Тёмный

Zəlimxan Yaqub - Mən zamanı zamanında yaşadım 

biraddimla YOL
Подписаться 4 тыс.
Просмотров 345
50% 1

Şeir: Zəlimxan Yaqub - Mən zamanı zamanında yaşadım
Səsləndirmə: Zəlimxan Yaqub
Biraddımla'ya RU-vidda abunə olmaq: bit.ly/3gsJpm1
Biraddımla'nın sosial şəbəkə ünvanları:
Instagram: bit.ly/3gsKkms
Facebook: bit.ly/3GoODKl
TikTok: bit.ly/3r3sAHt
Telegram: bit.ly/3unQMn8
E-poçt: biraddimlayol@gmail.com
ZƏLİMXAN YAQUB - MƏN ZAMANI ZAMANINDA YAŞADIM
Mənim ömrüm təbiətin ömrüdü,
Damlasında, ümmanında yaşadım.
Zirvələrin çiskinində, çənində,
Yağışında, dumanında yaşadım.
Sular kimi hey töküldüm çarxa mən,
Boş gəlmədim otuza mən, qırxa mən.
Əlli yaşda oldum elə arxa mən,
Ümidində, gümanında yaşadım.
Dərd ürəkdə, əsrin yükü çiyində,
Ağrı başda, qasırğalar beyində.
Aha döndüm ürəklərin heyində,
Kədər oldum, kamanında yaşadım.
Ürəyində buz yaşamaq - faciə,
Yarasında duz yaşamaq - faciə,
Çox yaşamaq, az yaşamaq - faciə,
Mən zamanı zamanında yaşadım.
Zəlimxan Yaqub:
"Gənclik çətin mübarizə dövrüdür. Gərək o mübarizədən yaxşı keçəsən. Mənim çətin günlərim həddindən artıq çox olub. Bu gün - 64 yaşımda səhhətimdə yaranan problemlər həmin çətinliklərlə bağlıdır. Amma heç vaxt nə övladlarımın, nə də həyat yoldaşımın yanında qürurumu sındırmamışam.
Universitetin Kitabxanaçılıq fakültəsini bitirəndən sonra məni Gəncəyə göndərirdilər, getmədim. Çünki Bakıda çox böyük arzularım vardı. Bir neçə il işsiz qalandan sonra çox çətinliklə kitab pasajında işə düzəldim. Oturub fikirləşirdim ki, ay Allah, mənim axırım necə olacaq, bir yaxşı iş olsaydı, burdan canımı qurtarardım. Amma bu kitab satmaq mənim həyatımı dəyişdi. Oldum Azərbaycan şairlərinin, dahilərinin dostu. Kitab pasajında tez-tez görüşlər keçirirdim. Deyirdim, Allah, görəsən, mənim də kitabım bu kitabların içində olacaqmı? Gün gəldi, ondan da artıq, ondan da yaxşı oldu. O pasaja çox minnətdaram.
Mən vaxtikən Osman Sarıvəllinin, Hüseyn Arifin əlindən öpmüşəm. Əlini öpdüyüm, hörmətini gətirdiyim qiymətli ağsaqqallar çox olub. Onlar böyük kişi olublar. Əl öpməyi yaltaqlıq bilən adam bədbəxtdir. Xalqın adət-ənənəsi niyə yaltaqlıq olsun?! Sənə qədir-qiymət verən adamların başını uca eləməlisən. Onun biri də əl öpmək ənənəsidir ki, dünən də olub, bu gün də var, sabah da olacaq. Məsələn Borçalıda əl öpmək ənənəsi hələ də yaşayır. Ağsaqqalların, böyüklərin əlindən öpmək cavana şərəf gətirər. Bu niyə yaltaqlıq olsun ki?
Peyğəmbər 63 yaşında dünyadan getdi, amma işini görüb getdi. Allahın insana verdiyi ömür nə qədərdirsə, o ömrü Allahın və insanların yolunda xərcləməlidir. Mən də ömrümü Allahın və insanların yolunda xərcləmişəm, öləndə bu dünyadan rahat gedəcəyəm. Bilirsən, xoşbəxt adam odur ki, axşam yatır, səhər durmur. Ağrı it əzabıdır, Allah heç kəsə qismət eləməsin!
Zəlimxan Yaqub 9 yanvar 2016-cı ildə vəfat etmişdir."
#zəlimxanyaqub #zelimxanyaqub #mənzamanızamanındayaşadım #zəlimxanyaqubşeirleri #şeir #şair #poeziya #ədəbiyyat #musiqi #yazar #yazıçı #kitab #biraddimla #biraddimlayol

Опубликовано:

 

30 сен 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 1   
@yasarabdullayev5236
@yasarabdullayev5236 10 месяцев назад
Allah sənə rəhmət etsin dahi şair
Далее
Zelimxan Yaqub - Secme Seirler | Yeni
13:05
Просмотров 1,6 млн
Редакция. News: 136-я неделя
45:09
Просмотров 1,5 млн
Почему?
00:22
Просмотров 426 тыс.
Sevgi şeirləri(#1) - Ramiz Rövşən
30:19
Просмотров 35 тыс.
Zəlimxan Yaqub
13:25
Просмотров 71 тыс.
MANPASI MIRT COLLECTION 2013/2014 #1
10:04
Просмотров 403 тыс.
Hacıbaba Huseynov haqqında bir xatire
7:21
Просмотров 243 тыс.
Mehelle 1 - Planet Parni iz Baku ( KVN 2000)
23:26
Просмотров 2,8 млн
Zelimxan Yaqub yigma seirler 2019 yeni
13:50
Просмотров 1,8 млн
Zəlimxan Yaqub-Mən ürəyi ürək kimi saxlamadım
2:11
"...Ölümə hazırlaşıram" - Zəlimxan Yaqub
6:32
Просмотров 301 тыс.
Редакция. News: 136-я неделя
45:09
Просмотров 1,5 млн