Hekim cox xais ederdim cavablandirardiz,2 yasli oglum,18 yasli oglum 14 yasli qizim osgurur, ele ozumde, ama 2 yasinda usaqda tutma daha pisdi,bogulma yuxuda osgurmekle ayilma,,artiq 1 aydi azalma var, karantindeyik ki kimsə yoluxmasin, bu karantin ne vaxtda qeder cekecek? Cox xais cavab yazardız
Həkim göy öskürək qızdırma verir?mənim oğlum peyvənd olub ancaq həkim deyir göy öskürəkdir.amma uşaq 39 qızdırır.xahiş edirəm aydınlıq verərdiz mənə.uşağın 4 yaşı var.
Salam. Göyöskürək xəstəliyinin gedişatında ilk günlərdə qızdırma qalxa bilir, xəstəlik qızdırma verə bilir. İlk viral infeksiyaya oxşar tablo yaranır. Əgər tam peyvənd olunubsa, ola bilsin göyöskürəyi daha yüngül formada keçirsin. 39 dərəcə qızdırma ola bilsin göyöskürək və virus infeksiyasını ikisini bir yerdə keçirir. Peyvənd olunduğu üçün daha rahat keçirəcəkdir. Çox təəsüf ki, sualınıza daha ətraflı cavab vermək üçün uşağınızı müayinə etməliyəm. (Dr Gülnar Abdullayeva, Pediatr)
Salam həkim mənim oglumun 4 yaşı var.uje bir aydı göy öskürəyə tutulub.son 3 4 gün idi çox azalmışıdı təmiz rahatlanmışdı uşag.dünənnən yenə başdıyib həmənki kimi öskürüb bogulmaga.həkim malicə yazdı inqalhasiya yazdı edirdim.təzdən başlıyib nə edə bilərəm yenə?cavab versəz çox sevinərəm
Salam. Adətən göyöskürək 3-6 ay davam edir, gün boyunca tutan spazmlar hər ay azalmağa doğru gedir. 2,5 aylıq uşaq yəqin ki, doktor müayinəsində olub, lazımi tədbirlər görülübdür, xəstəliyi bir qədər də olsa yüngül keçirir. (Dr Aygün Abdullayeva, Pediatr)
Xais edirem yazardz evde kimdese goy oksurey vardimi usaqa kecib anasi sud verirdimi usaqa ana sudunun komeyi olmadi elemi nece bildiz korpe tutub hansi hekime apardiz bizimde 1 ayliq korpemiz var oksurur kal kal qardasi goy okdureydi qalmisam neynim tez aparimi hekime ya yox xais edirem cavab yazin ne edim
Salam. Əgər peyvəndin bütün dozalarını almısınızsa, yenə də göyöskürək yüngül tutma ehtimalı olduğu üçün göyöskürək olan uşağın keçirilicik dönəmi bitdikdən sonra kontaktda ola bilərsiniz. (Dr Gülnar Abdullayeva, Pediatr)
Salam həkim mənim 5 - ci sinifdə oxuyan nəvəm göyöskürək olub 2 aydır müalicə etdirirəm bir az yüngülləşib sonra uşaqdan mən yoluxdum əvvəl vaxtlar fikir vermədim sonra boğulmam oldu səsim batdı müalicəyə başladım səsim açılıb amma boğazımdakı göynəmə və boğulmam keçmir cüzi öskürəyim tutan kimi boğuluram boğazım kilidlənir nəfəsimi nə içəri ala bilmirəm nə də çölə verə bilmirəm tez su verirlər su udduqdan sonra nəfəsim gəlir bilmək istəyirəm bu keçicidir yoxsa xroniki olaraq qalacaq?
Salam. Göyöskürək 6 ay ərzində davam edə bilər. Hər kriz tutmasında ağırlaşma əvvələ dönəcək. Yəni hər qrip infeksiyasında göyöskürək ağırlaşıb əvvələ dönə bilir. 6 ay ərzində öskürür, sadəcə hər dəfə qrip olanda, hər dəfə virus infeksiyasına yoluxanda əvvəlki kimi spazmlar tuta bilir, spazmlar ağırlaşa bilir. (Dr. Gülnar Abdullayeva, Pediatr)
Salam. Çox boğulmalar varsa, uşağı təmiz havaya çıxartmaq, boğulma zamanı qaldırmaq, əgər aşırı dərəcədə çoxdursa, o zaman xəstəxana yatışı, məsələn 6 aydan kiçikdirsə, allergiyası yüksəkdirsə, boğulma tutmaları varsa, o zaman xəstəxanada yatırtmaq. Amma bu şikayətlər yoxdursa, dikəltmək, təmiz havaya çıxartmaq, (səhər saat 7-10 arası) dəniz havasında gəzdirmək çox gözəl effekt verir. (Dr Gülnar Abdullayeva, Pediatr)
Salam həkim mən sizi naxçıvandan narahat edirem.mənim oğlumun 9yaşı var bir hefte ösgürdü müalicə aldı,indi ösgürmə yoxdu gece yatarkən 1-2saatdan bir boğulma olur,öyüyür hetda qusmada olur,və içinden tak tak qəribə seslər gəlir.neçə pediatra göstermiəm biri deyir göy ösgürekdirr,biri deyir brox alergiya və nə edecəyimi bilmorem.çox xahiş nə ede bilərəm deyersiz
Salam. Hər vaxtınız xeyir. Diqqətli anamnez topladıqdan sonra, müalicə verdikdən sonra effekt görmürüksə, anamnez nəticəsində diqqətli ayırd edə bilmiriksə, o zaman analiz verilə bilər; qanda göyöskürək analizi, allergiya testi verilə bilər. Onda tam əminliklə bilmək olur ki, uşaqdakı problem nədir. Müayinə, diqqətli anamnez, analizln verilməsi diaqnoz qoymağa bizə kömək edəcək. (Dr. Gülnar Abdullayeva, Pediatr)
Salam. Əgər göyöskürək təsdiqlənibsə, yəni qanda baxılıbsa, müvafiq müalicələr təyin olunur. Amma tam keçməsi 6 aya qədər vaxtınızı alacaqdır. (Dr Gülnar Abdullayeva, Abdullayeva)
Salam. Pediatr Dr Gülnar Abdullayeva HB Güvən klinikasında pasiyent qəbul edir. Həkim qəbuluna yazılmaq və daha ətraflı məlumat almaq üçün aşağıdakı nömrələr ilə əlaqə saxlaya bilərsiniz. Tel: (012) 959, (012) 436 14 96, (055) 311 22 79 (051) 811 22 79.
Salam. Peyvənd olunmayan uşaqlarda bu dönəm, çox kritik və spazmların tutması 6-8 ay davam edirsə, peyvənd olunan uşaqlarda daha rahat, yüngül formada 3 aya kimi davam edə bilir. (Dr Gülnar Abdullayeva, Pediatr)
@@hb_guvenklinik men iki usagimada peyvend etdirmemisem 8 ayliq ovladim goy oskurey oldu 2 aya men sagaltdim usagi sukur Allaha ama qohum usag peyvend olunub helede oskurur .peyvend insanlari ōlime aparir aptekdeki dermanlari kim almalidi istofade edirsende dermanlari sagalmirsan dermanin ustu basqa olke ici bizim
@@semral622 ana sudu yeyirse usag ana skalad yumurta pamidor cofe toyug eti qiciglandirici seyler yemeli deyil.usagada hemcinin toyug eti yumurta vermeli deyilsen derman verdim inqalasiya etdim sukur indi oskurmur