Тёмный

Ucarda görünməz düşmən: Torpaqlar əldən çıxır 

APA TV
Подписаться 349 тыс.
Просмотров 1,6 тыс.
50% 1

#APATV #Ucar #şoran #torpaq #fermer #əkinsahələri #məhsul #drenaj #apagroup #apaxeber #apaxəbər #apatvxəbər #apaxeberler #xeberler #sonxeberler #gundemxeberler #xəbərlər #sonxəbərlər #xəbərlərbugün #xəbərlərdəbugün #gününxəbərləri #xəbərləryeni #sondeqiqe #gününəsasxəbərləri #sonxeberlerbugun2022 #canlıyayım #apacanlı #birbaşayayım #aparesmi
Ucarda torpaqlar şoranlaşır- fermerlər çıxılmaz vəziyyətdə
Ucarda torpaqlar şoranlaşır.
APA TV-nin yerli bürosunun xəbərinə görə, rayonun əksən əkin sahələri şoranlaşıb. Yerli sakinlər deyir ki, rayonun əkin sahələrinin böyük bir hissəsi ta qədimdən şoranlıqdır. Hazırda şoranlaşan torpaqlar allahın da yadından çıxıb, əkirik, pul tökürük, əziyyət çəkirik, məhsul götürə bilmirik.
Sakinlər deyir ki, hər keçən il vəziyyət daha da ağırlaşır. Nisbətən az şor olan torpaqlar son illər daha da şoranlaşıb gedir. Düzdü drenaj və kollektorlar lildən təmizlənib, işlək vəziyyətə gətirilib. Amma bəzi ərazilərdə drenaj və kollektorlar olmadığından həmin ərazilərdə torpaqlar kütləvi olaraq şoranlaşıb. Dərdimizi deməyə rayonda heç bir qurum tapmırıq. Bilmirik nə edək, kimə deyək, kimdən kömək istəyək.
Ucar Rayon DAİM-dən isə bildirildi ki, rayon üzrə pay torpaqlarının bir qismi şorandır və bəzi fermerlər bu problem səbəbi ilə çəltikçiliyə meyl edərək məhsul əldə edir
Ucar rayon icra hakimiyyətinin başçısının müavini sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Vaqif Mehdiyev məsələyə şifahi olaraq münasibət bildirərkən qeyd etdi ki, hazırda Ucar rayonunda torpaqların şorandan təmizlənməsi ilə məşğul olan belə bir qurum yoxdur. Sadəcə olaraq mövcud drenaj və drenlərin təmiri ilə Ucar Meliorasiya İdarəsi məşğuldur. Vaqif Mehdiyev onu da qeyd etdi ki, Ucar rayonunda şoranlaşma ötən əsrin 50-ci illərində, Yuxarı Şirvan Kanalı çəkildikdən sonra başlayıb. Göyçay rayonu ilə Ucar rayonunun 34 metr hündürlük fərqi var. Göyçay ərazisindən keçən Şirvan kanalının qrunt suları çökəklikdə yerləşən Ucar rayonuna aid torpaqların şoranlaşmasına səbəb olub.
Ucar suvarma sistemləri idarəsinin meliorasiya şöbəsinin rəisi Mahir Qasımov isə bildirdi ki, rayon ərazisində bizim balansımızda olan, sovet dövründən qalan mövcud drenaj və kollektorların böyük əksəriyyəti təmir olunaraq işlək vəziyyətə gətirilib. Yeni drenaj və kollektorların qurulması isə bizim səlahiyyətimizə aid deyil.
✅ Rəsmi saytımız: apa.tv
✅ Rəsmi facebook səhifəmiz: / tvapaxeber
✅ Rəsmi instagram səhifəmiz: / apatvresmi
✅ Rəsmi twitter səhifəmiz: / apatvofficial
✅ Rəsmi teleqram səhifəmiz: t.me/apa_tv
✅ Rəsmi youtube kanalımız: www.youtube.co...
Copyright © APA TV
Videolarda yazılan rəylərə görə kanal rəhbərliyi məsuliyyət daşımır.
REKLAM TƏKLİFİ ÜÇÜN (Contact) info@apa.tv

Опубликовано:

 

17 сен 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 3   
@Said_711
@Said_711 2 года назад
Ucar dəvəsi ölmüş ərəbdi
@user-bz8lw2ch8e
@user-bz8lw2ch8e 2 года назад
Bu saat bir deputat sotunu yüz manata alacaq
Далее
ВЛАД А4 СКАТИЛСЯ
09:34
Просмотров 509 тыс.
Türkanda qonşu qonşuya qənim kəsildi - İDDİA!
5:03
Komedixana  387-ci Bölüm 15.09.2024
1:06:55
Просмотров 488 тыс.
İTV Xəbər | 18.09.2024 | 16:00
13:46
Просмотров 8 тыс.
BƏRBAD DURUMA QALAN UCAR RAYON MƏRKƏZİ STADİONU!
1:55