Тёмный

UŞAQ BƏRPA MƏRKƏZİ MİNDƏN ÇOX FİZİKİ MƏHDUDİYYƏTLİ UŞAĞI CƏMİYYƏTƏ İNTEQRASİYA EDİB 

CBC TV Azerbaijan
Подписаться 944 тыс.
Просмотров 14 тыс.
50% 1

Bakının Nərimanov rayonunda yerləşən Uşaq Bərpa Mərkəzi 6 aydır ki, yeni imkanları ilə fəaliyyət göstərir. 2015-ci ildən başlayan yenidənqurma işlərindən sonra mərkəz ötən ilin dekabrında istifadəyə verilib.
Həmin vaxtdan mərkəzdə ümumilikdə 1227 nəfər reabilitasiya kursu keçib. Onlardan 696 nəfəri ambulator müalicə alıb. Təmirdən sonra mərkəzdə aparılan müalicənin keyfiyyəti daha da yüksəlib.
Üç şöbədən ibarət olan mərkəzə müraciət edən hər bir fiziki məhdudiyyətli uşaq öncə 1-ci mərtəbədə labolator analizlərə cəlb edilir. Bundan sonra bəzi müayinələrdən keçir. Bura nervopatoloq, psixiatr, UZİ, və digər istiqamətlər üzrə müayinələr daxildir. Müayinələrdən keçən xəstələrdə heç bir əks göstəriş yoxdursa reabilitasiya planı tərtib edilir.
Tibbi sosial reabilitasiyanın ayrılmaz hissəsi və təmirdən sonra ən yeni avadanlıqlarla təchiz olunan bölmə kenezoterapiya-müalicəvi bədən tərbiyəsi terapiyası otağıdır. Mərkəzdə aparılan maraqlı müalicə üsullarından biri də uzay, yaxud kosmos terapiyasıdır. Bu bərpa növünə cəlb edilən uşağın ən azı iməkləmək və oturmaq qabiliyyəti olmalıdır. Burada quraşdırılan aparatlar vasitəsilə yerimə funksiyası, eləcə də yeriyərkən yerin cazibə qüvvəsinin təsiri əyani olaraq uşaqlara göstərilir. Yerimə funksiyası ümumiyyətlə formalaşmamış fiziki məhdudiyyətli bəzi uşaqlar ilk addımlarını burda atırlar. Mərkəzdə balacalar üçün xüsusi addımlama aparatı mövcuddur.
Mərkəzin fəaliyyət göstərdiyi 14 il ərzində burada şəfa tapan uşaqların statistikası aparılır, yeriyən uşaqların, fiziki, eləcə də psixoloji funksiyaları bərpa olunan uşaqlar qeydə alınır. Mərkəzdə yüksək ixtisaslı 95 nəfər işçi fəaliyyət göstərir.

Опубликовано:

 

27 авг 2017

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии    
Далее
Et toi ? Joue-la comme Pavard ! 🤪#shorts
00:11
Просмотров 2,4 млн
Məktəbdə zəlzələ zamanı nə etməli?
4:08
Просмотров 8 тыс.
Əlillərin Bərpa Mərkəzi
3:27
Просмотров 15 тыс.