Тёмный

Zəlimxan Yaqub "Səni sevmək üçün gəldim dünyaya..." Emin Turan İmamoğlu 

𝑬𝒎𝒊𝒏 𝑻𝒖𝒓𝒂𝒏 𝒊𝒎𝒂𝒎𝒐𝒈𝒍𝒖
Просмотров 3,7 тыс.
50% 1

Çöldə çiçək oldum, çəməndə naxış,
Şimşəkdə od oldum, buludda yağış.
Sirli bir göz gördüm, nurlu bir baxış,
Çevrildim çeşməyə, qarışdım çaya,
Səni sevmək üçün gəldim dünyaya.
Mən min il əvvəl də gələ bilərdim,
Min ildən sonra da ölə bilərdim.
Zamanı başqa cür hesablayardım,
Vaxtı başqa cürə bölə bilərdim.
Düşüb sən doğulan həftəyə, aya,
Səni sevmək üçün gəldim dünyaya.
Səsini eşitdim, səsdən səs aldım,
Şaqraq gülüşündən güc, həvəs aldım.
Sən nəfəsim oldun, mən nəfəs aldım,
Muştuluq verdilər Günəşə, Aya,
Səni sevmək üçün gəldim dünyaya.
Neçə dinsizləri dinə gətirdim,
Qorudum, sünbülü dənə gətirdim.
Könlümdə nə varsa, sənə gətirdim,
Mənim yollarımı kəsə bilmədi
Nə sərhəd, nə dəmir, nə daş, nə qaya,
Səni sevmək üçün gəldim dünyaya.
Məcnun da, Kərəm də, Fərhad da mənəm,
Məcnuna, Fərhada qanad da mənəm.
Ölüm də, sevgi də, həyat da mənəm,
Şükür Yaradanın verdiyi paya,
Səni sevmək üçün gəldim dünyaya...

Видеоклипы

Опубликовано:

 

28 фев 2020

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 8   
@snanliyev5147
@snanliyev5147 2 года назад
Çox gözəl ❤️
@iradaabdulla9052
@iradaabdulla9052 4 года назад
@gulnareheshimova1462
@gulnareheshimova1462 4 года назад
Harda qalmısız,səhərdəm şeir gözləyirəm axı🥺
@fuadkerimbeyli1650
@fuadkerimbeyli1650 4 года назад
Gozeldi bey,her sheire yeni nefes verirsiz ehsen!👍
@agaslimrzayev7556
@agaslimrzayev7556 4 года назад
Maşallah əla.Yeni şerlər gözləmək ümüdü ilə...💐
@sabireshahveledova8405
@sabireshahveledova8405 4 года назад
Allah qorusun səni !!!!!Gözəl ifadır!!!!!👍❤❤❤❤❤❤🙏
@AliBayramli-or6qr
@AliBayramli-or6qr 4 года назад
Səni sevmək üçün gəldim dünyaya keşke heç gəlməsəydim heç sevməsəydim
@vusaleyadigarli5701
@vusaleyadigarli5701 4 года назад
Sevdiyim sheirdi❤
Далее
Zelimxan Yaqub - Secme Seirler Yeni
13:19
Просмотров 1,6 млн
В GEOMETRY DASH СДЕЛАЛИ GTA
00:27
Просмотров 524 тыс.
Qəfil Zəng - Mehirban Zəki (Ramiz Rövşən)
2:23
PRIMADONNA ILHAME QULIYEVA (Elcin Hemidov)
19:45
Просмотров 57 тыс.
Səni sevmək üçün gəldim dünyaya 💞
2:00
Просмотров 12 тыс.
Miyagi & Эндшпиль - RudeBoys (Official Audio)
3:16
KIZARU - OBUZA
2:25
Просмотров 250 тыс.
можно
1:55
Просмотров 297 тыс.
Be Mine
3:28
Просмотров 1,2 млн