Sənətin dərinliyin Vuqarda seyr e(y)liyirəm Yəni ki bülbülü mən baharda seyr e(y)liyirəm Çoxunun sevgi yolun kənarda seyr e(y)liyirəm Kimdə ki soyuğdu davranış tanış gəlir mənə
İlanlar yaman yığışıbdı təbi-xəzinəmə Bu itib gedən əziyyətimi çalış ki çi(y)nəmə Vüqar deyir yar atıbdı müjgan oxun da sinəmə Elə bu həmən oxdu atış tanış gəlir mənə