Тёмный

Təndir .Təndirqoyma. 

TahirXəlfə
Подписаться 961
Просмотров 39 тыс.
50% 1

Təndir üçün lazım olan sarı torpaq qəzil, saman, at qılı və s. qarışdırılıb əlavə olunandan sonra yaxşı-yaxşı hasil edilir, sonra təndirin badı (divarı) qoyulurdu. Təndirin dairəsi yuxarıya getdikcə kiçilir, badın qalınlığı, hamarlığı təndirqoyanın ustalığından asılı idi. Təndir qoyulub başa çatandan sonra o, yaxşı qurumalı idi. Təndirin çatlamaması, ovulmaması üçün onu üstüörtülü yerdə, çox vaxt sal daşların üstünə qoyurdular. Beləliklə, təndir nəmdən, yağışdan qorunurdu. Təndirin belində dəmir məftillə kəmər də qoyulurdu. Kəmərin üstə təndirin içəri tərəfində xeyli çıxıntılar qoyulurdu. Bu çıxıntılar kabab şişini saxlamaq üçün qoyulurdu. Çünki təndir kababı kənd adam-larının ləziz xörəklərindən sayılırdı. Yaxşı quruyan təndiri altından kəndir salıb bir neçə nəfərlə lazımi yerə aparır, onu boğazına qədər torpaq-daşla doldurur, aşağıda külfə qoyurdular. Əvvəlcə təndirin içinə az-az təzək qoyub yandırırdılar. Yanacağı tədricən artırırdılar. Çünki təndirin badı hər an çat verə bilərdi. Təndirin istiyə davamlılığını tam yəqinləşdirəndən sonra orada çörək bişirmək olardı. Təndirin üstünə iki barmaq enində təxminən 1 m uzunluğunda dəmir çubuq qoyurdular. Buna el arasında xəçirgət deyirdilər. Təndirin ağzına saç (qapaq, dairəvi olurdu) qoyurdular. Təndirin başında dödrreeeerdayaq, oxlov, rəfətə, təndirin koxasını qoyurdular. Təbii ki, çörək-bişirmə zamanı ev qadını bunlardan istifadə edirdi.
Kənddə adətən iki növ təndirdən (böyük təndir, ocaq təndiri) istifadə edirdilər. Birincidə təndir çörəyi, lavaş, fətir, kətə, qatlama bişirirdilər. İkinci növ təndir (ocaq təndiri) nisbətən balaca idi. Ondan əsasən xörək bişirəndə istifadə edirdilər.

Опубликовано:

 

10 дек 2018

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии    
Далее
MUŞ YÖRESİ TANDIR YAPIMI
11:16
Просмотров 270 тыс.
Ouch.. 🤕
00:30
Просмотров 6 млн
Тандир курилиши .
4:13
Просмотров 11 тыс.
kurə və təndir farsunkalari N1
10:29
Просмотров 4 тыс.
ƏMƏKDAR   Təndir ustası 13 01 2016   Region TV
12:55
Просмотров 31 тыс.
Təndirlər
19:51
Просмотров 17 тыс.
Ouch.. 🤕
00:30
Просмотров 6 млн