İndiyə qədər mənə həm yazılı, həm şifahi çox suallar ünvanlayıblar ki, "axı sən necə edirsən ki, bütün videoların viral yayılır?". Bu videoda bu suala cavab verməklə bütün sirləri, metodları açıqlayıram. Heç nə gizlətmədən, tam şəffaf. Video #4noyabr -da keçiriləcək Marketing Meetup üçün hazırlanıb. Video çox insan üçün maraqlı olmaya bilər. Əsasən marketinq sahəsində çalışanlar, marketinqə və sosial psixologiyaya marağı olanlar üçün isə çox faydalı olacaq.
QEYD: "Viral yayılmaq" müasir marketinq termini olub, insanların hansısa məqaləni, postu və ya videonu öz dostları ilə paylaşaraq yaymasına deyirlər. Videoda istifadə edilən "kontent" sözü məqalə, şəkil, post və ya video materiallarının ümumiləşdirilmiş adıdır.
#viralkontent
zehinx
zehinx
2 ноя 2017