Тёмный

Vahid Əziz - "Məşhur Sevgi Şeirləri" [ Öz ifasında ] YENİ 

Poeziya Klubu
Подписаться 30 тыс.
Просмотров 55 тыс.
50% 1

Şeirlər: "Gedəcəm" , "Əzizim" , "Ayrıldıq"
Şeirləri Səsləndirən: Vahid Əziz
Şeirlərin Müəllifi: Vahid Əziz
Covered By: Tural Hüseynov ( ‪@turalhuseyn0v‬ )
Yayım: Poeziya Klubu (‪@poeziyaklubu‬ )
Əlaqə:
E-mail: poeziyaklubu@mail.ru
WhatsApp: Tural Hüseynov (0556442723)
Instagram: @poeziyaklubu
TikTok: @poeziyaklubu
Teleqram: @poeziyaklubuofficial
"GEDƏCƏM"
Soyuqlaşdın,dünya kimi havan dəyişib,
belə getsə-durna kimi uçub gedəcəm,
eşitmişəm,gülüm,yenə yuvan dəyişib.
mən səninlə hankısına köçüb gedəcəm?
Bir-bir sənə bağlandığım tellər qırılır,
baxanı yox!-bəslədiyin güllər qırılır,
çooox uzandı bu ayrılıq,illər qırılır,
bu sevginin hər şeyindən keçib gedəcəm.
Qapın-qıfıl sırğalıdır,pəncərə bağlı,
pozmzq olmur,ahd-peyman min cürə bağlı,
getsin hər şey Cəhənnəmə,mən-cərə bağlı,
düyünləri inadımla açıb gedəcəm.
Bundan sonra söz olacaq qüssələrinki,
dəyişmişik;nə sən o san,nə mən həminki,
sən özgəyə qismət oldun,mən özgəninki,
tutub-zorla aparsan da qaçıb-gedəcəm.
Deməmişdik:” bu ülfəti edək yarımçıq”,
boy vermədi-eşqin gülü gödək,yarımçıq,
şərəfimə qaldırdığın qədəh yarımçıq,
bəs demişdin:”Sağlığına içib gedəcəm"
"ƏZİZİM"
Dağ başında qar üstünə qar gələr,
Gileylənmək zirvələrə ar gələr,
Hər nə geysəm vücuduma dar gələr,
Bu darlığa dözmək olmur, əzizim.
Əzəl gündən dünya yalan dünyadır,
Baha satan, ucuz alan dünyadır,
Arzuları nakam qalan dünyadır,
Dağılanı düzmək olmur, əzizim.
Kaş ki, dünya zalımlığın ataydı,
Qəlbim bir an istəyinə çataydı.
Yaşamağım göz yaşımdır, haraydır.
Göz yaşında üzmək olmur, əzizim.
Dalğalara yalvarmaqdan bezmişəm,
Hönkürməkdən, ağlamaqdan bezmişəm,
Səndən ayrı yaşamaqdan bezmişəm,
El-obadan bezmək olmur, əzizim.
Heç bilməzdim daşım belə ağırdır,
Bəxtim belə biçarədir, fağırdır
Gedəcəyəm, göylər məni cağırdı.
Daha yerdə gəzmək olmur, əzizim.
"AYRILDIQ"
Çəmənlərdən yolum düşdü min kərə,
Güllər vaxtsiz solub-açdı, ayrıldıq.
İlk görüşdən nə gəldisə gözlərə,
Son günü də gözü yaşlı ayrıldıq.
Yoxa çixdı; əridimi, uçdumu?
Səsdir, ruhdur, ulduzdumu, quşdumu?
Anlamadım; bilə-bilə, çaşdımı?
Yar danışdı ikibaşli, ayrıldıq.
Bircə dəfə öpə bildim telindən,
Bircə dəfə: "Can" eşitdim dilindən,
Bir röyada tutacaqdım əlindən,
Çağırdılar, yuxum qaçdı, ayrıldıq.
Bu ümid də məni qoydu gümansız,
Vurub keçdi cəllad kimi amansız,
Dillər tökdüm, inanmadı imansız,
Baxıb gördüm qəlbi daşdır, ayrıldıq.
#VahidƏziz #VahidEziz #Şeir #Poeziya #Ədəbiyyat #Edebiyyat #Şair #RamizRövşən #KüsülüQalaBilmirəm #İncimə

Опубликовано:

 

29 сен 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 40   
@jabrail2366
@jabrail2366 5 месяцев назад
Bu boyda şairi indi tanıdığımıza çox utanıram.
@rufetxudiyev6126
@rufetxudiyev6126 3 месяца назад
bizə ancaq xoruz şeirin əzbərlədənlər utansın)
@erdalocal652
@erdalocal652 2 месяца назад
Oda senin ayibin olsun:))bundan sonra yapma:))
@spingame3959
@spingame3959 22 дня назад
Mən də...
@Learnengess
@Learnengess 3 месяца назад
Şeirə qulaq asan biri deyildim, amma Vahid Əziz 💙
@kemalecabarova6467
@kemalecabarova6467 9 месяцев назад
Ürəyinizə,əllərinizə sağlıq, hörmətli sənətkarımız.❤❤❤❤❤❤❤
@Yunuszdn93
@Yunuszdn93 7 месяцев назад
Allah için biri kafama sıksın artık ne dünyaymış arkadaş hepmi bize bu ızdırap
@jale1516
@jale1516 8 месяцев назад
Allah canınızı sağ ömrünüzü uzun eləsin... Çox sağ olun əziz dahi böyük sənətkar❤❤❤
@backHATAMOW
@backHATAMOW 8 месяцев назад
Başda oxuyan mahnını deyə bilərsiz?
@OrkhanNabizade
@OrkhanNabizade 7 месяцев назад
Bayatılar piano
@Əbülfəzqızı
@Əbülfəzqızı 2 месяца назад
Səmimi insan, sevimli Şair, ömrü uzun olsun! İnsanların daxilinə səfər edib gördüyü mənzərəni sözə çevirən Şair!❤
@Nurlan045
@Nurlan045 7 месяцев назад
Allah sizə can sağlığı versin əziz şairimiz🤲
@ibrahimyildirim8155
@ibrahimyildirim8155 8 месяцев назад
Can Vahid Aziz ne olur ben seni görmeden melek olmak seni c Çoxxx seviyorum
@serdarocal8467
@serdarocal8467 9 месяцев назад
Çok güzel ...
@agahokumus
@agahokumus 2 месяца назад
Azerbaycan edebiyatı candır bilmeyen şiir tutkunları için üzülüyorum
@aydinalibeyli934
@aydinalibeyli934 8 месяцев назад
Əzizim tam deyil 😢
@ДжэйрамЮсифова
@ДжэйрамЮсифова 7 месяцев назад
ШАИР ЕШГ ОЛСУН СИЗА, ЯЗЫН ЯРАДЫН БИЗ ОХУЧУЛАР УЧУН..МУТАЛИА ИНСАН ХЕЯТЫНЫН МУДРИК БАХЧАСЫ БИЛИК МАНБАЙИДИР.❤
@Fatimaşhirinli
@Fatimaşhirinli 5 дней назад
Bizim pakaleni bu şairləri tanıdır. Köhnə pakaleni bizə heçnə tanıdmayıb təəsüfki😔
@ЭсмираИсмаилова-ь8ф
@ЭсмираИсмаилова-ь8ф 9 месяцев назад
Супер
@elgizhasanzada
@elgizhasanzada 9 месяцев назад
Çox odurr axı
@YehyaEliyev-y6v
@YehyaEliyev-y6v 7 месяцев назад
Qelbim bir an isteyine,cataydi...
@dzhamalovrafael
@dzhamalovrafael 9 месяцев назад
🇦🇿❤
6 месяцев назад
Muhtesem bir seir . Bende okudum incime siirini
@VasifQuliyevvv
@VasifQuliyevvv 9 месяцев назад
Əla!
@madinahumbatova1678
@madinahumbatova1678 9 месяцев назад
👏👏👏💖
@pacific9054
@pacific9054 3 месяца назад
Ureyinize sagliq senetkarrr❤Var olun
@PrvinMehdizad
@PrvinMehdizad Месяц назад
🌘🌠
@İCloud7777
@İCloud7777 8 месяцев назад
❤❤❤😢😢😢😢
@nadejdanadejda7352
@nadejdanadejda7352 6 месяцев назад
Mənalı və müasir dövr ilə ayaqlaşan şeirlərə ğörə şairə təşəkkür edirik!!!❤❤❤❤❤
@orkhanahmedzade1180
@orkhanahmedzade1180 5 месяцев назад
Bu darlığa dözməy olmur əzizim 😢
@AnarSattarov
@AnarSattarov 20 дней назад
Əhsən👍👍👍👍
@GulsumHemzeyeva-er2es
@GulsumHemzeyeva-er2es 12 дней назад
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@JaleAbdulla-
@JaleAbdulla- 6 месяцев назад
❤❤❤
@RUSXANNZAROV
@RUSXANNZAROV 2 месяца назад
♠️❤️‍🔥🥃🚬🎶
@GulsumHemzeyeva-er2es
@GulsumHemzeyeva-er2es 2 месяца назад
❤😂😮😢🎉😊😢😮😅bvv
@Allahinqulu-l5z
@Allahinqulu-l5z 7 месяцев назад
Bu şair müsabiqələrinin birində deyirki biz ermenilerle indide rumka rumkaya vururuq...Cox tessuf ...
@turalfarajli1862
@turalfarajli1862 6 месяцев назад
bu demir Baba veziroglu deyir
@Gunay-gs1sp
@Gunay-gs1sp 3 месяца назад
Həm yazmaq,həm qiraətlə demək 👏👏👏👏💐💐💐♥️
@Gunay-gs1sp
@Gunay-gs1sp 3 месяца назад
❤💐
Далее
Sevgi şeirləri(#1) - Vahid Əziz
7:42
Просмотров 19 тыс.
Zelimxan Yaqub - Yigma Seirler Yeni
19:09
Просмотров 1,3 млн
I Took An iPhone 16 From A POSTER! 😱📱 #shorts
00:18
Почему?
00:22
Просмотров 238 тыс.
Офицер, я всё объясню
01:00
Просмотров 4,1 млн
Bearwolf - GODZILLA Пародия Beatrise
00:33
Просмотров 221 тыс.
XƏZƏR SÜLEYMANLIDAN 5 GÖZƏL ŞEİR
8:52
Просмотров 241 тыс.
Sevgi şeirləri(#1) - Ramiz Rövşən
30:19
Просмотров 1,7 тыс.
Zamirə ilə "Açıq Söhbət"
44:23
Просмотров 27 тыс.
Sevgi şeirləri(#1) - Ramiz Rövşən
30:19
Просмотров 9 тыс.
Yenə şeir yazmışam, heç kəsə demə...
3:05
Просмотров 268 тыс.
Rəşid Mahmudov Səməd Vurğun haqqında
10:44
Просмотров 129 тыс.
Sevgi şeirləri(#1) - Ramiz Rövşən
30:19
Просмотров 34 тыс.
Xalqın şairi Vahid Əzizlə səmimi söhbət
27:56
Просмотров 29 тыс.
I Took An iPhone 16 From A POSTER! 😱📱 #shorts
00:18