Тёмный

Tural Hüseynov - Sən elə bilirsən [ Cəlil Cavanşirin şeiri ] 

Tural Huseynov
Подписаться 5 тыс.
Просмотров 638
50% 1

Şeir:Cəlil Cavanşir
Səs: Tural Hüseynov [ ‪@turalhuseyn0v‬ ]
Sən elə bilirsən,
məni tərk etsən
göy üzü çökəcək, ulduz axacaq
gecə düşməyəcək,
gün doğmayacaq?
Gör kimlər tərk edib, unudub, atıb
eh, hardan biləsən səndən öncə də
bunu yaşamışam
bir az darıxıb
sonra alışmışam bu get-gəllərə.
bilirsən,
əvvəl də gedən çox olub
gör kimlər ağladıb,
kimlər ovudub.
sonra peşman olub geri dönənlər
arxamca qan-qarğış edən də olub
ürək üzü bərkdir, çoxdan unudub.
çoxdan unudulub
çıxıb gedənlər.
sən də hamı kimi çıxıb gedirsən
nə fərqi
kimsə var,
ya kimsə yoxdu.
bizdə qadın çoxdu kişi sayından
bir də nə fərqi var sevənim çoxdu?
Vallah, vicdan haqqı
inan sözümə
hələ ki, yerinə namizəd yoxdu…
gedirsən,
bu qədər kandarda durma
qapını tez bağla
hava soyuqdu…
məndən gedənlərdən xəbər al,
soruş.
yaman laqeyidəm
etibarsızam.
“yaman unutqanam,
ürəyi daşam.”
sənə deyəcəklər necə adamam.
sənə deyəcəklər necə “oğraşam”.
mən yorğun adamam, bağışla, çıx get
çıx get,
nə qədər ki, ağlamamışam.
sən elə bilirsən bütün şairlər
içir,
tənha qalır,
sonra ağlayır?
sən elə bilirsən tərk edilənlər
dəbdən yox,
dərdindən saqqal saxlayır?
sən elə bilirsən,
həzin mahnılar
sənin boşluğunu doldurmayacaq?
elə bilirsən ki, daha bu evdə
heç kəsə şeirlər oxunmayacaq?
vallah
vicdan haqqı,
narahat olma.
vallah düz sözümdü, çıx get, yubanma
məni xoşbəxt etmir birlikdə olmaq
mənim ki, yalqızlıq,
təklikdi ancaq.
bir də qadan alım
açarı qoy get,
qapını bağlama,
gələn olacaq.
#Şeir #Poeziya #Ədəbiyyat #RamizRövşən #Bakı #Azərbaycan #Şair #Sözlər

Опубликовано:

 

29 сен 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 7   
@ahengariaydan
@ahengariaydan Год назад
Unudulmuş yadların naxoş xatirəsinə ithaf oldu bu parça. Səsinə ürəyinə qüvvət🙏🍷
@uzaqlarnqadn-1719
@uzaqlarnqadn-1719 Год назад
_Seni Düşünürem Senden Xebersiz_ _Qelbimde Bir Sen Var Senden Xebersiz_ _Birce Bileydimki Sende Menimtek_ _Meni Düşünürsen Menden Xebersiz_ _Müellif : Nefes_
@elcibey667
@elcibey667 Год назад
👍🏻👍🏻
@feridaxundov3378
@feridaxundov3378 Год назад
👍👍
@ПсихоПознание
@ПсихоПознание 3 месяца назад
😢
@ibadova13
@ibadova13 Год назад
❤❤❤👍👍
@ibadova13
@ibadova13 Год назад
👍👍
Далее
Почему?
00:22
Просмотров 238 тыс.
Barno
00:22
Просмотров 732 тыс.
MANPASI MIRT COLLECTION 2013/2014 #1
10:04
Просмотров 401 тыс.
Sevgi şeirləri(#1) - Ramiz Rövşən
30:19
Просмотров 1,8 тыс.
سرچشمه فکر ... قلب یا مغز ؟
20:41
Просмотров 27 тыс.
Ağalar Bayramovun dediyi şeir hamını ağlatdı
5:35