Vasif Əzimov - Gizli yollar var ürəkdən ürəyə
Ürəkdən Ürəyə - Sözləri:
Mən nə Fərhad kimi dağlar çaparam
Nə Qeys tək olaram parça-param
Mən sənin qəlbinə bir yol taparam
Bəzi yollar var ürəkdən-ürəyə
Aşiq öz yarına dərdin deməyə
Gizli yollar var ürəkdən-ürəyə
Nə gərək var ki açıb söyləməyə
Gizli yollar var ürəkdən-ürəyə
Qəlbimə dəymə sınıq vaxıtnda
Bu qədər xəstə, yazıq vaxtında
Qışın ən şaxta soyuq vaxtında
İsti yollar var ürəkdən-ürəyə
Aşiq öz yarına dərdin deməyə
Gizli yollar var ürəkdən-ürəyə
Nə gərək var ki açıb söyləməyə
Gizli yollar var ürəkdən-ürəyə.
İfa: Vasif Əzimov
Aranjiman:Ilqar Ilham
Söz/mus: Cəlil Əliyev
Cover: Firdovsi Rəsul
#VasifAzimov #UrekdenUreye
22 дек 2019