Bu dəfə konkret olaraq gözdə venoz trombozlar haqqında danışdım.
Uzun bir video oldu. Yəqin ki, indiyə qədər paylaşdığım ən uzun video?!
Video həm də, başqa bir videonun altında "Qaynanamın gözünü kor elədi" deyə şərh yazan bir pasiyent yaxınına cavab vermək ehtiyacından yarandı. Həm maarifləndirmə həm də, cavab xarakterli bir video oldu. Sonuna qədər baxmağa səbriniz çatarmı bilmirəm, ürəyimi boşaltmaq istədim.
Göz damarları bədənin ən incə damarlarındandır və bədənin hər hansı yerindən qopub gələn tromb bu damarlardan birini tıxayarsa ciddi görmə problemləri yarana bilər.
#RafadarXalilov #Tromboz #GözdəTrombozlar #CRVO #BRVO
4 сен 2024