Qırmızı alma yanaqlarında, Bal gülür mənə dodaqların da. Güləndə ay qız sən nə şirinsən, Ölmüşünəm mən özün bilirsən. Qırmızı alma , nar şirin olar, Sevgi bağında bar şirin olar. Qədimkilər də belə məsəl var, Ata , anadan yar şirin olar. Hər istəyimdə, arzularım da, Görürəm səni yuxularımda. Uzaq deyilsən biran canımdan, Tut əllərimi getmə yanımdan. Səninlə daralmaz sevgi qəfəsim, Səninlə çoxalır yaşam həvəsim. Sevirəm səni, canım nəfəsim, Çağırır səni ürəyimin səsi.