Sizə xoş dinləmələr! 🎵💖 Dayanmışam üzü dənizə sarı, Üstümə tökülür sərt qışın qarı, Gözləyir qoynumda bu ürək yarı, Ümidim yoruldu, sənsə gəlmədin. Özümü aldanmış, alçalmış sandım, Artıq məni unutdun deyə inandım, Alışdım, öz oduma kül olub yandım, Əllərim boş qaldı, sənsə gəlmədin. Nədən bu qədər bağlandım sənə?! Söz deyə bilmədim özümözümə. Onumu gözləyirsən, ay ürək, yenə?! Saçıma dən düşdü, sənsə gəlmədin. Alışdım artıq sənsiz illərə, Məni didib bitirən qəmli günlərə, Yalvardım unutmaqçün səni ürəyə, Ömür karvanım keçdi, sənsə gəlmədin.