Тёмный

Varroa əleyhinə lent tətbiqinin düzgün üsulu. | Sıfırdan Arıçılıq. DƏRS - 9 

Khan Beekeeping
Подписаться 6 тыс.
Просмотров 9 тыс.
50% 1

Varroa əleyhinə lent tətbiqinin düzgün üsulu.
Varroa adlanan arı parazitinə qarşı tətbiq edilən lent şəkilli mübarizə üsullarından istifadə edərkən diqqət edilməsi gərəkən incə məqamlar var ki, nəyinki təcrübəsiz arıçılar, hətta təcrübəli arıçılar belə bu xüsusları nəzərdən qaçırırlar. Yeni başlayan arıçıların bu səhvləri etmə ehtimalı daha çoxdur. Videoda lentlərdən düzgün istifadə qaydasını izah etməyə cəht etdim.
The correct method of applying anti-varroa tape.
There are subtleties that need to be taken into account when using tape-based methods of combating the bee parasite called Varroa, which not only inexperienced beekeepers, but even experienced beekeepers overlook. Beginner beekeepers are more likely to make these mistakes. In the video, I tried to explain how to use the tapes properly.
Varroa önleyici bant uygulamak için doğru yöntem.
Sadece deneyimsiz arıcıların değil deneyimli arıcıların bile gözden kaçırdığı Varroa adlı arı paraziti ile mücadelede bant tabanlı yöntemler kullanılırken dikkat edilmesi gereken incelikler vardır. Acemi arıcıların bu hataları yapma olasılığı daha yüksektir. Videoda teyplerin nasıl düzgün kullanılacağını anlatmaya çalıştım.
Правильный метод наложения ленты антиварроа.
При использовании ленточных методов борьбы с пчелиным паразитом Варроа необходимо учитывать некоторые тонкости, на которые не обращают внимания не только неопытные пчеловоды, но и опытные пчеловоды. Новички-пчеловоды чаще совершают эти ошибки. В видео я попытался объяснить, как правильно пользоваться лентами.

Опубликовано:

 

18 сен 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 60   
@namiqibrahimovark2571
@namiqibrahimovark2571 Год назад
Sizi izliyirəm baxıram Yenədə belə vidyolara görə halaldı kox arıkı bilir paylaşmır. ALLAH sizə can saglıgı versin
@xanusta
@xanusta Год назад
Təşəkkürlər, bəy. Minnətdaram.
@ilkinsamedov6419
@ilkinsamedov6419 11 месяцев назад
Allah razı olsun
@xanusta
@xanusta 11 месяцев назад
Təşəkkürlər. Sizdən də.
@cowqunismayilov3910
@cowqunismayilov3910 2 года назад
Əla 👍👍👍
@Aliyev300
@Aliyev300 2 года назад
Uğurlar.
@campaddicts
@campaddicts 2 года назад
😇😇😇😇🐝🐝🐝
@elsadquliyev763
@elsadquliyev763 2 года назад
Salam işlərinizdə uğurlar və bol bərəkətli olsun İnsaAllah. Sizə bir sualim var. Bu arı yeşiklərinin üstünə örtduyunuz salafanin nə dərəcədə faydası və ziyanı var? Və arıların üstünə parça ya salafan hansını daha çox məsləhət bilirsiniz? Əvvəlcədən təşəkkürlər.
@xanusta
@xanusta 2 года назад
Mən demək olar bütün örtülərdən istifadə eləmişəm. Ən yaxşısı bu salafandır mənə görə. Yaxın günlərdə bu barədə də bir video olacaq kanalda.
@elsadquliyev763
@elsadquliyev763 2 года назад
@@xanusta Hə İnsaAllah. Bu barədə tam ətraflı məlumat verərsiz zəhmət olmasa. Çox sağolun
@elcinheyderov601
@elcinheyderov601 Год назад
Salam qardas.turk kanallatina baxiram.orda nane yagi,kekik yagi ve qatran istifade edib tebi dermanlar hazirlayirlar.buna munasibetiniz necedi? Qatran nedi?
@xanusta
@xanusta 11 месяцев назад
Salam. Qətran bəzi ağacları yandırmadan oksigensiz bir şəraitdə çox qızdırmaqla əldə edilən qara bir mayedir. Fərqli ağaclarda çox güman ki, fərqli tərkibli olur. Bir növ maye his kimi bir şey demək olar. Hisin və ya qətranın qoruyucu xüsusiyyəti var. Hələ qədim zamanlardan əti və balığı hisə verərək qoruyublar. Elə indi də hisə verilmiş bir çox ət məhsulu var. Dediyiniz üsullardan istifadə etmədiyim üçün dəqiq bir şey deyə bilmərəm. Ancaq eşittiklərimə görə, təsiri var, ancaq bir quzuqulağı, qarışqa turşusu qədər güclü effekt vermirlər.
@ilqarisayev4571
@ilqarisayev4571 2 года назад
Salam.Qardaşım sənıə belə təsir edən bu lent gör arılaraı necə təsir edir. Cosua qardaşda bu lenti bəyənir.
@xanusta
@xanusta 2 года назад
Orası elədir, İlqar əmi. Amma bəzən yarı zərərə getməyə məcbur olursan. Mən bu gündən sonra çalışacam sadəcə quzuqulağı və qarışqa turşusundan istifadə edim. Amma onları tətbiq etmək də çox asan deyil.
@ilqarisayev4571
@ilqarisayev4571 2 года назад
Allah xeyir versin.İnşallah sən tətbiq elə məsləhət olsa bizdə deyərsən.
@robertwood1686
@robertwood1686 2 года назад
👍👍👍👍🐝🐝🐝👀👀👀
@draqo99vuqar35
@draqo99vuqar35 2 года назад
Salam.bir yeşiyə necə lent qoyulmalıdır və nə müddətə dəyişdirilməlidir? Əvvəlcədən təşəkkür edirəm
@xanusta
@xanusta 2 года назад
Hər bir dərman vasitəsinin üzərində onun istifadə qaydası yazılır. Ona dəqiq riayət etmək lazımdır. Hər dərmanda fərqli olur. Bir də əgər mümkündürsə o dərmanı istifadə edən arıçıların təcrübəsindən də faydalanmaq lazımdır. Bəzən üzərində yazılan doza arılar üçün çox və ya az ola bilir. Buna görə də məsləhətləşməkdə də fayda var.
@namiqibrahimovark2571
@namiqibrahimovark2571 Год назад
Salam qardaş mən təbiyi dermana üstünlük göstərirəm sınamışam yaxşı olub.3 ildi hek bir peraparat vurmuram teşekkürlər
@xanusta
@xanusta Год назад
Aleykum salam. Mən də düz bir ildir ki, arılara heç bir dərman istifadə eləməmişəm. İndi vaxtıdır. Bu günlərdə quzuqulağı turşusu verəcəm gənəyə qarşı. Bəs bu 3 il ərzində sizdə vəziyyət necə oldu. Gənələr çoxalmadı yuvalarda?
@namiqibrahimovark2571
@namiqibrahimovark2571 Год назад
@@xanusta yox etdiyim dermanlar kekliy otunun demlemesidi yayda spreyle üstüne vururam qışdada qurusunu əldə ovaraq yarım ovuc yeşiyin ikine tökürəm.
@valehmirzeliyev3118
@valehmirzeliyev3118 Год назад
Səlamun Akeykum.bu kentlər yəni gınəyə qarşı peraparatları hansı aylarda qoyullar.və arılarda vənə olmasın nədən bilmək olar?
@xanusta
@xanusta 11 месяцев назад
Gənəyə qarşı müxtəlif mübarizə üsulları var. Növünə görə ilin bütün vaxtlarında istifadə edə biləcəyimiz maddələr var. Əgər yuvada qənədsiz arılar görürsüzsə, və ya arılara baxarkən arıların üzərində, ya da uçuş taxtasında üzərində gənələr görürsüzsə dərhal tədbir görmək lazımdır. Bu əlamətləri görməsəz də yenə də gənə ilə mübarizədə səhlənkarlıq etməmək lazımdır.
@yyamliyev9467
@yyamliyev9467 2 года назад
Allah razı olsun qardaş onun hansı keyfiyətlidi
@xanusta
@xanusta 2 года назад
Bu suala cavab vermək çox çətindir indiki zamanda. Bəzən tətbiqat nəticəsində bəzilərinin keyfiyyətli olduğunu görürük. Amma çox keçmədən həmin dərmanların da saxtası dolur bazara. Ondan sonra zibili çıxır. Davamlı araşdırmaq, yoxlamaq, test edənlərlə məsləhətləşmək lazımdır.
@havaxasiyeva9506
@havaxasiyeva9506 2 года назад
Usta o kapron lent menim anami aqlatdi payizda.Hec meslehetli deyil. Arilarimin bir qismi yesiyi terk etdi.Mence formik, oksalit asidler yxsidi eziyyet olsa da.Saq olun
@xanusta
@xanusta 2 года назад
Haqlısız. Mən bu il ümumiyyətlə heç nə etmədim. Sadəcə yanvar ayında oksalik damlatma elədim. Hələ də gənə görünmür arılarımda.
@elseverkerimli9775
@elseverkerimli9775 2 года назад
Xan.
@mehemmedsuleymanov9521
@mehemmedsuleymanov9521 Год назад
Salam aləyküm bu letləri hansı aylarda qoymaq lazımdır
@xanusta
@xanusta Год назад
Hər bir lentin üzərində istifadə təlimatı olur. Əsaz ora diqqət etmək lazımdır. Dərmana görə dəyişir.
@Xeyyam_Agamirov
@Xeyyam_Agamirov Год назад
Bu dərmanlardan başqa tebi bitkilərdən nəyi məsləhtən görursuz ve tetbiq qaydasın deye bilərsinizmi? Cox sagolun
@xanusta
@xanusta Год назад
Bu gün ən yaxşı iki vasitə var. Quzuqulağı və Qarışqa turşusu.
@vusalmuellim
@vusalmuellim 2 года назад
Salam. Gənəyə qarşı gicitkan qoymaq daha yaxşı olmaz?
@xanusta
@xanusta 2 года назад
Əgər dozanı tutdura bilsək, niyə də olmasın. Bəlkə də bir az daha əziyyətli olacaq. Hər dəfə gicitkəni yuvaya qoy, götür. Arıçının bir az işi artacaq. Amma hazır formik asidi vermək daha az əziyyət tələb edir. Amma bu yandan da hazır formik asidi vermək arıçı və arılar üçün də təhlükəli ola bilər. Çox ehtiyatlı və hassas olmaq lazımdır. Mən bu il bəlk bir ailəni ayırıb sadəcə gicitkan ilə yoxlamaq istəyirəm. Görək necə olur.
@samilrzayev1231
@samilrzayev1231 2 года назад
Salam.cox saq olun.Rusiya istehsalı olan taxta lentlərdən istifadə etməklə varoranı məhv etmək olarmı?
@xanusta
@xanusta 2 года назад
Salam Şamil bəy. Lentlərin taxta, karton və ya plastik olmasına yox, əsas o lentlərə hopturulmuş maddəyə diqqət etməliyik. Əsas o maddələrin nə olmasıdır. Amitraz, fluvalinat və s. tərkibli lentlər olur ki, gənəyə qarşı çox effektlidir. Ancaq bu maddələr bala və muma bulaşıb qalırlar ki, bu da insan sağlamlığı üçün zərərlidir. Hər zaman dərman vasitəsinin üzərində yazılan təlimatı oxuyub dəqiqə əməl etmək lazımdır. Həm də öncə bir arı ailəsində test edib yoxladıqdan sonra bütün arıxanaya tətbiq etmək məsləhətdir. Bəzən saxta və ya çox dozalı dərmanlar olur ki, onlar arını da məhv edə bilir.
@samilrzayev1231
@samilrzayev1231 2 года назад
@@xanusta cox saq ol
@user-if3ym4ql9m
@user-if3ym4ql9m 2 года назад
salam mən arı yeşiyin girişində qoyuram ki arılar çöldən gənəni gətirir və surtulur lentə kemir gənələr məhf olur.sizcə doqrumu edirem?
@xanusta
@xanusta 2 года назад
Düzü yoxlamamışam. Mənə məntiqli gəldi. "Səhv edirsiz" deyə bilmək üçün bir səbəbim yoxdur. Ancaq yenə də dərmanların öz təlimatına sadiq qalmaq pis plmaz. Çünki bu dərmanlar adətən uzun araşdırmalardan sonra tətbiq olunur. Buna baxmayaraq həmişə daha yaxşı üsul axtarmaq, araşdırmaq da lazımdır təbii ki.
@user-if3ym4ql9m
@user-if3ym4ql9m 2 года назад
@@xanusta əlbətdə fikrinizlə razıyam 10il olar arıçılıqla məşqulam son 4 5ili bu usuldan istifade edirəm.
@xanusta
@xanusta 2 года назад
@@user-if3ym4ql9m Əgər 5 ildə heç bir zərərini görməmisizsə, demək işə yarayır. Hətta daha efdektli ola bilər.
@thomasshelby4809
@thomasshelby4809 Год назад
bu hansı aylarda istifadə olunur
@xanusta
@xanusta 11 месяцев назад
Gənə ilə mübarizənin müxtəlif üsulları var. Hər maddənin öz vaxtı və şərtləri olur. Yəni, hansı maddədən istifadəyə görə dəyişir. Əgər dərman vasitəsi lent halında hazırlanıbsa, deməli qış aylarında istifadəsi məsləhət deyil. Çünki qışda arılar hərəkətsiz olduqları üçün bu lentin üzərindəki maddəyə bulaşmaları və bu maddəni bir-birlərinə bulaşdırmaları mümkün olmur.
@kazimisrafilov500
@kazimisrafilov500 2 года назад
Lentanı hansı aylarda verilirrr
@xanusta
@xanusta 2 года назад
Hər dərman vasitəsinin öz üzərində istifadə təlimatı var, bəy. Düzü hər gün yeni bir dərman çıxır. Bəzən saxtaları da olur. Ona görə də lentlərin üzərindəki istifadə təlimatına, tərkibinə diqqət etmək və bu dərmanı istifadə edib təcrübəsi olan arıçılarla məsləhtləşmək lazımdır. Ancaq ümumiyyətlə lentlərin işləmə prinsipi toxunma yolu ilə gənəni öldürmək olur. Ona görə də soyuq aylarda, arının kümə şəklində bir yerə topalaşdığı vaxtlarda lentlərdən istifadə etməyin faydası yoxdur. Əsas arının işlək vaxtlarında istifadə edilir ki, arılar lentlərə toxunaraq dərman vasitəsini bir-birlərinə bulaşdıra bilsinlər.
@muqeddessalayev1498
@muqeddessalayev1498 Год назад
Bosseylerdi lentler..bir Manhaudan basqa
@xanusta
@xanusta 11 месяцев назад
Bir ara Manhaonun da zayı çıxmışdı. Saxtası var idi satışda.
@muzefferferecov4693
@muzefferferecov4693 2 года назад
Mən vetfor lenti vermişəm. Məsləhətdir müəllim?
@xanusta
@xanusta 2 года назад
Salam, bəy. Şəxsən mən özüm vetfor istifadə eləməmişəm. Vetfor amitraz tərkibli bir dərmandır. Amitraz gənəyə qarşı mübarizədə çox effektiv vasitələrdən biridir. Lakin amitraz, insan sağlığı üçün təhlükəli maddələrdən biridir. Bal və mumun tərkibinə qarışaraq insan zəhərlənmələrinə səbəb ola bilir. Buna görə də məcbur qalmadığınız müddətcə amitraz tərkibli dərmanlardan istifadə etməməyə çalışmaq lazımdır.
@ariftahirov3461
@ariftahirov3461 2 года назад
Salam qardaş bu ay lenta vermək olar
@xanusta
@xanusta 2 года назад
İnsan sağlamlığına zərər verməyən lentlər olsa, olar. Ancaq arı ailəsindən bal da götürmək istəyirsizsə, bal süzümünsən sonra lent vermək məsləhətdir.
@ariftahirov3461
@ariftahirov3461 2 года назад
Çox sağol
@seadetceferova3422
@seadetceferova3422 2 года назад
salam gozəl sərh edirsiz ona gorə sağ olun bir sualim var sizə bu gostərdiyiniz payiz yaz aylarinda olur bal yiğiminda məlum məsələdiki bu dərmanlardan istifadə etməy olmaz sizin belə bir uslunuz varmiki təbi səkildə puskurtməylə ya nəsə qoymagla gənəyə qarsi xais edirəmki o haqqda bir məlumat verərdiz
@xanusta
@xanusta 2 года назад
Özüm tətbiq eləməmişəm. Ancaq güvəndiyim arıçı yoldaşların etdiyi bir üsul var. Onlar, əgər məcbur qldıqda, arıda gənə həddən artıq çoxdursa, 3.5 faizli quzuqulağı turşusu məhlulunu çərçivələri bir-bir çıxararaq 45 dərəcə bucaq altında arıların üzərinə püskürdürlər. Ona görə 45 dərəcə bucaq altında edirlər ki, məhlul şan gözlərinin içinə girməsin, sadəcə arıların üzərinə düşsün. Məcbur qalsaz bunu edə bilərsiz. Quzuqulağı turşusu məhlulunun bala qarışma ehtimalı var, amma buna görə narahat olmağa dəyməz. Çünki, təbii balın tərkibində onsuz da müəyyən faiz quzuqulağı turşusu və bir çox başqa turşular təbii olaraq olur.
@seadetceferova3422
@seadetceferova3422 2 года назад
çox sağ olun
@seadetceferova3422
@seadetceferova3422 2 года назад
salam mən dusnurəmki bal yigminda. təbi vastələrlə puskurdərəy gənəni azaltmag olar ciyirtkən nanə kəklik otu yovşan bunlari qaynadib ramkalarin arasina puskurdub gənələri tokməy olar sizcə necə məsləhətdi birdə kəkik otu var onu tanamirsiz sizdə varsa səklini atin baxim axtariram təbiyyətde oxsadiram bəzi otlara ama tam hələ tapmamisam
@xanusta
@xanusta 2 года назад
@@seadetceferova3422 Kekik otu dedikləri bitkinin bizdə olub-olmadığını düzü bilmirəm. Dediyiniz vasitələrdən özüm istifadə etmədiyim üçün əminliklə bir məsləhət verə bilməycəm. Ancaq internetdə istifadə edən və razı qalan çox arıçıya rastlamışam. Gicitkən otundan istifadə etmişəm ki, tərkibindəki qarışqa turşusu gənəyə qarşı çox effektiv mübarizə vasitəsidir. Amma nəticəni ölçmədiyim üçün bir şey deyə bilmirəm gicitkən ilə bağlı. Bu il sadəcə yanvar ayında quzuqulağı turşusu damlatmışam. Ondan sonra heç nə eləmədim və hələ də ehtiyac görmürəm öz arılarımda. Arıların üzərində və ya yuva dibində gənəyə rast gəlmiriksə, və ya yerdə qənədsiz gəzən arılar görmürüksə, elə bilirəm ki, bal mövsümü qurtarana qədər səbr etmək olar.
@seadetceferova3422
@seadetceferova3422 2 года назад
ətrafli sərhinizə məsləhətnizə gorə cox sag olun
@mahirmusayev8289
@mahirmusayev8289 Год назад
Salam bu lent təhnədə neçə gün və yaxud ay qalmalıdır.??
@xanusta
@xanusta 11 месяцев назад
Salam. Hər dərmanın üzərində təlimatı olur. Ona dəqiq əməl etmək lazımdır. Yəni hamısı eyni olmur.
Далее
How to deal with Varroa mites?
12:54
Просмотров 24 тыс.
Arıların sentyabr yemləməsi.
16:44
Просмотров 9 тыс.
Arılara nə qədər bal saxlamalıyıq?
13:46
Просмотров 25 тыс.
Varroa gənələrinə qarşı ən sərfəli üsul.
22:13
Arıların payız qulluğu / Fermer TV
10:30
Просмотров 54 тыс.
Arıçılıq / Arılara qış qullugu
22:50
Просмотров 12 тыс.