Тёмный

Vasif Azimov & Hemide Huseynova - Bağışlayarsan 2023 (Yeni Klip) 

Подписаться
Просмотров 2,8 тыс.
% 42

#VasifAzimov #HemideHuseynova
Vasif Azimov & Həmidə Hüseynova - Bağışlayarsan
Söz, Mus: Vasif Əzimov
Aranjiman: Nazim Məmmədli
Rejissor: İlkin Əzimov
Fotograf: Xəzər Məmmədov
Bağışlayarsan - Sözləri (Lyric)
Men özümü bağışlaya bilmirəm
Bir gün özün gəlib bağışlayarsan
Ömür lövhəmizdə bütün keçmişi
Göz yaşınla silib bağışlayarsan
Bend
Gəl nə olar gəl bu aşiqi dinlə
Dəli olacaq yoxsa məhəbbətinlə
Sanki Cəza verirsən həsrətinlə
Bəlkə bilsən ölüb bağışlayarsan
Sən ki çıxıb getdin uzun zamandı
Bir təsəlli gözlərimdə dayandı
Axı böyük Allah da bağışlayandı
Səndə bunu bilib bağışlayarsan
Bilsən əgər sən mənə sənsizliyin
Nə dərd bəla verib bağışlayarsan
Bu illər ərzində nə çəkmişəm mən
Öz gözünlə görüb bağışlayarsan
Axır bu eşqin məni etdi xəstə
Çəkirəm adını son dəfə son nəfəsdə
Elə bir gün gələr məzarım üstə
Mənə bir gül dərib bağışlayarsan
Təkəm tənhayam bu böyük şəhərdə
Sənin kimi vəfasız gecələrdə
Bilsən əgər sənli xatirələr də
Məndən üz çevirib bağışlayarsan
Namə yazmışam sənə göz yaşlarım
Ağ vərəqə sızıb bağışlayarsan
Sənə yazılan məktubun cavabında
Bağışladım yazıb bağışlayarsan
Qocalqtdı həsrət məni gündən günə
Yol tapa bilmədim sənin qəlbinə
Görsən aşiqin əli çatmır sənə
Bu yollarda azıb bağışlayarsan
Yuxuda görmüşəm qayıdıb gəlirsən
Şirin təbəssümlə üzümə gülürsən
Amma doğrusun yenə sən bilirsən
Yuxunu özün yozub bağışlayarsan
Music House - da olan bütün audio və video məzmunlar "NK Media" tərəfindən qorunur. Nüsxələnməsi və təkrar yayımı qadağandır!
#HemideHuseynova #VasifAzimov #Bagislayarsan

Видеоклипы

Опубликовано:

 

3 мар 2023

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 1