Тёмный

XUDAT SƏRHƏD DƏSTƏSİNİN YARADILMASINDAN 25 İL ÖTÜR 

CBC TV Azerbaijan
Подписаться 993 тыс.
Просмотров 11 тыс.
50% 1

Dövlət Sərhəd Xidmətinin Xudat sərhəd dəstəsində hərbi hissənin yaradılmasının 25-ci ildönümünə həsr olunan tədbir keçirilib.
Azərbaycanın şimal sərhədlərini ilk dəfə mühafizə altına götürmüş hərbi hissə olan Xudat sərhəd dəstəsi dövlət sərhədinin etibarlı mühafizəsinin təşkilində böyük nailiyyətlər əldə edib. 1992-93-cü illərdə müstəqilliyimizin əleyhinə olan qüvvələrin ölkədə yaranmış gərgin ictimai-siyasi vəziyyətdən istifadə edərək müxtəlif təxribatlar törətmək cəhdlərinin qarşısının qətiyyətlə alınması zamanı Xudat sərhəd dəstəsinin hərbi qulluqçuları Azərbaycan dövlətçiliyinə sadiqlik nümayiş etdirib. Milli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra heç bir sərhəd mühafizə infrastrukturu olmayan şimal sərhədlərimizdə böyük tikinti-quruculuq işləri aparılıb. sərhəd dəstəsi qarnizonu və 19 sərhəd zastavası, üç sərhəd komendantlığı, iki sərhəd nəzarəti məntəqəsi inşa edilib. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Xudat sərhəd dəstəsinə dörd dəfə səfər edib.
Tədbirdə xidməti fəaliyyətlərində yüksək nailiyyətlər əldə etmiş bir qrup sərhədçi, həmçinin hərbi hissənin əsasının qoyulduğu gün - 1992-ci il iyunun 16-da ilk dəfə Samur körpüsü üzərində sərhəd nəzarəti xidmətinə çıxmış şəxslər təltif olunub. Hərbi hissənin formalaşdığı ilk dövrlərdə sərhədçilərə yaxından kömək göstərən yerli sakinlərə, sərhədyanı rayonların dövlət orqanlarının əməkdaşlarına mükafatlar təqdim olunub.

Опубликовано:

 

16 июн 2017

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии    
Далее
Esger 66-ci verilish DSX Xudat
15:14
Просмотров 41 тыс.
DSX - XUDAT
3:22
Просмотров 20 тыс.
xudat toy 2013  Aşağa məhlə
14:25
Просмотров 3,7 тыс.