Тёмный

Suallara cavablar - Uşaq psixologiyası 

Psixoloq Elmir İsgəndərov
Подписаться 59 тыс.
Просмотров 606
50% 1

Bu videoda yutub platforması vasitəsilə bizə ünvanladığınız 4 sualı cavablandırmışam. Beləcə, bu videoda aşağıdakı suallara cavab tapacaqsınız:
1. Uşaqlar dünyaya necə gəldiklərini soruşanda necə cavab verək?
2. Tərbiyə genetikdir?
3. Uşağı bağçaya neçə yaşında qoymaq lazımdır?
4. Uşağı 6 yaşı tamam olmamış məktəbə qoymaq olar?
Faydalı olması ümidi ilə...
Bu kanalda uşaq tərbiyəsi, uşaqlarla münasibətlərdə yol verilən xətalar, bu xətalardan çıxış yolları, böyüklərlə bağlı psixoloji mövzular və s. tipli məsələlər psixoloji aspektdən müzakirə olunur.
Kanalımıza abunə olmaqla videolarımızdan mütəmadi olaraq xəbərdar olacaqsınız.
Şərh bölümündə sizi maraqlandıran sualları qeyd edin. Gələcək videolarımızda bu suallara cavablar verməyə çalışacağıq.
0-4 yaş arası uşaqlara aid videolarımızı izləmək üçün linkə keçid edin:
tek.link/NfvI
Etibarlı bağlanma haqqındakı videolarımızı izləmək üçün linkə keçid edin:
• Körpələr də başa düşür...
İnstagram canlı yayım videolarımızı izləmək üçün linkə keçid edin:
tek.link/NfvK
Yeniyetməlik dövrü ilə bağlı videolarımızı izləmək üçün linkə keçid edin:
tek.link/NfvO
Sosial media hesablarımız:
İnstagram: tek.link/NfvQ
Facebook: tek.link/NfvT
Psixoloq Elmir İsgəndərovla 0704040434 nömrəsi vasitəsilə əlaqə saxlaya bilərsiniz.

Опубликовано:

 

21 сен 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 49   
@YunisIbrahimov-b4t
@YunisIbrahimov-b4t 4 дня назад
Tesekkur edirik
@AyshenXasayeva
@AyshenXasayeva 8 дней назад
Əhsəm👏👏fikirləriniz çox faydalıdır🙏
@ulkercebrayilov6376
@ulkercebrayilov6376 8 дней назад
Var olasınız🙏
@saida2399
@saida2399 6 дней назад
@leyamemmedli2865
@leyamemmedli2865 8 дней назад
Azərbaycanda baxçalar baxçakimi deyil uşaqları 4 yaşınan əlifba bayramı nəbilm nə bayramı deyib məktəbə hazırlayırlar hərf öyrədirlər uşaqlar uşaqlıqlarını yaşamırlar. Almanyada 6 yaşa qədər uşaqlara Baxçalarda sadəcə rəngləməyi, rəsm çekməyi, kağızlardan figurlar düzəltməyi öyrədirlər uşaqları tez tez Təbiətdə gəzintiyə aparırırlar uşaqlar məktəbə başlıyanda öyrənirlər Əlifbanı və sairə
@БилалНазаров-и5о
@БилалНазаров-и5о 7 дней назад
Salam həkim bəy,İnanin mən daha yorulmuşam,Allaha tevəkkül edirəm,Yenə əsəb tutur basim xərəm olur,Oglanin 14 yaşi var,Ot qoyur mənə,Telefon əlindən düşmur,Deyirəm oxu,Deyir oxuyuram,Ama bilmirəm necə oxuyur.İnanin əsəblərim tam gərginləsir😢Mən nə edim,Özumuzdə rayon,qəsəbədə yasayiriğ
@БилалНазаров-и5о
@БилалНазаров-и5о 7 дней назад
Bağisdiyin,Həm həyəcannan belə yaziram,Həmdə gərginlik məni çox yorur,Odu bu yazilari belə yaziram😢
@leyamemmedli2865
@leyamemmedli2865 7 дней назад
@@БилалНазаров-и5о xanım səhf yazmısız həkimə deyil mənə yazmısız. Allah Sizə səbr versin çalışın səbirli olun
@rasimsdullayev398
@rasimsdullayev398 8 дней назад
👍🏻🙏🏻
@islamsuleymanov2904
@islamsuleymanov2904 2 дня назад
Salam Elmir bey..12-13 yasli usagin yatili liseye qoyulmasi usaqda menfi dusunce aileye qarsi agresiya yarada bilermi ...ozude isteyirse eger bu sualin cavabi mene maraqlidi
@psixoloqelmirisgenderov
@psixoloqelmirisgenderov День назад
Salam. Özü istəyirsə, mühit də normaldırsa, qoymaq olar.
@altaysehriyar4676
@altaysehriyar4676 5 дней назад
Salam Elmir bəy. Mənim oğlumun 6 yaşı var həmişə demişik səni xəstəxanadan almışıq. Yaxında bir övladımız daha olacaq, onuda alacam demişəm. Bu səfimi necə düzəldə bilərəm ?? Sizin dediyiniz kimi, atanla bir birimizi sevmişik və sən olmusan, desəm əvvəlki, fikirləri səf çıxaracam. Necə bir yolnan ona bunu izah edə bilərəm indi. Niyə yalan dediyimi soruşacaq çünki...
@psixoloqelmirisgenderov
@psixoloqelmirisgenderov 4 дня назад
Salam. Təəssüf ki, bu sualın cavabını bilmirəm.
@ismaylqasmov
@ismaylqasmov 8 дней назад
Elmir müəllim sualım odur ki heç ömrünüzdə uşağa qışqıran və yaxud şillə vuran psixoloq görübsüz və yaxud belə şey təsəvvür edə bilirsiz ?
@psixoloqelmirisgenderov
@psixoloqelmirisgenderov 7 дней назад
Belə bir şey görməmişəm, amma təəssüf ki, çox eşitmişəm.
@Dyjveujbcj
@Dyjveujbcj 3 дня назад
Salam .bu sualimi cvblandirsaniz cox sevinerem Allah sizden razi olsun biz cox raziyig sizin kimi insanlardan coxduzgun yonlendirirsiniz Oglumun 15yasi var asosiyaldir cox utancagdir.evvelden bele olub.ancag onu nece yonlendirebileremki onun ozguveni artsin ve gismen de olsa sosiyallaşsin utancagligi gedsin.cox xais edirem etrafli yazardiniz Onceden tesekkurler
@psixoloqelmirisgenderov
@psixoloqelmirisgenderov День назад
Salam. Təşəkkür edirəm. Burada problemli heç nə yoxdur. Onun üçün belə rahatdırsa, bu şəkildə davam etsin. Əksinə, qarışmamaq lazımdır. İstədiyi kimi davranmaq özgüvənsizlik deyil.
@Dyjveujbcj
@Dyjveujbcj День назад
@@psixoloqelmirisgenderov tesekkurler
@samireabbasova7157
@samireabbasova7157 2 дня назад
Salam oğlumun 11yasi var 6da oxuyur.muəlliməsi keçən ildən bura deyir ki, fikri çox daginiqdi.dərsdə ksq və bsq.lərdən geri qalır halbuki qavraması yaxşıdı savadsız uşaq deyil.sadəcə fikri daginiqdi deyə dərsdə geri qalır.psixoloqada göstərdim yayda dediler ki heç bir prablemi yoxdu fikride dağınıq deyil.amma müəllimə də şikayət edir.nə etmək olar belə halda.zehmət olmasa deyərdimiz.
@psixoloqelmirisgenderov
@psixoloqelmirisgenderov День назад
Salam. Dərs onun üçün maraqlı olanda fikri dağınıq olmayacaq. Dərs maraqlı deyilsə, heç kim fikrini toplaya bilməz.
@SmistanMUSTAFAYEV
@SmistanMUSTAFAYEV 8 дней назад
Elmir bəy sizə minnətdaram.videolarınız sayəsində çox şey öyrənmişəm.sadəcə bu məni narahat edir qızımla aramda çox güclü bir bağ var.mənə çox güvənir gün ərzində tez-tez söhbət edirik(8 yaşı var).oğlumla isə əvvəldən həmişə problemli münasibətimiz var tez-tez mənə qarşı çıxır.çox zaman səbr etməyə çalışıram.onun nəzərində əyər onun dediklərini edirəmsə yaxşı anayam yoxsa pis anayam məsələn telefonla oynamağına icazə vermək kimi(oğlumun 9 yaşı var)
@psixoloqelmirisgenderov
@psixoloqelmirisgenderov 7 дней назад
Qızınızla etdiklərinizi oğlunuzla da etsəniz, qızınız haqqındakı fikirlərinizi oğlunuz haqqında da düşünsəniz, onunla da bağ bərpa olunacaq. Yəni onun etdiklərinə baxmayın. Özünüz onun üçün düzgün olan hər şeyi edin. Bununla da sizin işiniz bitmiş olur. Nəticəni müəyyənləşdirən biz deyilik.
@kemalehesenova6472
@kemalehesenova6472 7 дней назад
Salam. Uşagın 6 yaşı var,bagcaya gedir,bildiyi cox şey var.Sadəcə müəllim sual verdikdə cavab vermir,baxır. Sosialdır,yoldaşları ilə oynayır,əylənir. Ümumiyyətlə böyüklərlə ünsiyyət qurmaga can atmır,susub baxır və yaxud az halda cavab verir. Nə məsləhət görürsünüz ? Təşəkkür.
@psixoloqelmirisgenderov
@psixoloqelmirisgenderov 6 дней назад
Salam. Cavab vermirsə, bunun yolu daha çox sual vermək deyil. Onun dilini, maraq dairəsini tapmaq lazımdır. Heç birimiz bizim üçün maraqlı olmayan suallara və insanlara cavab vermək istəmərik. Yəni uşağın etdiyi normaldır.
@kemalehesenova6472
@kemalehesenova6472 4 дня назад
@@psixoloqelmirisgenderov Salam .Uşaq ailədəkilərə də cavab vermək istəmir.Yaşıdları ilə oynayır,ünsiyyət qurur .Böyüklərlə ünsiyyət qurmaq həvəsi yoxdur sanki. Mutizm deyiblər. Aradan qaldırmaq olarmı?
@psixoloqelmirisgenderov
@psixoloqelmirisgenderov День назад
Salam. Bir daha təkrar edirəm ki, burada aradan qaldırılacaq heç nə yoxdur. Uşaq kiminlə istəsə, ünsiyyət qurar, kiminlə istəməsə, qurmaz. Belə mutizm olmur.
@bloodrexpubg8900
@bloodrexpubg8900 6 дней назад
Salam Elmir bəyə uşaqlar cinsi tərbyə necə verilməlidi ümmyyətə cinsi tərbiyə deyiləndə tam laraq nə nəzərdə tutulur .
@psixoloqelmirisgenderov
@psixoloqelmirisgenderov 6 дней назад
Salam. Bu barədə video çəkəcəyik.
@bloodrexpubg8900
@bloodrexpubg8900 6 дней назад
@@psixoloqelmirisgenderov inşAllah səbirsizliklə gözələyirəm
@elayrzayev6382
@elayrzayev6382 7 дней назад
Salam hormetli psixoloqumuz once deyim Allah sizden razi olsun çox gozel izzah edirsiz xahiş edirem ergenlik dovru barede psixoloji komek ederdiz 14 yaşinda oğlum var şirinde danişirsan yenede onunla unsiyyət qurmağ çox çetindi ve tehsile nece hevesle dirim komek ederdiz Allaha emanet olun
@psixoloqelmirisgenderov
@psixoloqelmirisgenderov 6 дней назад
Salam. Yeniyetməlik dövrü ilə bağlı videolarımızı izləyə bilərsiniz. Bir video da 28 sentyabr saat 22:00-da yayımlanacaq.
@yadigaryusif9301
@yadigaryusif9301 3 дня назад
Salam hekim.cox xahis edirem cavanlandirasiniz.oglumun 7 yasi var 1 yerde dayanmir agzi dayanmir ele hereketdedir söz esitmir usaqlarla ünsiyetde problem yasiyir.dersin üstünde oturmaq istemir 1 herf yazir bezir yemeyi bele rahat yemir hereketdedir diqqetin derse verende cox yaxsi qavriyir yazir oxuyur.sizde bu diqqet eksikliyi ve hiperaktivlik ola bilermi cox narahatam.bu haqda video cekseniz sevinerem ayird ede bilmekcun.
@psixoloqelmirisgenderov
@psixoloqelmirisgenderov День назад
Salam. Sadəcə olaraq, bu uşağın təbiəti bu şəkildədir. Burada heç bir problem yoxdur. Belə uşaqlar yazaraq yox, edərək daha yaxşı öyrənirlər.
@yadigaryusif9301
@yadigaryusif9301 День назад
Bes bu hiparaktivlik ve diqqet eksikliyi ola bilermi
@psixoloqelmirisgenderov
@psixoloqelmirisgenderov 11 часов назад
Xeyr.
@Parlaq_gələcək
@Parlaq_gələcək 8 дней назад
Dəyərli psixoloq, məktəbə getməzdən əvvəl uşağa hərfləri və rəqəmləri öyrətmək hələ tezdir?
@psixoloqelmirisgenderov
@psixoloqelmirisgenderov 7 дней назад
Məktəbəqədərə, yoxsa məktəbə?
@Parlaq_gələcək
@Parlaq_gələcək 7 дней назад
@@psixoloqelmirisgenderov Məktəbə
@psixoloqelmirisgenderov
@psixoloqelmirisgenderov 7 дней назад
Normalda öyrətmək düzgün deyil. Amma təəssüf ki, məktəbəqədərdə öyrədirlər. Məktəbəqədərə getməyən uşaq da o birilərindən geri qalmamaq üçün öyrənməlidir.
@Parlaq_gələcək
@Parlaq_gələcək 7 дней назад
@@psixoloqelmirisgenderov Təşəkkürlər ☺️
@SelaleHesenova-cn6uu
@SelaleHesenova-cn6uu 8 дней назад
Salam.Menim oğlumun 4 yaşı var uşaqlarnan oynamağı bacarmır dalaşır ama baxcadakı usaqlarnan yaxsi oynuyur bu nedendi muellimeden cekindiyine gore ola biler?
@psixoloqelmirisgenderov
@psixoloqelmirisgenderov 7 дней назад
Salam. Təəssüf ki, uşağı tanımadan dəqiq bir söz deyə bilmirik.
@ZuzuZeynalova-z9r
@ZuzuZeynalova-z9r 7 дней назад
Salam Elmir bey qizimin 8 yaşı var yemək yeməsində çətinlik çəkirəm hər yeməyi bəyənmir. İlk öncə soruşur nə var yeməyə və ya acımışam deyir adını deyəndə yada gətirəndə yeməyi görəndə yemirəm deyir əvvəl yemirəm deyirdi son zamanlarda ac deyiləm elə belə soruşdum deyə cavab verir amma hiss edirem ki yalan danışır. Məndə başqa heçnə vermiyəcəyimi deyirəm, ancaq bunu yeyəcəksən deyirəm yemir ac yatir. Çox xaiş edirəm mənə düzgün yolu göstərin qalmışam çıxılmaz vəziyyətdə. Uşaq belə davrandıqca mənim əsəblərim pozulur qışqırıram, qorxuduram,vurmamağ üçün güclə saxlayıram özümü ama mən belə valideyin olmaq istəmirəm nə edə bilərəm ?
@psixoloqelmirisgenderov
@psixoloqelmirisgenderov 7 дней назад
Salam. 1. Uşaq nə qədər ac qalsa, o qədər yaxşıdır. Buna sadəcə sevinmək lazımdır. 2. "Ya bunu ye, ya da ac qal" ifadəsi sizə deyilsə, necə olarsınız? Düşünün, deyib-deməməyə özünüz qərar verin. 3. Əgər uşağın temperamenti kimyəvi qidalarla pozulmayıbsa, nə istəyirsə, onu yesin, istəmədiyini yeməsin. 4. Uşağın həyat seçimi yemək seçimi ilə başlayır. Nə qədər seçici davranırsa, o qədər yaxşıdır. Deməli, seçə bilir. Buna ancaq sevinmək olar. 5. Faydalı olmaq şərtilə, hər şeyi seçsin. Siz də bu seçimə görə hərəkət edin. İstəmədiyini bişirib yeməyə məcbur etməkdənsə, istədiyini bişirsəniz, daha yaxşı olar.
@ZuzuZeynalova-z9r
@ZuzuZeynalova-z9r 7 дней назад
@@psixoloqelmirisgenderovBəli çox doğru deyirsiz insan nə qədər ac qalırsa,o qədərdə sağlam olur. Valideyinlərimiz bizə necə edibsə,bizdə övladlarımıza onu edirik təəssüfki, Çox sağolun cavabınız üçün.Allah razı olsun faydalı məsləhətlər verirsiz Allah sizə köməy olsun hər zaman.
@nigarsafarli2694
@nigarsafarli2694 2 дня назад
Menim bu sualıma seni bagcadan(bagdan) tapmışıg demisdiler😂😂😂😂26 yasım var artıq anayam tebii ki artıq nece dunyaya geldiyimi bilirem ancaq qeribe bir seydir ki beynimin bir kuncunde buna inanmısam sanki hamı normal usulla dunyaya gelib ama meni bagdan tapıblar😂😂😂😂usaqlara bele cavablar vermeyek ay kelemnen cıxmısan ordan tapmısıg burdan tapmısıg
@leyamemmedli2865
@leyamemmedli2865 8 дней назад
Salam sualım budurki uşağı dərsə necə həvəsləndirəg ? Mənim qızımın 14 yaşı var biz xaricdə yaşıyırıq dərsə həvəsi yoxdur amma ağıllı uşağdır istəsə çox gözəl oxuyar tənbəllik edir. Oğlumunda 9 yaşı var 3- cü Sinifdə oxuyur dərsləri öyrəndiyi halda testlərdə heycanlanır özünü itirir suallara səhf cavablar verir bunun səbəbi nədir? Bunu necə düzəltmək olar? Onuda deyimki uşaq çox enerjili uşağdır idmana gedir. Cavablandırsaz çox şad olaram Öncədən təşəkkürlər
@psixoloqelmirisgenderov
@psixoloqelmirisgenderov 7 дней назад
Salam. Hər uşaq fərdidir. Hər birinə fərdi yanaşmaq lazımdır. Əvvəlcə uşağı tanımaq lazımdır ki, hansını necə həvəsləndirməli olduğumuzu bilək. Bundan başqa, uşaqlar anadangəlmə öyrənməyə həvəsli olurlar. Təəssüf ki, dərslərin maraqsızlığı onların da marağını öldürür. Yəni ortada həvəslənəcək bir şey yoxdursa, uşağı necə məcbur həvəsləndirə bilərik...
@leyamemmedli2865
@leyamemmedli2865 7 дней назад
@@psixoloqelmirisgenderov ilk öncə cavablandırdığınız üçün təşkkür edirəm. Qızım Pianino çalır və gözəl Rəsm çekə bilir yəni Rəsmə həvəsi böyüktdür amma əlbbətdəki bir valideyin olaraq biz onun Ali təhsil almağını da çox istəyirig.
Далее
The joker favorite#joker  #shorts
00:15
Просмотров 7 млн
Cəzasız uşaq tərbiyəsi? - Uşaq psixologiyası
11:59
Hiperaktiv uşaqlar - Uşaq psixologiyası.
10:17
Просмотров 21 тыс.
16 FAKT
13:02
Просмотров 589
İki tərbiyə metodu - Uşaq psixologiyası
8:06
Просмотров 1,5 тыс.
Davranış pozuntusu - Uşaq psixologiyası
11:26
Просмотров 22 тыс.
The joker favorite#joker  #shorts
00:15
Просмотров 7 млн