Тёмный

ZƏRİFƏ ƏLİYEVA ADINA LİSEYİN 10 ŞAGİRDİ QIZIL VƏ GÜMÜŞ MEDALA LAYİQ GÖRÜLÜB 

CBC FM Azerbaijan
Подписаться 27 тыс.
Просмотров 2,6 тыс.
50% 1

Tərlan və Xaqan 2017-2018-ci tədris ili üzrə ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunlar sırasında fərqlənməyi bacarıblar. Zərifə Əliyeva adına liseyi bitirən 183 məzun sırasında nəinki qəbul imtahanlarda topladıqlarını yüksək balla seçiliblər, həm də medal alan 10 şagir siyahısına düşüblər. Amma onları birləşdirən məqamlar bununla bitmir. Hər iki abituriyent 4-cü ixtisas qrupunu seçib və həkim olmaq istəyirlər.Hazırda gözləmə mərhələsində olan şagirdlər Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanlarında 600-dən çox bal toplayıb. Hər ikisi məşğul olmaq istədiyi sahəni özü seçib. Qızıl medala layiq görülən Tərlan Alşanlının ən böyük amalı isə təhsilini Almaniyada davam etdirməkdir. Bir çox yerli və beynəlxalq fənn olimpiadalarının medalçısı Tərlan bütün kriteriyaları ödədiyindən qızıl medal alacağına inanırmış.
9-cu sinifdən Zərifə Əliyeva adına liseydə təhsil alan Tərlan sosial fəal şagird kimi də yadda qalıb. Müxtəlif istiqamətlər üzrə treninqlərdə, dinləmələrdə, eyni zamanda liderlik qabiliyyətinin inkişafı ilə bağlı maraqlı tədbirlərdə iştirak edib. Deyir ki, buna şərait yaradan məktəblərə, müəllimlərə bir ömür boyu minnətdar olacaq. Xarici dilləri öyrənməyə meylli olan qızıl medalçı uzaq planlar qurmağa tələsmir. Amma əmin olduğu bir şey var, bu medal həm də işi, vətəni, ilk növbədə isə özü qarşısında məsuliyyətidir...
16 yaşlı Xaqan Məmmədlinin da liseydə ən sevdiyi fənnlər kimya və biologiya olub. Bu il kimya üzrə keçirilən respublika fənn olimpiadasında gümüş medala sahib çıxan Xaqan ölkə xaricində də olimpiadalarda fərqlənməyi bacarıb. Bu il Xaqanın qardaşı da məktəbi bitirib və hər ikisi taleyini həkimlik peşəsi ilə bağlamağa hazırlaşır. Qəbul imtahanlarında 653 bal toplayan Xaqan Azərbaycan Tibb Universitetinə daxil olmaq istəyir. Qızıl medala doğru gedən yola gəldikdə isə...
Xaqanı tibb sahəsində uzunmüddətli təhsil qətiyyən qorxutmur. Mükəmməl təhsil aldıqdan sonra praktik həkim kimi işləyəcəyi günlərin xəyalını indidən qurur.
Qeyd edək ki, Təhsil naziri Ceyhun Bayramov “Ümumi təhsil müəssisələrinin məzunlarının qızıl və gümüş medalla təltifi haqqında” əmr imzalayıb. bu il təhsil müəssisələrini bitirən məzunlardan 112-si qızıl, 67-si isə gümüş medalla təltif olunub. Zərifə Əliyeva adına litseyin 10 şagirdi medala layiq görülüb ki, onların 7-si qızıl, 3-ü gümüşdür.

Опубликовано:

 

31 июл 2019

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии    
Далее
КУШАТЬ ХОЧЕШЬ? #дистори
00:15
Просмотров 178 тыс.