Тёмный

Yaşar İrza "Daha bəs deyilmi bu çəkdiklərim" qiraət Zabir Əliyev ZABİRBAYCAN 

ZABİRBAYCAN
Подписаться 6 тыс.
Просмотров 275
50% 1

Vaxtınız xeyir, videonu izlədiyiniz üçün öncədən təşəkkür edirəm! Kanalıma abunə olsanız çox məmnun olaram. Lütfən, əməyimə dəyər olaraq bəyənmə düyməsini tıklamağı unutmayın.
Dərin Hörmətlə: Zabir Əliyev /ZABİRBAYCAN/
Deyirlər hər kəsin öz dərdi vardır
Dərdsiz ürəklərin sayı çox azdı.
Dərd çəkən qəlblərə dünya da dardı,
Mənim də öz qəmim, var öz kədərim,
Daha bəs deyilmi bu çəkdiklərim...
Ruhən qocalmışam cavan yaşımda,
Ağ saçlar kök atmış sanki başımda.
Qalmayıb yaddaşım, itib huşum da,
Tor atıb tutulub nurlu gözlərim,
Daha bəs deyilmi bu çəkdiklərim...
Həyatın xoş üzün görə bilmədim,
Sevgisin, sevincin duya bilmədim.
Qismətim bu imiş, deyib dinmədim,
Əyildi axır ki o şux qamətim,
Daha bəs deyilmi bu çəkdiklərim...
Çox zaman yatmayıb bütün gecəni,
Götür qoy edirəm olub keçəni.
Düşünüb saralan solan qönçəni,
Görürəm mənim də soldu güllərim,
Daha bəs deyilmi bu çəkdiklərim...
Özüm öz içimdə çəkib dərdimi,
Biruzə vermədim qəm kədərimi.
Yardıqca bu əzab zərif qəlbimi,
Bilmirəm sızlayım yoxsa kövrəlim,
Daha bəs deyilmi bu çəkdiklərim...
Bu əzab mənimdi gərək mən çəkim,
Yanğısın ağrısın gərək tək çəkim.
Bu tale yolumdu gərək ki, keçim,
Bu yolda şam təki yandım əridim,
Daha bəs deyilmi bu çəkdiklərim...
Bax budur taleyim,budur qismətim,
Odur ki, yox sözüm,yox şikayətim.
Tanrıdan yalnız var bircə istəyim,
Həyatda görməsin dərd əzizilərim,
Daha bəs deyilmi bu çəkdiklərim...

Опубликовано:

 

26 май 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии    
Далее
Brawl Stars Animation: PAINT BRAWL STARTS NOW!
00:52
Просмотров 3,4 млн
Nəzakət Teymurova - Qal Sənə Qurban
6:53
Просмотров 6 млн
Boşanmaların səbəbləri | Nizami Orucov
46:37
Просмотров 20 тыс.