Тёмный

"Shirvanshahlar"in sonuncu iqametgahi - Bugurt qalasi 

Kanal S
Подписаться 254 тыс.
Просмотров 855
50% 1

Abone OL: goo.gl/W99fFm
Copyright © ARB Şəki
Sayt: goo.gl/NfKDu5
Facebook: goo.gl/XVhVzG
İndi sizi Şirvanşahlar dövlətinin so­nuncu iqamətgahı, fəth edilməsi mümkünsüz olan Buğurt qalasına aparacağıq. Bu möhtəşəm qala bir çox tarixi hadisə­lərə, döyüşlərə və ən nəhayət "Şirvanşahlar"ın süqutuna şahid­lik edib. Hazırda isə tarixi sirlərlə dolu qal­ada arxeoloji qazıntı işi aparılır.
Şamaxının Qa­ladərəsi kəndində yerləşən, Şirvan haki­mlərinin əfsanəvi Bu­ğurt qalasına çıxmaq çəkiliş qrupumuz üçün elə də asan olmadı. Zirvəyə qalxmaq üçün yoxuşlu​ və keçilməz meşə cığırl­arı ilə hərəkət xeyli çətin idi... Şama­xı şəhərindən 20 km şimal-qərbdə, Böyük Qafqaz sıra dağların­da dört tərəfi​ meşə ilə örtülü​ bir zirvədə yerləşən Buğurt qalasını ən yaxın məsafədən belə görmək mümkün de­yil. Qalanın ətrafın­da Qaladərəsi, Keçmə­din və Qaleyibuğurt kəndləri yerləşir. Qalaya gedən əsas yol­larsa Qaladərəsi kəndi­ndən keçir. Buğurt qalasından şərqdə, sı­ldırım qayalıqlarda Qız qalası adlanan kiçik qəsr də mövcud­dur. Buğurt qalasının tədqiqi ilk dəfə ötən əsrin 70­-ci illərində arxeol­oq Hüseyn Ciddi tərə­findən aparılıb. 50 illik fasi­lədən sonra Şamaxı Arxeol­oji ekspedisiyası tədqiqat işlərini yenidən bərpa edib. Qalanın tikilmə tarixi ilə bağlı dəqiq məlumatlar yoxdur. Aparılacaq arxeoloji tədqiqatlar bu məs­ələyə aydınlıq gətir­əcək. Arxeoloqların fikrincə, bu adi qala deyil, geniş infrastruktura malik orta əsr qala-şəhəri­dir. Qalada mükəmməl su-kanalizasiya sis­temi, relyefə uyğun çoxsaylı yaşayış binaları, inzibati binalar, sar­aylar, məscidlər, su anbarları, hamamlar mövcud olub. Qa­lanın divarları iri qaya və çay daşlarından inşa edilib. İkiqat qala divar­larının arası ilə mü­hafizəçilərin sərbəst gəzməsi üçün pillə­lər salınıb.​ Qala divarlarının üzə­ri kümbəzvari formada hörülüb. Bu da düşmənə mühafizəçi­lərin hərəkətini izl­əməyə imkan vermirdi. Ümumi sahə­si 17 ha olan qala-şəhərdə təqribi hesablamalara görə, 30 minə yaxın əhali yaşayıb. Əhaliyə məxsus ya­şayış evləri qalanın əsasən aşağı hissəs­ində yerləşib. Qeyd edək ki, Buğurt qalası 1538-ci ildə Səfəvi şahı I Təhmasib tərəfindən alınaraq dağıdılıb, sonuncu Şirvanşah Şahrux əsir alınaraq öldürülüb. Bunu­nla da min illik Şirv­anşahlar dövlətinin varlığına son qoyulub.
#Buğurtqalası #Şirvanşahlar #tarixiqalalar

Опубликовано:

 

9 сен 2020

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии    
Далее
▼КОРОЛЬ СОЖРАЛ ВСЕХ 👑🍗
29:48
Просмотров 393 тыс.
Turkiyede Sheki kendi
3:27
Просмотров 8 тыс.
AZƏRBAYCAN QALALARI / BUĞURD QALASI
1:33
Sheki sakini ayi hucumuna meruz qaldi
2:29
Просмотров 8 тыс.
▼КОРОЛЬ СОЖРАЛ ВСЕХ 👑🍗
29:48
Просмотров 393 тыс.