Тёмный

Yalan nədir? | Biz niyə yalan danışırıq? | Psixiatr Elçin Aslanov | Söhbətgah 

Söhbətgah
Подписаться 61 тыс.
Просмотров 26 тыс.
50% 1

Bu dəfə #Söhbətgah-da qonağımız Almaniyadandır. Regensburg Universitet klinikasının aparıcı psixiatr həkimi Elçin Aslanovla #psixoterapiya-dan, #yalan-dan, niyə yalan danışmağımızdan, #psixologiya, xəstələrin müalicəsindən, Alman tibbi ilə Azərbaycan tibbi arasındakı fərqlərdən danışdıq💚💙
‪@AliKhayyam‬ və ‪@DjTural‬-un bu söhbət haqqında şərhlərinizi yaza bilərsiniz.
Buraxılışın əsas dəstəkçisi “Azərçay”a təşəkkürlər☕ Azərçay, Doğma Çay!
📢Bizə "Patreon"dan dəstək olub patronlara özəl buraxılışlar əldə edə bilərsiniz: / sohbetgah
👋"Söhbətgah"a abunə olun: / @sohbatgah
💡PSİXOLOGİYA İLƏ BAĞLI BÜTÜN SÖHBƏTLƏRİMİZ
• 🧠 Söhbətgah - Psixologiya
BƏS BİZ KİMİK?
sohbetgah.az
📬ƏMƏKDAŞLIQ ÜÇÜN
gel@sohbetgah.az
sohbatgah@gmail.com
Instagram: / sohbatgah
Facebook: / sohbatgah
Podkastı dinləmək üçün:
🔻Spotify: open.spotify.com/show/1eHR7Mb...
🔻Apple Podcast: podcasts.apple.com/us/podcast...
🔻Yandex Podcast: music.yandex.ru/album/18071206
🔻Google Podcast: podcasts.google.com/feed/aHR0...
🔻Spreaker: www.spreaker.com/show/sohbatgah
00:00 - Intro
01:14 - Elçin Aslanovu tanıyaq
05:42 - Xəstəliklərə qoyulan diaqnozlar
12:20 - Ziqmund Freyd haqqında
16:21 - Psixologiyaya ölçülə bilən elm daxildir?
23: 40 - Yalan cəmiyyətlə bağlıdır?
27:00 - Yalan nədir?
36:30 - Qərb toplumunda yalan anlayışı
39:36 - Niyə "Qərb" daha çox depressivdir?
55:23 - Nə qədər və nə vaxt yatmalıyıq?
01:06:36 - Psixoterapiyada dərmanlardan istifadə
01:14:23 - Uşaqlar niyə yalan danışır?
01:23:22 - Sağollaşma

Опубликовано:

 

9 июл 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 129   
@Vulkanlı
@Vulkanlı Год назад
Adam həkim olsada, hər sahədən biliyi var bu cür insanları dinləməkdən zövq almamaq mümkün deyil. Çox sağolum mükəmməllik üçün.
@doktorqulu3184
@doktorqulu3184 Год назад
Bütün cavan həkimlərimizə belə məntiqli və intellektual olmalarını arzu edirəm!
@azrisgndrov718
@azrisgndrov718 Год назад
Mövzu bir yana, qonağın diksiyası superdi.
@arzuqniyeva5689
@arzuqniyeva5689 Год назад
Ne yaxsi bele genclerimiz var.Cox maraqli , savadli söhbet gedir
@aynurazohrab
@aynurazohrab Год назад
izləmədən like ediləcək qədər etibarlı podcast kanalı💚💙
@turajafarli2240
@turajafarli2240 Год назад
Daha detallı yuxu mövzusunda bir podcastda gözləyirik Elçin bəyi 💙💚
@gulnarismayilova3719
@gulnarismayilova3719 Год назад
Daha çox informasiya ala biləcəyimiz bir insan daha. Davamlı olsun💡
@vuskam588
@vuskam588 Год назад
Sizi dinlədiyim gun yolda yuxum gəlmir beynim cox aktif dusunur və zovq alir 💜
@raisaahmadova1605
@raisaahmadova1605 Год назад
Bizim Elçin hekim kimi yenilikleri takip eden savadlı hekimlere ehtiyacımız var.
@kamalimanov9932
@kamalimanov9932 Год назад
Hər şey əladır 🤙 belə davam edin 👍🏻 .... Lakin 2 buraxılışdır ki, sanki qonağın səsində problemlər olur, elə bil qonaq biraz tərpənən kimi səsdə itmələr olur. Mümkünsə, bu problemin həlli yolunda müəyyən bir addımlar atasınız.... Diqqətiniz üçün təşəkkürlər
@aytacaghayeva7577
@aytacaghayeva7577 Год назад
Çox maraqlı podcastlardan biri daha👌 son günlərdə psixologiyaya aid o qədər kitablar oxuyub araşdırıram ki, bu söhbət qazandığım bilikləri möhkəmlətməyim üçün əla fürsət oldu👌
@emilmikayilov7653
@emilmikayilov7653 Год назад
Mövzu maraqlı olanda 1 saat 24 dəqiqənin necə keçdiyinin fərqinə varmır insan. Faydalı oldu. Çox təşəkkür edirik belə mövzular və məlumatlı qonaqlarınız üçün
@muradismayilov1566
@muradismayilov1566 Год назад
Bax bizim tibb sistemində bu cür savadlı , avropa təcrübəsi olan kadrlara üstünlük verilməlidir. Ölkədə sistemi elə qurmalıdırlar ki, belə həkimlər ölkədən diksinməməlidir... Elçin doktor isə görünən odur ki, öz sahəsini bilən , dünya görüşü vizyonundan bəlli olur.. Elçin doktora təşəkkürlər. Verlişə ayrı bir abu hava qatdı. Çox maraqlı verliş oldu. Ardı gəlsin. Uğurlar Elçin doktor! Yolunuz açıq olsun!
@hikmetalekberov763
@hikmetalekberov763 Год назад
Bu defeki qonaginiz cox melumatli ve savadlidir..sohbetine doymadim ..yene Cagirin
@ziznovruzov3984
@ziznovruzov3984 7 месяцев назад
Hekim qardaşımıza ve size tesekurlerimi bildirirəm .çox saqolun.
@nigararzuqizi
@nigararzuqizi Год назад
Çox təşəkkür edirəm ilk növbədə sizə ki, belə savadlı gəncləri tapıb dəvət edirsiz, 2-ci növbədə, təbii ki, Elçin bəyə. 👍🏻👍🏻👍🏻
@chingizpiri-zade6925
@chingizpiri-zade6925 Год назад
Çox maraqlı alındı! Tezliklə yeni podkastlarda görüşmək ümidi ilə 🙂
@vasifkerimov5452
@vasifkerimov5452 7 месяцев назад
Uğurlar arzulayıram,
@zauribrahimov8422
@zauribrahimov8422 Год назад
Ela idi. Fikrimce fincanlatinizi armudu stekana deyishin, onda chayda chox ichilecek)
@rovsenhuseynov8368
@rovsenhuseynov8368 Год назад
Maşallah yeni sezonda videolar dalbadal - qısa aralıqlarla gəlir. Bir çox adam yazıb mən də hiss elədim xüsusən də qonağın mikrofonda səs qırılmaları vardı, amma əminəm ki, bunu tezliklə düzəldəcəksiniz. Həyatımıza dəyər qatdığınız üçün təşəkkür edirəm.
@emilsabirli
@emilsabirli Год назад
Podkasta görə sağ olun. Sizdən xahiş edirəm, "Evolution"a "Evulation" deməyin. Artıq neçənci podkasdır bunu eşidirəm və heç kim bu səhvi düzəltmir.
@royaaliyeva9767
@royaaliyeva9767 Год назад
İndiki dövrdə çox insan zamanının qıtlığından şikayət edir .Belə insanları gördükdə bütün dünyaya paylaşmaq istəyirəm ki, o insan bu qədər informasiyanı əldə edib şəxsi həyatını , karyerasını balansda saxlaya bilirsə , demək hər kəs hər şeyi bacara bilər 🫂 Mükəmməlsiniz , uğurlarınız bol olsun✨
@vgr_gallery
@vgr_gallery Год назад
ikinci sezon xeyirli, uğurlu olsun!! Müsahibiniz Elçinin timsalında savadlı soydaşlarımızın söhbətləri vizyonumu açır, ağzım işləməsə də doyuram😀 Tempi saxlamaq üçün motivasiya, ruh yüksəkliyi, hüzur, uğurlar arzu edirəm sizə yoldaşlar!! P.S. Subyektiv fikrimdir, əməyinizi kiçiltmək niyyətilə demirəm, zəhmət olmasa mikrofonara encam cekin:( qonaqlar azacıq aralandıqda ses itir, əl hərəkətləri edib stola toxunduqda küt səsələr gəlir. Məncə kronşteynə bağlı, stoldan aralı olanlar daha gözəl səs verirdi. Özgə hər şey əjdaha!!
@salehvalehoglu
@salehvalehoglu Год назад
Çox faydalı podkastlardan daha biri. 👍🏻Yalanla bağlı bir məqama da mən toxunmaq istəyirəm. Hal-hazırda bizim cəmiyyətdə ən çox istifadə olunan yalan nə kiməsə ziyan vermək, nə də fayda vermək məqsədi daşımır. Daha çox özünü təstiq etmək, önəmli hiss etmək, görünmək, bəyənilmək, izlənilmək üçün istifadə olunur. Bu yalan forması qarşıdakından çox insanın özünə yönəlmiş olur. Həm də zərər şəklində. İnsan yalanla önəmli hiss etmə ehtiyacının ödənəcəyini sanır, özünü təsdiq etdiyini düşünür, həqiqətən bəyənildiyini, sevildiyi üçün izləndiyini düşünə bilir. Dolayısı ilə yalanı özünə qarşı istifadə etmiş olur. Səbəbi yenə valideynlər, travmalar, psixoloji zədələr, böyümə mühiti və s. ola bilər. Bizim cəmiyyətdə ən böyük problem əslində özünüifadədir. Bunu bloklayan o qədər maneələr var ki. Özünü ifadə edə bilməyən, ifadə edən, lakin olduğu kimi ifadə edə bilməyən o qədər yaradıcı, savadlı, qabiliyyətli insanlarımız var ki... Yalan da bu özünüifadə bloklanmasının yan təsirlərindən sadəcə biridir...
@trioxsama
@trioxsama Год назад
Darıxdırmıyın özünüzü. Hər videonuz maraqlı və şən keçir.
@eldanizrustam
@eldanizrustam Год назад
Maraqlı, maarifləndirici podcast idi,qonaq da çox savadlı idi.Sadəcə biraz çox "atıram" dedi. Bu da Türkiyə türkcəsindən keçib dilimizə.
@aytacaghayeva7577
@aytacaghayeva7577 Год назад
Təəssüf ki, azərbaycan dilində psixologiyaya(həm də ümumən hər sahəyə) aid maraqlı kitabların sayı azdır. Məcburən başqa dillərdə oxuyuruq və bu da istər-istəməz dilə yansıyır✨
@yazgulmovlayeva2213
@yazgulmovlayeva2213 Год назад
Coooxxx təşəkkür edirəm.Almanlara yaxşı mənada qibtə edirəm ki, bu cür mütəxəssis onlarda xidmət edir.Əslində gəlin etiraf edək ki, bu cür mütəxəssisə bizim özümüzün daha cox ehtiyacımız var.Amma bir məsələ də var ki, bizdə səhiyyə sistemində baş cıxarıb , işləmək özü də bir "bacarıq" tələb edir......
@seymurali33
@seymurali33 Год назад
Aydınlar🧠💙
@anaraghayev4491
@anaraghayev4491 Год назад
Möhtəşəm!
@Qurbancahangirov2669
@Qurbancahangirov2669 Год назад
Super
@azrap.shorts
@azrap.shorts Год назад
💚💙 Uğurlar
@Nora36866
@Nora36866 Год назад
Men shexsen qonaginizdan chox shey öyrendim.chox maragli buraxilish idi👍
@juneydhasanli3097
@juneydhasanli3097 8 месяцев назад
Elçin bəyin iştirakı ilə olan bu podkast tam yerinə düşüb, uğurlar!
@mahirbabayev5272
@mahirbabayev5272 Год назад
VAR OLUN...👏👏👏👏
@seymur0484
@seymur0484 Год назад
Çox gözəl.
@ulviyarahimova6275
@ulviyarahimova6275 Год назад
Təşəkkürlər. Əməyinizə sağlık
@emilsuheyl8296
@emilsuheyl8296 Год назад
İzləməyə başlamamış məndən bir like 💚💙
@alitaleh388
@alitaleh388 Год назад
cox faydali ve maraqlisiz.davam🙏
@narminm.9903
@narminm.9903 Год назад
Çox sağolun.
@ilqarismayilzade9864
@ilqarismayilzade9864 Год назад
Mükəmməl.Hər üçünüzə minnətdaram❤️👍
@Nerohaciyev
@Nerohaciyev Год назад
Çox gözəl bilgiler idi Təşəkkürlər 🔥❤️
@namiqismayilsoy2775
@namiqismayilsoy2775 Год назад
Möhtəşəm
@user-wq6pi8nz6t
@user-wq6pi8nz6t 11 месяцев назад
Təşəkkür edirəm.Sağlam olun.
@gullusohbetler
@gullusohbetler Год назад
Çox sag olun ,biri birindən dəyərli bəylər 😎
@aytacbabayeva4548
@aytacbabayeva4548 Год назад
qonaq çox qəşəng izahlar verir!👏🏻👏🏻
@dinaraaliyeva9
@dinaraaliyeva9 Год назад
Əla🤩🤩
@ramincahangirov7033
@ramincahangirov7033 Год назад
Möhtəşəm buraxılışlardan biridir.
@emilquliyev5711
@emilquliyev5711 Год назад
Çox maraqlı və faydalı söhbət oldu. Vaxt necə keçdi, hiss olunmadı 👍👍👍👍
@tebessumelizade5842
@tebessumelizade5842 Год назад
saatlarla dinləyə bilərdim, mükəmməl buraxılış oldu.
@muradahmedov91
@muradahmedov91 Год назад
11:36 da alimin soyadı səhv səsləndirilir. Jung (Yunq) kimi səslənir, Cunq kimi yox. Xahiş edirik izləyiciləri dezinformasiya etməyək. Sayğılar.
@feyziaghayev973
@feyziaghayev973 Год назад
Çox maraqlıdır. Həkimin səsində qırılma çoxdor heyif.
@mehribanjabrayilova5528
@mehribanjabrayilova5528 Год назад
Chox sag olun ,chox faydali ve eylenceli podcast alindi birlikde.Sevindirici haldirki,Almaniyada bizim de ozunu ,bilgilerini cox gozel ifade yeteneyine malik genc hekimlerimiz var.
@eminkhalilov1483
@eminkhalilov1483 Год назад
super
@elxanbabayev2651
@elxanbabayev2651 Год назад
Verilisleriniz cox gozeldi Elaxsusdeki bele qonaqlarin olmasi cox maraqlidi Tesekkurler her kese
@nuraneeliyeva4043
@nuraneeliyeva4043 8 месяцев назад
Çox faydalı bir söhbətgah seriyasındandır deyə bilərəm ❤
@RaufGuliyev-rh8yk
@RaufGuliyev-rh8yk Год назад
Çox gözəl buraxılış, çox maraqlı qonaq, zövq aldım. Şəxsi Top 3-mə daxil etdim deyərdim. O qədər rahat, sakit, səlis ifadə edir ki demək istədiklərini, adam özü sakitləşir. Bir şeyi müşahidə etdim, bu günə kimi dəvət olunan qonaqlar arasında ən çox danışan (yaxşı mənada, yəni Tural və Əli bəyin daha çox dinlədiyi, sakit olduğu) qonaq oldu. Sonuncu dəfə bunu Aysel xanımın iştirak etdiyi buraxılışda müşahidə etmişdim. Təşəkkürlər və uğurlar!
@RaufGuliyev-rh8yk
@RaufGuliyev-rh8yk Год назад
Yalanı mənə hələ bu qədər rəngarəng, hərtərəfli və əsaslı izah edən olmamışdır
@KonulZeynalov-ou7me
@KonulZeynalov-ou7me Год назад
Əlanın Əlası ❤
@fira694
@fira694 Год назад
Cox tessekur edirik size,cox vacib bir kanaldi,bizim cemiyyetin cox ehtiyaci var bele kanallara 👏🏻👏🏻👏🏻
@AfqanQuliyev
@AfqanQuliyev Год назад
Elçin həkimə böyük təşəkkür edirəm. Necə gözəl izah edir. İlk dəfədir ki Söhbətgahın tez bitməsini istəmirdim.
@Slavik822
@Slavik822 Год назад
Sadece mohteshem!!!
@aynurkazimova348
@aynurkazimova348 Год назад
Elçin seni dinlemek xoş oldu. Üniversitet illerimizi xatırladım.😊
@Huseyn-so1xo
@Huseyn-so1xo Год назад
Elcin beyin instagram sehifesini eger bilirsinizse vere bilersiz?
@incigunes4073
@incigunes4073 9 месяцев назад
Salam, Lisseydebir sinif yuxari oxuyurdu, aramizda xos munasibet olub. Coxdandir axtarirdim dusunurdum goresen hardadir ne edir, sesinden tanidim. Cox sevindim qurur duydum, instagram sehifesini men de tapa bilmirem bilen olsa zehmet olmasa gonderer link. Teshekkurler.
@samadmehriban
@samadmehriban Год назад
Tural, Əli lütfən səsdə olan bu oynamalara bir çarə qılın, çünki adətən podkastı sadəcə dinləyirəm(yeriyəndə qulaqlıqda və ya nəsə iş görəndə fonda). Mənim sizə təklifim qulaqlıqlar istifadə edin ki, mikrafondan uzağlaşan kimi danışan özü səsdəki oynamanı eşitsin və özünü ona görə nizamlasın, çünki bu səs oynamaları şəxsən məndə qıcıq yaradır(kəskin olmasa da, bu hal öz təsirini qoyur). Qalan hər şey əladı, yorulmayasız. Elçinə də salam və uğurlar! ✌🏻
@ehmedsemedov915
@ehmedsemedov915 Год назад
💚💙
@adilproo
@adilproo Год назад
Meni narahat eden bir suala sizin bu verlişde cavab tapdim. Teşekkurler ! .
@5271809
@5271809 Год назад
Maşallah, necə savadlı gənclərimiz var.
@5271809
@5271809 Год назад
@@Sohbatgah ən maraqlı və faydalı buraxılış oldu
@gabilhuseynov5776
@gabilhuseynov5776 Год назад
Bu söhbəgahı bəyəndim. Məncə gələcəyi parlaq bir psixiatırlardandı
@validcavid3805
@validcavid3805 Год назад
Uğurlar cenablar...!
@turalabisov1045
@turalabisov1045 9 месяцев назад
COX XAHIŞ EDIREM ASTRAL BAREDE PODCAST EDIN 😊
@kloki7550
@kloki7550 9 месяцев назад
beyendim🎉
@elchinmevliyev7683
@elchinmevliyev7683 Год назад
Her zamanki kimi super sohbet olub, cox sag olun, cox tesekkur edirem. Yorulmadan dinleyir adam. Ancaq burda bir qardas da reyde vurgulayib, mikrofona diqqet yetirseniz yaxsi olardi. Yaxa mikrofonu taxsaniz qonaqlara mence daha yaxsi olar, yeni qonaqlar hem serbest oturarlar, hem de ses daha yaxsi geler. Stolustu mikrofonda qonaq mecburdurki, mikrofona dogru eyilsin.
@medinefetiyeva3489
@medinefetiyeva3489 Год назад
👍👍👍
@nuranallahverdiyev9576
@nuranallahverdiyev9576 Год назад
👍👍
@teymurovchannel6246
@teymurovchannel6246 Год назад
Dəyərli fikirlərinizi bölüşdüyünüz üçün təşəkkürlər
@eljafa8963
@eljafa8963 Год назад
Finlandiyadan sevgilər, sayqılar!
@mustafaasgerov
@mustafaasgerov Год назад
👍
@gulnarhesenova6523
@gulnarhesenova6523 Год назад
Maraqli idi.ses problemi olsada tesir etmedi .yalanla bagli fikirde cox xosuma geldi.etiraf edeki deyirik yalan.turşu ile bagli yeni bir melumat aldim))cox xoşdu sizi görmek ve dinlemek.
@familajdarovic724
@familajdarovic724 Год назад
💙👍💛
@novruz6342
@novruz6342 8 месяцев назад
@vugarhasanov4710
@vugarhasanov4710 Год назад
Hər vaxtınız xeyir. Gözəl podkastlara görə təşəkkür edirəm. Sadəcə olaraq, sizdən ricam var ki, mikrofonları əgər mümkünsə tənzimləyərdiniz, çünki danışdıqda bir balaca arxaya çəkilən kimi səs zəifləyir və tam anlamaq olmur. Bir neçə dəfə videonu arxaya çəkmişəm buna görə :-) Öncədən təşəkkürlər.
@elsnbabazad7520
@elsnbabazad7520 Год назад
Time kodlar yoxdur, ya mənə elə gəlir? Uğurlar bu arada.
@konulaslanova8954
@konulaslanova8954 Год назад
Məncə şərqdə ünsqyyət çoxdu. Qərbdə isə yox. Həmdə bu bizim kasıbçılığımızdan irəlu gəlir. Beləki barı çəkə bilmirik setka çəkirik ondada tez tez bir birimizi görürük. Və ünsüyyət baş verir. Görüsüz kasıbçılıq çoxda pis deyil. Həyatı təbii axarına qoyuruq.
@celirzayev
@celirzayev Год назад
Salam. Gözəl söhbət üçün çox sağ olun. Səsin gedib-gəlməsi problemi hələ də qalıb.
@celirzayev
@celirzayev Год назад
@@Sohbatgah siz sağolun ki, maraqlı mövzularda müzakirələr edirsiniz.
@nizamimammadaliyev8571
@nizamimammadaliyev8571 Год назад
Tural ve Ali bey. Ses videoda tez tez zeifleyir. Artiq necenci videodu. Bunda. onceki videolarda ve mikrofonlarda bele problem mushahide edilmirdi.
@Goodtime1021
@Goodtime1021 Год назад
Zəhmət olmasa okb haqqında video gəlsin.
@feridshahbazov8247
@feridshahbazov8247 Год назад
qeweng bizimkilerrrrrrrrrrrrrrrrrrrrrrrrrrrr
@vusalzeynalov4855
@vusalzeynalov4855 3 месяца назад
Yuxunuzu hansı qayda, hansı proqram ilə ölçürsüz? Dəstək zəhmət olmasa
@s.t.a.r.d.u.s.t.8
@s.t.a.r.d.u.s.t.8 26 дней назад
22:30 Sizə qətiyyən qatılmıram. Fikrimcə uşağa əsla yalan danışmamalıyıq. Həqiqəti demeyində yolu var axı ''Torpağa attıq çürüdü'' deməyə məcbur deyilik, həqiqəti ''Bilmirik sadəcə bilincimiz qapanır və sonrasın hələ ki bilmirik'' də deyəbilərik yoxsa torpağa attıq cürüdü niyə deyək.
@elgizqasimov3883
@elgizqasimov3883 Год назад
Çox zövq aldığım münasibətlərdən biri oldu. Söhbətgah sizi tanıdığıma çox xoşbəxtəm. Zəhmət olamsa deyərdiz yuxunuzu ölçdüyünuz proqram hansıdi.
@gourmettv6476
@gourmettv6476 Год назад
27:46 Əhsən Tural!! Əli Xəyyamın səhvini ustalıqla düzəltdi. ALLAH heçbir ayəsində insanı şeytan adlandırmayıb. Şeytana uyan insanlar vurğulanib bəli amma bu haldada belə hansısa əməl sahibinin şeytan adlandırılması yoxdur. Hədislərdə ola bilər olsun. Zatən hədislərdidə İslam dinini bu formaya gətirən. Hər bir vəziyyətdə mollalardan məsləhət alırıq onlarda bizə hədisdən əsas gətirir. Biz yazıqlar isə başa düşmürük ki, hər şeyin cavab hədislər yox QURAN-dır. Kimi dindirirsən 100 dənə hədis bilir amma bir dənədə olsun QURAN ayəsini öz gözü ilə oxumayıb. Nədir görəsən bir ömür yaşayıb saysız kitab oxuyan bir insanın (müsəlmanın) ən əsas oxumalı olduğu kitabı (QURAN-ı) oxumamağının səbəbi???
@tural.masimov
@tural.masimov Год назад
Dostlar,qonaq mikrofonunuzda problem var. Səs tam olmasa da gedir-gəlir. İşiniz isə möhtəşəmdir.
@servialekberova
@servialekberova Год назад
Yalançılara paxıllıq edirəm. Azından yaxşı yaddaşları var.
@huseynhuseynlii
@huseynhuseynlii Год назад
Lütfən mikrofon problemini həll edin 💙💚
@emmamusayeva5559
@emmamusayeva5559 10 месяцев назад
Salam üreyim sıxıldı mikrafondandı nedendi bilmirem sesiniz çox normal gelmir sözleri aydın başa düşmek olmur buna baxın çox xayiş edirem😔
@etibarhaciyev8917
@etibarhaciyev8917 Год назад
Təzə mikrofonlardan sonra əməlli səs prablemi var, Ali zəhmət olmasa nəzərə al. Fikri yayındırası əlavə səslə (məsələn əlin stola dəyməsi səsi) birdə səsin azalıb çoxalması
@Filankesov
@Filankesov Год назад
Marketinq mövzusunda Murad Dadaşovu qonaq isteyirik
@cshirinovay4427
@cshirinovay4427 Год назад
Bizde hekime sual vermek olar? Hekimlerimizin 90%-i qarsisindaki xesteni ele alcaldib tupoy yerine qoyur baxa baxa qalirsan.Bu yaxinlarda bir hekimnen atama hara istehsali ximya vurulacaq,hansi dermanlar vurulacaq suali verdim deye bizi qebul etmediler dusunun))
@huseynmehdizade9473
@huseynmehdizade9473 Год назад
Nə yaxşı mövzular dəqiqələrə bölünməyib?
@sonasalman3819
@sonasalman3819 Год назад
Necə savadlı qonaqdır:)
@bizimkanal5867
@bizimkanal5867 Год назад
Səs problemi var idi videoda(
@bunainan382
@bunainan382 Год назад
Salam. Qonağın mikrafonunda problem var. Səs azalıb, çoxalır. Onu düzəltsəniz yaxşı olar🙏🏻
@ruslan9046
@ruslan9046 Год назад
@@Sohbatgah yenisiniz?
@ruslan9046
@ruslan9046 Год назад
@@Sohbatgah Anladım. Uğurlar.💙💚
Далее
Good dad 🥰 #demariki
00:17
Просмотров 2,1 млн
🤯 #funny
00:20
Просмотров 2 млн
когда мучает жажда // EVA mash
00:58
Просмотров 819 тыс.
Yaradılışı kimdən öyrənək - Sinan Canan
1:04:34
Просмотров 4,7 тыс.
Çətinlik nədir? | Söhbətgah | Münasibət
1:38:27
Просмотров 36 тыс.
Nizami Orucov qadın düşmənliyi barədə
1:13:16
Просмотров 38 тыс.