#Uroloq #Androloq #Rufet
Uroloq - Androloq Rüfət Əsədbəyli
Tel: (+994 70 800 66 99)
Sayt: baku-urologiya.az
İnstaqram: uroloq_dr_rufat_asadbeyli
Facebook: Dr. Rufat Asadbeyli
Hər kəsi düşündürən problemlərdən biri də cinsi həyatının zəif olduğunu düşünməsidir. Bəzi insanlar bunu hətta xəstəlik kimi qəbul edirlər. Cinsi həyatda ilk addımdan başlayan problemlər stressdən qaynaqlanır. Toy gecəsi yengə stressi, sonralar cinsi problemlərini həkimlə bölüşməkdən çəkinmək problemləri buna bariz nümunədir.
Cinsi zəiflik özünü müxtəlif formalarda göstərə bilər: cinsi əlaqə tamamilə mümkün olmaya bilər (kişidə həvəsin və ya ereksiyanın mütləq şəkildə olmaması); çətinliklə, əziyyətlə baş tuta bilər, lakin cütlər hər ikisi narazı qalar; kişi tez boşala bilər - əlaqə yəni o qədər qısa müddət sürər ki, həm kişi, həm də qadın məyus olar. Beləliklə, cinsi əlaqədən cütlərin bu və ya başqa şəkildə təkrar-təkrar razı qalmaması - cinsi zəiflik adlanır. Bu zaman nəzərdə tutulan hallar (variantlar) bunlar ola bilər:
Həvəsin olmaması. Cinsi zəifliyin bu forması bütün yaşlarda rast gəlir. Cinsi əlaqə üçün həvəsin (istəyin) olmaması “libido” adlanır və bu psixoanalitik termin ilk dəfə alman alimi Ziqmund Freyd tərəfindən elmi cəhətdən şərh olunmuşdur. Başqa sözlə “libido” cinsi əlaqə instinkti kimi də izah oluna bilər. Bəzi mülahizələrə görə seksual istəyin dərəcəsi, yəni libidonun səviyyəsi iinsanın bütün davranışlarına təsir edir.(!!!)
Erektil impotensiya - cinsiyyət üzvünün bərkiməməsi ilə bağlı cinsi zəiflik. Bu zaman kişinin cinsiyyət üzvünü vaginaya (qadın cinsiyyət üzvünə) daxil edə bilməməsi nəzərdə tutulur (kişi cinsiyyət üzvünün vağinaya daxil olmadan sperma axması da bura aiddir).
Erkən boşalma. Bu zaman isə cinsiyyət üzvünün vaginaya daxil olması baş versə də, cinsi əlaqə 2-3 dəqiqədən az çəkir. Əgər kişinin cinsiyyət üzvu vaginaya daxil olmazdan əvvəl boşalma baş verirsə, bu da erkən boşalma hesab edilir.
Eyakulyasiyanın olmaması. Bu zaman söhbət kişinin cinsi aktının eyakulat (prostat vəzinin şirəsi və sperma) olmadan bitməsindən gedir.
9 сен 2024