Тёмный

SOCAR-ın “Azəriqaz” İB şəhid ailəsinin müraciətini təmin etdi 

Azerigas IB
Подписаться 1,7 тыс.
Просмотров 166
50% 1

44 gün davam edən Vətən müharibəsinin ölməz qəhrəmanlarından biri də Turan Əliyevdir. O, həqiqi hərbi xidmətini başa vurandan sonra kiçik çavuş rütbəsində ordu sıralarında xidmətini davam etdirib. Vətən müharibəsi başlayanda dəqiq zərbələri ilə fərqlənən Turana baş atıcı kimi xüsusi tapşırıqlar verilib. Döyüşlərə Füzulidən başladığı zəfər yolu onu qələbəyədək aparıb. O, uğrunda savaşdığı Füzulidə şəhidlik məqamına ucalıb.
Şəhidin ailə üzvləri SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinə müraciət edərək Biləsuvar rayonu, Əsgərabad kəndində tikilən fərdi yaşayış evinin qazlaşdırılmasını istəyiblər. Həssas qrup üzvlərinin qayğılarını hər zaman diqqətdə saxlayan Birlik şəhid ailəsinin müraciətini yerinə yetirib. Qısa müddət ərzində şəhidin adını daşıyan küçəyə qaz xəttinin çəkilməsi, həmçinin şəhid ailəsinin yaşadığı fərdi yaşayış evinin qazlaşdırılması ilə bağlı tapşırıq verilib. Küçə qaz xəttinin çəkilməsi üçün diametri 57 mm, uzunluğu 450 metr olan borudan istifadə edilib. Şəhidin anası Zəminə Abbasova göstərilən diqqətə görə ölkə başçısına təşəkkür edib.

Опубликовано:

 

15 сен 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии    
Далее
Komedixana  386-cı Bölüm 14.09.2024
58:39
Просмотров 323 тыс.
Komedixana  387-ci Bölüm 15.09.2024
1:06:55
Просмотров 40 тыс.