Allah size can sagligi versin Zelimxan bey sizi kimi sexsiyyet esrde birdefe dunyaya gele ya gelmeye ne xos bizlere ki sizi kimi senetkarin dovrunde yasayiriq
Qışda doğulmağım bəs edər mənə, Məni öldürəndə yaz öldür, Allah! Bilim hansı gündü gedəcəyim gün, Ölüm tariximi yaz öldür, Allah! Qoy yatım, yuxudan qaldırma məni, Əcəlin cəngindən saldırma məni, Zarıya-zarıya öldürmə məni, Öldürə bilirsən, saz öldür, Allah! Acı gülüşlərin ürəyimdə xal, Dodağım qıfıllı, baxışlarım lal. Alırsan canımı birdəfəlik al, Bu qədər ağrıyla az öldür, Allah!