Тёмный

SORĞU: Sizcə qadın ali təhsilli olmalıdırmı? - ANA, BACI ÜÇÜN 

ANA, BACI ÜÇÜN
Подписаться 263
Просмотров 31 тыс.
50% 1

Bakının küçələrində insanlara "Sizcə qadın ali təhsilli olmalıdır mı? Olmalıdırsa nə üçün, olmalı deyilsə, nə səbəbdən?" suallarını verdik.
Cavabları sizlə bölüşürük.
PEŞƏKARLARIN CAVABI GƏLƏN RUBRİKADA.
Kanalımıza abunə olmağı unutmayın, dəstəyiniz bizim üçün çox önəmlidir!
Instagram: / anabaciuchun
Facebook: / anabaciuchun
Əziz xanımlar, dəstəyimizə ehtiyacınız varsa: +994 55 213 49 44

Опубликовано:

 

29 окт 2019

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 443   
@gultajibrahimova3103
@gultajibrahimova3103 4 года назад
Tehsili olmalıdır deyenler ekseriyyetinin danışığından ali tehsilli olduqları o deqiqe bilinir . Ele bax budu ali tehsil! Bu görüş, düşünce terzi!
@ugur-_-8277
@ugur-_-8277 4 года назад
Gultaj Ibrahimova Men yazacaydım
@aytacqezenferli2257
@aytacqezenferli2257 4 года назад
İkinci danışanın ağzınnan qatıq tökülür,indiki oxuyan qızlar boyda daş düşsün başına
@user-zt9xr2ck6g
@user-zt9xr2ck6g 3 года назад
Amin🙏🤦‍♀️Allah haqqi sifetinnen qoyunluq axir,savadli qizlara seviyyesiz deyir🤣🤦‍♀️
@user-gz7ol4wc3y
@user-gz7ol4wc3y 2 года назад
😂😂😂
@din3461
@din3461 2 года назад
Aynen 🤣
@lilyscarlet6639
@lilyscarlet6639 2 года назад
2.43 deki qivirciqin teline gurban olsun o ikinci gagaş )
@idyllicidyllic3702
@idyllicidyllic3702 2 года назад
Amin amin aminnn
@MyWorld-qk4km
@MyWorld-qk4km 3 года назад
Yaşlı nesile halal olsun indiki cavanlardan məntiqli danışır
@gunduzagazade3460
@gunduzagazade3460 3 года назад
Yaşlılardan çox gənclər dedi almamalıdır. Acınacaqlı vəziyyət...
@Suleymanliiiii
@Suleymanliiiii 4 года назад
Qadın savadlı, dünyagörüşlü, mədəniyyət sahibi olmalıdır ki, öz övladlarına da bunu aşılasın, sonra ən azından "oxuyan qız nətər olmalıdı ki?" deyən insanların olmaması üçün. H. Cavid- "sürüklənən bəşəriyyət qadınla yüksələcək" .
@sarahabibli4184
@sarahabibli4184 3 года назад
Allah bu yaşlı kişilərin, insanların canını var eləsin❤️
@gnesirov1598
@gnesirov1598 3 года назад
Həqiqətən yaşlı insanlar gənclərdən gözəl düşünür.Təhsil həm qadın,həm kişi üçün vacibdir!Mədəni, savadlı və dünyagörüşlü qızlar özü kimi də övlad yetışdırərlər, ayaqları üstə sərbəst durarlar və hüquqlarını bilərlər.
@aybenizgulmaliyeva6778
@aybenizgulmaliyeva6778 Год назад
Mənim anam təhsilsizdi. Atam biz körpə ikən rəhmətə getdi, anam bizi çox çətinliklə böyütdü.4qızıq və hamımız ali təhsilliyik, anam buna çox önəm verdi ki,həyatda biz öz ayaqlarımız üzərində dura bilək. Öpürəm anamı,çox sağolsun ki,bugün mən gözəl həkiməm 😊
@Teymur886
@Teymur886 Год назад
Baxmayaraq 3 ay keçib bu şərhnizdən ama layk edib şərh yazmaq istədim Allah ananızın canın sağ etsin məndə öpürəm ananızın əllərindən
@nermijhazretleri2639
@nermijhazretleri2639 4 года назад
03:48 Dayı səndə adamın dibisən
@teymurteymurov7308
@teymurteymurov7308 4 года назад
ne menada?
@aminahasanli_
@aminahasanli_ 2 года назад
@@teymurteymurov7308 Yaxşı mənada
@lilyscarlet6639
@lilyscarlet6639 2 года назад
Adamın hammaddesidir xammalidir o
@wolftigl1107
@wolftigl1107 2 года назад
Ne dexli var Ali tgesili olmayanlar ali tehsilden daha cox qazanir
@sohrabsahbazov552
@sohrabsahbazov552 Год назад
@@wolftigl1107 sənin başın bu yöndə işləyir. Sənə görə təhsilli çox pul qazanmasa boşuna əziyyət çəkib. Sən bir dibilsən
@alvina7287
@alvina7287 Год назад
Qurban olum belə yaşlı babalarımıza və nənələrimizə !🤝
@kenfrombaku
@kenfrombaku 4 года назад
Əsas savaddır və məncə Sual belə olmalı idi: Qadın savadlı olmalıdırmı? Çünki ölkədə yetərincə savadsız Ali təhsilli insanlar var.
@NoName-rc8wu
@NoName-rc8wu 2 года назад
Bu fikri axtarirdim
@milashka2532
@milashka2532 6 месяцев назад
Yazmaq istediyim koment
@gulaytv473
@gulaytv473 2 года назад
Uşağa təhsil vermək, təmizlik təkcə qadın işi deyil. Ümumiyyətlə, qadın və kişinin iş imkanları və gücü bərabərdir.
@Polis_027
@Polis_027 Год назад
👍🏻👍🏻👍🏻👍🏻👍🏻
@shahanababazada1254
@shahanababazada1254 Год назад
3:30 "Mən oxumuş qızları görmüşəm, onların paltarları da qəşəngdir, özləri də. Danışanda adam qulaq asmaqdan doymur, əgər bizim qızlar oxusa, onlardan da gözəl olarlar". "Dəli Kür"dən bu sitatı xatırlatdı dayı. Allah canını sağ eləsin
@turqanaliyev7545
@turqanaliyev7545 4 года назад
01.26 dakı arvadıda aparıb Ana dili öyrətmək lazımdı.
@nazringadimova3926
@nazringadimova3926 3 года назад
00:20 məhz sizin kimi dünyagörüşü olmuyan insanları maarifləndirmək üçün qadın ali təhsil almalıdır!
@elariztahirov2478
@elariztahirov2478 Год назад
Sen hec onu taniyirsan bele yazirsan? fexrimizdi o
@nerminagazade81
@nerminagazade81 2 месяца назад
18 yaşda qızam hələ uşağam sıçırdaram belə oğğraş ları mən! Nə danışırsan sən?, 😡😡😡
@zeynooo4587
@zeynooo4587 Месяц назад
​@@elariztahirov2478 Sən Allah get işinlə məşğul ol. Nə fəxri? Belə fəxr bizə lazım deyil İstəyir aya əyaq bassın bu düşüncədə,bu cahillikdədirsə bizə gərək yoxdu belə fəxri Onunla fəxr edənlərdə elə onun kimilərdi. İki cümləni bir yerə gətirə bilmir, gəlib mənə fəxrdən danışır
@fidanfarajullayeva5653
@fidanfarajullayeva5653 4 года назад
Güclü kişi, güclü, təhsilli, öz ayaqları üzərində sağlam duran, geniş düşüncəli qadın istəyər. Təhsilsiz, zəif xarakterli, intelektual baxımından yetərsiz olan qadınlara elə zəif kişilər sahib olmaq istəyər. Cəmiyyətin inkişafı üçün qadının təhsil alması mütləqdir.
@sarahabibli4184
@sarahabibli4184 3 года назад
2:51 men deyim qaqaş niyə istəmirsiz ali savadlı qız?Çünki o qız özü özünü dolandırır,yeri gelir ərinə sözünü deyir,yeri gelir işində yüksək vəzifəyə qalxır.Siz isə oturub sizə qulluq edən axtarırsınız.Unutmayin ki qadınlar sizin "hambaliniz" deyil.Ifade çox pis çıxır ama sizin istədiyiniz budur,amma onu bilin ki elə qızların heç biri də çönüb onsuz size baxmaz!
@zobush
@zobush 3 года назад
Savadlı bir xanım elə səviyyəsiz oğlanı neyləyir axı😄😄😄 bir məsəl var qara məni basınca qoy qaranı mən basım bu savadsızlar da o məsəldi😃
@aminahasanli_
@aminahasanli_ 2 года назад
Ağlımdan keçənləri yazmısız❤👏
@wolftigl1107
@wolftigl1107 2 года назад
Evlenmek qadagandi ali tehsil qiza?
@apersonnabati
@apersonnabati Год назад
O bidə mənim oğlum savadlı qız axtarmır deyən qaynanalar varee, gör heç savadlı qızlar sənin oğlunla evlənər?
@High.Five_Good.Vibess
@High.Five_Good.Vibess Год назад
Yox etega,men isteyirem Ali savadli. Dur gel. Diplomuna diplom, savadina savad.
@nailnaill7162
@nailnaill7162 4 года назад
qadınların oxumasını istəməyən kişilərin özləri də oxumayanlardı ona görə də ali təhsilli qadının ondan üstün olacağını bilir və bundan qorxurlar
@iamleonardinia
@iamleonardinia 2 года назад
-Qadına təhsil lazımdır sizcə? -Bəli -Nə üçün? -Uşaq saxlamaq üçün🤦🏼
@_moon_crown_
@_moon_crown_ 2 года назад
Ən məntiqsiz cavab bu idi həqiqətən , bir qadın, qadın ilə bağlı suala bu cavabı verməməlidir...
@Elya_Mks
@Elya_Mks Год назад
Tupoylar doludu
@gulnarceferova3993
@gulnarceferova3993 Год назад
🤦🏻‍♀️yasamir onlar
@nurananagyefha7407
@nurananagyefha7407 Год назад
@@gulnarceferova3993 🤣
@gulnarceferova3993
@gulnarceferova3993 Год назад
@@nurananagyefha7407 yeti nagarsan😂hardan tapdin 😂
@gunkadj2049
@gunkadj2049 4 года назад
Yasli kisiler tehsil deyir cavan oglanlar ise savadsizliq deyirler sorada zamane usagiyiq deyirler.Budu sizin muasirlesmeyiniz.Her bir qadin oxumalidir cemiyyet icinde de aile icinde ozunu mudaxile etmeyi bacarmalidir, dunya gorunusu olmalidir kiminse sozu ile oturub durmagi yox oz agli ile hereket etmeyi bacarmalidir
@gnesirov1598
@gnesirov1598 3 года назад
Həqiqətən yaşlı insanlar gənclərdən gözəl düşünür.Təhsil həm qadın,həm kişi üçün vacibdir!
@senubarmemmedova4974
@senubarmemmedova4974 Год назад
"100 il geri getsək,əslində 100 il irəli getmiş olarıq" cümləsinin isbatı...
@kingofozymandias
@kingofozymandias 2 года назад
Manqurtlar qalıb hələ. Savadlı qadın, savadlı cəmiyyət deməkdir.
@gulnarceferova3993
@gulnarceferova3993 Год назад
Deyesen He qalib 😂
@nrgizislamzad2195
@nrgizislamzad2195 2 года назад
Təhsil dünyanın səviyyəsidir!
@apersonnabati
@apersonnabati Год назад
3:50 ən sevdiyim yer.. Sizin kimi düşüncəli insanlarin yer üzündə çoxalması diləyi ilə..
@turqanaliyev7545
@turqanaliyev7545 4 года назад
40cı saniyyədəki qaqaş necənci əsirdən qalıb görəsən muzeyə aparaq onu.
@user-eb7st1es1s
@user-eb7st1es1s Год назад
Mence yox myzeyi onunla kirletmeyeq
@azerbaijanarmy7966
@azerbaijanarmy7966 3 года назад
Qadın təhsili gələcək övladları üçün yox, karyera üçün alır..!!
@NoName-rc8wu
@NoName-rc8wu 2 года назад
Qadın təhsili karyera ve aileden önce ferdi inkişafı ve savadı üçün alır.
@azerbaijanarmy7966
@azerbaijanarmy7966 2 года назад
@@NoName-rc8wu Bəlli
@terane361
@terane361 Год назад
Karyera ucun tehsil alan cox qiz var, diplomlari var, ancaq beyinleri kutdur. Ali tehsil savad deyil, ancaq savad ali, en ali tehsildir
@elturanqurbanov3096
@elturanqurbanov3096 Год назад
@@terane361 çox düzğün, və yerində geyd elədiz.
@zeynooo4587
@zeynooo4587 Месяц назад
​@@terane361 çox düzdür
@baglandi4050
@baglandi4050 4 года назад
Qadınlar mütləq ali təhsilli olmalıdır indiki zamanədə savad mütləq lazimdir
@sarahabibli4184
@sarahabibli4184 3 года назад
Birde bunu bilin ki,qadın təhsili özü üçün alır.Gelecekde uşağa baxmaq üçün yox.
@khaveralkhasli9471
@khaveralkhasli9471 2 года назад
Axtardığım yorum
@winnerwk5094
@winnerwk5094 2 года назад
Bizimki kimi üçüncü dünya cəmiyyətlərində qadınlara uşaq doğan, ev işi görən, yemək bişirən bir obyekt kimi baxır əksər fərdlər. Çox təəssüf.
@sentanmazsan930
@sentanmazsan930 2 года назад
@@High.Five_Good.Vibess yoo ərimiz ölməyibki niyə evlənirik bəs
@yaslbas1543
@yaslbas1543 Год назад
@@High.Five_Good.Vibess Malsan sən? HƏR KƏSSSS EVLƏƏƏNMİİİRR HƏƏƏRR KƏSSS Uşaqqq ELƏMƏƏƏK MƏCBURİYYƏTİNDƏ DEEEYİL MAAL CAHİL
@High.Five_Good.Vibess
@High.Five_Good.Vibess Год назад
@@yaslbas1543 eh skim size telefon Satan shirketin sehmlerini
@lalaallahverdiyeva8543
@lalaallahverdiyeva8543 4 года назад
Tehsil almasin deyen o "kisiler" oz evlerine qoyun axtarir, oz teleblerini qarsiliqsiz yerine getirecek köle. Sizin kimileri yox elemek lazimdi dunyadan.
@Polis_027
@Polis_027 Год назад
Düz deyirsiz var olun👍🏻👍🏻👍🏻
@smavli6800
@smavli6800 2 года назад
3:00 halaldı halaldı halaldı halaldı ee dayı cann sənə çoooox sevdimeee səni❤❤❤❤Ma şa Allah
@sugarboo0
@sugarboo0 4 года назад
bəzi kişilər qadının təhsil almağını istəmir. çünki elələri ağıllı dünyagörüşlü birisini həzm edə bilmirlər və anlayırlar ki, o qadınla bir həyat keçirmək çətin olacaq. Həmin o kişilər də özgüvənsiz zəifdilər mənim fikrimcə. Güclü savadlı kişi yanında öz ayaqları üstündə dura bilən, dünyagörüşlü qadın görmək istər. Əks halda 2:16 oğlanın dedikləri o zəif kişilərin düşüncələridi.
@elmirsuleymanov2599
@elmirsuleymanov2599 4 года назад
👍👍👍👍
@senab4625
@senab4625 3 года назад
40ci saniyedeki "oglan" sen evlenme neslin kesilsin
@asp699
@asp699 2 года назад
😂😂😂
@ulduzaxundova8770
@ulduzaxundova8770 Год назад
Tamamilə razıyam .O çoxvcahildi
@sonis_nasdi
@sonis_nasdi 4 года назад
O oxuyan qiz nece olmalidi deyen oglan ki demekde istemirem yaratiq senin kimilere gore qadinlar ezilir. Qadin qadindi sizin oyuncaginiz yada eviniz usaginizin qulluqcusu yox
@nihadcfrli5696
@nihadcfrli5696 3 года назад
Doğru sözə nə demək olar 👏
@emin6367
@emin6367 4 года назад
1, 2 respondenti cixmaq serti ile sevindirici haldirki, hami qadinlarin tehsilli olmaginin lehinedir. Kisidende evvel qadinin tehsilli olmasi cox onemlidi.
@PABLOESCOBAR-jg3ms
@PABLOESCOBAR-jg3ms 4 года назад
Bezi kişiler var isteyirlerki qadını istediyi kimi idare etsinler.mehz ele insanlar istemir qadının tehsil almasını
@bayramofabayramofa9091
@bayramofabayramofa9091 2 года назад
Çox doğru
@samko1807
@samko1807 3 года назад
1:24 məsələn ali təhsilin olsa idi ya da təhsilə önəm versəydin 2 sözü cütləşdirib danışa bilərdin, daha qulaqlarımız qanamazdı. Amma ‘qadın kimi’ olmağa çox vaxt sərf eləmisən deyə belə olub
@gizliinsan3451
@gizliinsan3451 3 года назад
Bele insanlar hele qalib . Qiz oxumamali deyen o insanlar en bedbext insanlardi
@sirinshahgeldiyeffa9586
@sirinshahgeldiyeffa9586 3 года назад
2:00 əhsən! Cəmiyyətimizə belə insanlar lazımdır
@meryemmisirova5307
@meryemmisirova5307 2 года назад
Allahım inşallah unverste qəbul olub oxuyub ayaqların üstə durmaqlma mənə kömək et birde meni başa düşən bir insan qarslma cixar mənə dəstək olar Aminn
@nerminagazade81
@nerminagazade81 2 месяца назад
Amin!
@arzuvaliyeva1279
@arzuvaliyeva1279 4 года назад
Qadın tehsil almalıdır.Çünki qadın insandi ve ancaq tehsilin gücü ile her hansı bir işin neticesi yaxşı alınanda KİŞİ KİMİ BACARDI pis alınanda QIZ KİMİ BACARDI deyimlerin düşüncelerın sonu olacaq.qadın tehsil almalıdır ki özüne hörmet elesin ve hörmet teleb etsin.
@a.xalilova4237
@a.xalilova4237 4 года назад
0:34 bilinir ki,özün ele noldasan.
@sirinshahgeldiyeffa9586
@sirinshahgeldiyeffa9586 3 года назад
😂😂😂😂
@elariztahirov2478
@elariztahirov2478 Год назад
Sen o qaqaşin elediylerinin 1 fazini ele deyim halaldi
@nerminagazade81
@nerminagazade81 2 месяца назад
​@@elariztahirov2478O oğğraşn tərəfini tutan pizlik səndə ondansan! 😡Gedin ölünde qız niyə bu yaşda oğğraş altında yatıb uşaq dogmalidor cındr yorumunu sil yeri getttt!!!! 😡😡😡😡
@ryssal88
@ryssal88 Год назад
02:55 çox şükür ki ağlı başında, düşünməyi bacaran, dünyagörüşlü insanlarımız da var👏👏
@MyWorld-qk4km
@MyWorld-qk4km 3 года назад
2 ci danışan oğlan deyəsən hambal axtarır. Bele insanlari görəndə təəssüflənirəm
@salambaku3956
@salambaku3956 Год назад
Mən bütün gücümlə deyirəm ,Qadın həm təhsilli olmalıdır , həm öz hüquqları ı gözəl bilməlidir , namuslu qeyrəti olmalıdır Ola bilər ki , qadın orta təhsillidir , lakin bir ana kimi övladlarının ali təhsilli olması üçün canını fəda edib. O ÖVLADLARINA HƏM ALİ TƏHSİL , HƏM DƏ GÖZƏL ANA OIMAĞI ÖYRƏDİB .HALAL OLSUN BELƏ ANALARA . ÜÇ QIZ ANASI ÖZÜ ALi təhsilli olmasa da qızlarına ali təhsil verdirdi
@thespiritschild
@thespiritschild 2 года назад
Qadından danışan zaman niyə analıq söhbətini soxurlar ortaya…bir qadın ana olmalıdır deyə bir məcburiyyət yoxdur!
@NisaValizada
@NisaValizada 6 месяцев назад
Allah 2 ci "kişinin" ömründən kəsib birinci dayıya versin
@mrymqulizad3114
@mrymqulizad3114 2 года назад
Mənim gözəl ailəm mənə təhsil almağa icazə verdiyiniz üçün çox təşəkkür edirəm ,sağolun sizi sevirəm
@byebye4821
@byebye4821 8 месяцев назад
Bu təşəkkür etməli olduğunuz bir şey deyil. Bu valideynlərinizin borcu, sizin də hüququnuzdur.
@aminabdullayev6722
@aminabdullayev6722 3 года назад
Savadsiz ana savadsiz ovlad ve savadsiz cemiyet demekdir.bir iki nefer savadsizlari cixmagla dusunce irelileyisine sevindim.
@say__love2591
@say__love2591 Год назад
2:14 çox gülməli görünürsən qaqaş.Aciz və qorxaq.Qabağıva dünya görüşlü bir qadın çıxsa batarsan əzizim.
@senubarmemmedova4974
@senubarmemmedova4974 Год назад
Tam şəkildə razıyam.
@Banu0024
@Banu0024 2 года назад
Ən çox qadına lazımdır ali təhsil,çünki qadın ana olandan sonra uşaqları ilə ən çox vaxtı o keçirir.Həm uşağın tərbiyəsi,həm də savadı baxımından ana böyük rol oynayır övladın həyatında,ona görə də ali təhsil mütləq lazımdır
@gunduzqdirzad7893
@gunduzqdirzad7893 Год назад
Məncə bütün qızlar üçün təhsil məcburi olmalıdır! Qadın öz ayaqları üzərində dura bilməsi üçün təhsili işi olmaldır! 2- ci bir tərəfdən erkən nigahların, məcburi nigahların qarşısı alınmasına köməy olar!
@miramira-yk5qr
@miramira-yk5qr 4 года назад
Cavan oğlanlar ( universtet bitirmiyenler) nece de savadsizdi
@icemva
@icemva 2 года назад
1:32 dəki QADIN mənim əsəblərimi pozdue konkret Qadın qadın kimi olmalıdı nə deməkdi Oxuyan qadın qadın deyil?? Bilmirsizsə gic gic danışmıyın
@maraqlivideo8881
@maraqlivideo8881 Год назад
Halal olsun ,ağsaqqal. Necə gözəl izah verdi.
@siarapettyfer9590
@siarapettyfer9590 4 года назад
Честно, горжусь тем что столькие сказали что ‘Lazimdir’ ! И молодое и взрослое поколение! А женщина на 08:23 минуте - просто Любовь!
@arzumayilova4098
@arzumayilova4098 3 года назад
Çox duşuncesiz insanlar var.Qadin Ali tehsilli olmalidir ki,gelecekde bir parça coreyi olmalidir.karyerasi olmalidir.Oxuyun qizlar,oxuyun.Elinizde imkan varken oxuyun.
@admulamadm6371
@admulamadm6371 2 года назад
Konkret olaraq bunu demək lazımdı sənin belə bir hüququn varsa menimde var. Təhsil tərbiyəsizlik demək deyil.Terbiyyenin şahıdı. Bunun başqa aciglmasi yoxdur.Burdan yaşlılarımızın ellerinden öpürəm.
@elmanmalikov5154
@elmanmalikov5154 4 года назад
1:30 этот взгляд
@littleangel8554
@littleangel8554 Год назад
Qadinin ya ali təhsili yada sənəti olmalidir. Həyatdir tək başına qalanda hec kimə möhtac qalmasın. Övladlarina savad və Dunya göruşu verə biləcək.
@user-yc6vu6kq4f
@user-yc6vu6kq4f 3 года назад
Təhsil analara daha da vacibdi uşaqları tərbiyələdirən xanım di . yaşlı dayı super 👍🏻🌹 danışdı
@meleksirr1718
@meleksirr1718 3 года назад
Qadin oz ayagi ustunde durmalidir!!!! Hec kime mohtac olmamalidir !!!
@sirinshahgeldiyeffa9586
@sirinshahgeldiyeffa9586 3 года назад
0:45 danışanın özünün ali təhsili yoxdu elə danışır. Mənə elə gəlir bizim bu cəmiyyətin stereotipləri əvvəldən olub. Çox təəssüf ki elə belə də davam edəcək.
@leylatalbzad2269
@leylatalbzad2269 2 года назад
3:25 dayı çox haqqlı və gözəl danışır
@known4013
@known4013 2 года назад
Tək qadınlar niyə ki hamı ali təhsilli ümumiyyətlə təhsilli olmalıdır olsa yaxşı olar təbii ki bu günki günümüz və gələcək üçün hamıya təhsil lazımdır. Təhsilli bir kişi bir nəfər, təhsilli bir qadın təhsilli bir ailə deməkdir-H.Z.Tağıyev
@known4013
@known4013 2 года назад
A videoda da deyiblər bunu sonra gördüm 😅
@user-eb7st1es1s
@user-eb7st1es1s Год назад
Hec bir kisinin ele bir huququ yoxdur ki qadina islemeye icaze versin yaxud vermesin bu yalniz qadinin secimidir
@efekeskin5195
@efekeskin5195 3 года назад
Türkiyeden selamlar💖TR💖AZ💖👌
@thepraktik1773
@thepraktik1773 4 года назад
6:08 - Ay xala düzdü isdiqamet vere biler neyese yonelde biler amma terbiye tehsilden gelmir
@Slime_asmr620
@Slime_asmr620 Год назад
Əlbətdəki ali təhsil önəmlidi qadınlar üçün.
@fidanibrahim7647
@fidanibrahim7647 4 года назад
00:20-00:50 heyf sənə sərf olunan 30 saniyədən."oxuyan qız nətər olmalıdır?" deyir hələ utanmadan..
@miramira-yk5qr
@miramira-yk5qr 4 года назад
Çox axmaq adamdilar deyirlerki ər saxlayacaq. Belke ər yıxıldı oldu bu qadın usaglarin necə saxlayacaq bes günə 20 man qab yumaqnan?
@fidanibrahim7647
@fidanibrahim7647 4 года назад
@@miramira-yk5qr qadının hüquqlarını əlindən almaqdan başqa bir şey deyil bu.əgər qadın oxumayacaq ya işləməyəcəksə bu yalnız o istəmədiyi halda olmalıdır və ya ortaqlı qərar əsasında
@teymurteymurov7308
@teymurteymurov7308 4 года назад
tam raziyam siznen!!!
@elnureagalarova7096
@elnureagalarova7096 4 года назад
@@miramira-yk5qr 👏
@elariztahirov2478
@elariztahirov2478 Год назад
Siz o qardaşi tanimirsiz agziviza geleni deyirsiz o Azerbaycanin fexridi bayraq qaldirib oturun yerivizde
@murvetqasimzade4086
@murvetqasimzade4086 4 года назад
Açığı heç kimin şərhini oxumadan yazıram ki qadının təhsilli olmağı çox gözəl olar.
@user-fq2ec6tl9m
@user-fq2ec6tl9m 4 года назад
Мütləq bə mütləq qadınlar təhsilli olmalıdırlar Nə insanlara nə həyata etibar var Ər qaça bilər olə bılər itə bilər
@tortalmi5345
@tortalmi5345 4 года назад
Burda hansi oglan dedise ki oxumasa yaxşidi, bu ona görediki onlar özleri savadsizdi ve o oxumuş qiz gelib ondan ūstūn olacaq, bunlara elesi lazimdiki bunlarin eline baxsin öl deyende ölsūn qal deyende qalsin. Onlara öz ayaqlari ūste duran qiz serf elemir.
@salambaku3956
@salambaku3956 Год назад
Ay bədbəxt insan, qadın təhsillidirsə demək cəmiyyətimiz təhsillidir.Qadına mütləq əhsil lazımdır.Təhsilli insan öz hüquqlarını yaxşı bilməlidir.
@ernadnn0x
@ernadnn0x 4 года назад
Size bir meslehet biri Rus dilinde eger danisirsa basa dusmeyenler ucun tercume edin altyazi verin lutfen.
@meleksirr1718
@meleksirr1718 3 года назад
Ali tehsilli hami ola biler,esas savadli olmaqdir,cunki savadli qadin usaqlarini ayri cure boyudur, cox ferq var savadli ve savadsiz arasinda, Cox kisi qorxur savadli qadinla aile qurmaga,istiyirler ki,qoyun kimi idare etsinler!!!!
@fidanmammadova4952
@fidanmammadova4952 3 года назад
Savadsız qadın savadsız ailə deməkdir.Hamı bir nəfər kimi oxumalıdır.Qadın kişi fərqi yoxdur.
@sahibcfrova6895
@sahibcfrova6895 2 года назад
Qadin hökmən ali təhsil almalıdır.bəzi insanlar deyir ərə gedər ər baxar ancaq düşünmürlər ki, sabah ərlərinə nəsə olsa onda nə etsin.kiməsə möhtac olsun?hər qadının təsili və iş təcrübəsi olmalıdır.
@nerminagazade81
@nerminagazade81 2 месяца назад
Ərə gedər cümləsi çox İyyrəncdir!
@i.b.6637
@i.b.6637 2 года назад
Yaşlılar daha məntiqlidir, çünki onlar artıq bilir ki, əvvəllər valideyinləri icazə vermirdilər və indi də peşmandılar ki, öz özlərini saxlaya bilmir birinı möhtac olmaq çox pis bir şeydi, yoldaşına olsa belə
@elturanqurbanov3096
@elturanqurbanov3096 Год назад
Möhtac deyəndə ki, həm gadın kişiyə həm də kişi gadına möhtacdı.
@ceyhunmemmedov1212
@ceyhunmemmedov1212 2 года назад
Qadının tehsil alması çox vacibdir öz ayaqları üstünde durmaq öz halal çöreyini qazanmaq qeder vacib 2-ci bir şey yoxdur
@maraqlivideo8881
@maraqlivideo8881 Год назад
Bircə onu bilirəm ki,Allah heç bir qadını kişiyə möhtac etməsin.
@mehemmedaslanov5220
@mehemmedaslanov5220 2 года назад
Qadının dünya görüşünün artması kişileri niye qorxuzur goresen? Her şeyi bilecek deyir ....təhsilsiz qadınada avam deyib aşağılayirsiz ama
@PlaceboyJafaroff
@PlaceboyJafaroff 4 года назад
Təhsilli qadından qorxan kişilərə, məncə kişi adı heç yaraşmır. Deməli, bir insan kimi boşdurlar, heç bir dəyərləri yoxdur onların, ona görə də qadının savadlı olmağından qorxurlar.
@novruznagyev9356
@novruznagyev9356 4 года назад
Iki oğlan kül sənin kişi basina
@sahinquliyev3742
@sahinquliyev3742 2 года назад
Təhsil ikinci plandadır ve ya olmamalıdır deyənlər elə bil daş dövründən qalıblar. Aman Allahım dəhşətə gəlirəm. Bu ne düşüncedir? Qadının təhsili kişinin təhsil almasından daha önemlidir. Eğer bir qadının ali təhsili olarsa bir nəsil təhsilli olar.
@nrgizislamzad2195
@nrgizislamzad2195 2 года назад
7:10 Ayy nə qədər güldüm bu əmiyəə 😆😆😅😅😅😅
@senab4625
@senab4625 3 года назад
Ali tehsilli olanda qadin haklarin huququn bilir, qoyun olmur, ere qaynanaya boyun eymir sozun deye bilir. Ere qaynanaya bele seyler lazim deyil. Olar kukla ve qoyun axtarirlar. Olara baslarinnan vurub oturdacag gelin lazimdi. Amma tehsilli qiza bulari eletdire bilmezsen
@gulnarceferova3993
@gulnarceferova3993 Год назад
He ele bil suvinir alirlar usaq oldu fso işle yemek pisir usaqlara bax amma kisi kefdedi
@alisafarov422
@alisafarov422 Год назад
İkinci danışan qaqa senin kimiler inşAllah artmaz
@azerbaijanarmy7966
@azerbaijanarmy7966 3 года назад
7:27👏🏻
@ruqiyyhuseynova7521
@ruqiyyhuseynova7521 Год назад
Allah necə cahil gənclərimiz var😢
@gulnarceferova3993
@gulnarceferova3993 Год назад
5:55 Allah sizin kimi oglanlari qorusun bele gencler olduqca geleceyimiz parliqdi🥰🤲🏻
@badisebaabdullayeva6611
@badisebaabdullayeva6611 2 года назад
Təhsil almamalıdır deyənlərin zaten təhsil anlayışını anlamadıqları bəllidir..! Evlənsin həyatını yaşasın deyən ikinci cahil sözün bittiyi yerdi..!
@ulduzaxundova8770
@ulduzaxundova8770 Год назад
O ikinci danışan oğlan vardı a onu mənə verəydilər onun o boş başını partladardım çox böyük məmüniyyətlə! Hərçənd şiddətə qarşıyam.
@Burundukevich
@Burundukevich 4 года назад
Good job!
@Polis_027
@Polis_027 Год назад
0:20 Siz Oxuyan, Ali Tehsil Alan Qadından Qorxursuz Ona Göre bele deyirsiz Niyeki qadın insan deyil? Oxuya bilmez? Kişiye olar qadına yox? Mene göre Qadın Ali Tehsilli Olmalıdı Mütleq!!👍🏻
@user-rs9ke4vd1w
@user-rs9ke4vd1w 3 года назад
Savad başqa bir şeydi savad savad yene de savat
@QamidOo
@QamidOo Год назад
O qədər ali təhsilli ailələr var ki, təhsilsiz ailələrdən geridə qalır hər cəhətdən.
@MiLa27.
@MiLa27. Месяц назад
Geri qalmirlar amma,sende beyin ora qeder isleyir.Adi bir misal goturek,tarixini bilen insan tarixini bilmeyenden daha ondedir,cunku yasadigi olkenin,milletinin milli deyerini bilir.
@Ömərsemiyev33
@Ömərsemiyev33 Год назад
İkincinin bütün nəslin söydüm
@rafiqhaciyev5624
@rafiqhaciyev5624 Год назад
Yasli nəslə halal olsun
@cc_li6692
@cc_li6692 4 года назад
0:28 dəki oğlan 2:00 oğlanın arxasındadı sjajj
@elehmedmovsumov4891
@elehmedmovsumov4891 Год назад
Oxuyan qadin en sevdiyim qadindir ve qelbimde en Ucayerdediler
@musamusayev4954
@musamusayev4954 Год назад
Yaşlı adamlar bilirki qadın təhsilli olanda ailədə necə bir üstünlük olur,cavanlar hələ həyatı başa dusmurlər
Далее
Pulunuzu harada gizlədirsiniz? #sorgu
1:41