Salam hekim menim 18 yaşım var indiyene kimi aybaşım tam vaxtında olurdu indi aybaşımın olmasına 17 gün var amma 4 gündü damcı qan gelir neden ola biler xaiş cavab vererdiz
Həkim sol yumurtalığımda falikuliyar kista var sol yumurtalığımda əlavə falikul yetişmir hamilə qala bilmirəm sağ borum yoxdu sol borum var soldada falikul yetişmir
Salam. Daha dəqiq söz demək üçün pasiyent müayinə olunmalıdır. Follikul kisti olub olmadığı təsdiqlənməlidir. Çünki follikul kistaları 2-3 ay ərzində geriləyirlər. Əgər geriləmirlərsə, dərman veririk, dərman ilə geriləyirlər. Geriləmirsə, deməli follikul kistası deyil. Sol borusu varsa, sağdan da yumurtlayıb sodan da hamilə qala bilər. Qısacası, bir fikir bildirmək üçün pasiyent müayinə olunmalıdır. (Uzman Dr.Lena Bağırova, Cərrah Mama-Ginekoloq)
Salam hekim mende 4sm olcude kisd var yumurtaligin usdunde 2 il olar mende var bu kisda kecmir evvel balaca idi indi boyuyur onu mualce etmek lazimdi ya nece paraovarial kistasidi
Salam. Ümumiyyətlə endometriomalar süni mayalanma tutmasına maneə təşkil etməz, amma istisnai durumlar ola bilər (endometriomanın infeksiyalaşması və s. kimi durumlar). (Uzman Dr Lena Bağırova, Cərrah Mama-Ginekoloq)
Salam. Hemorrhagic kistalar öz-özünə də keçib gedir (3-4 menstrual tsikl keçir üzərindən və sonra keçib gedir). Bəzən doğum kontrol həbləri tövsiyə edirik, (1-2 aylıq verib-sınayıb) geriləməsinə kömək edir. Hemorrhagic kistalar qorxulu deyil. Amma nadirən də olsa, kist partlayıb iç qanaxma verə bilir. Bəzən öz ətrafında dönüb torsiyona (burulma) səbəb olur. Süni mayalanmaya əngəl deyil. Amma əgər süni mayalanma müalicəsinə başlayacaqsınızsa, öncəsində kistanın geriləməsini gözləyib, sonra müalicəyə başlayırıq. (Uzman Dr Lena Bağırova, Cərrah Mama-Ginekoloq)
Salam hekim menim qızımın 14 yaşındadı yumurtalığında kisda var mualice ediy kecmişdi yene emelə gelib bu neden olur niye yaranır sağ sol ikisindedi birdefede emeliyat olunub matqanın altına çirk yığışmışdı ağrıdan dözemirdi emeliyat elədilər
Salam. Aybaşı duzənsizliyinin tək səbəbi kista deyil. Kista əməliyyatından sonra yenə də düzənsizlik varsa, aybaşı duzənsizliyinin səbəbini araşdırıb ona uyğun müalicə almalısınız. Ginekoloqa müraciət etməyiniz məsləhətdir. (Uzman Dr Lena Bağırova, Cərrah Mama-Ginekoloq)
Salam. Kistanın növünə görə dəyişir. Funksional (basit kistalar) keçir adətən, endometrioma və ya dermoid kistadırsa keçməz. Müayinə etmədən konkret bir söz demək olmaz. (Uzman Dr. Lena Bağırova, Cərrah Mama-Ginekoloq)
Salam. Cərrah Mama-Ginekoloq Uzman Dr Lena Bağırova Ege hospitalda pasiyent qəbul edir. Həkim qəbuluna yazılmaq və daha ətraflı məlumat almaq üçün aşağıdakı nömrələr ilə əlaqə saxlaya bilərsiniz. Tel: 1117, 012 599 1117, 050 299 1117, 050 657 8482.
Salam həkim. Mənim 17yaşım var mende funksional kista əmələ gəlib müalicə elətdirirəm soğan suyuda içirəm sizcə kistama xeyiri olar? Xahiş edirem cavablandırardınız.