Тёмный

Vüqar Biləcəri & Fərman Kərim - İmdad elə🥀  

Fərman Kərim
Подписаться 361
Просмотров 3 тыс.
50% 1

Gör gülüm əhvalımı halıma yansan dad elə
Kuyi-həsrətdən alıb öz yanına irşad elə
Aşiqin əntiqəsin göstər məni isnad elə
Dilbərim hərdən məni Allaha xatir yad elə
Dar qəfəsdən könlümü birdəfəlik azad elə
Hicrin ilə gəzmişəm hicran diyarın,ölkəsin
Ümmid ilə gözlərəm hər dəm vüsalın səhnəsin
Gözlərim gözlər səni neynir ki, görsün özgəsin?
Gəl gülüm qov gözlərimdən intizarın kölgəsin
Könlümün ayinəsindən qəm tozun sil,şad elə
Yarımın eşqində şəm, yanmış əzəldən gəncliyim
Yarıma qurban ola, yansın təməldən gəncliyim
Göz çıxardı aşiqikən qaş düzəldən gəncliyim
Baş ağardı bel büküldü getdi əldən gəncliyim
Ey könül əfqanə gəl şivən qopar fəryad elə
Çəksin əğyari Xuda məhşər günü istintağa
Mürği-dil istər səni salmaz meyl digər bağa
Mən əsiri-yar olub zülfündə döndüm dustağa
Məcnunu səhrayə saldı eşq Fərhadı dağa
Oldu məşhur aləmə Məcnun belə Fərhad elə
Badeyi-eşqin dilər hər kim sənin camın dadır
Saqi süzsün mey mənə gözlər sənin camındadır
Bu sınıq qəlbim mənim hər əmrinin kamındadır;
Padişahım bu könül mülkü sərəncamındadır
Ya onu abad elə ya sök dağıt bərbad elə
Ali söz zəvvar olar, xaneyi-dil olsa hərəm
Var ümidim haqq ilə nəql eyləmişsə söz qələm
Şairi-nalan üçün rəhmin qılandır möhtərəm
Bir məsəl var xəlq ara quldan xəta şahdan Kərəm
Əl açar səndən Vüqar rəhmət dilər imdad elə

Опубликовано:

 

7 май 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 10   
@elcinkazmov5663
@elcinkazmov5663 25 дней назад
Çox gözəl 👍👍 ədəbiyyat bele eserlerle yaşayacaq👍
@azimbabayi
@azimbabayi Месяц назад
Bəh bəh qardaşım. Allah sənə yar və təbinə qüvvət versin. Qəlbimizə yaıldı vallah. Yaxşı ki Qardaşımsan🖤✊🏻🤲🏻
@fermankarimzade
@fermankarimzade Месяц назад
Minnətdaram əzizim, Allah razı olsun,bizə çoxlu dua elə🤲🏼
@selmacede7195
@selmacede7195 28 дней назад
Möhteşem olup
@vugarblcr
@vugarblcr 28 дней назад
@SahibFerceov
@SahibFerceov 29 дней назад
Var ol
@kenanmuxtarov313
@kenanmuxtarov313 22 дня назад
👍
@murtuzqacarov08
@murtuzqacarov08 Месяц назад
👍🏻👍🏻
@nihadkazimov1392
@nihadkazimov1392 27 дней назад
Əhsən Fransadan Salam
@fermankarimzade
@fermankarimzade 27 дней назад
Va Aleykum Salam , təşəkkürlər
Далее
Orxan Lökbatanlı - Yarqunat super şeir Mix 2024
4:29
Sevgi şeirləri(#1) - Vahid Əziz
6:12
Просмотров 43 тыс.
Vüqar Biləcəri yığma şeirlər
20:04
Просмотров 173 тыс.