Тёмный

Xətai rayon sakinləri etiraz edir: "Biz öz müqəddəratımızı təyin etmək istəyirik" 

Meydan TV
Подписаться 612 тыс.
Просмотров 6 тыс.
50% 1

Xətai rayonunda "TWINS Art MTK" tərəfindən tikilən binanın sakinləri mübahisə edir. Qonşular arasında narazılığa binanın idarəedilmə üsulu səbəb olub.
Sakinlər binada kommunal xərclərin yüksək olmasından, habelə göstərilən xidmətdən narazıdırlar. Binada generatorun, həyətyanı sahədə yaşıllığın, qarajda təhlükəsizliyin təmin edilməməsi kimi şikayətləri var.
2017-ci ildə "TWINS Art MTK" binanın sonuncu mənzilini də təhvil verərək, buradakı işini yekunlaşdırıb. Sakinlər narazılıq edir ki, buna rəğmən MTK əlini binadan çəkmir. Hazırki komendatlıq da onların nümayəndəliyidir.
Komendant Zakir Məmmədov isə sakinlərin iddialarını qəbul etmir. Onun oğlu, binanın mühasibi Cəfər Məmmədov özlərinin "TWINS Art MTK"-ya bağlı olmadıqlarını iddia edir.
Xətai rayon sakinlərinin dilləndirdikləri məsələlər ilə paytaxtda bir çox yaşayış məntəqəsində rastlaşmaq olar.
Daşınmaz əmlak bazarı üzrə ekspert Nüsrət İbrahimov mediaya açıqlamasında deyib ki, yeni tikilən binalarda qanun pozuntuları zəncirvari şəkildə davam edir: "Qanunda birmənalı olaraq yazılıb ki, tikilən binalar İstismar Qəbul Komissiyasına təhvil verilməlidir, sonra mənzillərə çıxarış alınmalıdır. 6 ay müddətində Mənzil Mükiyyətçiləri Müştərək Cəmiyyəti yaradılmalı (MMMC) və Ədliyyə Nazirliyindən qeydiyyatdan keçməlidir. Daha sonra yaradılan cəmiyyət binanın idarə etmə strukturunu, yığılan “ev pulu”nun miqdarını və qanunla müəyyən edilən digər məsələləri formalaşdırmalıdır. Bu proseslərin heç biri həyata keçirilmədiyi üçün vətəndaşlar hər addımbaşı qanun pozuntusu ilə üzləşirlər. Bir sözlə, MTK komendantları “bulanıq suda balıq tuturlar”.
Mövcud idarəetmədən narazı qalan sakinlər etiraza davam edəcəklərini deyirlər. Onlar sakinlərin imzalarını topladıqları şikayəti Ədliyyə Nazirliyinə ünvanlayacaqlar.

Опубликовано:

 

29 ноя 2021

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 31   
@yusufmemmedli9014
@yusufmemmedli9014 2 года назад
Hem tikib satmaqdan pul qazanirlar hemde kiraye haqqi alirlar.bura vetendi
@danyalmamed3541
@danyalmamed3541 2 года назад
bu veziyyet butun yeni tikilen binalarda var. Binani tiken binani oz neslinin mulkiyyeti sayir. Binanin esl mulkiyyetchisi olan sakinler ise qalir qiraqda. Belede davam edir ve edecek. .....
@ilqarnuriyev7893
@ilqarnuriyev7893 2 года назад
Balıq başından iylınir
@eldarmamedov2291
@eldarmamedov2291 2 года назад
Allah Köməyiniz olsun son vaxtlar binalarda bu tip problemlərlə çox qarşılaşırıq ! Vətandaşları yəqin ki burda boş boşuna yıgışmayıblar !Ümüd varam ki qısa vaxtda məslənizlə maraqlanaraq problemlərinizi ardan qaldırarlar ! Səbirli olmaqda fayda var
@sadvtndas1923
@sadvtndas1923 2 года назад
Bütün Yeni MTK lar bu vəziyyət dədir . Soyğunçuluqla məşğul olurlar. Hər şey rüşvətlədir. Çıxarış üçün tələb olunan arayışi rüşvətsiz vermir lər.Açiq aşkar özbaşınalığdir
@duzsoz7193
@duzsoz7193 2 года назад
Bütün Millət ayaqa qalxmayana qədər bu binamuslar nəistəsələr edərlər. Burda da yiyəsizlik baş alib gedir
@lammimnunful
@lammimnunful 2 года назад
Ayə, ay camaat , atın gedin yurdunuza, , rayonlarınıza, kəndlərinizə. Ay camaat, zəlzələ olsa, bu binalar tab gətirməyəcək ,həqiqi sözümdür.
@xanimaliyeva6457
@xanimaliyeva6457 2 года назад
Neynesin kendinde, das, torpaq yesin? Camaat 1 tike coreyin derdinden gelib Bakiya.
@lammimnunful
@lammimnunful 2 года назад
@@xanimaliyeva6457 , Bakıda yel əsib, qoz tökülüb . Axı Bakı "meşəlikdir" .
@xanimaliyeva6457
@xanimaliyeva6457 2 года назад
@@lammimnunful Baki ölkənin paytaxtidir, bütün sermaye, investisiya Bakiya qoyulub. Insanlar mecbur qalib ona gore de islemek üçün ora gelir. Yel esib qoz tokulmese de, çörəyini orda tapdigi isden qazanır. Bilmirem catdira bildim size?
@xanimaliyeva6457
@xanimaliyeva6457 2 года назад
Bu elbette bele olmali deyildi, eger doğru siyaset aparilsaydi regionlarin inkisafina da beraber sekilde sermaye qoyulsaydi insanlar bu qeder paytaxta axin etmezdiler.
@mineminova2826
@mineminova2826 2 года назад
Rayonlarda ne zavod var ne sex var ançaq fehle işlemek var 1 ildi menim oglum imtan verib helede emri kelmir sinrimiz pozulub vallah
@iradekarimi7960
@iradekarimi7960 2 года назад
birinci ikinci mertebenide kiraye verirler her yerde siqaret cekenler. yenı obyektler. dıw hekımı , kurslar, maqazınler, vetandawlar ses kuyden . yorulur .qapılardan iślemek olmur. yuk liflerı bezilerınde satılır ayda 50 ,60 m pul verılır
@valida6585
@valida6585 2 года назад
Bizim binada 70 man alırlar kime şikayet edesen buna bir ençam cekilseydi kaşki yaxşı olardı fövlet bu işlerede baxardı
@elbruseliyev2182
@elbruseliyev2182 2 года назад
Pul Vermeyin-Vergiler-DIN-IIkisaf Nazirliyne Muraciet Edin-Cek Teleb Edin
@feridferid4766
@feridferid4766 2 года назад
Yaxşıki vaxdinda çıxdım o ölkədən. Karrupsiyaner ölkədi
@theemilnovruz8127
@theemilnovruz8127 2 года назад
Harda yasayirsiz?
@feridferid4766
@feridferid4766 2 года назад
@@theemilnovruz8127 rusiya.
@user-go7rk1vd4m
@user-go7rk1vd4m 2 года назад
Butun yeni binalarda beledi
@sevdahuseynova5507
@sevdahuseynova5507 2 года назад
belə şeyləri niyə ictimailəşdirirlər ki? bunu kimsə gəlib həll edəcək deyil ki öz aralarında danışıb müzakirə etsinlər. binanın idarəedilmə üsulundan narazıdırlarsa təkliflər irəli sürsünlər rəhbərliklə idarəçi ilə razılaşdırsınlar bu məsələləri
@sedaqetxelilova2278
@sedaqetxelilova2278 Год назад
Bizde 50 qepikden yigillar.hec vir yerede xerclenmir.liftlwr pis günde.vaqondu.binanin kraskasi tökülub.baxan yoxdu.ama pul yugmaga gelende adamin qabagin kesir kamendat.
@sebuhibesirov8763
@sebuhibesirov8763 2 года назад
Bu cür qalmaqal yaratmağın ne menası var ki. Mehkemeye müraciet etsinler, mehkeme de qanun esasında bir qerar verecek de. Ele her problemde ortalığı ayağa qaldırmaq yersizdi.
@salam-hv5be
@salam-hv5be 2 года назад
Bu kompleks Xətai rayonu hansı ünvan gedir?
@vusalbayramov6726
@vusalbayramov6726 2 года назад
Aksiya etmek heçde meqsede uyğun deyil. Pandemiyanin daha da, yayilmasina sebeb olur ve qanunlara ziddir. Problemleri haqqinda aidiyyati qurumlara şikayet etseler daha meqsede uygun olar.
@xanimaliyeva6457
@xanimaliyeva6457 2 года назад
Ay qoyun, ay beyinsiz mexluqat besdir de trolluq edirsen her videonun altinda. Ay cahil get oz olkevin konstitusiyasini oxu gor aksiya etmek qanunidir ya qanunsuz, sen qoyunsan onsuz da qanmirsan. Her gun sene emr verirler gir filan videonun altina nese yaz, sen de it kimi qulagivi sallayib qacirsan trolluq elemeye. Şəxsiyyətsiz!
Далее
skibidi toilet 76 (part 1)
03:10
Просмотров 15 млн
Самое Романтичное Видео ❤️
00:16
Bakı Gündəliyi - 22.10.2023
38:58
Просмотров 7 тыс.
Ramana | Görün, qəsəbə necə dəyişdi!
16:55
Просмотров 6 тыс.