Rasim müəllim siz çox böyük sənətkarsınız.Allah sizi var etsin.Mən sizinlə fəxr edirəm.Həmdə sizinlə həmyerli olmaqımla qürur duyuram.Var olsun bütün AZƏRBAYCANIMIZ
İlahi bu qədər mohtəsəm ifa . Sizdən birdə olmayacaq dahi sənətkar Rasim Balayev .Siz mənim idealimsiz ne xos ki sizin kimi sənəykarin zamaninda yasayiram sizi canli dinləyə bilirəm
halal olsun Rasim Balayev.bu gözəl şeiri añcaq və ancaq yaşadınız ve çox gözəl dediniz.bu şeirin hakkını ancaq siz verdiniz.ömrünüze sağlıq.halal olsun illərin sənətcisi.təşəkkürlər.
Rasim Balayev sizdən bir də olmayacaq! Sizi Allah qorusun.Siz dahi insansınız.Sizin haqqınızda kitablar yazılmalıdır .Xaricdə sizin kimi aktyorlar kral həyatı yaşayır.
Rasim BƏY xoşbəxt insandı.Çünki Rasim BƏY bəlkədə tək insanlardandı ki indiki dövrdə gənclərə nümunə olacaq bir şəxsdi.Allahdan arzum budurki bu kişiynən bir üzbəüz çıxardım. Ona sadəcə çox sağ ol deyərdim ki siz bizim nəsilə nümunə oldunuz
İlahi! Sənətkar bax budur. Bir ifa ilə təkrarsız bir sənət əsəri yaratdı, Müşfiqi, onun yaşadığı hissləri, xarakterini, həyatını və yüksək intellektini gözlərimiz önündə canlandırdı. Var ol, böyük sənətkar!
Bu peşəkarlığın zirvəsidir. BU DAHİLİKDİR.. Bu svgini, ruhu gözəlliyi hiss edə bilməkdir.. Bu bizim əsl kişi sənətkarımız,aktyor Rasim Balayevdir.. Bəli dəyər budur , varlıq budur. Sözlərə, sətirlərə sığdırmaq çətindir
Yenə o bağ olaydı, yenə yığışaraq siz O bağa köçəydiniz. Biz də muradımızca fələkdən kam alaydıq, Sizə qonşu olaydıq. Yenə o bağ olaydı, səni tez-tez görəydim, Qələmə söz verəydim. Hər gün bir yeni nəğmə, hər gün bir yeni ilham, Yazaydım səhər axşam. Arzuya bax sevgilim, tellərindən incəmi ? Söylə ürəyincəmi ? Yenə o bağ olaydı, yenə sizə gələydik, Danışaydıq, güləydik. Ürkək baxışlarınla, ruhumu dindirəydin, Məni sevindirəydin. Gizli söhbət açaydıq, ruhun ehtiyacından, Qardaşından, bacından. Çəkinərək çox zaman söhbəti dəyişəydin, Mənimlə əyişəydin. Yenə bir vuraydı, qəlbimiz gizli-gizli, Sən ey əsmər bənizli. Bu yaz bir başqa yazdır, bu yaz daha da xoşdur, Vay o qəlbə ki, boşdur! Hər üfüqdə bir həvəs, hər bucaqda bir umud, İnsanlar daha mə’sud. Duyğular daha incə, fikirlər daha dərin, Ürəklər daha sərin. İnsanların vüqarı, tələbi daha yüksək, Yolumuzdan daş, kəsək, Təmizlənmiş bir az da. Ellərin keyfi sazdır, Bu yaz, bir başqa yazdır! Yenə o bağ olaydı, yenə o qumlu sahil, Sular ötəydi dil-dil. Saçın kimi qıvrılan, dalğalara dalaydım, Dalıb ilham alaydım. Əndamını həvəslə, qucaqlarkən dalğalar, Qəlbimdə qasırğalar, Fırtınalar coşaydı, qısqanclıqlar doğaydı, Məni hirsim boğaydı. Cumub alaydım səni dalğaların əlindəni, Yapışaydım belindən. Xəyalımız üzəydi, sevda dənizlərində, Ləpələr üzərində, İlhamımın yelkəni, zərrin saçın olaydı, Sular xırçın olaydı. Bu nə gözəl şeirdir, bu nə gözəl mənzərə, Gəlin baxın Xəzərə. Çıxalım Buzovnada kiçik qayalıqlara, Seyrə dalım bir ara... Gecələr sayrışarkən, ulduzlar lalə kimi, İşıqlar jalə kimi. Çilənib dağılarkən ətrafa damla-damla, Ən yaxın bir adamla. Nə gözəldir dinləmək suların nəğməsini, Təbiətin səsini! Nə gözəldir dolaşmaq, isti yay fəsilləri, Bu sərin sahilləri! Nə gözəldir səhərlər bizim böyük ruhumuz, Aşıb-daşan duyğumuz. Şəklindəki sulara, baxaraq ləzzət almaq, Bu mavi şe’rə dalmaq. Dalğalar kimi qalxmaq, dalğalar kimi enmək, Bə’zən hürküb çəkinmək. Hər dalğa bir kişnəyən bəyaz yallı at kimi, Bizim bu həyat kimi! Yenə o bağ olaydı sevdalar ölkəsində, O söyüd kölgəsində. İnci qumlar üstündə yenə verib baş-başa, Yayı vuraydıq başa. Günlərimiz keçəydi qızğın fərəhlər kimi, Dolu qədəhlər kimi. Yarpaqlar arasından uzadaraq əlini, Oxşayaraq telini. Gecələr darayaydı saçlarını ay gözəl! Sən gözəlsən, ay gözəl? Əllərində əllərim, gözlərində gözlərim... Asılaydı sözlərim. Könlünün qulağından bir qızıl tana kimi, Günəş doğana kimi. Bu yaz dostlarım bir az bəxtəvər olacaqlar, Can-ciyər olacaqlar. Bir az da uzaqlara açacaqlar yelkəni, Ruh yeni, höyat yeni... Çıxacaqlar göyləri aşaraq dönə-dönə, Buludların fövqünə. Uçacaqlar sabaha, uçacaqlar yarına, Efir boşluqlarına. Vaxtilə bir kölgə tək hür yaşamaq istəyən, Bu insan oğlu bilsən. Azadlıq ölkəsində daha şad olacaqdır, Dünya dad alacaqdır. Yenə o bağ olaydı, yenə yığışaraq siz, O bağa köçəydiniz. Biz də muradımızca fələkdən kam alaydıq, Sizə qonşu olaydıq. Yenə o bağ olaydı, səni tez-tez görəydim. Qələmə söz verəydim. Hər gün bir yeni nəğmə, hər gün bir yeni ilham, Yazaydım səhər-axşam. Arzuya bax, sevgilim, tellərindən incəmi? Söylə, ürəyincəmi?
Allah qəni-qəni rəhmət eləsin Müşfiqə. Allah Rasim müəllimə cansağlığı versin, arzularına çatdırsın. Heyif qanlı repressiya genofondumuzu məhv etdi. Bir də belə bir dəhşətin baş verməsinə icazə vermək olmaz.
BU ŞERİ BU QƏDƏR İÇDƏN YAŞAMAQ OLARMI? YAŞAYIN RASİM MÜƏLLİM!!!ALLAH SİZƏ CAN SAĞLIĞI VƏ SƏBR VERSİN! NƏFƏSİMİ DƏRMƏDƏN İZLƏDİM...ÇOX SAĞ OLUN! PAYLAŞANLARA TƏŞƏKKÜRLƏR!
Allah sizileri qorusun .Goresen sizden sonra olacaqmi sizin kimi senetkarlar ?olmayacaq gelin saliqinda deyer verek senetkarlarimiza esl senetkarlarimiza.
Gözəl Sən Gözəlsən Ay Gözəl inanmıram Bu Şeiri sizin kimi kimsə bu cür deyə bilsin Rasim müəllim Allah uzun ömür can sağlığı versin. Ruhun şad olsun Mikayıl Müşfiq..
Дай бог здоровья. Как будто соловей поёт. Так красива. Человек просто уходить лет 40 или 50 назад. Не верится что, когда-то, кто-то, могут также красива передать это стихи народу.
Insan bu seire bu senetkara gulag asanda heyatin yawamagin ne geder gozel olduğunu ferg edir.Rasim Balayevin sesinde bir ebedilik sakitlik tapir insan. Var olsun boyuk senetkar
Ustad sənətkarımızın - Rasim Balayevin , yüksək ustalıqla şe' rin poetik təsvirini canlandıraraq gözlər önünə gətirərək, tamaşaçıları məftun etdi. Əhsən gözəl sənətkar.Allah can sağlığı versin.
Bu şeiri Rasim müəllim bir səhnə əsərinə çevirdi öz mükəmməl ifası ilə.Dinledikcə xəyallarda nələr canlanmadi ki.Her kəs öz keçmişini,xatirələrini bir-bir vərəqlədi.Studiyada əyləşən lərin simalarından hər şey aydın görünür.Yasa,yarat hörmətli Rasim müəllimimiz.Həyat eşqiniz heç zaman sönməsin.Siz çox böyük sənətkarımız,əvəzsiz
canim milletim. Milletimin istedadli insanlari hemise olub hemise de olacaq. Men sizinle qurur duyuram. Bu tek şeir deyil, bu millətimizin xalqımızın hissləri, mənəviyyatı, mədəniyyəti, abşeron bağlarının gözəlliyi, insanların səmimiliyi, doğmalığı, vəfa, sədaqət, təmiz sevgi...... budur bizim gücümüz.. Var olsun bunu əbədi sətirlərə köçürən Müşfiqimiz, bunu müasir dövrdə yaşadan Rasim Balayevimiz. Hemişə uca olasız
Əlbəttə, biz fexarət hissi duyuruq ki, bizim Azərbaycanın belə sənət ustaları, qeyrətli oğulları var. Mənə elə gəlir ki, bu insan həyatda da çox mərifətli, ağıllı, fədakar bir insandır. Xalqın sevimlisidir. Yüz yaşasın, xalqı öz sənəti ilə yaşatsın.
Möhtəşəm. Uşaqlıqmda duyulan şeirlər Rasim Balayevın ifasında. Gözəl insan. İndi dinlərkən o illər yadıma düşür. Atam tanış idi onunla. Gözəl hatirələr.