Тёмный

Təkfir məsələləri - Şeyx AbdulAziz Ali Şeyx I fatvalar.com 

fatvalar.com
Подписаться 7 тыс.
Просмотров 203
50% 1

01:18 - Sual: Hörmətli şeyx, sələfi üslubu ilə gedən alimlər və fəqihlər həmişə dini məsələlərdə, müamilələrdə və hökm verməkdə orta yol tutmaq barəsində danışmışlar. Siz bu haqda nə deyə bilərsinisiz?
07:52 - Sual: Allah sizin savabınızı artırsın möhtərəm şeyx! Hal-hazırda bəziləri: Kimisə kafir hesab etməyincə insanın imanı tamamlanmaz. Çünki din, Allaha iman gətirmək və tağutu inkar etmək prinsipi üzərində qurulub və küfr əhlini tanıtmaq da tağutu inkar etmək hesab olunur - fikrini söyləyir. Bu doğrudurmu?
11:00 - Sual: Allah sizin savabınızı artırsın möhtərəm şeyx! Bəziləri: filankəs belə etdiyinə görə və filankəs də ondan bu sözü eşitdiyimə görə kafirdir - deyirlər. Insan sadəcə etdiyi bir əmələ görə kafirmi sayılır? Yoxsa küfr edən insan kafir sayılmaya da bilər?
15:14 - Sual: Allah sizin savabınızı artırsın möhtərəm şeyx! Daimi elmi araşdırmalar və fətvalar mərkəzinin daha üstün sayılan, sizin də üstün hesab etdiyiniz namazı qılmayanın kafir olması haqqında fətvası vardır. Həmin fətva üzərində çoxsaylı məsələlər məsələn, namaz qılmayanla arvadının boşanması və sairə qurulmuşdur. Biz bir şəxsə kafir qərarı verdiyimiz zaman artıq ona müxtəlif hökümlər tətbiq edilməlidir. Bu hökümlərin icrası üçün şəxsə kafir qərarı verməyə kimin səlahiyyəti çatır?
19:40 - Sual: Allah savabınızı artırsın. Möhtərəm şeyx! Xüsusi vurğuladığınız məsələn, müsəlman, mömin, zimmi, hərbi, müahid, mustəmən kimi terminlər haqqında nə deyə bilərsiniz? Çünki məhz onların əsasında şəriət hökmləri tətbiq edilir.
22:51 - Sual: Allah sizin savabınızı artırsın! Zimmi, hərbi, müəhəd və mustəmən kimiləri ilə düzgün davranmağımız üçün onlar haqqında nə deyə bilərsiniz?
25:15 - Sual: Möhtərəm şeyx! Görüşün əvvəlində xəvariclər barədə danışdınız və qeyd etdiniz ki, onlarda da təkfiredici fikirlər vardır. Təəccüblüdür ki, onlar çox ibadət etmələri, namaz və orucları ilə yanaşı bu yanlış fikrə düşüblər. Bu haqda nə deyə bilərsiniz?
29:01 - Sual: Allah sizin savabınızı artırsın möhtərəm şeyx! Sizin fikrinizcə təkfir hansı mühitdə artıb inkişaf edir?
33:36 - Sual: Allah sizin savabınızı artırsın möhtərəm şeyx! Təəssüflər olsun ki, nəticə etibarı ilə gəncləri hakimlərə və alimlərə qarşı yönəldən bəzi kitab və məqalələr çap edilir. Məsələn, "Kəvaşiful-cəliyyə" kitabı...
37:46 - Sual: Möhtərəm şeyx! Ölkə rəhbərliyinin ordu, yol hərəkəti qaydaları və sairə bu kimi sahələrlə bağlı qanunlar çıxarması nə dərəcədə düzgündür?
38:37 - Sual: Allah sizin savabınızı artırsın möhtərəm şeyx! Misir həbsxanalarındakı islam qruplaşmaları çox saylı məsələn, hakimləri və müsəlmanları təkfir etmələri və s. səhv əməllərindən döndüklərini bildirmiş və bu haqda "Tashihul-məfəhim", "Hurmatul-ğuluv fid-din", "Təkfirul-muslimin va muadəratu vaqful-unf" kimi kitabları yazmışlar. Həmin qruplaşmaların belə tez bir müddətdə öz yanlış fikirlərindən dönməsi haqda nə deyə bilərsiniz?
40:06 - Sual: Allah sizin savabınızı artırsın möhtərəm şeyx! Bu görüşdən istifadə edib sizə Böyük Alimlər Heyəti ilə bağlı bəzi suallar vermək istərdik. Son vaxtlar bəzi insanların, Böyük Alimlər Heyətinin fəaliyyətinə öz narazılıqlarını bildirdiklərini eşidirik. Baxmayaraq ki, həmin heyətin şeyx Məhəmməd ibn İbrahim, şeyx Şinqiti, şeyx Abdullah ibn Humeyd, möhtərəm şeyx Əbdüləziz ibn Bəzz kimi üzvləri olmuş və hal-hazırda isə siz, möhtərəm şeyx və başqa alimlər kimi üzvləri vardır. Böyük Alimlər Heyətinin fəaliyyəti haqqında nə deyə bilərsiniz?
42:41 - Sual: Allah sizin savabınızı artırsın möhtərəm şeyx! Bəzi insanlar deyirlər ki, nəyə görə Böyük Alimlər Heyəti sentyabr hadisələri baş verdiyi zaman ona öz etirazını dərhal bildirdi və bu haqda bəyanatı gecikdirmədən verdi. Lakin Əfqanıstan və İraq əraziləri ABŞ tərəfindən hücuma məruz qaldığı zaman bu bəyanatlar gecikdirildi. Hətta gecikdirilən bu bəyanatlarda ABŞ-la bağlı heç bir şey qeyd olunmadı. Halbuki Böyük Alimlər Heyəti dünya müsəlmanlarının maraqlarını nəzərə almalıdır.
44:53 - Sual: Din qardaşlarınıza son sözünüz nədir?
/ @fatvalarcom
/ fatvalar
/ fatvalar
#fatvalar #sələfi #alimlər

Опубликовано:

 

27 май 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии    
Далее
İTV Xəbər | 27.07.2024 | 12:00
13:39
Просмотров 1,3 тыс.
Toy | Komedixana  353-cü bölümdən
26:59
Просмотров 168 тыс.
Aliminin başını unitaza soxan hakimiyyətdir
24:31
YA HÜSEYN! DEYƏN KAFİRDİRMİ ? | ŞEYX FOVZAN
0:44