Тёмный

Təkrarlanan döngünün şəfası | Psixoloq Leyla Gasimova 

Leyla Gasimova
Подписаться 41 тыс.
Просмотров 16 тыс.
50% 1

Hər şey yaxşı keçsə-montajı bitirsəm və wifi yaxşı olsa- RU-vid'da sizi olduğunuz dərin quyudan çıxaracaq- uzunmüddətli öz üzərində işləyib amma dönüb dolaşıb eyni yerə gəlməyin və eyni şəkildə hiss etməyin verdiyi çarəsizlik və ümidsizlik hissi ilə üzləşdirən və əsas həlli göstərən bir video ilə gələcəm. İnsanlarda gördüyüm bu "case"i necə adlandırım bilmirəm, travmanı həll edim deyərkən özünə daha çox travma verirsən və travmaların səndə takıntı halına gəlir, bunu həll etməmiş isə sağlam sağalmaqdan söhbət belə gedə bilməz. Əgər bu vəziyyətə bir ad versə idin bu məhz nə olardı?
Xoşuma gələn ad olsa RU-vid videosunun adını o şəkildə paylaşacam (RU-vid adı olaraq düşünməyin, psixologiyada bu vəziyyətin adını kəşf edin)
(c) @gasimleyla

Опубликовано:

 

7 сен 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 121   
@xumarbayramova6144
@xumarbayramova6144 3 года назад
Fərqində olmaq artıq o vəziyyətin içinde olmamaq deməkdir...bu cümlə mene çox şey öyrətdi💕💕💕
@leylababayeva9882
@leylababayeva9882 3 года назад
Həgigətən təsadüfi heç nə baş vermir. O qədər zamanında videolarınız gəlir ki. Zamanlama muhteşem👍💫
@smasuleymanova9785
@smasuleymanova9785 3 года назад
O qədər qəribə oldum kii həmin o tərəfimin fərqinə vardım və hiss etdim ki, rəsmən əcir çəkir, təlaşdadı nə edəcəyini bilmir sadəcə edir, sən demə nə qədər məsuliyyət yükləmişəm ona bir növü bütün ümidim o tərəfə bağlı olub.Çox deyəcək sözü var mənə çoxx.Tam zamanında, çıxmaza düşdüyüm bəlkə 70-ci döngüdə gəldi bu video 🤩
@aytacbabayeva22
@aytacbabayeva22 3 года назад
O qədər gözəl anladırsız ki💫Sayənizdə fərqinə vardım ki, əslində mən 2-ci ssenaridəyəm. Və hal-hazırda o döngü yaşadığım andır və bu döngüdən xilas olmaq üçün düz 1 il əvvəl sizin səhər vərəqlərinə başlamışdım. Apreldə də nəticəsini görmüşdüm, ara-ara yazırdım səhər vərəqlərini:) Və siz bütün bunları danışarakən gözlərim doldu. Həqiqətən bütün səmimiyyətimlə minnətdaram sizə💫Siz həqiqətən də sehrlisiz❤O qədər qəribədir ki, bu vaxt bu videonun mənim döngünü yenidən yaşadığım və ondan qaçmağa çalışdığım anda gəlməsi möcüzədir ciddən
@jalenecefli1117
@jalenecefli1117 3 года назад
Nə qəribədi. Bu aralar hər yerdən bir formada mesaj gəlir ki: bəsdi öyrəndin, öyrəndiklərini tətbiq et 🤗 . Təşəkkürlər
@sabinasabi6024
@sabinasabi6024 3 года назад
Canım Leyla. Bir neçə gün öncə instada səni takib etməyi buraxdım və burda abunəlikdən çıxdım. Çünki bu videoda olanları anlamışdım- çırpınıram, yaşamıram. Tərəfimi dinləmirəm, ondan qurtulmağa çalışıram. Və bu əsl mən deyiləm, özünə kömək edən tərəfəm. Hansı ki, 17-18 yaşlarında az qala ölümü dadmışdı. Hansı ki, o uşaqlıqda inanılmaz ağır bir travma almışdı. Və mən hazırda dərk edirəm, bu travma doğurdan çox ağırdı. Və bunu qaldıra bilmirəm. 17 yaşdan sonra şəxsi inkişafın içində boğulmağa başladım az qala. Pik hədd isə bu il ərzində oldu. Çox sürətlə qaçırdım və yoruldum. İndi isə dayanmağa ehtiyacım var. (Hələki) son dəfə videonuza baxmağa gəlmişdim və videonun zamanlaması inanılmaz oldu...Sizin psxioloq kimi bilgiləriniz, bilgəliyiniz adamı heyran edir. İndi isə gedirəm, yaşamağa. Bir neçə gündür ehtiyaclarımı dinləməyə başlamışam, bunu dvam etdirəcəm, yşayacağam, çoxlu pul qazanıb yanınıza gələcəyəm. Sürünmək yox, yaşamaq istəyirəm, hazırda ən sağlam olan da budur deyəsən. Mənim özümün köməyə ehtiyacım var, özümü sizə çatdəracam, həkim xanım) Varlığınız üçün təşəkkürlər 🙏 Çox sağ olun, Leyla. Mənsə gedirəm. Bütün şəxsi inkişafa aid hər şeyi buraxdım, azad yaşamağa gedirəm, seansların zamanı olanda birbaş sizə gələcəm. Hələlik❤
@nubarisgenderova
@nubarisgenderova 3 года назад
Çoxdandı gözüm sizi axtarırdı msjları bir qədər təlaşlı və çox yazmağınızdan bəlli olurdu nə qədər çabalamağınız. Və indi vazkeçdiyinizi görmək daha doğrusu çabalamağı dayandırdığınızı görmək üzdü məni doğrusu sizi bir də burda görməyəcəyim üçün üzüldüm.. ama inşallah o istədiyiniz kamilliyə çatarsınız hüzurlu bir şəkildə uğur arzu edirəm sizə. Hələlik))🙏😊
@sabinasabi6024
@sabinasabi6024 3 года назад
@@nubarisgenderova üzülməyin məncə) Heç nə bitməyib ki, əslində hər şey indi başlayıb)))) Yaşamağı seçirəm, yolun bir ucunda da Leyla Qasımova hər zaman olacaq, mənim ən gözəl vəsiləm💕
@aishaakhundova347
@aishaakhundova347 3 года назад
Dunenden videolarina baxiram , o qeder iyi gelir ki mene.Her kesin travmalari var,amma siz bir videoda qeyd etmishdiz ki ele travmalar var ki ikinci wexs lazimdi,yani psixoloq.Meqsed qoymusham,birinci gune qeder butun videolariniza baxacam!❤️Thank you for your work ☺️
@minemahmudova3544
@minemahmudova3544 3 года назад
Ele bir vəziyyətdə bu videoya baxram ki,ağlaya ağlaya gəlib baxdım ki bəlkə rahatlıq tapam.cox güman ki dediyiniz kimi həmin problemdən həmin tərəfdən yaxa qurtarmaq üçün yollar axtarıram.amma uje yorulmuşam.bir onu bilirəm ki yorulmuşam artıq gücüm çatmır heç nəyə.aglayib rahatlamadan. Başqa əlimdən heç nə gəlmir
@LeylaGasimova
@LeylaGasimova 3 года назад
Bu artıq o vəziyyətdir ki həmin tərəf özü seasn götürməlidir, çünki illər ərzində verdiyi mücadelə, hisslər hamısı başa düşüləndi, yorulmağınız da normaldı
@samirbabayeva7276
@samirbabayeva7276 3 года назад
İlahi necə gözəl izah idi deyirəm ve susuram..... 💜
@ulviyyeabasova883
@ulviyyeabasova883 3 года назад
Əminəm ki superdi, yenə hər zamanki deyimi deyəcəm ama video tam mənlik və tam zamanında 😍😍yenə hər şey öz vaxtında ❤️💓😘
@xyalmutllimzad4959
@xyalmutllimzad4959 3 года назад
Salam. Xoş gördük. 🌹☺ Sevindim , həm də məyus oldum. Hazırkı halımı qısa şərh etdiniz . Məhz bu video çox təsir etdi. Neçə vaxtdır əslində bunu gözləyirdim. Mən də üzərində işləyənlər qrupundanam, sizin dediyiniz kimi ikinci senaridəkilərdənəm. Həqiqətən, hər şey var, fəqət heçnə yoxdur. Dediyiniz hər bir söz , cümlə , tamamilə, doğrudur. Çox məyus oldum... Bu gün öz - özümə deyirəm ki , artıq heç nəyə baxmayacağam, oxumağa can atmayacağam, bildiklərimin bir xeyri yoxdur ki. Digər tərəfdən də yaxşı olmayacağını bilə - bilə. Birdəfəlik bitməsini istəyirdim. Çox məyus oldum, həqiqətən, çox. Çox çətindir. Rədd etdiyim tərəflər də mənəm və bunu qəbul etmirdim. Hazırda biraz bunun acısını yaşayıram, deyəsən. Siz deyirdiniz ki, özünüzü həmişə yaxşı olan tərəflə tanıdırsınız və rədd etdiyiniz tərəf sanki sizin deyilmişcəsinə. Elədir. Ürəkdən təşəkkürümü bildirirəm. 😗🌷🌼🌹 Növbəti videoları da gözləyirəm. 👋💖 Sağ olun.
@LeylaGasimova
@LeylaGasimova 3 года назад
Növbəti video məhz bu haqqda olsun o zaman ! 🪁💜
@xyalmutllimzad4959
@xyalmutllimzad4959 3 года назад
@@LeylaGasimova 😍😘❤
@ulker7772
@ulker7772 Год назад
Bu videoya çarəsiz,ümidsiz vəziyyətdə olan biri kimi baxıram.bəlkə bir köməyi oldu
@turkanmemmedova920
@turkanmemmedova920 3 года назад
Vidiolariniza baxram çox gözəl izah edirsiz çox cəsarətsiz öz güvənsiz biriyəm həyatım üçün heçnə edemirem həyat axıb gedir mən yerimde sayram
@aydanilqarqz362
@aydanilqarqz362 3 года назад
Çoxx sağ olunn😔🖤 Tam olaraq ikinci ssenaridə deyiləm məncə. Çünki məsələn: ümumiyyətlə sizin videolarınıza, sadecə olaraq ordan öz payımı almaq, nəsə götürmək və yoluma davam etmək üçün baxıram. Mənə çox maraqlıdır yəni. Və psixalogiya baxımından təkcə sizin videolarınıza baxıram. . Ancaq bəzi məsələlər var ki, əsas da bir mövzu var ki, sırf o konuda vəziyyət başqadır. Hansı ki, çabalayıram, və bəli xilas olmaq, qurtulmaq istəyirəm. (İstəyirdim...) Neçə illər idi belə deyildi, son vaxtlar hər iki gündən bir o barədə düşüncələr, cavabsız suallar, bir sözlə bataqlığa düşürəm yəni. Və istədiyim tək şey bütün bunların bitməsi idi. Bunun üçün tərəflərimlə danışırdım, suallar verirdim amma hər dəfə söhbət yarı-yarımçıq qalırdı. Heçnə həll olmurdu. Ondan sonra anladım ki, bunları etməməliyəm.. Anladım ki, qurtulmağa çalışmaq düzgün deyilmiş🤔 O zaman geriyə nə yol qalır? Yenə əvvəlki qaydada yaşayıb, əsl zamanı gözləmək. . Ümid edirəm düz başa düşmüşəm.. Bu videonun ardının da olacağına sevindim. Çoxx çox sağ olun🖤✨ Yaxşı ki, varsınızz✨🖤
@ilahhsnli6244
@ilahhsnli6244 3 года назад
Salam. Eyni ilə mən də sizin kimiyəm əvvəl belə deyildi. Amma indi bataqlığa gedirəm sanki...
@aydanilqarqz362
@aydanilqarqz362 3 года назад
@@ilahhsnli6244 Salam✨ İndi edəcəyimiz tək şey, yenə əvvəlki kimi yaşayıb, öz zamanımızı gözləməkdi qaliba..
@ilahhsnli6244
@ilahhsnli6244 3 года назад
@@aydanilqarqz362 indiki anda qalmağa cəhd edirəm. Çox zaman alınmır və baxmaq istəsəni Çağla Şikelin son vidyosuna baxa bilərsiniz
@aydanilqarqz362
@aydanilqarqz362 3 года назад
@@ilahhsnli6244 Əslində Leyladan başqa heç kimə baxmıram. Amma tamam, baxacam dediyiniz videoya:)
@LeylaGasimova
@LeylaGasimova 3 года назад
Gözləmək yalnış kəlimədir :)
@ulviyyeabasova883
@ulviyyeabasova883 3 года назад
Salam.Bu videoya yayımlanan kimi baxmaq istədim.Baxdım da bir hissəsinə,ama nə tam olaraq anlamadım (baxmayaraq ki çox izləmişəm sizin videoları) , nə də axıra kimi baxa bilmədim...Bu gün,yenə gücdən düşüb, "yox sən ayağa qalxmalısan,gəl videolara bax,nəsə bir üsul tap bu vəziyyətdən çıxmaq üçün" dedim özümə...Və bu videonu yarım qalan yerdən tamamlamaq istədim,ama başdan baxdım...Vəə dəydi..anladım, əslində vəziyyətdən çıxmaq üçün min cür üsul axtaran mənə kömək lazım imiş.Və bunu görüb ağladım da hətta...Çırpınmaq yox,dayanmağın vaxtıdı demək... Təşəkkürlər @gasimleyla😘
@banu7859
@banu7859 3 года назад
həqiqətən özünə nə lazımdır onu götürür insan demişdiniz dünən. bu videonu heçç belə gözləmirdim. hansı ssenaridə olduğumla üzləşmək əslində çox ağırdı. həzm etmək zaman alacaq bəlkə də. ama o bir anda mən bir şeylə üzləşdim. keçmişdə yaşadığım anımla. o həmişə orda idi. canlı idi. film kimi oynayırdıda. mən də görmüşdüm. ama heç bu qədər təsir etməmişdi. videonun o hissəsindən sonrası mənə çatmadı belə. bildiyim bir yaramı mənə xatırlatdınız. çox qəribə duyğular yaşadıme. bilmirəm, hələ o donma hissim keçməyib. danışdıqlarınızı sanki içimdən bir tərəf deyirdi mənə. uzun zamandır dayanmalısan deyə bir tərəf. sağolun Leyla💖
@LeylaGasimova
@LeylaGasimova 3 года назад
Heç nə təsadüd deyil və yaradan (enerji, higher self və s) sənə "vəsilələrlə" danışır 🌟
@banu7859
@banu7859 3 года назад
@@LeylaGasimova həqiqətən elədir😍daha dünən sizin videonuzun gələcəyindən xəbərsizcə yürüyüşdə dedim ki, bu üzərində kafa patlatdığım məsələnin şəfalanmasına niyyət edirəm və təsadüf olmayan bu video mənə də onu düşündürdü. və siz də bilirsiz bu nə zaman olur yaradana güvənəndə :) cavablar gəlir 💖 i love u😇😘
@nailakhudiyeva3075
@nailakhudiyeva3075 3 года назад
Woooow, Leyla xanım, bu videoya ilk baxdığımda mənə nə qatması gərəkdiyini bilməmişdim belə. Sadəcə yeni video paylaşmışdınız deyə izləmişdim. Amma bu gün sözün əsl mənasında bu videoya baxmağa ehtiyac duyub, videonu adı ilə axtarış edib izlədim, məhz mənə bir şeylər qata biləcəyi bu anda izlədim və inanın, elə şeylərin fərqində oldum ki, özüm belə “necə oldu?” şokundayam. Nə gözəl vəsiləsiniz axı siz...🤍🙏🏼
@suleymanehmedov4249
@suleymanehmedov4249 3 года назад
Selam, leyla xanım .sonuncu videonu izlədim dogurdanda siz insanın bilinc altı fikirlərini tez bir zamanda ifadə edə bilirsiz sonuna kimi izlədim ən çox dikkatımı çeken bir söz oldu saglam şəkildə özünü nə kömey etmək lazımdır sanki dedikləriniz tam mənə görə idi
@GovherMerdanova_
@GovherMerdanova_ 2 года назад
Bugün heqiqeten tam zamanında videonuz hetta bir neçe videolarınız çıxdı qarşıma. Artıq 3 ay falan olar ki, düşünürdüm sizin youtube kanalınıza baş çekim videolara baxım ama heç vaxt baxa bilmirdim, unudurdum. Heqiqeten de her şey tam zamanında gelir. Teşekkürler🥰
@tarixragimzade
@tarixragimzade 3 года назад
Həqiqəten sağalmaq ve huzurlu yaşamaq əlimdə çox gözəl şeylər var fürsətlər var ama mən tam dadını cixara bilmirem
@tamerlanqasimov7879
@tamerlanqasimov7879 3 года назад
izlemeden super deyirem. cunki videonun hecmi yaxsidir , yeni cox qisa deyil. keyfiyyeti ise zaten hemise yaxsi olub
@Cutecatsazerbaijan
@Cutecatsazerbaijan 3 года назад
cox tesekkurler. heqiqeten de tam vaxtinda geldi video .cox faydali oldu.
@ilahe.aliyefa
@ilahe.aliyefa 3 года назад
Çox sağ olun Leyla'm💞
@mq4761
@mq4761 3 года назад
2ci tipə aidəm. Çünki yoldaşım mənə inanmır.psixoloqa getmək istədiyimi deyəndə ağlına başqa fikirlər gəldi.cəmiýətdə hələ də psixoloqla psixiatrı qarışdıranlar var. Və başladım kişisəl gelişim meditasiya və s. ilə maraqlanmağa.
@LeylaGasimova
@LeylaGasimova 3 года назад
Üzücüdür :( və bəli yqxşı elədiz, vaxtı çatanda hər şey olur
@mq4761
@mq4761 3 года назад
@@LeylaGasimova olacaq.inanıram.çünki artıq özümdə və ailəmdə olan yaxşı dəyişiklikləri görürəm. Sizi də sevirəm.yeni paylaşımlarınızı səbirsizliklə gözləyirəm 😘
@LeylaGasimova
@LeylaGasimova 3 года назад
@@mq4761 tamam :)
@zeynebselmova8425
@zeynebselmova8425 3 года назад
Eynən.. Yoldaş dəstəyi vacibdir. Öz içimdə 7 dəfə yıxılıb 8 dəfə qalxıram, bilirəm ki, yaxşı olacaq, amma o inanmır. Bezir, yorulur..
@ulker7772
@ulker7772 2 года назад
təşəkkürlər. çox gözəl paylaşımlar edirsiz. ❤❤❤
@emineeliyeva2885
@emineeliyeva2885 Год назад
2ildi ara ara baxram bu videoya, hər dəfə başqa şeylər eşidirəm🫠
@govherdola866
@govherdola866 3 года назад
neçə gündür Leyla xanim yuxuma girir. Sonra da bir sehrli video gəlir təşəkkürlər
@gulmaharram
@gulmaharram 3 года назад
İlk dəqiqələrdəyəm, səbirsizlənirəm😍💫
@elnuraalsanova6690
@elnuraalsanova6690 Год назад
@LeylaGasimova bioda qeyd etdiyiniz videonu yəqin ki artıq çəkib yükləmisiniz,o hansı videodur? Bunu dinlədikdən sonra onu çox maraq etdim❤
@smrzeynalova2210
@smrzeynalova2210 3 года назад
Çox təşəkkür edirəm😍
@samsunsamsung8655
@samsunsamsung8655 3 года назад
Salam. Çox sağolun
@meryemmemmedova3406
@meryemmemmedova3406 3 года назад
Bax bu! Men axtardigim budur. Nece illerdi men bunu axtarirmisham. Nece ola biler ki, heyatim gozumun qabagindan kecdi axi. Bu suallara men cavab tapmirdim axi. Cox sagolun sizi sevirem Leyla canim❤
@calalbabayev4565
@calalbabayev4565 3 года назад
Tewekyr. Xanım.
@suleymanehmedov4249
@suleymanehmedov4249 3 года назад
Ve aslında benim geçmişimde yawadıklarım benden uzak olmur bir türlü ayrılmır düşüncələrimden bazen uşaqlıma qayıtmaq istəyirəm
@gonulmurad40
@gonulmurad40 2 года назад
her video bir aydinlanma . teşekkur edirem
@lachinovasemra5301
@lachinovasemra5301 3 года назад
Beli zeruretden dogan video , artiq geldi ... tam da yasadigim bunlar cox bilirem mutalie coxdur sadece ozume obyektiv yanasma artiq subyektivliye kecib yordu artiq
@gulsumalizade
@gulsumalizade 3 года назад
Möhtəşəm ! ✨
@saida2399
@saida2399 11 месяцев назад
@xedicememmedli5078
@xedicememmedli5078 3 года назад
1-ci vəziyyətdə illər keçirdim, o qədər yorğun düşdüm ki, 2-ci vəziyyətdəyəm. Bir tərəfdən yaşamı davam etdirib “I’m ok” rolu oynamağa çalışıram, bir tərəfim də çarəsizlikdən qıvrılır, nəfəs ala bilmir. Bu döngü necə sınacaq bilmirəm
@LeylaGasimova
@LeylaGasimova 3 года назад
Seansla 🌟♥️
@xedicememmedli5078
@xedicememmedli5078 3 года назад
@@LeylaGasimova Sizinlə görüş çoxdan fikrimdədir, ümid edirəm ən qısa zamanda alınar. :)
@aynuralieva8866
@aynuralieva8866 3 года назад
Leyla, seansima həsr elədiyini düşüncəm az qalsın. Ama o dediyin ənənəvi psixoloqu tapa bilmedim, bəlkə də zamanı deyil? Yada mən istəmirəm əslində 🤷... Deliricem..
@durdaneelekberova8042
@durdaneelekberova8042 3 года назад
👍
@shseje2266
@shseje2266 3 года назад
Men depressiyadan cixa bilmirem travma kimi qalib mende size baxib duzelirem azda olsa kash sizle gorushe bilsem
@ferdepolad9373
@ferdepolad9373 3 года назад
Dongudeyem bunun ferqine vardım ve heqqıqeten komeye ehtiyacı olan teref ele men ozumem
@turkanmemmedli2596
@turkanmemmedli2596 3 года назад
Salam. Çox sağoun videoya göre. Özümüz özümüzü sağaltmırıqsa burda sağaldan kimdir? Bu qismi anlamadım.
@natellanazirova734
@natellanazirova734 3 года назад
Mən özümü tapmaq, nə istədiyimi bilmek, niyə eyni hadisələr, niyə yermde sayram bu yolla çıxdım. Və sizi tapdım. Ozumdeki neqativ qorxular gördüm. İndi ordan necə çıxım məsələdə bu.
@LeylaGasimova
@LeylaGasimova 3 года назад
Her shey oz zamaninda hazir oldughunuz qeder bash verer, davam edin, niyyet olandan sonra olur her shey, vaxtile ozunuzu tanimaq istediz, oldu, indi nece chixim evezine shefalanmaghi sagalmaqi niyyet edin💌
@ARIFAZE
@ARIFAZE 3 года назад
💫💫💫💙💙💙miracle
@nargishasanli9892
@nargishasanli9892 3 года назад
Men bu deqiqe cirpiniram ve dongedeyem ve artiq yorulmuwam bilmirem ne edim uje kime inanim🤦🏻‍♀️
@LeylaGasimova
@LeylaGasimova 3 года назад
Necə məyus, xəyal qırıqlığl içində olduğunuzu görə bilirəm 💜
@lamiyysukurova435
@lamiyysukurova435 3 года назад
Mən tam dəqiq bilmədim hansıyam ama deyəsən döngüdəyəm. Və ətrafımdakılar mene deyirdi sen psixolqlara falan bxmaqla bu güne düşmüsen falan bilmirem düzdürmü ya yox😏
@LeylaGasimova
@LeylaGasimova 3 года назад
sizcə,? :)
@lamiyysukurova435
@lamiyysukurova435 3 года назад
@@LeylaGasimova inanmıram nese men sadəcə özüme kömək eləməyə çalışıram düzəlmək üçün xoşbəxt olmaq üçün🥺sizin fikriniz də maraqlı gəlir
@ulviyunusov1381
@ulviyunusov1381 2 года назад
Salam.Leyla xanım mən siz danışdığınız 2 ssenaridəyəm xahiş edirəm mənə köməklik edin mən o mənə kömək etmək istəyən ikinci səsimi özümü sagaltmagi fərqində olmağı necə edə bilərəm.quyuda bu videolara baxa baxa çarə axtarıram .öncədən təşəkkür edirəm
@gumraldavali4917
@gumraldavali4917 3 года назад
Kömək etmək istəyən tərəf olarag baxirmisam bunu anladim, durumu izah etdiz amma hell yolu demediz,bes ne etmek lazimdir o terefi artig susdurmagmi? Onda yene basa donuruk axi hecne ireli getmir, yeni bunu derk edib sonra ne etmek lazimdir bes indi mene o maraglidir?)😒
@gilaabbasoffah1193
@gilaabbasoffah1193 3 года назад
Niyə sizin videolarınız özümə həqiqətən kömək etmək istədiyim halda mənə sadəcə dəyib qayıdır? Niyə heç nə başa düşə bilmirəm? Niyə mənə çatmır dedikləriniz? Gözünün önündə atası anasına şiddət göstərdiyini görərək böyüyən bir uşaq olaraq, heç nə köməyimə yetmir. Heç bir tərəfim məni yaxşılaşdıra bilmir. Bu nədir ki, belə? Mən bununla necə başa çıxacam?
@LeylaGasimova
@LeylaGasimova 3 года назад
Salam, seans götürün, bir tərəf üzləşməyi nə qədər istəsə də digər tərəf donuqdur, şokdadır, heç nə ilə baş edə bilmir ona görə "ignore" rejimindədir, həll olunandır əlbəttə ki amma həll üçün 2-ci adam olması mütkəqdir, ona görə də seans kömək edir
@ilhamamammadova96
@ilhamamammadova96 3 года назад
Mən də eyni bu vəziyyətdəyəm. Tək deyilsiz :)
@rsidsadqov1575
@rsidsadqov1575 2 года назад
@@LeylaGasimova əlaqə nömrəniz?
@rsidsadqov1575
@rsidsadqov1575 2 года назад
@@LeylaGasimova Salam Leyla xanım Mende seans istiyirdim goturmeye
@ilhamamammadova96
@ilhamamammadova96 3 года назад
Baxdıqca düşünürəm ki, travmaları həll etmək bu qədər çətindisə, demək ki, məndə də vəziyyət ümidsizdi.
@LeylaGasimova
@LeylaGasimova 3 года назад
Heç vaxt heç bir vəziyyət ümidsiz deyil
@aslicafarova8971
@aslicafarova8971 3 года назад
Niye mehz 6ay sonra qabagıma cıxdı bu video?özümü yaxşı hiss etmedim
@mmmdovaa6005
@mmmdovaa6005 3 года назад
@gasimleyla Salam.. sizcə dövrümüzdə insanlar niyə bu qədər aqressivlesib və bunun əsas səbəbləri nələrdir, bundan necə qurtulmaq olar?? Zəhmət olmasa bununla bağlı video paylasardiz , məncə, çox insanın bu videoya ehtiyacı var:)
@LeylaGasimova
@LeylaGasimova 3 года назад
Düşünmürəm ki insanlar agressivləşib, sadəcə nəsil fərqləri kəskindir 🙂
@turalmamedov6225
@turalmamedov6225 3 года назад
Xanım mənim anamnan danışır sanki.İnanın səmimiyyətimə mən anamı Bakının bütün professor psixyatriyanın fəlsəfəsini "bilən" həkimlərinə aparmışam.Ancaq hər dəfə anam həkim otağınnan çıxanda həkim mənidə otağa çağırıb dərman yazdığının şahidi oluram.Çox təəsüf sağalda bilməmişəm.Leyla xanımın əlaqə nöm kim bilirsə yazsın zəhmət olmasa
@zarifakarimli7730
@zarifakarimli7730 3 года назад
Leyla xanım arxa fonda xoruz toyuq cücə səsi məni diqqətimi darmadağın etdi orda qırğın idi😂😂😂nə baş vermişdi görəsən..
@LeylaGasimova
@LeylaGasimova 3 года назад
Allah billir, bir də məni düşünün😁
@gulnarrsulzad689
@gulnarrsulzad689 3 года назад
👍👍👍
@ebulfetquliyev2028
@ebulfetquliyev2028 3 года назад
Bəs hansı olduğumuzu necə müəyyənləşdirə bilərik?
@elnarakazibekova6938
@elnarakazibekova6938 3 года назад
Sizdən güclü psixoloq hələ görməmişəm Azərbaycanda. Təəsüf rus dilində seanslar keçirmirsiz
@LeylaGasimova
@LeylaGasimova 3 года назад
təşəkkür edirəm, xeyr keçirmirəm amma azerbaycanca bilirsinizsə başqa dilə ehtiyac yoxdur :)
@Anastasia_zade
@Anastasia_zade 3 года назад
wooooww deye deye izledim nece aydinlandim ilahi, Men o dediyini sheyi yashamisham ushaq vaxti atam anam a shille vurub ve 28 yasimda bele ozumu guvende hissetmirem ve o shille vurulma ani beynimde keskin bir shekil kimi qalib getmir, silinmir ailemin yaninda ozumu hec de guvende hissetmirem, ve men ,men illerdir ozume komek etmeye calisiram ushagina komey etmeye calishan ana kimi onu vermisem qabaga, ve dediyiniz kimi bir terefim cirpinir komek etmek ucun o biri terefim onsuzda olmayacaq burax bu ishleri qebul et oldugun veziyyeti sen onsuzda yaxsi hissetmeyeceksen deyib motivasiyami oldurur , bes MEN kimem ?
@LeylaGasimova
@LeylaGasimova 3 года назад
Hər ikisi :)
@Anastasia_zade
@Anastasia_zade 3 года назад
@@LeylaGasimova siz axi videoda dediniz ozunuze komek once o ozumuz kimdi ?:)))
@LeylaGasimova
@LeylaGasimova 3 года назад
@@Anastasia_zade baxır hansı cümlədə işlətmişəm, tərəflərin cəmi sənsən 🏹
@Anastasia_zade
@Anastasia_zade 3 года назад
@@LeylaGasimova hee cemleşmek lazimdi ? Men kimem men hansi terefem videonuzuda izledim dunent 2cidefe effecwtli idi tesekkuler
@nubarisgenderova
@nubarisgenderova 3 года назад
Diqqət etdim ki həyatda gördüyüm mənə görə 'qüsürlu' dediyim insanlara həmişə kömək etməyə çalışıram ya da onları qınayıram ki niyə belədilər ama bir baxıma gözüm həmişə onların üstündəydi və əslində həmişə də o tip insanların yanında olmağı seçirəm və ya suçladığım insanları daima izləyirəm və indi biləndə ki əslində mənim köməyə eyhiyacım varmış və düzəltilməsi gereken onlar deyil mən imişəm. Və siz deyirsiz e seanslarda uçmamısan ki qravitasiya qüvvəsi var bəli insanları suçlayanda düzəltməyə və kömək etməyə çslışanda da qravitasiya qüvvəsi var və mən o anda dəyişmirəm eyni hisləri yaşıyıram və kiməsə kömək etməyə çalışanda da çünki kömək etmək başqa şeydi kömək etməyə çalışmaq başqa şey bir bir insanın sağalması başqa şeydi sağalmağa çalışması başqa şey. İndi bir sual mənə maraqlıdı ki niyə ətrafımda daima suçladığım və ya düzəltməyə çalışdığım insanlar var niyə belə insanlara ehtiyac duyuram?
@LeylaGasimova
@LeylaGasimova 3 года назад
Çünki onlar sizin kənardakı "üzlərinizdi"
@faridaaslanova5295
@faridaaslanova5295 3 года назад
Cox qəribədir.Sizin videolarınıza baxıram hər şeyi başa düşürəm ,lakin dərk elemirəm,bəlkədə dərk elemek istəmirəm,demek olar hecne elemek istəmirəm.Mən hansı levelde olduğumuda bilmirəm.Psixoloqla danismisam məni psixoterapevte yonlendiribdi.Hələki getməmisəm deyirəm bəlkə sizin cəkdiyiniz videolarla nəsə əldə ede bildim.Lakin alınmır mən hecnə elememek modundayam.☹️...Cox sag olun videolarınız üçün əminəmki coxlarına komək edirsiz.Əməyinizə soz ola bilməz.
@LeylaGasimova
@LeylaGasimova 3 года назад
Salam seansa yazılın
@aliibrahimov4531
@aliibrahimov4531 3 года назад
💞😍
@durdaneelekberova8042
@durdaneelekberova8042 3 года назад
Eləbil ürəyimi oxuyursuz😍😯😐😶
@royanuruzada_
@royanuruzada_ 3 года назад
Mən ikinciyəm
@arzumikayilova7509
@arzumikayilova7509 3 года назад
Acşammız xeyir qızlar Leyla Qasımovanın əlaqə nömrəsini bilirdisə yaxın zəhmət olmasa təşəkkür
@thekurshud1932
@thekurshud1932 3 года назад
Şokdayam ....
@qurbaneliselimov1927
@qurbaneliselimov1927 3 года назад
Salam size nece ukawmaq olar ehdiyac var
@leylacicek3593
@leylacicek3593 Год назад
Men bele hislerimi bele ifade ede bilmezdim(
@Jisoo8204aysu
@Jisoo8204aysu 2 года назад
Hər şeyi bilirəm, amma tətbiq edə bilmirəm
@ulviyy2409
@ulviyy2409 3 года назад
yəni, bütün bunlarla üzləşib rahatlamış hiss eləmək də normaldı?)
@LeylaGasimova
@LeylaGasimova 3 года назад
Əlbəttə!! 🪁
@r.r3566
@r.r3566 3 года назад
Xanım sizinle nece elaqe saxlamaq olar?
@yldzalisoy1196
@yldzalisoy1196 3 года назад
Xoruz sesini hami eşidir?diqqetimi size vere bilmirem,fikrimi yayindirir...
@LeylaGasimova
@LeylaGasimova 3 года назад
Yes! Birinci elə mən eşidirəm 😂😂😂 və təkcə xoruz yox hindi quşu da var amma bəlkə də olar olmalıdı ki siz bəzi yerləri eşidəsiz bəzilərini yox🤫
@yldzalisoy1196
@yldzalisoy1196 3 года назад
@@LeylaGasimova Beli ilk yazdim sonra hindulari da ewitdim.Ama mene lezzet eden bezi yerleri ewitmemem yox bilirsiz ne oldu?Duwunurdum her zaman bu gunew bele gozel duwmeyi goresen gün doğumudu ya gün batimi.Sakitlik ve xoruzlar mene gündoğumu olduğunu picildadi.Ve bu videonin Sübhden gelmesi ayrica lezzet eledi..Sevilirsiz
@xyalmutllimzad9397
@xyalmutllimzad9397 2 года назад
Çox qəribədir, xoruz səsi eşitmədim. Bu rəyi yazmağım da qəribədir.
@mehmanmmmdli4356
@mehmanmmmdli4356 3 года назад
Panik atak 😏
@hsnovaleyla7374
@hsnovaleyla7374 3 года назад
Leyla xanimin instagram sehifesinin adi nedir?
@suleymanehmedov4249
@suleymanehmedov4249 3 года назад
Leyla xanım siz şu anda amerka da yawayırsız ?
@LeylaGasimova
@LeylaGasimova 3 года назад
Xeyr Azərbaycandayam hazırda :) seanslar isə artıq 3cü ilə keçir ki onlinedır
@suleymanehmedov4249
@suleymanehmedov4249 3 года назад
Tamam .bes seansa qəbul olmaq üçün neqeder aze olmalıdır ??
@fatimefatime9252
@fatimefatime9252 3 года назад
👍
Далее
İtirilmiş Həzz Hissi | Psixoloq Leyla Gasimova
19:43
Fake watermelon by Secret Vlog
00:16
Просмотров 7 млн
ПРОСТИ МЕНЯ, АСХАБ ТАМАЕВ
32:44
Просмотров 2,2 млн
Cute kitty gadget 💛💕
00:23
Просмотров 17 млн
Ən böyük ayrılıq | Psixoloq Leyla Gasimova
20:57
Pula qarşı müqavimət | YouTube Söhbət
27:37
Просмотров 31 тыс.
Özümə necə kömək edim? | Psixoloq Leyla Gasimova
17:36
Fake watermelon by Secret Vlog
00:16
Просмотров 7 млн