Тёмный
No video :(

Təhsil Menecerlərinin I Forumu 

Şəmil Sadiq
Подписаться 636
Просмотров 72
50% 1

Noyabrın 19-u yerli və xarici təhsil müəssisəsi rəhbərlərinin iştirakı ilə Təhsil Menecerləri Forumu keçirilib.
Giriş nitqi ilə çıxış edən Hədəf Şirkətlər Qrupunun baş direktoru Şəmil Sadiq tədbirin məqsədi, perspektivləri barədə məlumat verib, bu sahədə atılan qabaqcıl addımlar, eyni zamanda problemlərdən söz açıb, onların həlli yollarına diqqət çəkib.
Forumda Hədəf STEAM Liseyinin qurucusu Şəmil Sadiq, deputatlar Fazil Mustafa, Ceyhun Məmmədov, professor Hamlet İsaxanlı, “Azərbaycan İnsan Resursları Assosiasiyası” İctimai Birliyinin təsisçisi Nərgiz Seyidzadə, Dövlət Gömrük Komitəsi Akademiyasının rəisi Qulu Novruzov, “CIBS Europe” təlim mərkəzinin təsisçisi Təbriz Hacınski, Bakı Şəhər Təhsil İdarəsində Keyfiyyətə nəzarət sektorunun müdiri Anar Mustafazadə, biznes məsləhətçisi Fəxri Ağayev, tarix üzrə fəlsəfə doktoru Elvin Əliyev, təlimçi Fərid Seyfullayev, 291 nömrəli Ekologiya liseyinin direktoru Arif Əsədov çıxış ediblər.
Jurnalist Orxan Cabbarlının moderatorluğu ilə “Uğurlu təhsil konsepsiyaları”, “Təhsildə idarəetmənin strategiyası”, “Məktəb idarəetməsindəki yanlışlıqlar”, “Yeni nəslə yeni təhsil”, “Təhsilin onlayn idarəedilməsi” və rəqəmsallaşma”, “Metamən” mövzularında panel müzakirələri aparılıb, təhsil sistemi və xidmətlərinin effektiv təşkili, kadrların idarə olunması, təhsildə informasiya texnologiyalarının tətbiqi və istifadəsi, keyfiyyətli təhsilin tədrisi, yeni dünyaya inteqrasiya istiqamətində doğru bildiyimiz yanlışları müəyyənləşdirmək, dövlət və özəl təhsil müəssisələri arasında işgüzar əlaqələrin və kommunikasiyanın daha da möhkəmləndirilməsi kimi ən aktual məsələlərə toxunulub.
Yüzlərlə təhsil işçisinin iştirak etdiyi forumda Təhsilin İnkişafı Fondu idarə heyətinin sədri Elnur Nəsibov, deputatlar Fazil Mustafa, Ceyhun Məmmədov, Mədəniyyət Nazirliyi yanında ictimai şuranın üzvü Əkbər Qoşalı, müxtəlif universitetlərin rektorları, təhsil sahəsində çalışan mütəxəssislər, media eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
Təhsil forumu direktorlar, direktor müavinləri, müəllimlər və başqa bütün təhsillə maraqlananlar üçün nəzərdə tutulub.
Forum Hədəf Şirkətlər Qrupunun təşkilatçılığı ilə 20 nömrəli məktəbdə keçirilib
Tərəfdaşlar: Hedef Group, Hədəf Global, Hədəf STEAM Liseyi, Dünya Məktəbi, “SİNKOD” yayın və dağıtım şirkəti, Mənəvi Dəyərlərin Təbliği Fondu, Kipr Elm Universiteti, AzTV, EduPress, SİA, Hədəf Təlim və Karyera Mərkəzi, Təhsil Forumu.
Sonda bütün iştirakçılara sertifikat verilib.

Опубликовано:

 

6 сен 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии    
Далее
СЕКТАТА БЪЛГАРИЯ!
25:46
Просмотров 69 тыс.