Тёмный

Sumqayıtda tikinti şirkəti yaşayış olan binaları hasara aldı, mənzilləri sökdü - APA TV 

APA TV
Подписаться 337 тыс.
Просмотров 13 тыс.
50% 1

#APATV #sumqayıt #mənzil #bina #hasar #sökmək #mtk #mahalmtk #sakin #tikinti #apaxeber #apaxəbər #apatvxəbər #apaxeberler #xeberler #sonxeberler #gundemxeberler #xəbərlər #sonxəbərlər #xəbərlərbugün #xəbərlərdəbugün #gününxəbərləri #xəbərləryeni #sondeqiqe #gününəsasxəbərləri #sonxeberlerbugun2023 #gundemxeber #ənsonxəbər #apa #apagündəm #apatvyenixəbər #apatvənyenixəbər #apatvxəbərlərdəbugün
Bura Sumqayıt şəhərinin 4-cü məhəlləsidir. Bu gördüyünüz yaşayış olan binaları hasara alan isə “Mahal” Mənzil Tikinti Kooperatividir. Yəqin ki, “Mahal” MTK barədə dəfələrlə şikayət xəbərləri ya oxumusunuz, ya da eşitmisiniz.
Bu MTK-dan illərlə aldığı evin çıxarışını ala bilməyən vətəndaşdan tutmuş, gördüyü işin pulunu ala bilməyən fəhlə kimi bir çox şikayətçi var. Saymaqla bitməyən və həllini tapmayan şikayətlər sırasına 4-cü məhəlləsinin 3 binasında yaşayan sakinlərin də şikayəti əlavə olunub.
4-cü məhəllədə yerləşən 16/19, 15/30, 17/18 saylı binalarında yaşayan 56 ailə onlarla razılıq əldə olunmadan yaşadıqları binaların sözü gedən MTK tərəfindən hasara alındığını bildirir. Onlar iddia edir ki, 3 binada cəmi 4 mənzilin sahibi ilə razılıq əldə olunub və həmin mənzillərin dayaq sütunlarına bilərəkdən zərər verilir ki, bina qəzalı vəziyyətə düşsün.
Sakinlərin razılığa gələ bilməməsinin əsas səbəbi MTK-nın onlara evlərinin dəyərinə uyğun ödəniş təklif etməməsidir. Digər tərəfdən isə sakinlər tikinti şirkəti haqqında sosial şəbəkələrdə və xəbər saytlarında yer alan şikayətlərə görə “Mahal” MTK-ya etibar etmir.
“Mahal” MTK-nın əməkdaşı Ruslan Məmmədov, icazə olmadan taxtanı taxta üstünə qoya bilmərik deyir. Həmçinin bildirir ki, bütün aidiyyəti qurumlardan icazələr alınıb. Lakin sakinlərlə razılığa gələ bilmirlər.
Məsələ ilə əlaqədar Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətindən bildirildi ki, “Mahal” MTK-nın tikinti layihəsi qurum tərəfindən təsdiq olunub. Həmçinin qeyd olunub ki, regionlarda tikinti-söküntü üzrə icazəni yerli icra hakimiyyətləri verir. Şəhərsalma komitəsi yalnız MTK-nın təqdim etdiyi layihəni dəyərləndirib və təsdiq edib.
Sumqayıt şəhər icra hakimiyyətinin mətbuat katibi Eyvaz Qocayev isə bildirir ki, şəhərdə pilot layihələrin bir mərhələsi olaraq aparılan yenidənqurma işləri üzrə tikinti aparılması üçün Mahal MTK-ya 4-cü məhəllə ərazisində tikintiyə icazə verilib, lakin sakinlərlə razılıq əldə olunmadan heç bir söküntü işləri aparıla bilməz.
Görünür sakinlərə istədikləri məbləği vermək istəməyən “Mahal” MTK onların tələblərini yerinə yetirməyi yox, gözlərini qorxutmağı çıxış yolu seçib.
Əmlak ekspertləri isə deyir ki, ilk olaraq sakinlərə qanunlar çərçivəsində bir il öncədən söküntü tikinti haqqında məlumat verilməlidir və problemlər razılıqla həll olunmalıdır.
Hüquqşünas Şamil Paşayev də bütün hallarda mülkiyyətçilərə ədalətli kompensasiya verilməli olduğunu deyir.
Qeyd edək ki, Sumqayıt şəhəri ikinci dünya müharibəsindən sonra salınmış şəhərdir. 75-ci yaşına yenicə qədəm qoyan şəhərdə istismar müddətini başa vuran kifayət qədər bina var. Ümid edirik ki, pilot layihələrin icrası yalnız şəhər mərkəzini yox, ətraf qəsəbələri və yaşayış massivlərini də əhatə edəcək.
Xədicə Səxavət, Əli Əliyev, APA TV
✅ Rəsmi saytımız: apa.tv
✅ Rəsmi facebook səhifəmiz: / tvapaxeber
✅ Rəsmi instagram səhifəmiz: / apatvresmi
✅ Rəsmi twitter səhifəmiz: / apatvofficial
✅ Rəsmi teleqram səhifəmiz: t.me/apa_tv
✅ Rəsmi youtube kanalımız: ru-vid.com...
Copyright © APA TV
Videolarda yazılan rəylərə görə kanal rəhbərliyi məsuliyyət daşımır.
REKLAM TƏKLİFİ ÜÇÜN (Contact) info@apa.tv

Опубликовано:

 

20 дек 2023

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 26   
@teranenovruzova7651
@teranenovruzova7651 7 месяцев назад
Hal hazirda Moskvada en bahali evler Stalin zamaninda tikilen binalardi.
@user-eu5ur5bb9m
@user-eu5ur5bb9m 7 месяцев назад
Mahal mtka. Mowenikdir
@user-qt5xt8pi8w
@user-qt5xt8pi8w 7 месяцев назад
Bu binalar qəzalı deyil.Əslındə çox möhkəmdir.Həm də tariximizdir.
@quluyevvidadi1547
@quluyevvidadi1547 7 месяцев назад
Gül kimi binalar niyə sökülür? O binalar çox möhkəm binalardır. Yerində iqruşqalar tikəcəklər
@user-sq9ul2zk6k
@user-sq9ul2zk6k 7 месяцев назад
Айдынды масалади ки бу ширкатин далында огры гулдыр диктатор айласи о ганы ермани ганынан олан чафур мурдар мехрибан пашахолдинг империсына мехсузды,она гореда Азербайджан 🇦🇿 Халгына зулим верир
@HdjHhd-jy7by
@HdjHhd-jy7by 7 месяцев назад
Bura Azerbaycandir! Ne qederki eliyev pasayev quldurlari dovlet basindadi her cur qanunsuzluq haqsizliq gore bilersiz
@yasarcabbarov383
@yasarcabbarov383 7 месяцев назад
Allah köməyiniz olsun. GENMG 15 il bizi surundurdu. Ehtiyatlı olun Heç kimin haqqı yoxdur sizi çıxarsın. İcra hakiminin binalari tikəndir. Vəssalam
@salamsal4456
@salamsal4456 7 месяцев назад
Bu Azərbaycanın yoxdu Prezidenti ?
@winterseason38
@winterseason38 6 месяцев назад
Bizdə də şeron 63 mtk Xırdalan dairəsi.elxan əsədov kupçanı vermir gəlin çəkin . dələduz elxan
@HaqverdiHaqver
@HaqverdiHaqver 7 месяцев назад
Pul və ya ev istəyəndə insafla isdəmək lazımdı 1m² 4000azn yox insafla
@azersoltanov5785
@azersoltanov5785 3 месяца назад
Yataqxanalar sökülməlidi qəzalı haldadi
@HdjHhd-jy7by
@HdjHhd-jy7by 7 месяцев назад
Biz Rusyada 1920-ci ilin binalarini temir etmisik,hec nede sokulmur
@fayazheydarov6274
@fayazheydarov6274 7 месяцев назад
Mahal MTK ya inanmaq olmaz. Qovun onlari.
@esyamahmudova-kd6mi
@esyamahmudova-kd6mi 7 месяцев назад
Bu millət nə vaxta gedər şikayətlə yaşayacaq ,alın nöyütu ,picagi avtomatı qurumda bu mtk julikini!
@user-zi7so4dx5r
@user-zi7so4dx5r 4 месяца назад
Hamnız qedin icra hakimyetinin qabaqına hakqınızı teleb edin Ferecovdan
@Kalarro
@Kalarro 5 месяцев назад
Yeraz şəhəri şikəst edildi
@user-gp9iu1hk1s
@user-gp9iu1hk1s 6 месяцев назад
Ay qara millet
@hilalbaxseliyev4566
@hilalbaxseliyev4566 7 месяцев назад
Evim 64 kv dir, amma 3 otaqdir. Mən evimi satmiram. Məni 3 otaqdan cixarirsansa, canin cixsin novostroykadan 3 otaqlı ev al ver. Sən 16 mərtəbə tikib milyonlar qazanacaqsan bu binanın yerndən. Nə rahatdır sizin ücün 60 kv dır 80 kv verirəm. 60 kv dir amma 3 otaqdır , ver 3 otagı cıxım.
@user-gg8re5ur8x
@user-gg8re5ur8x 23 дня назад
Manda üç otaqdir 40 kvadratdir mana navastroykadan üç otaqli ev verin deysaydirm 90 kvadratli üç otaq verardin????????????????????????????????????????????????????????????
@user-gg8re5ur8x
@user-gg8re5ur8x 23 дня назад
Düvlatin planina düşsaydir bela danişmazdiz çünki düvlatda kvadratina qüra sayib siza ev verir..........
@user-mx6wy2ou8t
@user-mx6wy2ou8t 26 дней назад
Alman tiktiyi ev siz tiktiyniz evin 100 ne deyer. Beli o evlerin qiymeti odur cunki hem yeri hem keyfiyeti var. Moweniklersiz sizler
@sumqayitshricrahakimiyyti113
@sumqayitshricrahakimiyyti113 6 месяцев назад
Məlumat üçün bildirək ki, Sumqayıt şəhərində aidiyyatı qurumlar tərəfindən verilmiş rəy əsasında uzunmüddətli istismar nəticəsində yararsız vəziyyətə düşmüş yaşayış binalarının sökülərək, yerində müasir tələblərə uyğun yeni yaşayış binalarının tikilməsi nəzərdə tutulub. Artıq pilot layihə kimi bu işlərə başlanılıb. Qeyd olunan ərazidə də sakinlərin razılığı əsasında layihənin icrası nəzərdə tutulub.
@AliAliyev-fw4mk
@AliAliyev-fw4mk 6 месяцев назад
Özünüz qeyd edirsiniz ki sakinlərin razılığın əsasında ,razılğda gördüyünüz kimi yoxdu
Далее
МИГРАНТ ВА ПОЛИЦИЯ 😂👍
00:12
Просмотров 316 тыс.
Stray Kids "Chk Chk Boom" M/V
03:26
Просмотров 30 млн
We will see who will do it better 😂
00:14
Просмотров 2 млн
Ermənilər növbəti dəfə təxribata əl atdı
17:06
“MAHAL MTK” sakinləri niyə incidir?
3:59
Просмотров 1 тыс.
Komedixana 248-ci bölüm 11.03.2023
1:01:10
Просмотров 1,1 млн
МИГРАНТ ВА ПОЛИЦИЯ 😂👍
00:12
Просмотров 316 тыс.