkişafında keyfiyyətcə yeni söz söyləyə bildi? Ilk əvvəl E.Sabitoğlu mahnılarının əsas qəhrəmanının portretini yaratmağa çalışaq. O, kimdir? Müasir azəri, şəhər sakini, intellektual, mənəviyyatca zəngin, daxilən azad, müstəqil insan. Burada bəstəkarın püxtələşdiyi dövrün - 60-cı illərin məxsusi ab-havasını unutmaq olmaz. SSRI və Qərb dünyası arasında dəmir pərdənin aradan götürülməsi, siyasi iqlimin mülayimləşməsi, xaricdən ölkəyə axan informasiyanın həcminin artımı, sənətin məzmununun yeniləşməsi - dövrün əsas əlamətləridir. Məsələn, A.Dadaşzadə 1969-cu ildə «Drujba narodov» jurnalında yeni Azərbaycan nasirləri haqqında yazırdı: «Əvvəlcədən quraşdırılan sxem üzrə hərəkət edən, məlum həqiqətləri bəyan edən maneken qəhrəmanlar, habelə tələm-tələsik yapılan və həmişə xoşluqla bitən vəziyyətlər aradan çıxır». Fikrin ifadəsi bir qədər yöndəmsiz alınsa da, söyləməliyəm: E.Sabitoğlu öz mahnı yaradıcılığında «biz»dən «mən»ə modulyasiya edə bildi. Yəni ayrılıqda hər bir insanın iç dünyasına nəzər salaraq, onun təkrarsız fərdiyyətini üzə çıxarmağa müvəffəq oldu. Bir dəfə filosof Rəhman Bədəlov yaxşı demişdir: «Mən bilmirəm, Emin musiqidə daha çox özünü ifadə edir, yoxsa məni? Zənnimcə, onun musiqisində bütün nəslimizin nəbzi döyünür». Əlavə edərdim ki, «mən»i ifadə edə-edə, E.Sabitoğlu nəticədə «biz»i təcəssüm etdirməyə müvəffəq oldu.
@salamsalamlar2432
@salamsalamlar2432 9 лет назад
her bir kesin ilk mehebbeti (kal mehebbeti) var.
@mobishop4799
@mobishop4799 3 года назад
Fexr edirem ki,Fikret Qoca ile bir rayondanam,Agdaslilara ,Lekiliere salam!
@shahnazhuseynova6295
@shahnazhuseynova6295 8 лет назад
Tək kəlimə.Möhtəşəm əsər👍👍👍👍👍👍
@ELIKO-yt7qq
@ELIKO-yt7qq Год назад
Tusuy tusuy mahnilar 1 ay kecmir milyonu amma bu musiqi 12 ildi 756 uzerinde tessuf
@nurlanismayilov1030
@nurlanismayilov1030 12 лет назад
Bu mahniya hemise qulaq asanda ele bilirem men ne vaxtsa 1970-ci illerde yasamisam. Qeribe hisler oyanir mende.
@elnursovqatov4756
@elnursovqatov4756 11 лет назад
tuklerim biz biz olduyeeeeeeeeeeeee wokkkkkkkk
@taranamammedova8954
@taranamammedova8954 3 года назад
Ne qeder dinlesemde bes etmir.Evde ancag bu musiqilerdi.Men fexr ediremki Azerbaycanda boyumusem ve bu cur senetkarlari tanimisam.
@wugarm-zadeh4108
@wugarm-zadeh4108 6 лет назад
göyçayın musiqi müəllimi Hicrana və qardaşı Fərhad doxtura Bakıdan keçmiş qonşularından salamlar!
@8Queen88
@8Queen88 12 лет назад
ureyimi atsanda, oz sevgimi atmaram.Sene olan eshqimi,sene de alcatmaram!!......ehhhhh gozel mahnidi.insanin ureyini feth edir!
@telmanabasov9358
@telmanabasov9358 9 лет назад
Evez olunmaz ifa evez olunmaz eser
@ABBASOW1
@ABBASOW1 7 месяцев назад
Belə musiqilərə övladlarımla qulaq asıram.Qoy onların musiqi zövqü bymahnılarla formalşsın deyirəm.Gənc yaşlarında nə qədər bayağı musiqilər dinləsələr də ,yaşa dolduqca məhz bu musiqilərin dəyərini və qiymətini anlayacaqlarına və dinləyəcəklərinə inanıram.Bir zamanlar anamın qulaq asdığı musiqilərə indi mənim qulaq asdığım kimi...
@sabinahabibzade9368
@sabinahabibzade9368 7 лет назад
Sadece mohtewem !!!
@aqiljafarov9649
@aqiljafarov9649 3 года назад
Onla birgə olanda dinlədiklərim silsiləsindən...5
@efranhesenov919
@efranhesenov919 11 лет назад
Sene olan eşqimi senede alçtmaram. Super
@shbashirivalanjagh2674
@shbashirivalanjagh2674 11 лет назад
ruhum saflasdı
@nurelkrim4248
@nurelkrim4248 5 лет назад
9 il və 440.000 baxış. 100.000 elə bizim kimi replay edənlərdi. Çox təəssüf
@SamsungJ-ok4tl
@SamsungJ-ok4tl 2 года назад
Mənim uşağlığım sovet dövrünə təsadüf edir bu mahnıya hər gulağ asdıgça köhnə Bakımızın sadə görünüşlü divarları yolları yolları yadıma düşür gözlərim yaşarır bunu yalnız orta və yaşlı nəsil hiss edə bilər Allah Emin Müəllimə Yalcın Müəllimədə rəhmət eləsin cox duyğulu bir sənət əsəri iltihaf ediblər
@babekmemmedzade5165
@babekmemmedzade5165 10 лет назад
bu mahnini teze esitmiwem.gozel sozler gozel musiqi
@nazrinhashimli2668
@nazrinhashimli2668 5 лет назад
Sənə olan eşqimi, sənə də alçaltmaram! © Fikrət Qoca
@ramilmemmedov7234
@ramilmemmedov7234 11 лет назад
BOYUUUUUUUUUKKKKKKKK!!!!!!!!!!!!! BESTEKARRRR
@ilknursaraailyeva7010
@ilknursaraailyeva7010 8 лет назад
Çooooxxx sevdiyim bir mahni ve ifa insanın esebleri sakitleşdirir hayıf sizlerden çox hayıf😔😔😔
@ezimagahatmov7762
@ezimagahatmov7762 3 года назад
Allah rəhmət eləsin, Yalçın Müəllimə. Böyük Ustad.🌹
@farhadgoycaydan2993
@farhadgoycaydan2993 8 лет назад
EMIN SABITOGLU YAZICI DRAMATURQ SABIT REHMANIN OGLUDUR
@selamyahyayev3038
@selamyahyayev3038 11 лет назад
hayıf deyıl bu musıqıler mılyon dene bu gunun ve elcede geleceyın musıqılerıne deyer
@rustemqurbanli6924
@rustemqurbanli6924 10 лет назад
gozel!!!!!
@el-turan
@el-turan 5 лет назад
Gelin de,gelin baxin ve oyrenin nece ifa etmek lazimdi,gelin!
@ss.0175
@ss.0175 3 года назад
👍👍👍👍👍👍👍❤️👏 Allah rəhmət eləsin ...səsin gözəlliyinə bax .
Далее
100 Identical Twins Fight For $250,000
35:40
Просмотров 49 млн
50m Small Bike vs Car FastChallenge
00:22
Просмотров 3 млн
Ответы Мэил Ру
01:00
Просмотров 733 тыс.
Polad Bul-Bul Oglu- Gel ey seher
3:44
Просмотров 2,7 млн
İncə bellim
4:33
Просмотров 225 тыс.
Yalçın Rzazadə - Gün keçdi (lyrics)
2:20
Просмотров 4,2 тыс.
Alagözlüm (Neyləyim)
5:34
Просмотров 1 млн
Yalçın Rzazade - Taleyim menim
3:09
Просмотров 439 тыс.
Sevgi mahnısı - Yalçın Rzazadə
2:53
Просмотров 85 тыс.
100 Identical Twins Fight For $250,000
35:40
Просмотров 49 млн