Тёмный

Vahid Əziz - Səninlə küsülü qala bilmirəm 

biraddimla YOL
Подписаться 4 тыс.
Просмотров 1,6 тыс.
50% 1

Şeir: Vahid Əziz - Səninlə küsülü qala bilmirəm
Səsləndirmə: Vahid Əziz
Musiqi: Ələkbər Tağıyev - Sən gəlməz oldun
Biraddımla'ya RU-vidda abunə olmaq: bit.ly/3gsJpm1
Biraddımla'nın sosial şəbəkə ünvanları:
Instagram: bit.ly/3gsKkms
Facebook: bit.ly/3GoODKl
TikTok: bit.ly/3r3sAHt
Telegram: bit.ly/3unQMn8
E-poçt: biraddimlayol@gmail.com
VAHİD ƏZİZ - SƏNİNLƏ KÜSÜLÜ QALA BİLMİRƏM
Yalvara-yalvara arxanca gedib -
Biçarə qəlbimə gülübdür aləm.
Elə düşünmə ki, mənliyim itib -
Səninlə küsülü qala bilmirəm.
Ümiddən danışma, onu üzmüşəm,
Zamandan soruşma - tamam bezmişəm;
Talehdən küsmüşəm, bəxtdən küsmüşəm -
Səninlə küsülü qala bilmirəm.
Söndür bu şamı da çıraqsız qalım,
Qələmsiz, kitabsız, varaqsız qalım;
Lap bütün dünyaya maraqsız qalım -
Səninlə küsülü qala bilmirəm.
Hazıram sallanım dar ağacından,
Əl çəkəm zəliltək kor ağacından;
Qalaram yaşamaq ehtiyacından -
Səninlə küsülü qala bilmirəm.
Hardasan, yolumu haradan salım?
Hansı dərdin ağır, hansını alım?
Dağıt viran elə, xaraba qalım -
Səninlə küsülü qala bilmirəm.
Sınmadım, qalsam da hərdən ümidsiz,
Dəfn etdim özümü sübut şahidsiz,
Sən ilham pərisi, mən Vahid Əziz
Səninlə küsülü qala bilmirəm…
Vahid Əziz:
“Bir dəfə efirdə bir şeir oxumuşdum:
Havalar sınanda, şair oluram,
Havalar sınanda sındırma məni…
Havadan çox şey asılıdır. Olur ki, illərlə yadına düşməyən şey, hər hansısa bir havada özündən asılı olmayaraq gəlir yadına düşür. İnsanın başı işlərə qarışır, düşünməyə vaxtı olmur, elə ki işləri bitir, qulaqları sakitliyə çəkilir, məhz o anda xatirələr insanın dadına çatır, qoymur darıxmağa, səni düşündürür ki, görəsən dünyaya bir daha gəlsəm, yenə eyni səhvlərə yol verərəmmi? Mənə elə gəlir ki, bugünkü həyatımdakı uğurlarım, çəkdiyim çətinliklər köhnə həyatda yol verdiyim səhvlərə və etdiyim yaxşı əməllərə görədir, hesabatı indi verirəm.
Mənim həyatım həqiqətən çox keşməkeşli olub, endim də, qalxdım da, parıldadım da, amma öz ləyaqətimi heç vaxt əldən vermədim. Mən çəkdiyim əziyyətin müqabilində hörmət qazanmışam, bu mənimçün hər şeyə dəyər, çünki vəzifə həmişə olmur, insana sonda qalan həmin hörmətdir. Mən rəsmən Qarabağ müharibəsinin veteranıyam, 1988-1990-cı illərdə Qarabağın təşkilat komitəsinin üzvü olmuşam. Bir il Xankəndidə olmuşam, düşünürəm ki, vətənçün çox şey etmişəm, gileylənmək olmasın, amma gördüyüm işlərin sonunda ya təpik almışam, ya da şapalaq, “sağ ol” deyən olmayıb.
Şair gözəlbaz olmalıdır, vəsf etməlidir, bu artıq mənim gündəlik həyat tərzimə çevrilib. Olub ki, mən iyirmi il heç nə yazmamışam, başqa-başqa işlərlə məşğul olmuşam, sonra yenidən ədəbiyyata qayıtmışam. Gözəllik elə şeydir ki, onu Allah yaradıb baxıb zövq almaqçün:
Qadınlar çəməndə çiçək kimidir,
Qadının çirkini, gözəli olmur.
Düşünürəm ki, qadının ürəyincədir ona hər hansı bir kişinin baxması. Çünki xanımlar baxımlı olmağa can atırlar, diqqət mərkəzində olmağı sevirlər. Əgər bir xanıma cəza vermək istəyirsənsə, ona baxma, bu, ona bir ömür yetər”.
#vahidəziz #vahideziz #səninləküsülüqalabilmirəm #vahidəzizşeirləri #şeir #şair #poeziya #ədəbiyyat #musiqi #səngəlməzoldun #vüsalsüleymanov #ələkbərtağıyevsəngəlməzoldun #ələkbərtagıyev #elekbertagiyev #şeirlər #şairlər #qiraət #kitab #yazar #yazıçı #incəsənət #sənət #biraddimla #biraddimlayol

Опубликовано:

 

2 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 5   
Далее
Sevgi şeirləri(#1) - Vahid Əziz
7:42
Просмотров 20 тыс.
Xalqın şairi Vahid Əzizlə səmimi söhbət
27:56
Просмотров 29 тыс.
Dilbər Axundzadə Mikayıl Müşfiq haqqında
11:46
Просмотров 110 тыс.
Ramiz Rövşən - Çiçəklər doğulur bu yaz gecəsi
2:01
Zamirə ilə "Açıq Söhbət"
44:23
Просмотров 27 тыс.