Тёмный

Vətən müharibəsi şəhidləri/Şəhidlər haqqında şeirlər/zəfər şeirləri 

Elvin Elkhanoglu
Подписаться 15 тыс.
Просмотров 54 тыс.
50% 1

2-ci Qarabağ müharibəsi şəhidlərinin əziz xatirəsinə həsr olunur. Vətən müharibəsi şəhidlərini hörmətlə yad edir, ruhları qarşısında baş əyirik...
Videoda olan şeirlər:
1) Şəhidlər ölməz
Müəllif: Elvin Elxanoğlu
Kim deyir səhidlər ölür, yalandı,
Şəhidlər torpağa yeni can verir.
İllərdir yaralı idi Qarabağ,
Şəhidlər,qazilər ona qan verir.
Tarix unutmayır qəhrəmanları,
Bugün Qarabağda dastan yazıldı.
Vətən torpağına göz dikənlərin,
Alnına əbədi damğa basıldı.
Vətənə canını qurban dəyərək,
Ölümsüzlük yolun seçdi şəhidlər.
Vətən torpağını azad edərək,
Ömürlük tarixə keçdi şəhidlər.
2) Qarabağ artıq azaddır
Müəllif: Elvin Elxanoğlu
Dalğalandı Qarabağda,bugün zəfər bayrağımız,
Heç vaxt yerdə qalmayacaq,axıdılan qanlarımız.
Düşmənlərdən təmizləndi,dədə-baba torpağımız.
Canlarını fəda edən,şəhidlərin ruhu şaddır.
Xəbər olsun Mübarizə, Qarabağ artıq azaddır!
Məhv elədi düşmənləri,dastan yazdı şanlı ordu,
Xocalıda öldürülən hər can üçün hesab sordu.
Baxın görün otuz ildə neçə oğul şəhid oldu,
Cənnətdədir onlar bugün, şəhidlik ən uca addır,
Deyin Polad Həşimova, Qarabağ artıq azaddır!
Qarabağ türk torpağıdır, yenə elə qalacaqdır,
Qarabağa göz dikənlər başlarından olacaqdır.
Şanlı ordum yenilməzdir, daim zəfər çalacaqdır,
Qarabağ Azərbaycandır,gerisi cəfəngiyatdır!
Səhidlərim, qazilərim, Qarabağ artıq azaddır!
3) Ağlama ana
Müəllif: Elvin Elxanoğlu
Bu gün şəhadətə yuksəlmişəm mən,
Təki bölünməsin qoy ana vətən,
Ruhum sizinlədir, köçübdür bədən,
Qoymadım düşməni girsin yurduma,
Fəxr elə oğlunla, ağlama ana !
Şəhidlik ən uca zirvədir inan,
Bunu təsdiq edir müqəddəs Quran,
Mənəm o əlçatmaz zirvədə duran,
Cənnəti bəxş edib Rəbbim quluna,
Fəxr elə mənimlə, ağlama ana !
Vətəni canımdan üstün bilmişəm,
Xalqım tərəfindən mən sevilmişəm.
Türkəm, bir ölmüşəm, min dirilmişəm,
Qəhrəman deyirler sənin oğluna,
Fəxr elə mənimlə, ağlama ana !
Xalqıma son sözüm budur nəhayət,
Ailəm və torpağım sizə əmanət !
Tanrı şəhidinə veribdir qiymət,
Üzü ağ gedirəm mən hüzuruna,
Fəxr elə oğlunla, ağlama ana !
4) Mənim atam qəhrəmandır
Müəllif: Elvin Elxanoğlu
Kim deyir ki darıxmıram,
Darıxıram atam üçün,
Vətənçün canından keçən,
O qəhrəman adam üçün.
Mən bir şəhid övladıyam,
Bütün ölkə bilir onu,
O bir xalq qəhrəmanıdır,
Azərbaycan sevir onu.
Vətən uğrunda döyüşüb,
Vuruşubdur ən qabaqda.
Hər bir şəhid, qazi kimi,
Dastan yazıb Qarabağda.
Ölməyib ki, şəhid olub,
O bizi görür bilirəm.
Mənim atam qəhrəmandır,
Mən onunla fəxr edirəm!
5) Şəhidlərin dilindən
Müəllif: Elvin Elxanoğlu
Bu dəfə üzrlü hesab et məni,
Bayramıdır, hədiyyə verə bilmədim.
Bayramın mübarək olsun ay anam,
Bu dəfə əlindən öpə bilmədim.
Sənin də bayramın mübarək bacım,
Bağışla, yanına gələ bilmirəm.
Hər bayram gül alıb gələrdim amma,
Cənnət çox uzaqdır, gələ bilmirəm.
Yoldaşım, ürəyim, canım, sevdiyim,
Sənə əmanətdir bütün hər şeyim.
Vətəndir uğrunda candan keçdiyim,
Onunçün canımdan necə keçməyim?!
Nolar, ağlamayın arxamca mənim,
Gözünüzdən axan yaşları silin.
Rəbbim dərgahına aparıb məni,
Sizlərə Cənnətdən baxıram bilin.
6) Əziz Şuşa sən azadsan
Müəllif: Elvin Elxanoğlu
Əziz Şuşa, sən azadsan,
Torpağında yağı gəzmir.
Dağlarının zirvəsində,
Daha qara yellər əsmir.
Səni azad etmək üçün,
Bilki dastan yazılıbdır,
Əl uzadan düşmənlərin,
Məzarları qazılıbdır.
Bundan sonra Xarı Bülbül,
Qorxa-qorxa açmayacaq,
Qədim Şuşa qalasına,
Düşmən ayaq basmayacaq.
Gövhər Ağa məscidindən,
Ucalacaq əzan səsi.
Daşaltısı,Cıdır düzü,
Müqəddəsdir hər bölgəsi.
Əlbəttə ki gözəl Şuşa,
Qarabağın incisidir.
Mədəniyyət sahəsində,
Dünyanın birincisidir.
Gözəl Şuşa, sən azadsan,
Sağalacaq yaraların ,
Artıq sənə qovuşacaq,
Doğmaların, yaxınların.
Mədəniyyət paytaxtıdır,
Beşiyidir musiqinin.
Vətənidir Natəvanın,
Bülbül, Nəvvab, Üzeyirin.
Yenə yarışlar olacaq,
Tarixi Cıdır düzündə.
Yenidən qurulacaqdır,
Məktəbin də, muzeyin də.
İsa bulağı gözündən,
Daha qan,yaş tökməyəcək.
Birdə Şuşa əhalisi,
Yurdlarından köçməyəcək.
Üzeyirin, Natəvanın,
Bülbülün ruhu şad oldu.
İgidlərin sayəsində,
Şuşa yenə azad oldu.
Allah rəhmət etsin bütün,
Canlarından keçənlərə,
Şəhadətə ucalaraq,
Cənnətinə köçənlərə.
7) Mən şəhidəm
Müəllif: Elvin Elxanoğlu
Mən şəhidəm,ölməmişəm...
Şəhidlər ölməzdir axı,
Ölməmişəm, yaşayıram.
Dönüb vətən torpağına,
Torpağıma qarışmışam,
Sarılaraq bayrağıma,
Bayrağıma qarışmışam.
Mən şəhidəm, ölməmişəm...
Şeirlərdə, qəzəllərdə yaşayıram,
Rəsmlərdə,filmlərdə,əsərlərdə yaşayıram.
Xalqımın qəhrəmanıyam,
Heç zaman unudulmuram,
Könüllülərdə yaşayıram.
(qısaldılıb - tam şeiri videodan götürə bilərsiniz)
Etiketlər:
#animgunu #zeferseirleri #sehidler
2 ci qarabag müharibəsi şəhidləri
2 ci qarabag muharibesi sehidleri siyahisi
Vətən müharibəsi qəhrəmanları
Şəhidlər haqqında şeir
şəhidlər haqqında şeirlər
Sehid haqqinda seir
Şəhidlər şeiri
sehidler seiri
Elvin Elxanoğlu şeirləri
ən yeni şeirlər
elvin elxanoğlu
qarabağ şəhidləri
qələbə şeirləri
zefer gunune aid seirler
27 sentyabr anım günü
anım günü üçün şeirlər
Zəfərə aid şeirlər
zəfər günü
Qarabağ zəfəri
zəfər şeirləri

Опубликовано:

 

29 сен 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 55   
@Tural_03_00
@Tural_03_00 Год назад
Çox təsir edici şeirlərdi ALLAH ŞƏHİDLƏRƏ RƏHMƏT ELƏSİN MƏKANI CƏNNƏT OLSUN HAMSININ ALLAH AİLƏLƏRİNƏ SƏBR VERSİN CAN 😔😔😔😔
@en_yeni_seirler
@en_yeni_seirler Год назад
Amin, çox sağolun
@RovsenZeynalov-ik8hh
@RovsenZeynalov-ik8hh 10 месяцев назад
Allah şəhidlərə rəhmət eləsin məkanı cənnət olsun 😢😢😢😢😢❤
@en_yeni_seirler
@en_yeni_seirler 10 месяцев назад
Amin
@xalidebayram8046
@xalidebayram8046 Год назад
Allah rəhmət eləsin býtyn şəhidlərimizə
@en_yeni_seirler
@en_yeni_seirler Год назад
Amin
@TunzaleEliyeva-d2r
@TunzaleEliyeva-d2r 8 месяцев назад
Torpaqlarımızın azadlıgı ugrunda şirin canından keçən hər bir şəhidimizin ruhu qarşısında baş əyirik Allah bütün şəhidlərimizə rəhmət eyləsin Onların xatırəsi həmişə bizim üçün əzizdir
@ibrahimehedov7956
@ibrahimehedov7956 Год назад
HAMISINA QURBAN OLUM 1 ŞƏHİD AİLƏSİ OLARAQ SİZƏ TƏŞƏKKÜR EDİRƏM. ALLAH O ZIRVƏYƏ MƏNİ DƏ UCALTSIN
@en_yeni_seirler
@en_yeni_seirler Год назад
Mən sizə təşəkkür edirəm. Allah cəmi şəhidlərimizə rəhmət eləsin, ruhları şad, məkanları Cənnət olsun inşallah...
@Tamara-2011c
@Tamara-2011c 2 года назад
ALLAH BUTUN SEHİDLERİMİZE RƏHMƏT ETSİN AMİN.😪😪😔😔
@fidanabbaszade251
@fidanabbaszade251 2 года назад
Cox sağolun Sehidlerimize yazdığınız seirlere göre Allah bütün sehidlerimize rehmet elesin 🤲🕋🤲inşallah balalarim 27senytabr anim günü oxuyacaglar sizin yazdığınız seirlerden 🤲🕋🤲
@en_yeni_seirler
@en_yeni_seirler 2 года назад
Amin inşallah, çox sağolun. Uğurlar olsun
@hebibhebibov560
@hebibhebibov560 2 года назад
ALLAH BÜTÜN ŞEHIDLERE REHMET ELESIN AMIM🤲🥀😭
@firengizasgerova3533
@firengizasgerova3533 Год назад
Allah Şəhidlərimizə rəhmət etsin !Nur içində yatsınlar ! Var olun ,şairimiz,ürəyinizə sağlıq,çox duyğulu şeirlər yazmısınız 🙏🙏
@en_yeni_seirler
@en_yeni_seirler Год назад
Amin inşallah. Çox sağolun, Allah sizləri var eləsin ki, dəyər verirsiniz şeirlərimə. Minnətdaram 🙏
@Meryem_softie
@Meryem_softie Год назад
AMİN🤲
@sahibmusayev915
@sahibmusayev915 2 года назад
Mənim qəhrəman qardaşlarım..
@en_yeni_seirler
@en_yeni_seirler 2 года назад
Vətən müharibəsi şəhidlərini hörmətlə yad edirik. Allah cəmi şəhidlərimizə rəhmət eləsin, ruhları şad, məkanları Cənnət olsun inşallah 🤲
@en_yeni_seirler
@en_yeni_seirler 2 года назад
Salam, çox sağolun təşəkkür edirəm. Uğurlar arzulayıram. Buyurun
@en_yeni_seirler
@en_yeni_seirler 2 года назад
Paylaşaram əlbəttə. Mən balacaların səsləndirdiyi şeirlərimdən paylaşımlar edirəm. Uşaqlarla bağlı növbəti paylaşımda sizin oğlunuzu da paylaşaram.
@mocuzem_iy681
@mocuzem_iy681 2 года назад
@@en_yeni_seirler Var olasız Şair.Allah elminize bereketler versin uğurlar.Destekdeyik gözlerik inşeAllah🙏
@en_yeni_seirler
@en_yeni_seirler 2 года назад
Təşəkkür edirəm, sağolun,var olun.
@polatalemdar4507
@polatalemdar4507 2 года назад
Bu melodiyanın adı nədir
@RovsenZeynalov-ik8hh
@RovsenZeynalov-ik8hh 10 месяцев назад
Allah rehmet elesin vətən üçün canından keçən şehidlerimize
@en_yeni_seirler
@en_yeni_seirler 10 месяцев назад
Amin inşallah, çox sağolun
@xyalcfrova6112
@xyalcfrova6112 2 года назад
Allah rəhmət eləsin bütün şəhidlərimizi siz də çox sağolun gözəl şeirlər səsləndirirsiz.
@en_yeni_seirler
@en_yeni_seirler 2 года назад
Amin, çox sağolun təşəkkür edirəm.
@sahnuroruczade
@sahnuroruczade Год назад
musiqinin adını zehmet olmasa deyerdiniz video çox geşeng alınıb
@8.Jenniewqss
@8.Jenniewqss 2 года назад
Allah Şəhidlərimizə rəhmət eləsin!😔
@Meryem_softie
@Meryem_softie Год назад
Amin🤲
@8.Jenniewqss
@8.Jenniewqss Год назад
@@Meryem_softie 😔
@lelithhajili6182
@lelithhajili6182 2 месяца назад
Allah bütün şəhidlerimize rehmet elesin. Qeyd edim ki şehidimizin adi duzgun yazilmiyıb 8:58 Maxe Rasim Ramazanlı🇹🇷🇦🇿
@en_yeni_seirler
@en_yeni_seirler 2 месяца назад
Ola bilər, videonu mən hazırlamamışam, hazır videoları birləşdirmişəm. Qeyd etdiyiniz üçün sağolun! Allah rəhmət eləsin hər bir şəhidimizə 🤲
@feridehmedli8913
@feridehmedli8913 Год назад
Salam.Allah cəmi şəhidlərimizə rəhmət eləsin.Ruhları şad olsun.Amma bu vidyo çarxda mən öz şəhidimin şəklini görmədim.Demək olar ki bütün şəhidlərin şəkili var.amma mənim kinin yoxdur.çox məyus oldum
@en_yeni_seirler
@en_yeni_seirler Год назад
Salam. Allah cəmi şəhidlərimizə rəhmət eləsin, ruhları şad, məkanları Cənnət olsun inşallah. Videonu mən hazırlamamışam, başqa kanaldan hazır videonu götürüb şeirləri üzərinə əlavə etmişəm. Təssüf ki şəhidlərimizin hamısının yer aldığı bir video yoxdur. Başqa videolarıma da baxın bəlkə onlarda qeyd olunub, olunmayıbsa şəhidimizin ad soyadını deyin növbəti paylaşimlarimizda qeyd edərik inşallah.
@nrgizbayramova9477
@nrgizbayramova9477 Год назад
Allah rəhmət eləsin 😢😢😢😢
@en_yeni_seirler
@en_yeni_seirler Год назад
Amin inşallah
@feridehmedli8913
@feridehmedli8913 Год назад
İsmayıllı şəhidi Famil Əhmədzadə.
@cemileisgenderova8182
@cemileisgenderova8182 2 года назад
Salam Elvin müəllim . Çox sağ olun gözəl şeirlərdi . Allah cəmi şəhidlərimizə rəhmət etsin .🥀🥀🥀🥀
@en_yeni_seirler
@en_yeni_seirler 2 года назад
Salam Cəmilə müəllimə. Çox sağolun təşəkkür edirəm. Amin, məkanları Cənnət olsun inşallah 🤲
@fghhgfdgghhgf5016
@fghhgfdgghhgf5016 2 года назад
@@en_yeni_seirler 😓😓💕💙❤💋
@hesenovtaleh8424
@hesenovtaleh8424 2 года назад
ALLAH BÜTÜN ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN AMİN🥀🥀🥀😭
@en_yeni_seirler
@en_yeni_seirler 2 года назад
Amin
@SuleymanMirzayev-p6l
@SuleymanMirzayev-p6l Год назад
😢😢😢
@feridehmedli8913
@feridehmedli8913 Год назад
44 günlük müharibədə mənimdə atam şəhid olub
@en_yeni_seirler
@en_yeni_seirler Год назад
Allah rəhmət eləsin, məkanı Cənnət olsun inşallah
@zaurabdullayev6567
@zaurabdullayev6567 Год назад
Səs tonu yaxşıdır amma imtanasiya yoxdu(
@en_yeni_seirler
@en_yeni_seirler Год назад
Təşəkkür edirəm. İmtanasiya deyərkən hər halda intonasiya nəzərdə tutmusunuz. Mən qiraetçi deyiləm təbii ki, peşəkar qiraetçilər daha yaxşı səsləndirə bilər. Kim istəyir buyurub səsləndirə bilər.
@zaurabdullayev6567
@zaurabdullayev6567 Год назад
@@en_yeni_seirler bəli gözəl şeirdir biraz çalışsaz mence intonasiyada deyə bilərsiz.men özümde bele çalışıdim ve çox gözəl intonasiyam oldu bedi qiraetçi olduğuma görə diplom qazandım.yeni çalışsaz gözel neticeler əldə edə bilərsiz.
@en_yeni_seirler
@en_yeni_seirler Год назад
@@zaurabdullayev6567 Təbii ki, hər şey çalışmaqla olur. Bizdə öz üzərimizdə çalışırıq. İnanıram ki, zamanla daha yaxşı olacaq. Çox sağolun.
@omr9382
@omr9382 2 года назад
Əla şeirdi
Далее
Шоколадная девочка
00:23
Просмотров 129 тыс.
Məktəbdə "Anım Günü".
7:23
Просмотров 15 тыс.
Rasim Zeka - Insan Heyati Seirler Qezeller
33:29
Просмотров 3,1 млн
MÜBARİZ ( Tam film )
1:30:30
Просмотров 779 тыс.
Шоколадная девочка
00:23
Просмотров 129 тыс.