Тёмный

Tərəvəz bitkilərini ilbizlərdən hansı yollarla müdafiə etmək olar? 

ARB Cenub
Подписаться 59 тыс.
Просмотров 21 тыс.
50% 1

Cənub rayonlarında tərəvəzçiliklə məşğul olanlar əkdikləri şitillərin kütləvi şəkildə ilbizlərin hücumuna məruz qaldığını bildirirlər. Bir çox əkinçilər ilbizlərlə adi üsullularla mübarizə aparsalar da bəziləri bu zərərvericilərə qarşı effektiv dərman axtarışındadır.
Öz şəxsi təsərrüfatında müxtəlif tərəvəz bitkilərini əkən Ağakərim Məmmədov deyir ki, gecələr ilbizlər bağda əkilən şitillərin gövdəsini qırmaqla onları məhv edirlər. Gündüz rast gəlinməyən bu zərərvericilər gecə saatlarında torpağın nəm və şehli olmasından istifadə edib əkilmiş sahələrə ziyan vururlar. Təsərrüfatçı hər gecə bostandan vedrə dolusu ilbiz yığıb öldürdüyünü deyir.
Ağakərim Məmmədov - təsərrüfat sahibi
“Axşam saat 10-11 arası giririk bağa və gecə saat 2-yə qədər bağda oluruq. Ətrafdan yığırıq yenə azalmır. Əvvəllər yığardıq ardı kəsilərdi.”
Əkinçiliklə məşğul olanlar bildirir ki, ötən illərlə müqayisədə bu kimi zərərvericlər bu il daha çoxdur. Təsərrüfat sahibləri çılpaq ilbizləri əkin sahəsindən dəf etmək üçün bəzi üsullara əl atıblar.
Ağakərim Məmmədov - təsərrüfat sahibi
“Ağacın yonqarın sexlərdən gedib gətirirəm. Səpirəm bağa. Onun da xeyri olmur. Yerdən yenə çıxır.”
Məsələyə münasibət bildirən Lənkəran Bölgə Təcrübə Stansiyasının elmi işçisi bunu müxtəlif amillərlə əlaqələndirdi.
Azər Cəlalov - Lənkəran Bölgə Təcrübə Stansiyasının elmi işçisi
“Əsasən erkən yazda çılpaq ilbizlər çox ziyan vurur. Onlar əsasən nəmli və yağmurlu havanı çox sevirlər və həmin vaxtı daha çox qidalanırlar. Qışda da havanın nisbətən isti keçməyi bu zərərvericilərin artımına şərait yaradır.”
Mütəxəssislər ilbizləri məhv etməyin daha effektli yolunun kimyəvi dərmanların tətbiqi olduğunu bildirir. Amma...
Azər Cəlalov - Lənkəran Bölgə Təcrübə Stansiyasının elmi işçisi
“Aqrotexniki üsullardan istifadə etmək daha məsləhətdir. Onların avqust ayında çoxalma dövrüdür. Bu dövrdə hava şəraitini nəzərə almaq lazımdır. Şumlama işi tez aparılmalıdır.”
Bununla yanaşı çılpaq ilbizləri əkin yerlərindən uzaqlaşdırmaq üçün alaq otlarını təmizləmək və əkilən şitillərin ətrafına şam və ya akasiya bitkisinin iynələrini səpələmək də olar.

Опубликовано:

 

6 сен 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 15   
@seymuryaqubov6651
@seymuryaqubov6651 4 года назад
Biziç həyətdə eləcədə qonşuların heyətində çoxdu. Buna qarşı həyət evində nə edə bilərəm?
@fuadmirzyev6624
@fuadmirzyev6624 5 месяцев назад
Opşim əlacı yoxdu. Əlindən bezmişəm az qala həyəti bütöz duza örtəm ondada torpaq korlanır
@necefeliyev477
@necefeliyev477 Год назад
Allah bərəkət versin
@huseynxushkari9387
@huseynxushkari9387 6 лет назад
Kimse bilirse komek etsin bizim heyetde dehwetli derecede ilbiz var eve girir kuxnaya girir duz tokurem guzcle qabagin ala bilirem
@ayskaelili5894
@ayskaelili5894 6 лет назад
Huseyn Xushqari dermani var alin sepin heyete koku kesilecek
@huseynxushkari9387
@huseynxushkari9387 6 лет назад
Cox sagolun yoxluyaram
@sawaoleq9634
@sawaoleq9634 5 лет назад
@@ayskaelili5894 ne dermanidiki adini yazardiz zehmet olmasaa
@samircfrov5670
@samircfrov5670 5 лет назад
Dərmanı var ətçəkən maşında çəkilmjş çörəyə oxşayır... Maraqlana bildiz?
@rasmiyyaaliyeva3572
@rasmiyyaaliyeva3572 5 лет назад
@@ayskaelili5894 salam dermanin adini yazardiz. zehmet olmada
@IradeHuseynova-jd1ww
@IradeHuseynova-jd1ww 4 месяца назад
bizdə həyətdə şam ağacı var ilbis onun başında gəzir.hər yan iynələriylə doludu.üzərindədə ilbis
@fuadsixaliyev946
@fuadsixaliyev946 2 года назад
İlbizin dərmanı duzdur
@user-dc8jc2do6n
@user-dc8jc2do6n 4 месяца назад
Həmin bitkilərin ətraflarına tuz səpmək lazımdır
@q.az.turku.mustafazad.9277
@q.az.turku.mustafazad.9277 5 лет назад
Şamaxıda şirkəti açılıb pulunnan yığıllar.
Далее
Sənədli film - Kartof əkini - 24.03.2021
23:19
Просмотров 29 тыс.
Linkin Park: FROM ZERO (Livestream)
1:21:01
Просмотров 5 млн
Аруси Точики ❤️❤️❤️
00:13
Просмотров 288 тыс.
Paulownia // Aluminum tree or oil well at the site?
34:56
Bu kənddə ali təhsillilər göyərti satır
2:18
Просмотров 18 тыс.
XİYARDA MƏHSULDARLIĞI NECƏ ARTIRMAQ OLAR?
5:40
Просмотров 84 тыс.
Linkin Park: FROM ZERO (Livestream)
1:21:01
Просмотров 5 млн