#xezersuleymanli #xəzərsüleymanlı #sheir
şeir/səs: Xəzər Süleymanlı
Aparacağın çoxdur.
Gətirəcəyin nə var?
Bu gündən mən də yoxam,
İtirəcəyin nə var?
Dodaq bir gün toxunur,
Tütün ayrılıqlara.
İnsan belə alışır,
Bütün ayrılıqlara.
Bir də qurban eləmə,
Özünü hər sevgiyə.
Amma çox yaraşırdın,
Bu eybəcər sevgiyə…
Danış,ucadan,danış…
Bir ara ver susmağa…
İndi elə möhtacam,
Sənə qulaq asmağa…
Bir daha soruşuram,
Nələr keçir içindən?
Ya mən, ya sən, ya da biz,
Birini seç üçündən…
4 мар 2020