Təhmin Vəlizadə - Ayrılarıq
Söz: Oktay Kamil
Musiqi: Tunar Rehmanoglu
Repertuar: Fedaye Laçın
Duzenleme: Bq Studio
Kaman : Baloglan Qafarov
Cover: Zamir Zabitoglu
PR Menecer: Nadir Kerimov
"Ayrılarıq" - Sözlər (Lyric)
Son diləyim bircə budur gəl görüşəy son dəfə biz
Sevgimizə son qoyaraq gəl sevişək son dəfə biz
Qəlbimizi sevgimizi dəfn eləyək ordaca da
Köhnə görüş yerlərini çıx gəzişək son dəfə biz
Səni daha mən heç görməyəcəm
Özgəsinə qəlbimi mən verməyəcəm bunu bil
Ayrılarıq bunu bilməzdik
Bilsək bəlkə də sevməzdik
Əvvəl gündən o yerə biz
O görüşə biz belə gəlməzdik
İstəmirik istəmədən ayrılırıq dəhşətə bax
Allah aman gör nə acı taleyə bax qismete bax
Batdı günəş doldu bulud yağdı yenə qəm yağışı
Döydü bizim pəncərəni hicrana bax həsrətə bax
Təhmin Vəlizadə - nin ifa etdiyi bütün audio və video məzmunlar "NK Media" tərəfindən qorunur. Nüsxələnməsi və təkrar yayımı qadağandır!
#TehminVelizade #Ayrilariq
7 апр 2024