Тёмный

Uşaqlarda BABASİL! -Nədən yaranır? Valideynlər MÜTLƏQ İZLƏYİN 

Dr. Anar Əliyev
Подписаться 2,3 тыс.
Просмотров 2,5 тыс.
50% 1

#babasil #AnarƏliyev #usaqlardababasil
Cərrah Proktoloq, Endoskopist -Anar Əliyev
İnstagram / proktoloq.anar_aliyev
Facebook / proktoloqanar
Əlaqə nömrə:050 311 00 18
Qəbizlik haqqında • Qəbizlikdən xilas olma...
TƏHSİL
1997-2003-cü illərdə Anar Əliyev Azərbaycan Dövlət Tibb Universitetinin Müalicə profilaktika fakultəsində təhsil alıb. .
Anar Əliyev AT-nu bitirdikdən sonra 2003-2006-ci illərdə RF Sankt-Peterburq Tibb Akademiyasında Diplomdan sonrakı təhsil Klinik Ordinatura keçib.
2006-2009-cu illərdə Dr.Anar Əliyev RF Sankt-Peterburq Tibb Akademiyasında Diplomdan sonrakı təhsil Aspirantura keçib.
İŞ TƏCRÜBƏSİ:
2006-2009-cu il RF. Sank-Peterburq Koloproktoloji İnistitutda Cerrah-Proktoloq işləmişdir.
Moskva Dövlət Tibb jurnalında 6 elmi məqalənin və Sankt-Peterburq Tibb Jurnalinda 4-elmi məqalənin 2-tezisin muellifidir. 2010-cu ilden - Bakida Cerrah-Proktoloq, Endoskopist, Qastroenteroloq kimi fəaliyyət göstərir.
Bacarıqlar:
Kolonoskopiya Rektoskopiya Qastroskopiya Həzm sistemi, pankreatit, qəbizlik, diareya, disbakterioz, xoralı kolit, metiorizm mualicəsi. Proktoloqiyanın bütün xəstəliklərinin müalicə və cərrahiyyəsini-mədə və yogun bagirsaq poliplərinin götrulməsi, hemoroy, düz bağırsağın çatı, paraproktit, pararektal fistula, büzdümün dermoid kistası-svişləri və s. əməliyyatlarini uğurla həyata keçirir. Əməliyyatlar müasir "Liqashure" (Lazer) üsulu ilə ağrısız və qansız yolla 15-20 dəqiqə ərzində aparilir. Əməliyyatdan bir gün sonra xəstələr evə buraxılır.
Hal-hazırda Medika Hospitalda fəaliyyət göstərir +994503110018
Uşaqlarda babasil xəstəliyi
Bəzən böyüklərlə yanaşı uşaqlarda babasil xəstəliyi qeydə alınır. Bir çox hallarda analar övladlarında belə bir problemin olmasından xəbərsiz olurlar.
Uşaqlarda babasil xəstəliyi nədən yaranır?
Xroniki (daimi) qəbizlik. Bu, düyünlərin əmələ gəlməsinin ən geniş yayılmış səbəbidir. Körpələrdə qəbizlik bağırsaq mikroflorasının pozulması, məktəblilərdə isə qeyri-sağlam qidalanma ilə əlaqədar olur. Nəticədə nəcis kütləsi bərkiyərək, bağırsağın zədələnməsinə gətirib çıxarır. Bu halda uşaq gücəndiyi zaman qan axınının damar divarına təzyiqi artır, düyünlər inkişaf edir.
Körpələrin tez-tez ağlaması. Yenidoğulmuşlar dayanmadan uzun-uzadı ağlayırlar. Bu isə öz növbəsində kiçik çanaqda dövr edən qanın miqdarını artırır, venaları genişləndirir. Yekunda babasil xəstəliyi inkişaf edir.
Uşağın qorşokda uzunmüddətli oturması. Yeni-yeni qorşoka öyrədilən körpələrdə stress səbəbi ilə qəbizlik yarana bilər. Belə halda babasilin inkişaf etməməsi üçün təbii çağırışlar olmadan körpəni qorşoka vaxtsız və məcburi oturtmaq olmaz.
Anadangəlmə babasil xəstəliyi. Uşaqlarda bu patologiya həkimlərin praktikasında nadirən rast gəlinir. Körpə nəcis ifraz etdikdə, eləcə də ağladıqda anus nahiyəsindən düyünlər xaricə çıxır. Belə vəziyyətlərdə uşaq mütləq proktoloq tərəfindən müayinə olunmalıdır.
Qeyri-düzgün həyat tərzi. Yeniyetmələrdə kompüter qarşısında uzunmüddət vaxt keçirmə, həmçinin məktəbdə fasiləsiz şəkildə parta arxasında oturma çanaq nahiyəsində qan durğunluğunun yaranmasına şərait yaradır. Bu səbəbdən məktəblilər üçün yalnız zehni deyil, fiziki aktivlik də vacib hesab olunur.
Uşaqlarda babasil xəstəliyi nə kimi narahatlıqlar törədir?
Qaşınma, qıcıqlanma, yad cisim hissi, düz bağırsaqdan qanlı ifrazat. Bu simptomlar ən çox məktəblilərdə rast gəlinir.
Yenidoğulmuşlarda və məktəbəqədər uşaqlarda hemorroid aydın şəkildə görünmür. Məsələn, körpələrdə düyünlərin çıxması yalnız gücənərkən və ağladıqları zaman anaların nəzərinə çarpa bilər. Belə ki, sakitlik vəziyyətində düyünlər gizli qalır.
Anal çat səbəbindən defekasiya zamanı nəcis kütlələri qanlı ola bilər. Əgər yanaşı infeksiya da varsa, uşağın temperaturu 38°C-yə kimi yüksələ bilər.
Uşaqlarda bəzən düyünün trombozlaşması ilə müşayiət edilən kəskin babasil müşahidə edilir. Bu zaman onlar göynədici və deşici ağrılardan şikayət edir.
Düz bağırsaq sallanması, kistası və ya digər düz bağırsaq xəstəlikləri oxşar əlamətlərə malik olduğundan hemorroid ilə qarışdırıla bilər. Məhz buna görə də anusda şübhəli qabarıqlıq nəzərə çarpdıqda babasil həkimi ilə əlaqə saxlamaq tövsiyə olunur.

Опубликовано:

 

7 сен 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 7   
Далее
Sinir Ağrılarının Əlamətləri - MÜALİCƏ
5:57
Просмотров 109 тыс.
Fake watermelon by Secret Vlog
00:16
Просмотров 6 млн
when you have plan B 😂
00:11
Просмотров 21 млн
Komedixana  384-cü Bölüm 07.09.2024
1:00:09
Просмотров 68 тыс.
Hamiləliyin pozulması üçün nə etməli ?
3:19
Просмотров 51 тыс.