Тёмный

Tünzalə - Şəhidim (Azərbaycanca Nitq ilə) | "Anam Azərbaycan" Albomu 

Tünzalə
Подписаться 40 тыс.
Просмотров 317
50% 1

Tünzalənin azərbaycanca nitq ilə ifa olunan "Şəhidim" mahnısı artıq onlayndır.
Tünzaləyə RU-vid-da abunə ol: mikpro.az/tunzaleyt
"Anam Azərbaycan" albomu rəqəmsal platformalarda: bfan.link/anam-azerbaycan
Tünzaləni sosial şəbəkələrdə izlə:
Facebook: mikpro.az/tunzalefb
Instagram: mikpro.az/tunzaleig
Twitter: mikpro.az/tunzaletw
Genius: mikpro.az/tunzalegn
Tünzaləni rəqəmsal platformalarda dinlə:
Keçid: mikpro.az/tunzale.dinle
Sözlər:
[Giriş: Nitq]
Anacan, bu, sənə son məktubumdur
Ağlama mənimçün heç zaman, ana
Əsgər anasısan, gözünə qurban
Başın dik dayansın, gözlərin məğrur
De ki, “Vətən sağ olsun”
Təki Vətən sağ olsun
Yadındamı, ana?
Deyərdin: “Ən böyük eşq Vətənindir”
Deyərdin: “Vətənin çağırsa, oğul, məni yox
Vətənin səsini dinlə”
Ölüm olsa belə, gözünü qırpma
Ana, bilmirəm, yadındamı?
Hər cəbhəyə zəng eləyəndə, hər telefon açanda
“Vətən” deyə çağırardı atam məni
Atam, bəlkə, heç bilmirdi ki
O, hər dəfə mənə “Vətən” deyəndə
Vətəni ruhumda hiss eləyirdim
Vətənin ruhunu hiss eləyirdim
Xocalı keçərdi içimdən mənim
Amma Xocalıdan keçə bilmirdim
Xoşbəxt gülüşləri keçmişində qalmış
Xaraba kəndlərə baxıb yanardım
Qarşımda əsir olmuş Vətən, arxamda dərdli ana
Qalardım yana-yana
Mən bu dərdi belə qoymaram, ana
Təki Vətən sağ olsun
[Bənd 1: Tünzalə]
Gözəl anam, sultan anam
Vətən doğan, vətən anam
Əməyinizi halal edin
Bu dərdi belə qoymaram
[Nəqərat]
Siz verdiyiniz öyüdlər üçün gedirəm
Yetim qalan söyüdlər üçün gedirəm
Ümidiniz qoy dikəlsin, dağ olsun
Təki vətən, təki vətən sağ olsun
Siz verdiyiniz öyüdlər üçün gedirəm
Yetim qalan söyüdlər üçün gedirəm
Ümidiniz qoy dikəlsin, dağ olsun
Təki vətən, təki vətən sağ olsun
[Keçid: Nitq]
Mən dərələrdən, təpələrdən keçəcəm
Bəlkə elə ilk addımımda öləcəm
Ancaq mənim ünvanımdır zirvələr
Qarabağım ‘’Qarabağ’’ deyir qolumda
Qarabağım qara bağdır, böyük bağdır
Nə dayanar qarabağlı ruhumda?
Qarabağlı yolunda nə tikanlı məftillər
Nə minalar, qurşunlar, nə ən gerçək qorxular
Saxlaya bilməz məni
Bəxtəvərəm, vətən üçün gedirəm
Bayraqların ən gözəli, o üçrəngli, o müqəddəs
Bayraq üçün gedirəm
Bəxtəvərəm, bu gün ümidlərinizi doğrultmaq üçün
Bu gün, bəlkə, yenidən doğulmaq üçün gedirəm
Bəxtəvərəm...
[Bənd 2: Tünzalə]
Halal olsun sənə, halal, şəhidim
Ellər səni alqışlayır, şəhidim
Cənnətin qapıları səni gözlər, şəhidim
Sən ölməzsən, əbədisən, şəhidim
‘’Vətən’’ deyib torpağına qan atan, can atan
‘’Vətən’’ deyib torpağına şan atan ölmür heç vaxt, şəhidim
Vətəntək ömürləşir, ölmür heç vaxt, şəhidim
Sən demişdin, ağlamayaq, ağlayırıq sevincinə şərik olub
Bu göz yaşımız halalındır, sən ömrünü halal etdin bu vətənə
Barı bizə göz yaşını irad tutma
[Nəqərat]
Halal olsun, dedi sənə
Bu vətənin torpağı
Milyonlarla insanın
Qarabağın, Xocalın
Sevinirik, qəhrəmanlıq ölməyib
Babaların ruhu bizdən dönməyib
Nə xoşbəxtsən, halal sənə, şəhidim
Sağ əlini başıma çək, şəhidim
Sevinirik, mübarizlik ölməyib
Babaların ruhu bizdən dönməyib
Nə xoşbəxtsən, halal sənə, şəhidim
Sağ əlini başıma çək, şəhidim
Ümidiniz qoy dikəlsin, dağ olsun
Təki vətən, təki vətən sağ olsun
Sağ əlini başıma çək, şəhidim
Sağ əlini başıma çək, şəhidim
Bu videonun bütün hüquqları "mikpro" MMC tərəfindən qorunur. © 2024
Etiketlər:
#Tünzalə #Şəhidim #mikpro

Видеоклипы

Опубликовано:

 

13 мар 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 5   
@peri.memmedli_
@peri.memmedli_ 3 месяца назад
Bütün şəhidlərimizin ruhu şad olsun ❤️🇦🇿
@rena.nebiyeva
@rena.nebiyeva 2 месяца назад
Çox sağolun Tünzalə xanım gözəl ifanız üçün .tədbirimdə bu ifanı oxuyacaqlar şagirdlərim
@alnyorlando
@alnyorlando 3 месяца назад
Çox kədərlidir..😢❤
@nisismayl4260
@nisismayl4260 3 месяца назад
Mübarizlik ölməyib🙏❣️🇦🇿🎶🌏🕊️
@aynurmuharram8655
@aynurmuharram8655 3 месяца назад
🙏🏻🇦🇿
Далее
Tünzalə - Biz Gəlirik
4:06
Просмотров 100 тыс.
Şəhidim (Türkcə Nitq ilə)
6:08
Просмотров 1,4 тыс.
how reset password of smm Panel fastsmmstore
3:12
Просмотров 1,5 тыс.
Ev sizin sirr bizim - Zeynəb Xanlarova
14:57
Просмотров 1 млн
Tünzalə - İgidlər | "Anam Azərbaycan" Albomu
4:40
Tünzalə - Sevdi Can Səni (Rəsmi Audio)
5:10
Просмотров 1,8 млн
Tünzalə - Pərvanə (Rəsmi Audio)
4:39
Просмотров 17 тыс.
Oqlu Orxan Ilhame Quliyeva haqqinda danishdi
6:56
Просмотров 408 тыс.
Tünzalə - Hər Şey Yaxşı Olacaq
5:17
Просмотров 769 тыс.
БОЛЬШЕ НЕ ВАЦОК
1:43
Просмотров 1,4 млн
Ozoda - JAVOHIR ( Official Music Video )
6:37
Просмотров 7 млн