Тёмный

Sovet həkimlərinin YUXU ÇAYI - Əsəb və Yuxusuzluğun təbii dərmanı 

Demədi Demə
Подписаться 975 тыс.
Просмотров 112 тыс.
50% 1

#demədidemə #yuxu #yuxusuzluq
Yuxusuzluq dövrümüzün geniş yayılmış problemlərindəndir. Bəsit dildə desək, insanlar yuxuya gedə bilmir. Yuxusuzluqdan əziyyət çəkənlər həmişə dalğın, yorğun olurlar, gündəlik işlərini yerinə yetirməkçün belə, gücləri qalmır. Sutkada lazımi qədər yuxu yatmasaq, yaddaşımız zəifləyir, qərar vermək bacarığımız azalır. Yaradıcılıqdan isə söhbət etmək yersiz olur. Yuxusuzluğun müalicə üsulları müxtəlifdir. Təbii üsullar vasitəsilə və ya həkim nəzarətində dərmanlar qəbul etməklə yuxusuzluq problemi həll oluna bilər. Lakin təbii üsulları da qeyri-şüuri şəkildə tətbiq etmək düzgün deyil. Mütləq mütəxəssis məsləhəti alınmalıdır.
Ağciyərlər, mədə, bağırsaqlar kimi bir çox orqan yuxu zamanı dincəlmə durumuna keçirlər. Beynimiz də dincəlir, amma tam yox. Beyin dalğalarının hərəkətləri sayəsində yuxunun mərhələləri müşahidə edilə bilir.
Yuxusuzluğun səbəbləri bunlardır:
• Stress, depressiya, əndişə;
• Tibbi xəstəliklər;
• Dərmanlar;
• Qəzəb, kədər, nigaranlıq;
• Ruhi pozğunluqlar və travmalar;
Yuxusuzluğun təbii yolla müalicəsi varmı?
 Melatonin. Yuxusuzluq üçün təbii müalicə üsullarından biri melatonin hormonu qəbul etməkdir. Melatonin orqanizm tərəfindən istehsal olunur və orqanizmin yuxuya ehtiyacı olduğunu göstərir. Hormonun istehsal səviyyəsi səhərlər azalır, gecələr isə yüksəlir. Melatonin istehsalının dövriyyəsi pozulduqda insanlar həkim nəzarəti altında bu hormonu qəbul edirlər. Nəticədə, yuxu rejimi bərpa olunur;
 Maqnezium. İnsan orqanizmi üçün vacib mineraldır. Orqanizmdə yüzlərlə vəzifə yerinə yetirən maqnezium zehni və fiziki sakitləşdirici kimi də çıxış edir. Araşdırmalar göstərir ki, maqneziumun sakitləşdirici təsiri melatonin istehsalı dövriyyəsini nizamlayır. Nəticədə, yuxu rejimi normallaşır;
Yuxusuzluq çəkən insan nə etsə yaxşı olar?
 İdman eləmək. Fiziki baxımdan aktiv bir günün sonunda yuxuya getmək asan olur. Bunu bir neçə elmi araşdırmanın nəticələrinə əsaslanan mütəxəssislər deyirlər. Onların fikrincə, 60 dəqiqə idman edən insanlar digərlərinə nəzərən daha rahat yatırlar, növbəti günə daha gümrah şəkildə başlayırlar;
 Gün işığını qaçırmamaq. Melatonin hormonunun qəbulu üçün gün işığından istifadə edin. Səhər oyandığınızda gün işığına nifrət edə bilərsiniz, lakin unutmaq olmaz ki, gün işığı gecə rahat yatmaqçün bir vəsilədir. Gün işığı orqanizmə öz bioloji saatını xatırladır. Beləcə, orqanizmdə melatonin istehsalının dövriyyəsi nizama düşür. Başqa sözlə, gün işığı bioloji saatımızı qurur- orqanizmin özünü nə vaxt gümrah, nə vaxt yorğun hiss etməsini anlamasına kömək edir;
 Stresslə mübarizə aparın. Bəli, bu istiqamətdə addım atmaqdan çəkinməyin. Başınızı yastığa qoyanda problemləri deyil, gözəl xəyalları düşünün. Fikrinizi problemlərə təslim etsəniz, stress yuxuya getməyinizə imkan verməyəcək. Ertəsi gün isə bugünkündən daha da yorğun, halsız, qəmgin olacaqsınız. Buna görə də, stresslə mübarizə aparın, rahat yuxuya gedin, həyat keyfiyyətinizi yüksəldin;
 Yuxuya getməkçün təbii həll yolları tapın. Bayaqdan bəri, sadaladıqlarımla bərabər, bəzi bitkilərə və çaylara da üz tuta bilərsiniz. Onlar da rahat yatmağınıza kömək edəcək;
 Həkim məsləhəti alın. Əgər bütün üsulları təkrar-təkrar tətbiq etdikdən sonra belə, çarə tapmadınızsa, həkimə getməyi təxirə salmayın. Əvvəlcə, yuxusuzluğun səbəbini bilin ki, sonra bu səbəblə mübarizə yolları haqda fikirləşəsiniz;
Yuxugətirən bitkilər
 Dərman pişikotu. Fərqli araşdırmaların gəldiyi ortaq nəticəyə əsasən, dərman pişikotunun kökü yuxuya getməyə kömək edir. Onun müntəzəm istifadəsi olduqca müsbət nəticələrə aparıb çıxarır. Uzunmüddətli istifadəsi haqqında geniş araşdırmalar aparılmasa da, yuxusuzluq zamanı məsələni yoluna qoyduğu isbatlanıb. Dərman pişikotu kapsul şəklində də qəbul edilə bilər. Yatmamışdan 30 dəqiqə əvvəl bu kapsulu içmək olar. Kapsullara alternativ olaraq, dərman pişikotunun kökündən çay hazırlayıb içmək mümkündür;
 Qonaqotu ( passiflora subpeltata). Digər adı çərxifələk çiçəyi olan bitki xəfif yuxu gətirmək qabiliyyətinə malikdir. Hazırda yuxu dərmanlarının əksəriyyətinin tərkibində qonaqotu var. Dadının cəlbedici olması da bu bitkinin seçilmə səbəblərindəndir;
 Lavanda. Sakitləşdirici qoxuya malik lavanda yuxuya getməyə kömək edir. Araşdırmalar zamanı məlum olub ki, yatmazdan 30 dəqiqə əvvəl lavanda çiçəyini qoxlamaq yuxunun keyfiyyətini yüksəldir;
 Ginkqo biloba. Faydalarını saymaqla bitməz. Bitki yuxuya getməyi asanlaşdırır, stressi azaldır. Bununla belə, uzunmüddətli istifadəsi tövsiyə olunmur;
 Çobanyastığı. Sakitləşdirici qabiliyyəti olan çobanyastığı stressi azaldır, əndişəni yox edir, yuxuya getməyə qoymayan psixoloji təsirləri üstələyir. Nəticədə, insan yuxuya getməkdə çətinlik çəkmir. Heç bir əks təsiri və zərəri olmayan çobanyastığı hər yaşda olan insan üçün faydalıdır;

Опубликовано:

 

29 сен 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 106   
@zehracebiyeva8312
@zehracebiyeva8312 5 месяцев назад
Allah razi olsun bu xeyri olmayan dermanlardan bezmiwik
@Ağgül-n2g
@Ağgül-n2g 5 месяцев назад
Gun iwiĝina nifret etmek olarmi tebietin en cox sevdiyim sabah sabah gun iwiĝidi
@CvahirAgacanova
@CvahirAgacanova 5 месяцев назад
tewekkur
@NarNara-mt9wy
@NarNara-mt9wy 5 месяцев назад
SEVİMLİ KANALIM BAHADUR BƏYƏ XÜSUSİ HÖRMƏTİM VAR. SAF VƏ TƏMİZ ADAM
@demedideme1
@demedideme1 5 месяцев назад
İzlədiyiniz üçün təşəkkür edirik
@semraerem8819
@semraerem8819 5 месяцев назад
Birinidə mən deyim:yatmamışdan qabaq 1 stəkan ilıq süd iç.Yataga uzananda agzına 5 ədəd mixək qoy yat.Dərin yuxu yatacaqsan.Səhər duranda 1 stəkan ilıq su iç.Səhərəcən agzında ərimiş mixəkləri ud.Bagırsaq qurdlarınıda oldürsün 😊 Səhər işə gedəndədə 5 ədəd mixək at agzına.Gün ərzində stres nədi bilməyəcəksən.Bunu hər gün edin...Mənə dua edəcəksiniz.
@Ulviyya-uq3gb
@Ulviyya-uq3gb Месяц назад
Nece normal saatda yatim melotonin ifrazi erken baslayir, bina evinde yasayiram ,qonsularin gurultusu, tappiltisi imkan verir ki, normal saatda yatim? Gozleyirem ses kuy kesilsin sonra gedim yatim, ( insallah heyet evi alaram) sonra rahat yataram
@samirdavudov145
@samirdavudov145 5 месяцев назад
Ilk cox sag olun olar size sual verim?
@demedideme1
@demedideme1 5 месяцев назад
Buyrun
@merdanhuseynov9082
@merdanhuseynov9082 5 месяцев назад
Allah ,sizdən razı qalsın.İnsanları marifləndirirsiz.
@Rose_fanbilnk
@Rose_fanbilnk 5 месяцев назад
Mən yuxuya. Həsrətəmcecələe. Deməy olsun. Yatmlram
@Ağgül-n2g
@Ağgül-n2g 5 месяцев назад
En cox cobanyastiĝi istiade edirem birde nane
@gulsenhesenova427
@gulsenhesenova427 Месяц назад
Yuxusuzluq məni dəli edir😢
@LeylaFeteliyeva-yz4im
@LeylaFeteliyeva-yz4im 5 месяцев назад
Salam bes eger bütün günü yuxuluyursa yeni ancaq yatmaq isteyirse ne etmeli?
@ruhi7996
@ruhi7996 5 месяцев назад
YERİN GÖYÜN SAHİBİ BOŞ YERƏ HEÇNƏ YARATMIYIB.
@afetbaxsiyeva6080
@afetbaxsiyeva6080 5 месяцев назад
ÇOOX SAG OLUN..MELİSSA ÇOXDADI İÇMİRDİM OÜRƏYİMƏ XEYİR ELƏYİRDİ.GƏRƏK ALIM .YEMİŞANLA DƏMLƏMƏYİB İÇMİŞƏM..TƏZY QİM ÇOOX OLUR.❤😊
@Solmazabdullayeva927
@Solmazabdullayeva927 5 месяцев назад
Meslehetini ze gore cox sag olun
@GulnareBayramova-mz9cf
@GulnareBayramova-mz9cf 5 месяцев назад
Allah razı olsun sizden
@sanubarrahimova9113
@sanubarrahimova9113 5 месяцев назад
Çox sağolun ,dəyərli məlumatınız üçün. Sizə qulaq asandan sonra ,çaylari içməye ehtiyac qalmır,çunki sizin səsinizin tonu ,danişiq mədəniyyətiniz insanın əseblerini sakitləşdirir
@demedideme1
@demedideme1 5 месяцев назад
İzlədiyiniz üçün təşəkkür edirik
@gozelheyat4679
@gozelheyat4679 5 месяцев назад
Mən 3 çay qaşiq i qatıq yeyirəm və rahat yatıram yuxusuzluq dəhşətdi
@Ezize-yy1fu
@Ezize-yy1fu 5 месяцев назад
FAYDALI VİDEODIR ÇOX SAĞOLUN
@demedideme1
@demedideme1 5 месяцев назад
İzlədiyiniz üçün təşəkkür edirik
@МохуббатМамишов
@МохуббатМамишов 2 месяца назад
❤❤❤❤❤❤❤
@SehlaRehimov
@SehlaRehimov 5 месяцев назад
Stresden problemden nece uzaq durasan.Yatsan bele beynin ölmür ancaq düşünür.düşünmemek mümkün deyil çünkü artiq o qanimiza keçib.ya gerek o problem bitsin yada gerek qanin kökünden deyişilsin.oda harda ele bele sürünerek davam.Allah her bir insanin yardimcisi olsun bizlerde içinde
@demedideme1
@demedideme1 5 месяцев назад
Haqlısınız
@reyhan747
@reyhan747 5 месяцев назад
Çoxsağol Bahadur Allah göməyin olsun faydalı məsləhətlərinə görə
@demedideme1
@demedideme1 5 месяцев назад
İzlədiyiniz üçün təşəkkür edirik
@ElmiraMemmedova-t2l
@ElmiraMemmedova-t2l 5 месяцев назад
Yatmaq gunumuzun bəlasidi məndə o bəla ilə mubarizə apariram
@demedideme1
@demedideme1 5 месяцев назад
Allah şəfa versin
@ulviyyeeliyeva8127
@ulviyyeeliyeva8127 5 месяцев назад
MƏNDƏ.ƏZİYYƏT.CƏKİRƏM.SƏHƏRƏ.YAXİN.1SAAT.YATİRAM.CƏMİCOOX.YORGUN.OLURAM
@ilahamammadova8137
@ilahamammadova8137 2 месяца назад
Məndə 5 ildi bu bəlya düşmüşəm .
@LamiaAlieva-ej5kl
@LamiaAlieva-ej5kl 5 месяцев назад
Minnətdaram
@АлиХусеин-ю3и
@АлиХусеин-ю3и 5 месяцев назад
Salam. Allah. Köməyin. Olsun. Bu. Gözəl. Tövsiyələrə. Görə. Allah. Sizə. Can. Sağlığı. Versin.
@AgnecAgnec
@AgnecAgnec 2 месяца назад
Ela👍
@gulnarseyidova5194
@gulnarseyidova5194 5 месяцев назад
Çox sağolun maraqlı və marifləndirici vidio hazrlayırsız .
@demedideme1
@demedideme1 5 месяцев назад
İzlədiyiniz üçün təşəkkür edirik
@serovaelmira8536
@serovaelmira8536 5 месяцев назад
Salam.Qida borusu ūçūn təbii dərman nədir?
@gulnarqasmova8513
@gulnarqasmova8513 5 месяцев назад
Mən də yuxusuzluqdan əziyyət çəkirdim, amma indi isə yox, çünki dərs oxuyuram, video dərslər dinləyirəm , elə gözəl yuxum gəlirki, heç ev işlərini güclə . çatdırıram
@valdakhanjanova7212
@valdakhanjanova7212 5 месяцев назад
Cox tesekkurler Bahadir bey. Protein qacaqinada bir meslehet desez sevineriy.bu problemnen coxumuz eziyyet cekiriy
@FatmaAllahveren
@FatmaAllahveren 5 месяцев назад
Problem stres kreditler yuxusyzluga sebebdi
@Calalovibrahim
@Calalovibrahim 5 месяцев назад
Quran ayəsində Allah belə buyurmuşdur.Sələm yeməyin elə sələm faizli kiriditlərdi.Ona görə də həm canımızda rahatlığımız yoxdur.Haram olduğuna görə.
@ХикматГулиев-э1ф
@ХикматГулиев-э1ф 5 месяцев назад
Uca Allaha and olsun ku, düz 10 ildiki stressnən yaşıyıram. Stress əsrin ən böyük bəlasıdı, nə müalicəsi var, nədə bir çıxış yolu var!!!
@demedideme1
@demedideme1 5 месяцев назад
Haqlısınız
@mahireqarashova8064
@mahireqarashova8064 5 месяцев назад
Men 30 il
@ХикматГулиев-э1ф
@ХикматГулиев-э1ф 5 месяцев назад
@@mahireqarashova8064 Mahirə xanım bəs sizdə stress nədən yaranıb??
@mahireqarashova8064
@mahireqarashova8064 5 месяцев назад
@@ХикматГулиев-э1ф salam.stress insan dediyimiz ali varliğla bir yasayir.heyat varsa stress de var.maska deyilik.ureyimiz beynimiz var.stress de insan ucundu. Sualiniza cavab:mende stress demezdim cemiyyetden nisbeten yzaqlasmagim sumuk oynaq xesteliyine qefketen tutulmagimdi..ve omurluk dermanlara mohtac olmagim ,hemin dermanlarin tesirinden stresse tez dusmeyimdi.bele basa dusurem .hem de itkilerimin olmağidi. Bu gunumuze sukur.biz allahin sinagini mohkem irade ile qarsilayiriqsa ne xos bize.cansagliği ile ugurlar size
@qaragozalp
@qaragozalp 5 месяцев назад
Allaha ibadət et gör stressdən əsər-əlamət qalacaq.
@samirdavudov145
@samirdavudov145 5 месяцев назад
Iqqq seviyessi den vidio hazirlayardiz zehmet olmasa
@EdaletSukurov-t3f
@EdaletSukurov-t3f 5 месяцев назад
Cox sağolun
@adilemurselova1482
@adilemurselova1482 5 месяцев назад
Əndişə yox,təşviş.
@turkankarimova5434
@turkankarimova5434 4 месяца назад
Verdiyiniz malumatlar üçün teşekkür edirik Çox sağ olun var olun
@bshshdhshdjdjd3674
@bshshdhshdjdjd3674 5 месяцев назад
Saq ve varlı olasız hemişe inşallah. Hemişe deyerli tövsiyeler verirdiz. ❤
@demedideme1
@demedideme1 5 месяцев назад
Təşəkkürlər
@sarasalmanova1972
@sarasalmanova1972 5 месяцев назад
Sede kozel meslehetin ucun saq ol.
@mohltmlikov8885
@mohltmlikov8885 5 дней назад
Gecə 4də baxram 😏😢
@MezahirBagirov-i6k
@MezahirBagirov-i6k 5 месяцев назад
Boş bsuna melikmehenmed naqili danisirsiniz
@ustaoyunucu8115
@ustaoyunucu8115 5 месяцев назад
Allah sizi qorusun❤
@aysenabayeva9133
@aysenabayeva9133 5 месяцев назад
Məsləhətinizə görə çox sağ ol
@ГаджарАбиева
@ГаджарАбиева 5 месяцев назад
Тешеккурлер Бахадур бей🙏💝🙏👏👏
@TofiqBabayev-ei7yb
@TofiqBabayev-ei7yb 5 месяцев назад
3:48 4:04
@HəyatYusifova
@HəyatYusifova 5 месяцев назад
Salam hamile qadina ziyan deyilki
@MehribanCamalova
@MehribanCamalova 5 месяцев назад
😂😂😂
@SfiqIbrahimova-ry7nz
@SfiqIbrahimova-ry7nz 4 месяца назад
Allah köməyin olsun
@zebideaslanova8186
@zebideaslanova8186 5 месяцев назад
Təşəkkürlər.
@Solmazabdullayeva927
@Solmazabdullayeva927 5 месяцев назад
Allah komeyin olsun
@MezahirBagirov-i6k
@MezahirBagirov-i6k 5 месяцев назад
Siz ozunuz onları taniyirsinizmi.
@sevdaqdimova6008
@sevdaqdimova6008 5 месяцев назад
Salam.Ramazan bayramınız mübarək!Lavanda bitkisi Az-n hansı zonasında bitir?Dekorativ bitki yetişdirilir?😊
@maryamorucova6040
@maryamorucova6040 5 месяцев назад
Zaqatala
@tomahsnli9978
@tomahsnli9978 5 месяцев назад
❤❤❤❤👍👍👍👍👍
@demedideme1
@demedideme1 5 месяцев назад
Təşəkkürlər
@EyubSeyidov
@EyubSeyidov 5 месяцев назад
Çox sağolun
@demedideme1
@demedideme1 5 месяцев назад
İzlədiyiniz üçün təşəkkür edirik
@xatirebaxsaliyeva9507
@xatirebaxsaliyeva9507 5 месяцев назад
Təşəkkür edirəm
@nurH47
@nurH47 5 месяцев назад
Gozelmelumatiniza gora tewekkurler.👍👍
@trancfrova1482
@trancfrova1482 5 месяцев назад
Təşəkkür
@demedideme1
@demedideme1 5 месяцев назад
İzlədiyiniz üçün təşəkkür edirik
@supermusic553
@supermusic553 5 месяцев назад
Zirənin Olive yağını tapmaq çətindir yoxdur harada satılır bilmək olmur.
@ŞöhləMəmmədova
@ŞöhləMəmmədova 5 месяцев назад
Təşəkkürlər
@AytacZiyadova-yp6qw
@AytacZiyadova-yp6qw 5 месяцев назад
Çox sağolun
@RustemAbbasov-p7g
@RustemAbbasov-p7g 5 месяцев назад
Təşəkkürlər
@demedideme1
@demedideme1 5 месяцев назад
İzlədiyiniz üçün təşəkkür edirik
@Zahid-d9y7m
@Zahid-d9y7m 5 месяцев назад
O qədər yatıram yenə yuxusuzam😅
@goyercinmaxmudlu9410
@goyercinmaxmudlu9410 5 месяцев назад
Deməsiz daha yaxşı olardı danışdıqlarınız tutdu qatıq tutmadı süddü baxış xətrinə xalqı alladırsınız
@MezahirBagirov-i6k
@MezahirBagirov-i6k 5 месяцев назад
Ona göre size inanmirlar dediynizin 90, faizi yalandir
@gulnarqasmova8513
@gulnarqasmova8513 5 месяцев назад
Sizin bu video mən şüa qəbul edəndə mənə çox kömək oldu, Allah köməyiniz olsun 🙏
@k1m933
@k1m933 5 месяцев назад
Biraz vidonu gisa tutsaz daha yaxsi olar. Menim hovselem catmir uzun uzadi gulag asmaga
@gulnarqasmova8513
@gulnarqasmova8513 5 месяцев назад
Lavandanı görəsiz haradan tapmaq olar?
@ЛейлаХабиб-щ8г
@ЛейлаХабиб-щ8г 5 месяцев назад
салам
@ElseverIsayev-u1r
@ElseverIsayev-u1r 5 месяцев назад
Salam Allah razı olsun.siz bizim saqlamliqimiz üçün çalışırsiz .❤❤❤ təmənnasız.
@2012Hikmet
@2012Hikmet 5 месяцев назад
Men hesed apariram yatanlara geceler bu mahni menimcun oxunur
@sebirecaniyeva2421
@sebirecaniyeva2421 5 месяцев назад
Eaksine dediz men yeye yeye yixo aparirmeni o deyqe yatram 😊
@adventuresofthejames
@adventuresofthejames 5 месяцев назад
Ona görə saat dörddə durub komment yazmısız))?
@imamamquliyev
@imamamquliyev 5 месяцев назад
6​@@adventuresofthejames8
@BakuBaju-d2b
@BakuBaju-d2b 5 месяцев назад
Tesrkkur edirik.Mariflendirdiyiniz ucun.
@SefeqMemmedova-m5f
@SefeqMemmedova-m5f 5 месяцев назад
Salam. Görən həqiqətdirmi
@mehemmedtagzade4917
@mehemmedtagzade4917 5 месяцев назад
Elbetde
Далее
"Yuxu pozuntuları" - Psixoloq Elnur Rüstəmov
3:44