Тёмный

Tural Əhməd, Günel Həmidova - Köhnə məktublar (Ramiz Rövşən) 

Tural Ahmad
Подписаться 15 тыс.
Просмотров 1,3 тыс.
50% 1

Köhnə məktublar - Ramiz Rövşən
Xəbər gələr daha ömrün qışından,
Soyuyursan - saçlarına qar düşər.
Ancaq köhnə kitabların içindən
Hərdən-hərdən köhnə məktublar düşər.
Әyilərsən, götürərsən gizlicə,
boylanarsan - arvad-uşaq görməsin.
Çəkilərsən otağın bir küncünə,
gizli-gizli oxuyarsan hər sözü.
Bu nə sevgi mektubudur, İahi,
indiyəcən ağrıyır hər sözü də.
Yazan qızın nəydi adı, İlahi?
Yaddan çıxıb sifeti de, üzü de.
Oxuduqca lal sətirlər səslənər,
Yavaş-yavaş səsi düşər yadına.
Bir hərfdən - qaşı düşər yadına,
Bir hərfdən - gözü düşər yadına.
O gözlərdən yadigartək varaqda
Göz yaşının ləkəsini görərsən.
Birdən donu xışıldayar otaqda,
Pəncərədə kölgəsini görərsən.
Diksinərsən, boylanarsan qapıya;
"o kölgəni arvad-uşaq gördümü?!"
Tez məktubu atarsan külqabıya,
yandırarsan hər sözünü, sətrini...
Sözlər yanar - kağızı da yandırar,
Sözlər yanar - o qızı da yandırar.
Sözlər qaçar o alovun içindən,
Sən baxdıqca - basar səni soyuq tər.
Sıra-sıra qara qarışqalartək
Qaçıb gedər qara-qara hərflər.
Təkcə o qız qaça bilməz bu oddan.
Bir quş olub uça bilməz bu oddan.
O qız yanar o alovun içində,
Göyə qalxar o alovun dilləri.
O alovun dillərinə sarmaşıb
Yanar, yanar uzun-uzun telləri.
Yanar bir vaxt saçlarını oxşayan
Uzun-uzun barmaqları, əlləri.
O qız yanar - ərşə çıxar tüstüsü,
Kağız yanar - külqabıda küllənər.
Qəfil birdən külqabının içindən
Yerə düşüb bir üzük diyirlənər.
Lap özünü itirərsən-baxarsan,
O üzüyü götürərsən-baxarsan;
Bu üzüyü axı harda görmüsən?
Bu üzüyü görməmisən bəlkə heç.
Sən o qıza haçan üzük vermisən?
Ona üzük verməmisən bəlkə heç.
Arvadın da qəfil girər qapıdan:
Әlindəki nədir? - deyər.
Üzükdür.
O üzüyü nə yaxşı ki, tapmısan,
neçə vaxtdır, itirmişdim, gəzirdim.
Sonra gələr, səndən alar üzüyü:
Bunun rəngi niyə belə qaralıb?
Barmağına güclə salar üzüyü:
Elə bil ki, bir balaca daralıb.
Külqabıdan tüstü qalxar hələ də,
o məktubun külü hələ işarar.
Maddım-maddım durub baxar arvadın,
o tüstüdən bir cüt gözü yaşarar.
Heç olmasa pəncərəni aç, -deyər,
-burda necə oturmusan sən,necə?!
Bu nə yanıq qoxusudur, İlahi,
elə bil ki, adam yanıb indicə..
"Köhnə məktublar"
Söz : Ramiz Rövşən
Səsləndirənlər : Tural Əhməd, Günel Həmidova
Foto : Əzizə Həşimova
Video : Rəşid Soltanov

Опубликовано:

 

14 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 5   
@sessiz666
@sessiz666 Месяц назад
Möhtəşəm
@sdaqtsukurova7880
@sdaqtsukurova7880 4 месяца назад
Möhtəşəm!!!
@elgunceferov3463
@elgunceferov3463 4 месяца назад
Afərin 🇦🇿💙❤️💚🇦🇿
@fuadhesenov7666
@fuadhesenov7666 4 месяца назад
men bu were reyimi bildirmek isteyirdim.Qizin sesine bir quw. Werleri tek ozunuz soylemeniz daha mohtewemdir
@vahidlalayev2369
@vahidlalayev2369 4 месяца назад
Həyət cütlükdın, ciftlikdən başlar..bunu Yarını itirinlər daha yaxşı bilir.
Далее
Məzar Daşı | Komedixana  351-ci bölümdən
19:14
Просмотров 1,2 млн
FİDAN AXUNDOVA ƏSLİNDƏ KİMDİR?
3:37
Просмотров 463 тыс.
Boşanmaların səbəbləri | Nizami Orucov
46:37
Просмотров 29 тыс.