Тёмный

TikTok gəncliyi | Sosial şəbəkə bizi poza bilərmi? | Münasibət | Söhbətgah 

Söhbətgah
Подписаться 61 тыс.
Просмотров 43 тыс.
50% 1

#Söhbətgah-da artıq 100-cü videonu izləyirsiniz💙💚 #Münasibət-də ‪@AliKhayyam‬ və ‪@DjTural‬ #TikTok -dan, onun cəmiyyəti səhv yönəldə biləcəyi ehtimalından və orada olanlardan danışdılar. Siz də fikirlərinizi şərhlərdə yazın, müzakirə edək.
Buraxılışın əsas dəstəkçisi “Azərçay”a təşəkkürlər☕ Azərçay, Doğma Çay!
📢Bizə "Patreon"dan dəstək olub patronlara özəl buraxılışlar əldə edə bilərsiniz: / sohbetgah
👋"Söhbətgah"a abunə olun: / @sohbatgah
💡”MÜNASİBƏT”İMİZİ ÖYRƏNMƏYƏ BAŞLAYANLAR ÜÇÜN
• 💡Söhbətgah - Münasibət
BƏS BİZ KİMİK?
sohbetgah.az
📬ƏMƏKDAŞLIQ ÜÇÜN
gel@sohbetgah.az
sohbatgah@gmail.com
📝İstinadlar
"Senin suçun değil" (kitab) - www.libraff.az/books/adult-no...
"Start with Why" (kitab) - www.libraff.az/books/adult-no...
"Kendine iyi davran, güzel insan" (kitab) - www.libraff.az/books/adult-no...
"Yürümenin felsefesi" (kitab) - / y-r-menin-felsefesi
"Skin in the Game" (kitab) - www.libraff.az/books/adult-no...
"Bad Blood" (serial) - www.imdb.com/title/tt6423364/
"Fantastic Planet" (bədii film) - www.imdb.com/title/tt0070544/
"Sikstin madonnası" (rəsm əsəri) - az.wikipedia.org/wiki/Sikstin...
Teodor Drayzer (yazıçı) - az.wikipedia.org/wiki/Teodor_...
Toni Robins (yazıçı) - en.wikipedia.org/wiki/Tony_Ro...
Oşo (dini xadim) - az.wikipedia.org/wiki/O%C5%9Fo
Cek Nikolson (aktyor) - az.wikipedia.org/wiki/Cek_Nik...
Instagram: / sohbatgah
Facebook: / sohbatgah
Podkastı dinləmək üçün:
🔻Spotify: open.spotify.com/show/1eHR7Mb...
🔻Apple Podcast: podcasts.apple.com/us/podcast...
🔻Yandex Podcast: music.yandex.ru/album/18071206
🔻Google Podcast: podcasts.google.com/feed/aHR0...
🔻Spreaker: www.spreaker.com/show/sohbatgah
Zaman:
00:00 - Intro
00:12 - Yayımın dəstəkçisi - Azərçay
00:18 - Giriş
01:53 - Sosial şəbəkə insanları poza bilər?
08:19 - Müxtəlif ölkələrdəki gənclər arasında fərq varmı?
15:29 - Sosial şəbəkələrdəki obrazlar
26:11 - Keçmişdəki travmaların gələcək təsirləri
40:28 - Sosial media məzmunları və "qışqıran obrazlar"
54:56 - Yaradıcılığın izləri
01:04:55 - Psixoloji basqılar
01:13:47 - Məzmunla dəyər formalaşdırmaq
01:31:54 - Yekun
01:32:17 - Outro

Опубликовано:

 

22 июл 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 190   
@elladamustafa
@elladamustafa Год назад
Adam bizə uzun illər yol hərəkəti qaydalarını öyrətdi. İndi də həyat yolunun qaydalarını öyrədir! Var olun!
@gulnarismayilova3719
@gulnarismayilova3719 Год назад
Deməli o qədər önəmli mövzuya toxunmusuz ki.. Gənclərə yersiz müdaxiləni ən sərt şəkildə yaşamışam. Mən orta məktəbdə əla oxumuşam, 2-ci qrupa hazırlaşıb maliyyəçi olmaq istəyirdim. İmkanımız yox idi, amma mən bütün günü riyaziyyat işləyirdim, sinifkom idim deyə sona qalıb qapını mən bağlayırdım, bundan istifadə edib xəritəni götürüb evə gətirib öyrənirdim, səhər gedəndə aparırdım qoyurdum yerinə. Amma anam qoymadı 2-ci qrupa hazırlaşmağa. Qız sənəti yoxdur orda, ver 3-cü qrupa müəllimə ol. Nə qədər ağladım, dalaşdım, xeyri olmadı. Sonra məcbur razılaşdım. Dedim amma müəllimə olmayacam. Yenə əla oxudum, 673 bal yığdım, hüquq fakültəsinin ingilis bölməsinə daxil oldum. Amma ayıldım ki, mən bunu istəmirdim. Mənim kimi oxumağa həvəsli biri, uni dövründə depressiyaya düşdüm, yarım semester heçkimlə danışmadım, ancaq ağladım, oxumadım, həkimə düşdüm, dərmanlar atdım. Sonra özümə gəldim, oxumağa başladım. Amma o tutkum yox idi deyə yola verirdim. Düzdü bitirdim, ama o qədər məqsədsiz idim ki, qarşıma çıxan ilk iş yerinə getdim. Bankda işləyirəm 2 ildir. Ancaq hüquq deyil, və burda da xoşbəxt deyiləm. Özümü tapmağa o qədər çətinlik çəkirəm ki… Düzdür mən özümdəki əzmə heyranam, bu cür psixologiyaya malik valideynlər ilə inkişaf etdim, hələ onları da dəyişdim. Anam sonradan peşman da oldu, hətta o günü birlikdə sizin podkasta qulaq asırdıq)) Amma artıq kifayət qədər böyümüş 23 yaşı olan mən üçün gecdir biraz. Özümü tapmaqda, nə istədiyimi bilməkdə çətinlik çəkirəm. Heçnəyə qərar verə bilmirəm. Hərdən istəyirəm, kimsə mənə sıra ilə nə etməli olduğumu desin, mən də edim)) Amma hamının dediyi bir şey var, nə istiyirsən, onu tap. Əsas məsələ də odur, nə istədiyimi tapa bilmirəm…
@fidanizzetli
@fidanizzetli Год назад
axtarışa davam ❤️
@rahibcfrov7703
@rahibcfrov7703 Год назад
Hər şeydən imtina etmək ,uzaqlaşmaq uzun illər eyni proseslərin içində olmaq yorğunluq əlaməti kimi qiymətləndirmək olar, buna görə də nəyisə planlaşdırmaq və gələcək hakda düşünmək də lazım deyil, həyat bizim gözlədiyimizdən fərqli mənfi və müsbət hallarla üzləşməyimizi qarşılaşdıra bilər. Buna görədə sadəcə gözləmək və sənə lazım olan hadisələrin səni gəlib tapacağına inanmaq
@ehlimanquliyev1072
@ehlimanquliyev1072 Год назад
Doğurdan eee bu xanımın dediyi məni düşündürdü. Biz nə isdəyirik biz hardayıq söhbət belə insanlardan gedir yanlış anlamayın. O xanıma bircə bildiyim bir şey var, özünə özgevən və yaşında çox deyil əyər mühit və şərayid varsa get yenidən imtahan ver oxu məncə düzdü ikindici dəfə inuda oxumaq olar olmaz bilmirəm əyər madiyatın çatırsa işdəmək sənə o qədər vacib deyilsə get oxu oxmaq heç vaxtı gec deyil
@asenad.cavidan.3591
@asenad.cavidan.3591 Год назад
Heyatınız bundan donra başlayır.inanaınki 23 yaşdan sonra her şeyi yeniden başlayın 2ci tehsil alın.öz güveniniz varr.sizin yazınlzı oxuyanda hiss etdimki siz artıq özünüz ayaq üste durmağı bacarırsız.Sadece telesmeyin özünüze her zaman inanınn.itelide sizi her şey gözleyir))
@zenitsu9037
@zenitsu9037 Год назад
Mənim 3 əsas məqsədim var : 1. Nə istədiymi tapmaq 2. Istədiyim işi etmək 3. Etdiyim işi sevmək
@allahverdiabdullazad1606
@allahverdiabdullazad1606 Год назад
"Patreon"olmasamda,"Azərçayın"belə bir işə diqqət ayırmasına və sponsurluq etməsinə çox sevindim.Bu iş xüsusi diqqətə layiqdir.Təşəkkürlər.
@mamiyevaminare6383
@mamiyevaminare6383 Год назад
"Əgər sən cinayətkarı deyil cinayətə məruz qalanı təqsirkar görürsənsə,sən psixi cəhətdən sağlam deyilsən " möhtəşəm, sadəcə möhtəşəm
@ArzuShirin
@ArzuShirin Год назад
"+Məni atmamısaaan? - yox, səni tanıyıram daa" Amma gözəl ifadə edir axı dostluğunuzu😍😍 Sevilirsiniz. Çox təşəkkürlər, əməyiniz dəyərlidir..
@sabimourad1235
@sabimourad1235 Год назад
Siz iki əfsanəsiz! Daim öyrənib araşdırıb özünüzü inkişaf elətdirməklə yanaşı bizləridə marifləndirməyə çalışırsız.Bəzi gözümüzdən qaçan şeyləri üzümüzə vuruursuz bizə xatırladırsız.Hər şey üçün çox sağolun.İnsanları(bizi)bataqlıqdan çıxarmağa çalışırsız🤍
@mesudveliyev164
@mesudveliyev164 Год назад
Əla buraxilis idi. Bu buraxilishan siz subut etdinis ki bədbəxt cəmiyyətdə yasayiriq.
@user-xb2yk1cw5i
@user-xb2yk1cw5i Год назад
Cox sagolun oz dilimizde bize nelerse haqda dusundurmeyi ve onemli fikirler qatirsiz heyatimiza tesekkurler
@juneydhasanli3097
@juneydhasanli3097 Год назад
Sən də sağ ol Gündişay🩺
@rmziyyquliyeva8880
@rmziyyquliyeva8880 Год назад
Gün ərzində qədər məşğul olsam da, söhbətgah bölümünü ötürmədiyim və səbirzizliklə gözlədiyim platformalardan biridir. Lahiyəhə görə çox sağ olun
@faridaabbasova
@faridaabbasova Год назад
ru-vid.comuJxLSaJGCR0?feature=share
@kanan564
@kanan564 Год назад
"Fantastic planet" dunen gece baxdim, ela idi! Sevirem bele az taninan ve mohteshem eserleri. Teshekkurler Ali Xayyam. Minnetdarligimi bildirmek uchun, mende Size az taninan ve mene gore mohteshem kinolari meslehet verim: 1. The Man from Earth - 2007 2. The Thirteenth Floor - 1999 3. Nocturnal Animals - 2016
@mehmanmammedov
@mehmanmammedov Год назад
17:51 Tural sözünə qüvvət arif deyir ki, "Baxdığın mənəm, Gördüyün sənsən"
@sevincecemli8088
@sevincecemli8088 Год назад
Bir veriliş ərzində o qədər vacib nüanslara toxunursuz ki..Baxa-baxa mütləq dayandırıb, özüm-özümlə müzakirə edib ,müəyyən şeyleri öyrənmiş oluram.Bunun üçün ayrıca təşəkkürlər 💚💙💚💙 Bir gün Murad Arifi qonaq etsez çox gözəl olar🥰.
@nikabagirova7226
@nikabagirova7226 Год назад
Mence bu verliw TVde numayiw olunsun,daha cox insanlar baxsin bele keyfiyyetli proektleri TVye yoneldin
@alimaharramov7886
@alimaharramov7886 Год назад
Qapını döyən kişi olsun, evdə kişi olub olmamasının fərqi yoxdur..... Bəxtiyar Vahabzadə🤍🖤
@RaufGuliyev-rh8yk
@RaufGuliyev-rh8yk Год назад
yeni introdan sonra adam elə istəyir oxusun: "First İ was afraid, I was petrified" 😅 nəysə, hər zaman olduğu kimi, əməyi keçən hər kəsə və patronlara təşəkkürümü bildirirəm. Buraxılışdan bir neçə məqamı xüsusən qeyd etmək istəyirəm: 24:45 "O qədər utandım... Mən bir tərəfdən baxırdım" 32:00 "Deyirlər ki, sən cinayətə məruz qalanda günah görürsənsə, sən psixi pozğun insansan" 40:28 "Məzmundan pul qazanmaq söhbəti içəri girəndə böyük biyabırçılıqlar baş verir" 40:40 "Tik-tok'un sirrini tapıb...Meyvələr havada uçuşurdu..." 58:05 "Öz soyundan olan adama hörmətə bax e sən..." 1:13:30 "Adamlar qeyri-qanuni şeyi belə düşünəndə vizyonlu düşünürlər" 1:24:00 "Heyvana niyə təcavüz edirlər ki, o da mini-yubka geyinmişdi..?"
@sebnemqasimova
@sebnemqasimova Год назад
mövsüme ayrıldığınız müddət erzində yoxluğunuzu çox hiss edirdim. yeni mövsümünüz xeyirli uğurlu olsun. Cəmiyyətimizə sizin kimi savadlı və dərin dünya görüşlü şəxslərə ehtiyyacımız çoxdur. 😊
@-Mustafazade
@-Mustafazade Год назад
Salam,35yasima qeder baxdiqim ve gorduyum en medeni ve lazimli insanlar ve podcastlar,tesekkurler,qulaqimiz ve gozlerimiz dincelir,aqlimizi,fikirlerimizi yenileyirsiz bunu bilesiz
@ElnurVahidzade
@ElnurVahidzade Год назад
Keçən mövsüm Zəngilan, Qubadlı istiqamətindən sizi izləmişəm. İndi isə maşallah Laçından sizi izləyirəm. Qəribə olduğum ilk hadisə sizin çay reklamınız oldu. Keçən mövsüm kofe idi İÇ-in dediyiniz, indi çay. Reklam nə qədər həlledici rol imiş. Şükür Allaha tiktok kimi önəmsiz ( dəyərsiz, tullantıların bol olduğu) sosial şəbəkəsindən uzağam. Təsiri bilirsinizmi nə oldu? Daha çox əsəb, daha çox stress.. Ümumiyyətlə düşünürəm ki, sosial şəbəkələrdə bu qədər hegemonluq etmək düzgün deyil. Çox çətin problemdir. Allah bizi dəyərsiz hesab edilən şeylərə dəyər verməkdən uzaq etsin.
@veffzey9922
@veffzey9922 Год назад
Çox çox intellektual, maarifləndirici kanal açmısız. 2 savadlı şexsin dialoqu çox lezet etdi. Dinledikce dinlemek isteyirem. Bütün mövzular maraqlıdır. Emeyinize və zehninize saglıq.
@ferideveliyeva9506
@ferideveliyeva9506 Год назад
Bu tərz məlumat dolu sadə dillə danışılmış çox önəmli mövzulara toxunulan dolu dolu video görmək çox qürurverici və sevindiricidir. Əminəmki Çox insanların həyatına toxunacaqsız. Ümid edirəm milyonlarla izlənilər çünki tam ehtiyac olunandir məncə. Çox sağolun və uğurlar❤️
@eljafa8963
@eljafa8963 Год назад
Sizi sevirəm, gözəl oğullarım! Hər zaman üzünüz, gözünüz, ürəyiniz gülsün! Camaata insanlığın əlifbasını öyrədən canınıza qurban!
@nigarquliyeva8897
@nigarquliyeva8897 Год назад
Eyni düşüncədə olacağın insanları tapmaq çox gözəldir. Bizi yalnızlıqdan qurtarırsınız🤣 Təşəkkürlər.🌿
@asenad.cavidan.3591
@asenad.cavidan.3591 Год назад
Size teşekkür edirem.O qeder rahat düzgün danışırslz..Davamlı olsun.Belkede sizi bunu deyen olmayıb amma deyim))sizin danlşarken eşitdiyimiz Tural ve Əli səsi o qeder semiidirkii eşitdikce cox xoş tesir edir.
@tamerlanqasimov2289
@tamerlanqasimov2289 Год назад
Ay qardaslar, gelin cixin da , hardasiz bu nece vaxtdir? ))
@eldanizrustam
@eldanizrustam Год назад
Yeni mövsümə super başlamısınız. Mikrofon, səs düzəlib artıq,bu bir yana. Sağ yuxarı küncdə logo gözümüzdən qaçmadi,mavi və yaşılın tandemini Söhbətgah sayəsində sevdik, uğurlar!
@faridaramazanli219
@faridaramazanli219 Год назад
Sohbet maraqlıdı, oyredıcıdı hemıse kı kımı👍🏻 yene nelerse dusundurur , deyer qatır , Elının ınce yumoru ıse sohbetı cox yuxarı qaldırır ve xususı reng qatır 💫 , sohbetlerınız davamlı olsun, var olun 🤗
@RufetMuslimzade
@RufetMuslimzade Год назад
Məncə çox fəlsəfə eləmədən də cavab gözə görüləndir. Tik tok istifadəçilərinin bir çoxu bütün həyatını 20-25 sözlə yaşayan adamlardı və bu sözlərin 8-9 dənəsini söyüş təşkil edir. O insanları qadın bədəni, qurşaqdan aşağı zarafatlar, axmaq üz mimikaları və buna bənzər şeylər ilə tətmin olur. Və ən əsası videolara baxanda heçnə düşünmək istəmirlər sadəcə göz həzzi yaşamaq istəyirlər. İradəsi özünə keyfiyyəti qadağan etdiyi üçün keyfiyyət səsləndirəni söyürlər. Tiktok insana balığ yaddaşı verən 10-15 saniyəlik videolardan ibarətdir. Məs elə ona görə Tiktok elə insanların mövcud olması üçün ən komfortlu ortamıdır.
@ulkrmmmdova8648
@ulkrmmmdova8648 Год назад
O qədər zövq alıram sizin söhbətlərinizdən. Davamlı olsun, nə yaxşı ki,belə maarifləndirici kanal var👏 Cəmiyyətimizin çox ehtiyacı var bu cür söhbətlərə.😊
@aynurazohrab
@aynurazohrab Год назад
500 nəfərlik bir wp qrupunun adminkası olaraq sizinlə qürur duyuram.və o qrupdakılara dünya podcast və videoları ilə bərabər əsasən Sohbatgahı təbliğ edirəm.Çünki Azərbaycanlılar informasiyanı azərbaycanlıdan azəebaycan dilində alsın istəyirəm💚💙 siz "ölümsüz" olmusuz artıq
@zehraezizova5579
@zehraezizova5579 Год назад
Menide qrupa qoşa bilərsiz?🙏🏻
@pervuzemusayeva7696
@pervuzemusayeva7696 Год назад
Çox maraqli ve deyerli fikirler idi ,dinleye -dinleye işlerimi bitirdim ve size teşekkur etdim😊
@reactorgorunmezpodcast
@reactorgorunmezpodcast Год назад
Əvvəla salam. Verlişləriniz çox maraqlıdır. Sevərək izləyirəm (və ya dinləyirəm). Lakin bir ricam olacaq sizdən. Növbəti verlişlərinizdə mikrafonu başqa cür tənzimləyin. Masanın üzərində olan əşyaları götürüb qoyduğunuzda, fincanı masaya qoyanda çox səs edir. Gerçəkdən adamın diqqətini yayındırır. Uğurlar!
@rovsenhuseynov8368
@rovsenhuseynov8368 Год назад
Həmişəki kimi gözəl və faydalı buraxılış idi. Çox sağ olun. Məqsədinizə çatırsınız - iz qoyursunuz.
@goldagayev7247
@goldagayev7247 Год назад
- Yeni sezon xeyirli ve ugurlu olsun.Cox beyendim,bu defe bu potkastdan Bir meseleye bir defe yox,iki uc defe baxib ve ferqli tereflerden baxmagi,tekce gozegelimli yox daxilimize gozel gelen seyleri de tapmagi oyrendim,hem deinsanlara bir qram bele qarismamagi ve bize zerer vermediyi halda istenilen secimlerde azad oldugunu xatirladim.Tesekkurler
@Meryem.Xelilovaa
@Meryem.Xelilovaa 6 месяцев назад
Sosial medya vəyaxutda tiktok bizi tərbiyəsizləşdirmir əslində isə bizlərin əsil şəxsiyətimizi ortaya qoyur
@aygunhuseynova7059
@aygunhuseynova7059 3 месяца назад
Zeif xarakterli, tesir altina düşen , öz fikiri olmayan kütleni teessüf ki terbiyesizleșdirir
@akvariumist1747
@akvariumist1747 8 месяцев назад
Belə bir hədis var: " Əgər bir adamda xəta görürsənsə ona 70 bəhanə (оправдание) axtar, əgər tapa bilmirsənsə onda sən özünü qınamalısan."
@aminasgerov
@aminasgerov Год назад
Görünüş, intro, loqo dəyişilib çox gözəl alınıb. Əlasınız ❤️
@rafichx
@rafichx Год назад
Etibar Əsədli part 2 olsa əla olar. Möhtəşəmsiz💥
@maharrampashayev714
@maharrampashayev714 Год назад
Ən sevdiyim buraxlışlardan biri. Tam düşündüklərimi və görə bilmədiyim, yaxud mənim üçün bilmədiyim yeni məlumatları eşitdiyim üçün sizə sonsuz təşəkkürlər !!!! Var olun !!!
@ilhammehdiyeva7599
@ilhammehdiyeva7599 Год назад
Çalışacam indiyə qədər baxmadığım bütün verilişlərinizə baxlm. Axır ki düşündüklərimi eşidirəm. Arzuladıqlarımı eşidirım👍👍👍👍
@nicatmlikli
@nicatmlikli Год назад
Önyargı həqiqətən çox böyük problemimizdir.Çox incə detallara qədər endiniz bu mövzuda.Əli bəyin nümunəsindən tutmuş gətirdiyiniz sitatlara qədər hər şey möhtəşəmdir.Ümidvaram daha çox insana çatar.
@onuryusubov702
@onuryusubov702 Год назад
Yeni Logonuzu çox bəyəndim. Kanalın kontentləri çox yaxşıdır. Videonuza görə təşəkkürlər. Danışdığınız mövzu ilə bağlı olaraq: Hamının tanıdığı çox məshur bir insan uşaqlığında kök olduğu üçün bəyənilmədiyini düşünürmüş. Buna görə də böyüyüb arıqlayandan sonra həyatında (özünün dediyinə görə) ən pis qərarı verib. Sonra isə o qərarı geri çevirib.
@nihadr06
@nihadr06 Год назад
Əla buraxılış oldu, təşəkkürlər Söhbətgah! 💙💚 Bu mövzuya toxunmaq lazım idi. Bu vəziyyəti bir az daha "çılpaqlığı" ilə İmran Əsədov öz kanalında şərh etmişdi. İzləməyi məsləhət görürəm
@mltis_rzali8285
@mltis_rzali8285 Год назад
Bu söhbət əsl ləzzət elədi👏. Tural bəy, dünyagörüşünüz, danışıq tərziniz ayrıca zövq verdi. İnkişafınız daimi olsun.
@Babek_Cumsudov
@Babek_Cumsudov Год назад
Sizi dinləmək çox xoşdu mənə. Bəlkə bir gün görüş keçirsəniz, birlikdə müzakirə etsək yaxşı olar
@user-hx3cy2ru1x
@user-hx3cy2ru1x Год назад
Salam eleykim. Dediyiniz her soze gore. Tessekur edirem. Cox minnetdaram
@dayanatvali6322
@dayanatvali6322 Год назад
Daim xoşəbəxtsənsə kayfdasan 😂
@shukufaahmadova9116
@shukufaahmadova9116 Год назад
1 saat 30 deqiqəm çox səmərəli keçdi sayənizdə😊 Söhbətlərinizi hər zaman səbirsizliklə gözləyirəm.
@ilhammehdiyeva7599
@ilhammehdiyeva7599 Год назад
Əli və Tural xoş tanıdım sizi. Çox təıssüf edirəm ki, sizi gec tanıdım, amma bir yandan da sevinirəm ki, nəhayət qulaq asmağa nəsə tapdım
@musicallove6300
@musicallove6300 Год назад
17:32də səsləndirdiyiniz fikrə istinad olaraq demək istəyirəm ki çox haqlısınız Psixologiyada da bir deyim varki, Mübahisə zamanı mübahisə 3dqdən artıq davam edirsə, mübahisəni davam elətdirən şəxsin problemi sizinlə deyil, Özü ilə əlaqədardır.
@voosale5467
@voosale5467 Год назад
Daha bir maraqlı podcast üçün minnətdaram, əlasız✨ Apollo süni zəka ilə bağlı linki də paylaşsaz, sevinərəm
@seymurali33
@seymurali33 Год назад
Ruhdaşlar💙
@leylaleyla1288
@leylaleyla1288 Год назад
Darıxmışdıq. Yeni sezonda uğurlar✌❤
@AliBaghirov-Physio
@AliBaghirov-Physio 7 месяцев назад
Çox gözəl, çox önəmli mövzular. Hər şey üçün təşəkkürlər. Olgunlaşmaq, böyümək mövzusunun müzakirəsini görmək istəyərdim Söhbətgahda.
@gullusohbetler
@gullusohbetler Год назад
Yeni sezonunuz uğurlu olsun. Can sağlığıyla keçsin. Mənim oğlumun 8 yaşı var, özunun telefonu var. Hamı deyirdiki ay uşağa telefon niyedi? Ama indi oğlum youtube.da öyrədici videolara baxır bəzən mənədə öyrədir. İnsan çox vaxt əkdiyini biçir. Əgər ana tiktokda söyüşlü videolara baxırsa övladınnan başqa şeyi tələb edə bilməz. Çünki uşaqlar eyni anda fikrini bir neçe şeyə verə bilir, ele bilirsənki oyuncaqla oynuyur, ama görursənki baxdığın videodan sual verir 🙄 qısacası övladımızın tərbiyeli olmasını istəyiriksə, özumuz də elə olmalıyıq.
@ravidtaghiyev3780
@ravidtaghiyev3780 Год назад
Maraqlı söhbət idi. Təşəkkürlər!
@hasanovanigar9339
@hasanovanigar9339 11 месяцев назад
Tesekkurler
@user-vg3bo4kr8f
@user-vg3bo4kr8f 6 месяцев назад
Gozel sohbetler edirsiz. Cox sey oyrenirik. It hurer karvan kecer meseli eslinde itlerin hurerek yirtici heyvanlari qovmasina gore karvan hereket edir. Yeni karvanin rahat hereket etmesine sebeb itlerdir.
@sadiqmammadli9191
@sadiqmammadli9191 Год назад
Sizi çox isdirem beyler var olun👍👍👍❤
@sarkhanmammadov1121
@sarkhanmammadov1121 Год назад
Var olun dostlar 👍Söhbətlərə doymaq olmur
@sebuhi_video_editor
@sebuhi_video_editor Год назад
Çox doğru!
@nerminallahyarova295
@nerminallahyarova295 Год назад
1:05:00 👌wunderbar 👏 Demeki hardasa terbiyeni düz vermemisen👌.
@alimusayev17
@alimusayev17 Год назад
Salam, xoş gördük yeni mövsümdə:) çox maraqlı bir buraxılış idi. Sadəcə işıqlandırma daha yaxşı ola bilər, təşəkkürlər:)
@faridmammadzada7755
@faridmammadzada7755 8 месяцев назад
Netflixde Black Mirrorda Shut up and dance epizodu yadima dushdu. Mence Black Mirrordan daha çox misal çekseniz mükemmel olar.
@mov1an
@mov1an Год назад
Hər podcast bir kitab, yaxud da bir neçə kitabın ən faydalı hissələrinin birləşməsi-bərabərliyindədir 💙
@orxannagiyev7622
@orxannagiyev7622 Год назад
Tural ve Eli bey novbeti videolardan birinde usaqlariniz raziliq vererse, isteyerse onlari da dinlemek isteyerem.
@asefdadashov6534
@asefdadashov6534 Год назад
xeyrli olsun, 10000 də görüşək :)
@cobu70
@cobu70 Год назад
👍👍👍 gelen verlish Kamran Hesenlini devet elesez ellaaaa olardi
@elcinquliyev7649
@elcinquliyev7649 4 месяца назад
Mohtesemsiniz... qaldi caya isleye isleye qulaq asdigim ucun cemi iki stakan cay icdim😊
@kianschool-59-QQ-703
@kianschool-59-QQ-703 Год назад
3-©i dəfədi rusiyadaym 9 aya yaxındı burdayam.Tək Azərbaycanın çayı deyil bütün məhsulu burda sevilir bunun özü bizim üçün fəxrdi.
@munhenazrbaycanllarmdniyyt1406
Çox sevindiricidir sizi kimi düşünən insanların bizim cəmiyyətdə olmağı. Ümumiyyətlə fikir vermişəm ki, ətrafda bütün cahillərin mütləq və mütləq tiktokda accountu var. Məncə şəbəkə insanı yox, insan şəbəkəni pozur!!!
@Huseynehmedow
@Huseynehmedow Год назад
Əla uğurlu 👍👍👍👏
@_gunay_aliyeva_
@_gunay_aliyeva_ Год назад
Hər zaman kı kimi, sizi dinləmək çox xoş idi! 😍
@nemomammadov5325
@nemomammadov5325 10 месяцев назад
Cox super ve maragili sobtehagdir mutleq bezi dostlarimiza da izilse super olar berkede ozuleri hardasa tapa bileler.
@Nizi_1987
@Nizi_1987 Год назад
Super.təzə logonuzda mübarək
@peryqulieva1225
@peryqulieva1225 Год назад
Möhtəşəm!
@elnaraaghayeva6711
@elnaraaghayeva6711 Год назад
Uğurlar 🌿 sizi dinləmək xoş oldu
@samiryolcuyev7815
@samiryolcuyev7815 Год назад
Çox sağolun.
@AfqanQuliyev
@AfqanQuliyev Год назад
Çox gözəl məzmunlara toxunursunuz. Bu arada Apollo HR linkini göndərə bilərsiniz bura:?
@huseynalizade2922
@huseynalizade2922 Год назад
Perfecto👌👌
@servialekberova
@servialekberova Год назад
Əla buraxılışlardan daha biri.
@nicatmemmedov9194
@nicatmemmedov9194 Год назад
Bir çox fikirlərinizle razılaşıram,amma OSHO haqqında nə dediniz tam anlamadım, ümumiyyətlə bu məsələni tam açsanız minnətdar olaram.OSHOnun fikirləri tam komfort zonadan çıxmış fikirlərdi.mən belə düşünürəm.Zeka,Ego, Yetkinlik bu 3 kitabı milyon kitablara bədəldi.Bəlkədə oxumusunuz, bəlkə də yox,amma OSHO deyirdi qısaca "həyatdı hər şey ola bilər,iktidar eşqiylə yanıb tutuşma, kimdən sə necəsə üstün olmağa çalışma,insan ol,insan kimi yaşa".Və OSHO oxuyandan sonra mənə elə gəldi ki, bütün digər şəxsi inkişaf kitabları,(Ekhart tolle istisna) bir şey etmək üçün motivasiyadır Ekhart tolle haqqında danışmışdıniz bir dəfə, baxın OSHO onun dediklərini çoxdan demişdi.təmbəl olun demirdi, kimsə olmağa çalışma deyirdi, sən sadəcə insan ol, özün ol, Ancaq bir şey olum, məşhur olum, yüksək olum" hər şey düzələcək" fikriylə yaşama deyirdi.Özünü əşya ilə tanınlama deyirdi,pulla tanîmlama deyirdi, və həmişə deyirdi,.Ugurun gətirdiyi özgüvənin tamamilə saxta olduğunu deyirdi.Insan olmaq üçün çabalayıb rəqabət aparmaq lazımdı demirdi.OSHO real düşüncə idi, və deyirdi məndə səhv danışa bilərəm,.OSHO haqqında böyük tənqid buraxılışlarınızī gözləyirəm,amma dediyim kitablara nəzər yetirsəniz lap əla olar.Bəlkədə OSHO səhv deyirdi,amma" qarşı tərəfin düz olabilecek ehtimalını nəzərdən qaçırmamaq" fikrini belə OSHOdan almışam. Bu rəyi görsəniz,mənfi və müsbət tənqidlərinizə səbirsizliklə gözləyirəm
@arzumankrimov9938
@arzumankrimov9938 Год назад
Nəhayət. Gözlənilən . podcast..
@AnarRamazanov
@AnarRamazanov Год назад
Ciddən zəhmət çəkmisiz, var olun..
@kzlelma1148
@kzlelma1148 Год назад
Tamamilə bu videoya aid edilməyəcək şərh yazıram. Mosbetə bənzər reklam hazırlayırlar. Həmin o videoda çalışan şəxslərin də o videonu çəkənin də qeyretinə namusuna iffətinə tüpürüm. Həmin orda oturan "aktyoru" da söyürəm. Əsəblərimi pozdu videosu. Keçmək düyməsi də yoxdu ki, keçəm Həyatımdan bezdim. Nə qədər insanın qarşısına çıxar bu reklam. Halbuki youtube algoritminə görə maraqlandığım şeylər haqqında reklam çıxmalı deyil'mi? Mən mosbet və yaxud başqa mərc saytları ilə əlaqəsi olmayan insanam.
@ruslan9046
@ruslan9046 Год назад
@@Sohbatgah 😅
@kzlelma1148
@kzlelma1148 Год назад
@@Sohbatgah 🙂doğrudur
@Elnurhasanovful
@Elnurhasanovful Год назад
1:00:52 Bunu yəqin ki, Da Vinci's Demons serialında görmüsüz. maraqlı səhnə idi. Podcast-a görə təşəkkürlər!!!💙💚
@orxanmemmedov9594
@orxanmemmedov9594 Год назад
Ay Qerdeş vallah billah hər qoyun öz ayağınnan asılır. Sadə misaldi amma çox möhtəşəm misaldi . İnsan özüynən mewgul olsaydı Full paket dünya olardi
@r-yavuz-parla
@r-yavuz-parla Год назад
Tebrikler 👏👏
@snanvefadaroglu8710
@snanvefadaroglu8710 Год назад
Podcastin yorumlarina baxiram belə görürəm ki, çoxu "alone" ve psixoloji travma yaşayan adamlardır. Tural sənin beyninin və yanaşmalarının fanatı olduğum üçün bütün bölümlərinizi izləyirəm. Azərbaycan dilini danışığında çox qəribə (maraqlı çıxır ama bəzən karizmatik olmayıb ama onun kimi görsənmək istəyən kimi çıxır) istifadə edən 2 nəfərsiniz də. Biri sənsən digəri Dj Fatehdir)))
@elvino.
@elvino. Год назад
Əli Xəyyam, Nietzsche eşitsəydi ki, "almanlar Nietzscheni yetişdirdi" deyirsiz, yəqin qəşəng yüksək dağ havası aldırardı sizə.
@tahminaali2349
@tahminaali2349 Год назад
Bəylər qızıl xırdalayıb👌🏻
@zumrudasadullayeva1681
@zumrudasadullayeva1681 Год назад
Uğurlar çox sağolun.
@zaurshixaliyev5086
@zaurshixaliyev5086 Год назад
24 saat yorulmadan dinləyərəm sizin söhbətləri. Uğurlar.
@cmilrustmova6810
@cmilrustmova6810 Год назад
Özüm özümlə üzləşdiyimə görə sizə sonsuz sayğılar💞
@joanmadu1244
@joanmadu1244 Год назад
Təşəkkürlər,maraqliydi..Cəmiyyətdə olan problemləri dilə gətirdiyiniz üçün ayrica təşəkkür edirəm👏👏Bir şey maraqlı geldi mənə,Əli bəy 2-ci dəfədir ki,Oshoyla bağlı fikir bildirir ama müsbət deyil fikri məncə)Səbəb??Mən Oshonu sevərək oxuyan biriyəm,ziddiyyətli fikirləri var düzdü,ama doğrulari qorxmadan dilə gətirə bildiyi üçün (ki çoxlari bunu bacarmir) ona münasibətim müsbətdi.Əli bəyin Oshoyla bağlı mənfi fikrinin səbəbini bilmək istərdim.Cavablandirsaniz sevinərəm.
@Edelveys198
@Edelveys198 Месяц назад
Çox sağolun
@meherremsuleymanzade
@meherremsuleymanzade Год назад
Salam.Yene men...Mövzulariviz gözeldi her biri amma son zamanda paylasiqlariviz movzular lap adamin ureyinden kecennelerdi...Sizde demey isdediylerimizi deyirsiniz.Orda sizlerle söhbet etmey isteyerdim...Tesekurler
@gulnarhesenova6523
@gulnarhesenova6523 Год назад
Sizi izlerken hem gülürem hem öyrenirem.bu lezzet edir.Əli beyin yuxulari 😂Tural beyin sene ne ))aile qur get hara isteyirsen .niye aile qurmursan alanmi yoxdur.kiminse mali alinacaq esyasi olmadigimiz anlayan cemiyyet insallah görerik.🙏
@orxannagiyev7622
@orxannagiyev7622 Год назад
biz ozumuzun insan oldugunu qebul etmemisik ki, qarsimizdakinin da insan oldugunu anlayaq.
@Nizi_1987
@Nizi_1987 Год назад
Üzr istəmə xoşdur😀
@mehribanliyeva3548
@mehribanliyeva3548 Год назад
Ə var,sənə nə (ən çox işlətdiyiniz cümlə)😆👏👍
Далее
Tərbiyə nədir? 2 | Söhbətgah | Münasibət
1:04:55
Nizami Orucov qadın düşmənliyi barədə
1:13:16
Просмотров 50 тыс.
ZIVOTOT NA IGOR DZAMBAZOV...
3:26:11
Просмотров 791 тыс.