Тёмный

TELEVİZİYA VERİLİŞLƏRİ NƏYİ TƏBLİĞ EDİR?! 

Səhər Media
Подписаться 5 тыс.
Просмотров 147
50% 1

TELEVİZİYA VERİLİŞLƏRİ NƏYİ TƏBLİĞ EDİR?!
Bu gün televiziya məkanlarında baş verən biabırçılıqlardan cızma qara etmək istəyirəm. Amma, bir baxdım elə bunlar qara gündədi. Odur ki, aldım əlimə başı bəlalı qələmimi. İncələyək də bir az olub bitəni...
Məsələyə hansı yöndən başlayım ki, Allaha da xoş getsin. Bunların da xoş heç nəyini tapa bilmədim mən nədənsə...
Allah keçsin bu günahdan!
Hansı birindən başlayım? Qaşını alıb özünü farmazonlaşdırıb, səhər-axşam zəhlətökən danışığıyla bizi bezikdirən Zaur Baxşəliyevdənmi, üzünü sıfırdan yığdırsa da daxilindəki çirkabı örtə bilməyən Xoşqədəm Baxşəliyevadanmı, arvad kimi qeybəti tərənnüm edən Elgizdənmi, yoxsa xəbər verilişində diksiyası ilə az-çox rəğbət qazanıb, onu da bir addımıyla heçə endirən Lalə Azərtaşdanmı?
Kimə deyək dərdimizi? Televiziyanı telekanalizasiyaya çeviriblər axı...
Ər arvadını axtarır, arvad da o biri verilişdə ərini, biri atası bəlli olmayan uşaq dünyaya gətirir, kənd-kəsəkdə gəlin qalmayıb, köç ediblər üzü xaraba qalan Bakıya sarı... Uşaq evdən qaçır, böyük qaçır, bu azmış kimi artıq qocalar da evdən üz döndərib qaçır. Ölkədaxili köçə start verilib elə bil. Marafona səhv tərəfdən qoşulub eee zalım uşaqları...
Əvvəl qaşı almaqdan qız-gəlin seçilirdi, indi get-gedə almağa da bir şey qalmayıb.
Efirdə hay-küy, dəxilsiz müzakirələr, özlərindən xəbəri olmayan, yoxee mənşəyi elmə məlum olmayanlar ekspert kimi gəlib ağıl verir guya başqalarına.
Alan kim, satan kim... Elə bil auksiona çıxarıblar dəyərləri. Amma tərsinə çevirməklə. Kim kimədiye xarabada. Biri ailə dəyərindən öyüd nəsihət verir. Özünün ailəsinə gözucu baxmağımız kifayətdir ki, bəlli sülalədən “hüquqi” varisdir. Baxırsan ki, içib-çəkmədən sifəti sallaq həkim “SAĞLAMLIQ ÖNƏMLİDİR” - deyib, haray çəkir efirdən. Sponsordu axı... İndi ən əxlaqsızında damarına hava dolub deyəsən. Bir az sıxan kimi başlayır ki, namaz əhliyəm.
Danışılası dərd deyil, mürəkkəbini israf etdiyim qələm utanır yazmağa, çifayda, bunlar utanmır yaşamağa. Nə bəladır bu? Zaurun verilişi ATV kanalının ən biabırçı efir buraxılışıdır. Yığıb ora beş on həkimi, gündə biri gəlib, ağıldan bir pay verib gedir. Sosial şəbəkədə gic-gic paylaşımları ilə “məhşurluq” eyforiyası yaşayanları ekspert donunda geyindirib sırıyır millətə. O da, gəlib qeyrət dərsi keçir kor millətimə. Yüngül əxlaqlı biri gəlir, əlli ər deyişibe zalımın qızı, deyir halal süd əmmiş kişi axtarıram. Bu əxlaqsızlığın müasir formasıdır. Hamı da alqış edir, AL GƏLDİ, TUT GETDİ!
ATV-də xəbəri XƏZƏRDƏKİ cah cəlala dəyişən Azərtaş özünə gülünc bazar açıb. Bu kimciyəz kimin uşağıdır, nə bilim kimin arvadı kimin yanından tapıldl?! Hələ azyaşlı qızın ər evindən başqasıyla qaçıb, qayıdıb efirdən birinci ərciyəzinə “SƏNİ YENƏ QƏBUL EDİRƏM” - deyib, başqasını günahkar çıxaran bir fahişə yetişir ölkədə.
Kanal kanal gəzən Xoşqədəmin qədəmi mübarək deyil, özünə düşmür ayağı. Camaat onu kanallarda axtarır, o da camaatı guya axtarıb tapır, öz “araşdırmasıyla”. Bununla ölkə polisinin nüfuzuna xələl gətirir axı bu “aparıcılar”. Amma, yaxşı aparıcıdır, ucuruma aparır camaatı aparıcılığı ilə.
ANS-i ağ günə çıxaran Elğiz indi ARB-də izləyir onu bunu. Yığıb ordan-burdan özü ağılda bekarları, qeybətin biri bir qəpikdən. Vur çatlasın, çal oynasın.
Ölkəni batırır axı bu “sosial” verilişlər. Milli dəyərlərimizi necə ucuzlaşdırdılar, elə bil dollar yox, dəyərlərimiz devalivasiya olub. Bu məsələnin ölkə prezidenti müstəvisində həll olunması üçün cənab İlham Əliyeva şəxsən müraciət ünvanlayacam. Hətta bunu özümə vətəndaşlıq borcu bilirəm. Yığışdırılsın bu biabırçılıqlar nəhayətində. Azərbaycanın milli dəyəri bu efir oyunbazlarından ibarət deyil axi. Ay aparıcılar, sizin təbliğiniz öz getdiyiniz yoldursa, səhv ünvana irəliliyirsiniz. İt hürənə yox, işıq gələnə doğru gedin.

Опубликовано:

 

7 сен 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 1   
@Huseyn-q3d
@Huseyn-q3d 2 месяца назад
Далее
Starman🫡
00:18
Просмотров 9 млн
ПРИКОЛЫ НАД БРАТОМ #shorts
00:23
Просмотров 2,8 млн
Komedixana  384-cü Bölüm 07.09.2024
1:00:09
Просмотров 151 тыс.