Тёмный

Zeynəblə oxumadı, yoldaşı ilə 55 il nikahsız yaşadı, qızının dəfninə getmədi - İslam Rzayev 

Kulisaz
Подписаться 21 тыс.
Просмотров 365 тыс.
50% 1

Bu gün Xalq artisti, xanəndə İslam Rzayevin anım günüdür. Kulis.az bu münasibətlə onun haqqında maraqlı faktları təqdim edir.
İslam Tapdıq oğlu Rzayev 11 noyabr 1934-cü ildə Füzuli rayonunun Sərdarlı kəndində dünyaya gəlib. Ailədə iki bacı, bir qardaş olublar. Onların atası II Dünya müharibəsinə yollanır və geri qayıtmır. Anası Nabat xanım üç uşağı tək böyütmək məcburiyyətində qalır.
***
İslam Rzayev xatirələrində deyir ki, sonralar qastrola getdiyi ölkələrdə geri qayıtmayan atasını axtarırmış.
İslam Rzayev peşəkar musiqi təhsilini Bakıda Asəf Zeynallı adına Azərbaycan Dövlət Musiqi Texnikumunda Seyid Şuşinskinin sinfində muğam dəstgahlarını öyrənərək alır. O, həmçinin Zülfü Adıgözəlovdan və Həqiqət Rzayevadan muğam dərsləri alaraq sənətini təkmilləşdirir. 1976-cı ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirir.
***
O, xarici ölkələrdə konsert verən ilk müğənnilərimizdən biri olub. İslam Rzayev pedaqoji fəaliyyətlə də məşğul olub. 120-dən çox ifaçı yetişdirib.
Xanəndənin gözəl səsi olsa da, heç vaxt opera sahəsində çalışmayıb. O, özü bu haqda xatirələrində deyirdi: “Ope­ra­nı o vaxt heç kim sev­mir­di, in­di se­vir­lər. Ona gö­rə im­ti­na et­miş­dim ki, mən ope­ra oxu­ya­n ol­ma­yım. Çün­ki, mən açıq de­yi­rəm, ge­dib ope­ra­da oxu­yan­lar, 2-3 il­dən son­ra dəb­dən dü­şür­dü­lər. Ca­ma­a­tın on­la­rı gö­rən gö­zü ol­mur­du. Bu fik­rə gö­rə mən ope­ra­ya so­list get­mə­dim. Mə­ni ça­ğır­mış­dı­lar ki, gəl Zey­nəb­lə bir yer­də - Məc­nu­nu oy­na. Yə­ni, "siz­dən bir az pul qa­za­naq". Hə­mi­şə gənc oxu­yan­la­ra eh­ti­yac çox olur. O mə­na­da mə­ni Zey­nəb­lə oxu­ma­ğa də­vət et­miş­di­lər. Mən get­mə­dim, im­ti­na elə­dim”.
***
Se­yid Şu­şinski­dən 17 də­nə mu­ğam dəstga­hı öy­rənən xanəndə Mə­də­niy­yət və İn­cə­sə­nət Uni­ver­si­te­ti üçün proq­ram yazır. Ha­zır­da hə­min uni­ver­si­te­tin mu­ğam ka­fed­ra­sı onun proq­ra­mı əsa­sın­da dərs de­yir. Hə­min proq­ra­ma gö­rə İslam Rzayeva pro­fes­sor adı verilib. Bu proq­ram­da 17 mu­ğa­mın adı, his­sə­lə­ri və gu­şə­lə­ri ve­ri­lib.
İslam Rzayev 1989-cu ildə İpək Yo­lu qastro­luna yola düşür. Ya­po­ni­ya­da onu çox yük­sək sə­viy­yə­də qar­şı­la­yır­lar. O, tərcüməçidən soruşur ki, insanlar mənim dilimi bilmir, mən isə Əliağa Vahidin qəzəllərində oxuyuram on­lar mə­ni ni­yə be­lə qar­şı­la­yır­lar? Qız bil­dirir ki, sa­bah səh­nə­də oxu­yar­kən dön ar­xa­ya bax. Son­ra çı­xan­da ca­vab ve­rə­rəm. Sə­hə­ri gün xanəndə səh­nə­də oxu­du­ğu zaman çevrilib arxaya baxır. Səh­nə­nin ar­xa­sın­da 4-5 metr uzun­lu­ğun­da, 2 metr enin­də hü­ma­yun ağı sa­lındığını görür. Onun oxu­du­ğu qə­zə­lin, mah­nı­nın tər­cü­mə­sini ya­pon di­lin­də işıq­la hə­min o ağın üstünə proyektorla verirlərmiş.
***
İslam Rzayev 1970-ci illərdə Leyla adlı xanımla ailə qurur. Onun bu evlilikdən Pərvanə adlı qızı dünyaya gəlir. Lakin, bu evlilik uğurlu olunmur. Xanəndə həyat yoldaşından ayrılır. Başqa qadınla yaşamağa başlayır. Qızı üç yaşında olarkən dünyasını dəyişir. İslam qızının dəfninə getmir.
Daha sonra Tamara adlı xanımla ailə qurur. Lakin, xanımın ailəsi bu evliliyə qarşı olur. Ona görə də onlar ömürlərinin sonuna kimi 55 il nikahsız yaşayıblar. Onların heç bir zaman övladı olmur. İslam Rzayev Tamara xanımın əvvəlki həyat yoldaşından olan uşaqlarına atalıq edir. Onları öz balası kimi böyüdür. Uşaqlar da ona ata deyirdilər.
***
Sənət aləmində də hamı Tamara xanımla onu ər-arvad bilir, bütün məclislərə qoşa gedirlər. İslam ağır xəstə yatdığı vaxtlarda Tamara xanım onun yanından ayrılmayıb.
***
İyirmi ilə yaxın Muğam teatrının rəhbəri olan İslam Rzayev əsasən kasıb, imkanı olmayan ailələrin səsi yaxşı olan uşaqlarını irəli çəkir, onların səhnəyə çıxmasında rol oynayır.
Onun bacısının həyat yoldaşı erkən dünyasını dəyişir. Müğənni bacısının 6 uşağını öz himayəsinə götürərək onlara atalıq edir.
***
Ömrünün son illərində İslam Rzayev şəkər xəstəliyindən əziyyət çəkir, insult keçirir. Xanəndə 26 yanvar 2008-ci ildə Bakı şəhərində vəfat edir.

Опубликовано:

 

5 май 2021

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 394   
@rehimexanmabdurehimova8584
@rehimexanmabdurehimova8584 3 года назад
Zeynəb xanım dövrünün ən yaxşı oxuyanı olub gözəl sənətkar idi
@mi8831
@mi8831 3 года назад
Məhəmmədrza Mahmudov İslam müəllim balasını çox sevirdi və bir çox müğənnilərlə balasinin yaşında iştirak edib və üç yaşlı uşağına ehsan da verib. İslam müəllimə rehmetlik hər mənada düşür. Orada yazılan məlumatların bir qismi düzgün yazılmayıb. Lənət olsun həyatda merdimazar adamlara. Başqasının ailesini dağıdanlara.
@hafizagayev2952
@hafizagayev2952 3 года назад
72 yaşinda vəfat edib. Birinci xanimla 36 yaşinda evlənib. İkinci xanimla necə 55 il yaşaya bilər? Savadiniza sal..m
@user-ml6yu2gr4f
@user-ml6yu2gr4f 3 месяца назад
Yəqın ki ikinci xanım erməni olub _Tamara .ermənılər pullu ,adlı sanlı ogullarımızı yaxş ələ keçirirdilər,stola 1şüşə konyak qoymaqla
@ecinzamanov1893
@ecinzamanov1893 3 года назад
Allah rəhmət eləsin gözəl sənətkarımıza ! İslam Rzayevin səsi özünəməxsus idi ! 100 səsin içərisindən seçmək olardı !
@nurcahan6353
@nurcahan6353 2 года назад
Həmdə düzgün ifa edirdi, - Suların üzündə, Sona tək süzərlər, Sənə and verirəm, tez gələsən, məni düşünsən..,.
@aylamirzeyeva2205
@aylamirzeyeva2205 3 года назад
Islam Rzayevin benzersiz ve gozel sesi var idi. Allah ona rehmet elesin.
@user-uv1ey3km3o
@user-uv1ey3km3o 3 года назад
оз ушагы олур гетмир Йегин салыгында марагланмайыб арвад да дейиб хеч оленде де гелме Амма башга кишиден олан ушаглара аталыг ет Демейе соз йох
@sevdabalayeva5313
@sevdabalayeva5313 3 года назад
Öz qanından olan uşaga atalıg eləməyib dəfninə belə getməyib başqasının uşaglarına cörək verin o vaxt da belə kişilər olub söz tapmıram
@samiresafarova9608
@samiresafarova9608 3 года назад
Demek ki,tarixen bizim kisiler xristian qadinlara corek veribler..(nenem deyerdi her zaman)
@poladfndi8242
@poladfndi8242 3 года назад
@@samiresafarova9608 tarixən güya bu kişilər çox ağıllı olubki, ramiz mehtiyev 50- il ermıniyə və ermıni evladlarlna bu millətin çörəyini verib, neçə-neçə belləri çox olub bacım...
@faranamamedova7245
@faranamamedova7245 3 года назад
@@samiresafarova9608 ele indi de ermeni besleyen kişiler var😊
@sosuabbasov3545
@sosuabbasov3545 3 года назад
Ne bilim Allah bu kişilere ağıl versin oz balasina cesedine atalig elemiyen basqasinnan olan usaga atalig eliyir bu yaxsi emeldi amma ovlada qarsi son vezifesini yerine yetirmwliydi
@raziilham5597
@raziilham5597 3 года назад
@@sosuabbasov3545 ay Sosu bəs qadınlar uşağın bələydə zibilliyə atanda ağıllı olur? Siz Rızayevi tanıyırsız onun haqqında belə yazırsız?
@ziyadesgerov2972
@ziyadesgerov2972 3 года назад
Bu dəqiq məlumatdı qızının dəfninə getmir bu məlumatı hardan toplamısan bucürə sənətkar olasan öz övladına yox başqasına Atalıq edəsən bu hərəkəti hec xoşuma gəlmədi.
@mnsumrzayeva4704
@mnsumrzayeva4704 3 года назад
Böyük senetkarımız İslam Rzayeva allah rehmet etsin mekani cənnət olsun İslam müəllim gözel insan gözel müəllim olub Qızı rehmet gedəndə o hansısa xarici ölkədə qastrol səfərində olub Qızının ölumunu biləndə səfərini təxirə salıb ve geri qayıdıb Evvelər indiki vaxt kimi deyildi ki mənzil başına tez catasan qayıdandan sonra hüzürde iştirakda edib qızının ölümü İslam müəllim cox pis təsir edib Xanımı Leyla xanımıda bütün Serderlilər xatirini cox istəyiblər cox xanım xatın bir qadin olub savadlı bir xanım olub Hemişə bizim ailədədə Leyla xanım haqda xoş sözlər danışılırdı allah Leyla xanımada rehmet etsin məkanı cənnət olsun İslam müəllimin qohum eqrabasi ve kəndciləri onun xanımı kimi Leyla xanımı qebul edirdilər ve onu cox istəyirdilər Xahiş edirem nalayiq sözlər yazmayin Serderli kəndinin insanları zəhmətkeş savadlı qeyrətli cox qonaqpərvər olurlar kimin qarşısında pis bir Füzuli cıxıbsa butun Füzuliləri eyniləsdirmeyek her yerin yaxsisida var piside var qaldı ki Xatirə xanıma o İslam müəllimin sevimli tələbəsi olub Xatirə xanım İslam müəllimin adını özünə ləqəb götürübdü Yazanda bir az fikirləşib yazaq zehmet olmasa reytinq xatirine ne geldi olmuyan şeylər yazmayaq İslam müəllim əsl Azerbaycanlı kişisine məxsus qeyrətli bir insan olub Xatirə xanımda onun nevesi yaşındadı
@ferqanenecefova2032
@ferqanenecefova2032 3 года назад
Məlumatınız üçün təşıkkür. Bunlara baxış sayı lazımdı deyə araşdırmadan yazırlar, sizin rəyi oxuyub belə qənaətə gəldim
@quluyevatunzale629
@quluyevatunzale629 3 года назад
Bir insan balasına atalıq ertmirsə o yaxşı insan ola bilməz.Amma sənətkar ola bilər.
@sevashiraliyeva9135
@sevashiraliyeva9135 3 года назад
Ne qederde duz👍
@mamedbalabekov8334
@mamedbalabekov8334 3 года назад
İnsan olmayan bir adamın sənətkar olmağı nifrət doğurur
@user-xq6fi7dm2g
@user-xq6fi7dm2g 3 года назад
Правилно умница
@chimnaztalibova4543
@chimnaztalibova4543 3 года назад
100 faiz doğrudur👍👍👍
@raziilham5597
@raziilham5597 3 года назад
İslam xaricdə qasdurolda olub gəlib , Kğndə qayıdıb uşağının yasını verib, Bəsdirun tanıyanda yazır tanımıyanda Nə isdiyirsiz deyin dəqiq məlumatı deyim necə olub
@ranababanli4535
@ranababanli4535 3 года назад
ILK HEYAT YOLDAWI LEYLA xanim Gozel qadin,ala gozlu bir xanim.
@sevdiyarisrayilov1690
@sevdiyarisrayilov1690 3 года назад
Allah Rəhmət Eləsin Böyük Sənətkara Ruhun Şad Olsun
@rasimamammadova9904
@rasimamammadova9904 3 года назад
ALLAH RƏHMƏT ELƏSİN.
@xuramanhuseynova6520
@xuramanhuseynova6520 3 года назад
Ruhu şad məkanı cənnət olsun ""
@arzuarzu4067
@arzuarzu4067 3 года назад
Azerbaycan musiqisinde,incesenetinde qizil fond ses-İslam Rzayev.fovqelade ğozel barxatni ses.ilahi ses.milyon sesin icinden taninan tanri sesi.onun bemi,zili,etdiyi milizmler,xirdaliqlar, qirtlaq,bogazlar möhteşem...mekani cennet olsun boyük senetkarin.şexsi heyati senetkarligina zerre qeder de kölğe salamaz.aile de bir şans meselesi..qinamaq bize düşmez.
@vuqartahirov9211
@vuqartahirov9211 3 года назад
Həqiqətəndə bilmək olmurki kimin başına nə gələcək həyatında insanlar kiminsə dediyinə əsaslanaraq yaxından tanımadıqları görmədikləri insan haqqında elə rahat danışırlarkı adam dəhşətə gəlir düşünürəmki sənətiylə insanlığı üst üstə düşən sənətkarın həyatının bu cür olmasının səbəbkarı elə o xanım olub onu çox incidib əzab verib oda evladındanda imtina edib hərkəsi qınayıb ittiham eləmən olar ancaq onun yaşadığı həyatı heçkim yaşamadan nə haxla onu ittiham edə bilər bu hərkəsin taleyinə yazılan və silinməz yazıdı.
@askashemiyev2103
@askashemiyev2103 3 года назад
duzgun melumat deyil bu😔
@arzuarzu4067
@arzuarzu4067 3 года назад
@@vuqartahirov9211 beli.raziyam sizinle.tanimadan,bilmeden nese söylemek olmaz.
@arzuarzu4067
@arzuarzu4067 3 года назад
@@askashemiyev2103 üzülmeyin,lutfen.İslam Rzayev Azerbaycan muğaminda-incesenetinde öz adini qizil herflerle hekk etdirmiş nehenğ senetkar.onun şexsi aile heyatina hec kimin haqqi yox müdaxile etmeye.
@askashemiyev2103
@askashemiyev2103 3 года назад
🙏beliii
@ranamaniyeva4198
@ranamaniyeva4198 3 года назад
Allah rehmet elesin🙏 Əvəz olunmaz sese malik senetkar🙏Sesini 100 sesin içinden seçmek olar👌👍Onun bir qizi da mənimle bir sinifdə oxuyurdu, 189 nòmreli məktəbdə, qiz 1956 ci ilden idi , Afaq Rzayeva, ki baci idiler😍
@azerbaycan6626
@azerbaycan6626 3 года назад
Bes yaxşı bu ikinci arvadını zaks kesdirmeyib öz soyadına keçirməyib , onda necə Afaq Rzayeva olur
@ranamaniyeva4198
@ranamaniyeva4198 3 года назад
@@azerbaycan6626 o birinci arvadidir,qizinin65 yawi var indi
@ranamaniyeva4198
@ranamaniyeva4198 3 года назад
21yawinda evlenib
@hafizemuradova3656
@hafizemuradova3656 3 года назад
Onun tesnifleri bir ayri alem idi
@ruqayyaalizade7622
@ruqayyaalizade7622 3 года назад
Hec bilmir nə danışır. Birinci evliliyi 1970 ci il 36 yaşında olub. Sora boşanıb.İkinci evlilik nece 55 il ola bilər. Özü ise 74 iı yaşayıb. Agızlarına nə gelir onuda danışırlar
@emiliyarasulova2776
@emiliyarasulova2776 3 года назад
Bundan elavede, 0: 14 cu saniyede mewhur mugenni ANATOLLU QENIYEVIN weklini qoyub deyir Islam Rzayevin ATASIDIR !!!! BU DERECEDE SAVADSIZLIQ OLAR??? HER IKI AILENIN HUQUQLARI TAPDALANIR !
@cemileletifova7094
@cemileletifova7094 3 года назад
məntiqsiz yalan sözlərdir hamisi
@muxtarovayegane9753
@muxtarovayegane9753 3 года назад
@@emiliyarasulova2776 men də deyirəm necə oxşuyur Anatollu Qəniyevə🤭🤔
@emiliyarasulova2776
@emiliyarasulova2776 3 года назад
@@muxtarovayegane9753 Anatollu Qeniyevdi !
@muxtarovayegane9753
@muxtarovayegane9753 3 года назад
@@emiliyarasulova2776 hə o imiş)
@almzrcbiyeva4572
@almzrcbiyeva4572 3 года назад
Allah rəhmət eləsin. Gözəl insan ğözəl sənətkar idi. Məkanə cənnət olsun. Amin.
@aslanovaleyla6006
@aslanovaleyla6006 3 года назад
Gozel insan,gozel muqanni.Allax rahmat elesin
@user-kb7hw1hb9m
@user-kb7hw1hb9m 3 года назад
Allax rexmet eylesin,,,, 1970 ilde birinci defe evlenib,,, 2008 ci ilde dunyasini deyshib,,, nece oldu 55 il bir yerde yashadilar???bir tekst yazanda, yaniniza kalkulyator qoyun, hesablamani duz aparin,,,
@hdjehhrjrj6295
@hdjehhrjrj6295 3 года назад
😁
@user-dh2gy2zt5i
@user-dh2gy2zt5i 3 года назад
Riyaziyatcidi bu aparici😂
@tomristuran2345
@tomristuran2345 3 года назад
🤣🤣🤣
@elnarememmedova5512
@elnarememmedova5512 3 года назад
Gözəl sənətkar olub o öz yerində. Amma doğma evladını atan ata başqasının evladına necə atalıq eliyə bilər?
@cemileletifova7094
@cemileletifova7094 3 года назад
yalan danisir xanim kanal reytinq yiğir özu ucun
@_-Minori-_
@_-Minori-_ 3 года назад
Cox vaxt,kiwi gadinnan irgenende o gadinnan olan ovladida istemirler,acinacaglidir,ama faktdir.Bilmek olmaz aralarinda ne olubsa,bele edib.
@elnarememmedova5512
@elnarememmedova5512 3 года назад
@@_-Minori-_ hər nə olur olsun övlada qarşı biganəlik olmamalıdı. Övlad heç nəyə bənzəmir
@_-Minori-_
@_-Minori-_ 3 года назад
@@elnarememmedova5512 men yoldawimla ayrildim gizimin 6 yawi variydi,indi 22 yawi var.18 ilde bir defede hec zeng vurub ad gununu tebrik edmeyib,12 yawina kimi atasini istedi,sonra condu,adinida ewidmek istemir,deyir atamda sensen anamda.Cox pis ayrildig dava dalaw,hec evlenmeyibde menden sonra,ama ovladinida istemir.Gizim Beynlaxalg elagelerde oxuyur ,atasida orani bitirib,bilirem ki icimde onun acigina bu fakulteni secdi,bitirib in wa Allah bir vezife sahibi olacag,onda fikrlrwirem ki belke uze cixar,ama lazim olacag mi gizima bu boyuk sualdir
@elnarememmedova5512
@elnarememmedova5512 3 года назад
@@_-Minori-_ mən də yoldaşımnan 2 uşaqla ayrılmışam. Qızım ailəlidi 1 övladı var oğlum hərbiçidi sybaydı.qızımın 2 yaşı vardı oğlum 6 aylıq idi biz ayrılanda. Tək böyütdüm uşaqları. Yoldaşım mənnən maraqlanırdı uşaqlarnan yox.Mənə çatmırdıki o necə atadı uşağını istəmir amma mənimlə maraqlanır. Kişilərin bəziləri soyuq olur. Allah elə soyuqqanlı atalardan qorusun övladları. Allah sizin balanızı da gözü dolusu versin sizə
@user-bg1kl4ds5k
@user-bg1kl4ds5k 3 года назад
Алаh раhмат еласин
@mehemmedhesenov8764
@mehemmedhesenov8764 3 года назад
Sənətkar kimi dahi olub, amma şəxsiyyət kimi heç nə !
@rahimabdullayev2183
@rahimabdullayev2183 3 года назад
Qebri nurla dolsun!..
@yavribrahimov3007
@yavribrahimov3007 3 года назад
Allah rəhmət eləsin məkanı cənnət olsun Gözəl sənətkar idi
@mirislamcavadovv298
@mirislamcavadovv298 3 года назад
Allah rəhmət eləsin Amin
@elsnquliyev8366
@elsnquliyev8366 3 года назад
Allah rəhmət eləsin . Gözəl müğənni idi .
@sanane6329
@sanane6329 3 года назад
MAŞALLAH.ÖZ.ÖVLSDI.ÖLENDE.GETMİR.NİKAHSIZ.YAŞADIGI.ARVADIN.UŞAGLARINA.BAXIR bu.kişilerin.agıllı.olanı.eşitmədim.
@enomayspartakovic7939
@enomayspartakovic7939 3 года назад
Ağıllı kişi mən. Nə eşitmək istəyirsənsə, soruş, mən də cavab verim.
@sanane6329
@sanane6329 3 года назад
@@enomayspartakovic7939 ümumiyyetle.mən.görmədim.bəlkədə.100dən.biri..kadın.heç.zaman.ərini.aldatmıramma.kişi.kadına.xəyanət.edir.
@cemileletifova7094
@cemileletifova7094 3 года назад
yalandi o sohbet
@enomayspartakovic7939
@enomayspartakovic7939 3 года назад
@@sanane6329, bilirəm ki, indi yazdıqlarım xoşuna gəlməyə bilər. Amma çalışacam ki, aydınlıq gətirim. Qadının xəyanəti bağışlanmaz. Kişinin gəzməyi xəyanət sayılmaz. Hətta din belə kişiyə 4 qadına qədər icazə verir. Kəbinlə ya kəbinsiz, qadın üçün heç fərq etməz. O kəbin dinə görədir. Bir ətrafa nəzər sal: 20 toyuğun içinə 1 xoruz buraxırlar. 10 qoyunun içinə 1 dənə qoç. 6-7 dənə dişi aslanın içində 1 dənə erkək aslan olur. Təbiət belə qurulub. Yalnız itlərdə və donuzlarda, bir dişini 5-6 erkək minə bilər(üzr istəyirəm). Öz yoldaşıma da belə şeyləri başa salmaq istədim, alınmadı. Boşandı, getdi Allaha Şükür.
@arzuarzu4067
@arzuarzu4067 3 года назад
@@enomayspartakovic7939 cox qüsurlu müqayise edirsiniz.ali varliq insanla-kişi ile heyvanlar arasinda.meneviyyat,exlaq,sedaqet,etibar,vefa deyilen anlayişlar var.bunlar heyvanlarla insani ferqlendiren şeyler.capqin kışiler de yüngül qadinlar kimi sevilmez.exlaqi ğozellik her 2 cinse şamil edilir,mence.👌
@sehlailyasova3957
@sehlailyasova3957 3 года назад
dogurdan da çox gözel sese malik idi . allah ona rehmet eyleye .
@ajdjdnsnsn493
@ajdjdnsnsn493 3 года назад
Oz uwaqina yiye durmur, defnine getmir ozge kiwiden olan uwaqlara yiye durur
@sevdayahyayeva8409
@sevdayahyayeva8409 3 года назад
Hele kiwler coxdur ozge uwaql saxlaylb oz uwaqna baxmayan kiwiler doldu birde haram qadlnlarln uwaqdan oteri kiwler elden gedir hallal arvadan olanar qaplarda boyur
@user-yh8db9tk9x
@user-yh8db9tk9x 3 года назад
Gorursuz Allah cezalandirib soradanda uwagi olmuyub cunki birinciyi isdemiyib Allah boyuk Allah
@user-qy2fy7ey7q
@user-qy2fy7ey7q 3 года назад
Allah rehmet elesin
@sevallahverdiyeva393
@sevallahverdiyeva393 3 года назад
Uşağının dəfninə getməmiş ataya yaraşan hərəkət deyil
@raziilham5597
@raziilham5597 3 года назад
Yalan sözdü
@kamomilikamomili8795
@kamomilikamomili8795 3 года назад
Oralarda qesenq,qesenq cezalanar.Kisiler oyledir,teze astafka tapanda qezel ailesi ve evladlari yaddan cixir.
@kkksss9967
@kkksss9967 3 года назад
Öz uşaqlarına baxmadı özgə uşaqlarıına sahib çıxdı ..Var elə kişilər ..Öləndə də yadlar basdırdı
@sevdaibrahimova7797
@sevdaibrahimova7797 3 года назад
Allah rəhmət eləsin
@user-ro9tt9rt9e
@user-ro9tt9rt9e 3 месяца назад
Gözəl sənətkar idi.Allah rəhmət eləsin.səsi əvəzolunmazdı.
@sarakerimli7273
@sarakerimli7273 3 года назад
Dünya cox qəribəymiş.Sözün bitdiyi yer.
@malikhuseynov5237
@malikhuseynov5237 3 года назад
Öz uşağının yaşına vermeyene yaxşı adam demərəm
@vtnimazrbaycan5083
@vtnimazrbaycan5083 3 года назад
Rəmiş də eyni qələti edib...
@laleamirova8754
@laleamirova8754 3 года назад
atasinin seklininsehv qoyan kanalancoxnda guvenmeyin
@sefiqenifteliyeva8337
@sefiqenifteliyeva8337 3 года назад
Allah rəhmət eləsin ruhu şad olsun böyük sənətkar idi
@xanimrza3965
@xanimrza3965 3 года назад
Qədim kişilərə zaqs lazım deyildi onların sözü bir olurdu
@user-kw5md6hs4m
@user-kw5md6hs4m 3 года назад
Sözü bir olan kişi kimə deyirsiz? . Övladını atan və hətta öldüyünü eşidib dəfnində iştirak etməyən dirnaq arası kisiciklərəmi.?. Yaxşı xanəndə ola bilər amma yaxşı insan hər adam ola bilməz.
@guldstmammedov1364
@guldstmammedov1364 3 года назад
Eksine o vaxt nikahsız yaşamaq daha ayıb idi
@zulfiyyesirinova9670
@zulfiyyesirinova9670 3 года назад
@@user-kw5md6hs4m düpedüz
@user-lj9tc5vk3b
@user-lj9tc5vk3b 3 года назад
@@guldstmammedov1364 Bəzi qadınlara kəbin lazım deyildi Çünki ,sərf eləmirdi......
@raufceferli9995
@raufceferli9995 3 года назад
Xeyr tamara dagitdi onun ewinn men onun brinci xanmin tanyirdim gozel idi vezifedeydi neftde isleyirdi oluncede o brinci xaniminin zaksinda qaldi
@gunelelekberova157
@gunelelekberova157 3 года назад
Bes niye ayriliblar? Oz usagina niye ataliq etmir?
@danimarka6070
@danimarka6070 3 года назад
Oz dogma uwagini atir sonra defninede getmir amma bawqa kiwiden olan uwaqlara atalig edir kiwide kiwilik olmadigdan sonra insanliq olmadigdan sonra boyuk senetkar olsan ne olacaq olmasan ne olacaq
@user-yh8db9tk9x
@user-yh8db9tk9x 3 года назад
Diline qurban olum
@nailmmmdova8920
@nailmmmdova8920 3 года назад
Kisilər sevmədiyi qadının övladı öz balası olsa belə , sevmir ( çoxsu) ,görüsdüyü qadının 5 uşağı olsa belə sevirdə saxlayırda .......bunun çox şahidi oluram , keçmiş və indiki insanların internetdəki həyat dastanında ..çoxxxx təsüff
@user-te6ki5eg6g
@user-te6ki5eg6g 3 года назад
Bizə məlum olmayan çox şey var....
@xuramanpawayeva9139
@xuramanpawayeva9139 3 года назад
Sehirli xalat kinpsunda deyilən kimi ğopcular yarışması kecirseydilər bu xəbəri yazan birinci yer tutardı.A millət hər yazılan yazıya inanmayın ağızlarına ğələni yazırlar.Ğərək mərhum sağ olaydı bunu vereydi məhkəməyə ağlı ğələydi başına.
@user-eh2wo3ml8h
@user-eh2wo3ml8h 3 года назад
Аллаh реhмет елесин.
@xediceseferova8532
@xediceseferova8532 3 года назад
Cox sevdiyim muqenni.Allah rehmet elesin...
@mavideniz2782
@mavideniz2782 3 года назад
Allah onu bilib cəzalandırıb.Öz övladına sahib çıxmayıb dəfninə getməyib özgə uçaqlarına atalıq edib?Çox iyrenc bir şey.Öz övladını sevmeyen atalıq etməyənə ata adı yaraşdırmaq olmaz.Allah yaxşı bilib ona sonradan övlad verməyib.Bir sözlə Allah bunun kimilərin kökünü birdən kəsir.
@xumayberenq8283
@xumayberenq8283 3 года назад
АЛЛАН ИСЛАМ РЗАЙЕВЕ РЕНМЕТ ЕЛЕСИН!
@mustafahuseynov9335
@mustafahuseynov9335 3 года назад
ALLAH RƏHMƏT ELƏSİN məkanl cənnət olsun
@user-qj6ci3im5p
@user-qj6ci3im5p 3 года назад
Dəyərli senetkar idi. Ruhu şad olsun.
@nahidismayilov9910
@nahidismayilov9910 3 года назад
Sağol, varol qardaş,faktlardan ibarət yaratdığın həyat hekayələrinə görə👍👏
@gulnaribrahimova3681
@gulnaribrahimova3681 3 года назад
İfaları çox səliqəli akademik bir ifa idi
@arzuarzu4067
@arzuarzu4067 3 года назад
👌👏👏👏👍
@fatimaamirova3107
@fatimaamirova3107 3 года назад
İslam müəllim əvəzolunmaz, xeyriyyəçilikle məşğul olan,qeyrətli,savadlı sənətkar olub və həmişə də qəlbimizdə dəyərli sənətkar kimi qalacaq.
@xalideagayeva8264
@xalideagayeva8264 3 года назад
Deyerli senetkarlmlz Uslam mellime Allah rehmet elesun.🙏🙏🙏biri sensen,biri men.bu mahnlya pecatlnl qoyub.
@samiresafarova9608
@samiresafarova9608 3 года назад
Nece yeni ki,opera oxuyanlar unudulurdu,debden dusurdu..cefengiyyatdi!!!!bes bu qeder korifeyler niye debden dusmedilet??H.Sarabski,A.Abdullauev. A.Babayev, ve s...
@tomristuran2345
@tomristuran2345 3 года назад
Əsas səbəb: Opera ciddi nizam intizam istəyirdi. İşdən yayınmaq olmazdı. Bunlar isə toylardan vaxt tapmırdılar
@samiresafarova9608
@samiresafarova9608 3 года назад
Coox doqru vurquladiz...👍🏼👍🏼👍🏼
@eyyubabdullaev5995
@eyyubabdullaev5995 3 года назад
ОПЕРА БИР МЕКТЕБ ИДИ , ЗЕЙНЕБ ХАНЫМ ХАНЛАРОВА ДУНЯДА ТАНЫНЫР ХЕЛЕ ДЕ 👑🙏
@ulduznovruzova.1281
@ulduznovruzova.1281 3 года назад
Allah rəhmət eləsin.Amin.Ən çox Əziz dostum mahısıyla xatirəmdədir.
@user-ek1vu4kj1q
@user-ek1vu4kj1q 3 года назад
Eziz dostum mahnisini Qulu Esgerov qewey oxuyurdu(Allah rehmet etsin)
@orxaneliyev5556
@orxaneliyev5556 3 года назад
senetkar bunlarbidi.indikiler ancaq ozleini reklam edir.sesleri yoxdu axi...
@RomaRoma-wf6bv
@RomaRoma-wf6bv 3 года назад
ТЕПЕНЕ ДАШ ДУШСУН.ЗЕЙЙНЕБЛИК НЕ ВАР БУРДА?ДЕ КИ,ОПЕРАДА ОХУМАЙЫБ.
@user-sb5ic2fr5c
@user-sb5ic2fr5c 3 года назад
ЗЕЙНƏБ онун айаггабысынын подметкасына белə дəЙмəз
@RomaRoma-wf6bv
@RomaRoma-wf6bv 3 года назад
@@user-sb5ic2fr5c БОШ-БОШ ДАНЫШМАГ ЛАЗЫМ ДЕЙИЛ.МЕН ХЕЧ КИМИ АШАГЫЛАМЫРАМ,ДЕЙИРЕМ ЗЕЙНЕБИН АДЫНЫ ОРДА ЧЕКМЕЙЕ ЕХТИЯЧ ЙОХДУ.
@naileelesgerova963
@naileelesgerova963 3 года назад
hamının uşağına atalıq edib, öz körpəsinin dəfninə niyə getməyib ? 😔 Çox gözəl səsi, ifası var idi 👍
@cemileletifova7094
@cemileletifova7094 3 года назад
usagin yasi sohbeti yalandi duzub qosmasinlar
@konulsdova2027
@konulsdova2027 3 года назад
Bu qədət məkumatlm yox idi. Maraqlıdır.Allah təhmət etsin.
@suleymancakr9103
@suleymancakr9103 3 года назад
bezı senetkarlar pozgun olub
@elsadusubov3547
@elsadusubov3547 3 года назад
Elə çoxsunun heyatı baş ayağdı.
@alikibishov3451
@alikibishov3451 3 года назад
ALLAH REHMET ELESİN
@ceferheyderov8940
@ceferheyderov8940 3 года назад
Gözel sesi varydı bu başqa her şeyi ses hell etmir ayıdı Vallah senin öz balan öle getmeyesen bu ne derece düzgündü başqasının balalarına atalıq edesen ehsen bele qeyretli atalara
@poladfndi8242
@poladfndi8242 3 года назад
Bizim kəntdən idi, İslam çox şorgöz olub, neçəsini alıb boşayıb, səsi gözəl olanın, davranışıda gözəl olmalı idi, ancaq səsinə qiymət vermək olar, başqa heç nəyə..
@natiqhuseynov4393
@natiqhuseynov4393 3 года назад
@@poladfndi8242 o vaxt internet olmuyub deye senet adamlarının heyatını hec kim bilmeyib yoxsaki ele o vaxtlarda evlenib boşanıb nece defe aile quranlar cox olub.
@elnarebabayeva5737
@elnarebabayeva5737 3 года назад
Bir balaca melek dunyasimi deyişir òz dogma Atasi balaca qizcigazim defnine getmir çox aci bir hayat Ata neca oz balasinin defninda iştirak etmaz çox tessùf
@arastamehdiyeva6559
@arastamehdiyeva6559 3 года назад
Eşitdiyimə görə birinci arvadını kənddə qoyub, Bakıya gələndən sonra yaşadığı qadın erməni olub, Tamara.
@vahidquliyev5216
@vahidquliyev5216 3 года назад
Dahi sənətkar,məlhəmli,şirin avazlı,qəlbləri oxşayan mükəmməl səs👍❤Allah rəhmət eləsin.Məkanı cənnət olsun.
@xanzadeyvazov6185
@xanzadeyvazov6185 3 года назад
Allah rəhmət eləsin.
@nigarhuseynova5786
@nigarhuseynova5786 3 года назад
İslam.Rzayev haqqında yazılanların coxu düz deyil.rəhmətıik babamın yaxın dostu olub.ikinci evıilik həyatını tək o yaşamayıb ki.cox gözəl bir insan olub.ən əsası isə gözəl xanəndə olub.övladı isə bir necə ay həyat yaşayıb.Allah rəhmət eləsin.
@mi8831
@mi8831 3 года назад
İslam Rzayev bir çox müğənnilərlə körpəsinin yaşında kənddəki evində iştirak edib. Balasinin ölməsi üçün də çox üzülüb. Ailəsi Leyla xanımlara ayrılmamışdilar. Leyla xanım onun ölənə qədər zaksla qanuni yoldaşı oldu.
@user-ik5kk5qg6j
@user-ik5kk5qg6j 3 года назад
Evladına sahib çıxmayan adama mən kişi demirəm
@Vilayetqarabagli
@Vilayetqarabagli 3 года назад
Allah rəhmət etsin.İslam Rzayev böyük xanəndə idi.
@bakibakinka5749
@bakibakinka5749 3 года назад
Allah Rəhmət Eyləsin İslam Müəllimə
@maraqlmaraql1267
@maraqlmaraql1267 3 года назад
Allah rəhmət eləsin gözəl sənətkar olsada gözəl ata oıa bilməyib qismət belə imiş
@user-kb7hw1hb9m
@user-kb7hw1hb9m 3 года назад
Siz yaxshi ki dovlet televiziyasinda aparici ishlemirsiniz, milletin abirini apararsiniz
@salamsalam946
@salamsalam946 3 года назад
Gözəl İNSAN gözəl SƏNƏTKAR ALLAHDAN RƏHMƏT DİLƏYİRİK 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@milamilamila5
@milamilamila5 Год назад
ALLAH REHMET EYLESİN BÖYUK SENETKARIMIZA🙏🏻
@raziilham5597
@raziilham5597 3 года назад
Bu sözlər yalnışdı özdə hamısı, Rızayev kənçimdi həm kivrəmizdi, Həmdə qan qohumuyuq, Burda artıq sözlər yazmayın bilib bilməyib, Kimə lazımdı onun həyatı haqda hamınıza məlumat verə bilərəm
@arzuj5prime94
@arzuj5prime94 3 года назад
Verin bow bow daniwirlar😔
@kole673
@kole673 3 года назад
Mən bu insan haqda heç bir şey demiyecem.Bir övlada sahib çıxa bilmeyen kes insanlıqdan bəhs etmesin
@rafiqismayilov1665
@rafiqismayilov1665 3 года назад
Allah rehmet eylesin. Amin!Azerbaycanda bele insanlar barmaqla sayılası qederdir.bele insanlarada saģlıģında aiymet vermek lazımdır.yeri cennet olsun amin!p
@user-hc8ub4ir4g
@user-hc8ub4ir4g 3 года назад
Allah rehmet elesin. Ruhun sad olsun. Amin.
@xuramankerimli6921
@xuramankerimli6921 3 года назад
Keçmişlər keçmişlər
@galaxy..752
@galaxy..752 3 года назад
Ruhu şad olsun.amin
@xalidemehdiyeva1043
@xalidemehdiyeva1043 3 года назад
Oz uwaqina ataliq etmeyen bawqasinin uwaqna ataliq etmez bow seydi
@Musabeyli
@Musabeyli 3 года назад
0:13 Mərhum sənətkar Anatollu Qəniyev.
@yasarmemmedov9279
@yasarmemmedov9279 3 года назад
Yəqin üzü olmayıb gedə dəfnə..və Allahin verdiyi paydan üz çevirdiyine görə böyük Allah ona ata yox,atalıq olmağı məsləhət bilir.sukur yaradanın məsləhətinə .
@elmiraabbasova6703
@elmiraabbasova6703 3 года назад
öz evladınan başqa çox uşaqlara atalıq edib rəhmətlik
@cemileletifova7094
@cemileletifova7094 3 года назад
sayədir inanmayin xanim yalan iftiradir
@vtnimazrbaycan5083
@vtnimazrbaycan5083 3 года назад
Məlumatların çoxu səhv və yalnışdır....
@seme138
@seme138 3 года назад
Öz dogma uşagı öləndə maraqlanmır,yasına.getmir.Amma özgədən olan uşaqlara.atalıq edir.Qəribədir.
@ismayleliyev733
@ismayleliyev733 3 года назад
🤲
@sevdacavadova8596
@sevdacavadova8596 3 года назад
Allah günahını bağışlasın.
@mah6o425
@mah6o425 3 года назад
Doğma balasının dəfninə getməyənə rəhmət düşmür, lənət düşür.
@mecta576
@mecta576 3 года назад
Burda deyilen her soze, her xebere inanmaq dogru deyil ki... Allah bilir dogrusunu...
@user-te6ki5eg6g
@user-te6ki5eg6g 3 года назад
Necə ola bilər ki, ögey uşaqlara doğmalıq edib, öz doğma körpə balasının dəfninə, yasına getməyib.Bunu İslam kimi ziyalı edə bilməz.Uydurmadir bu,muzmuň maraqlı olsun deyə.Jurnslistlər məzmunu bəzəməklə,"sensatsion sözlər yazirlar.
@mi8831
@mi8831 3 года назад
@@user-te6ki5eg6g bu yazılanların hamısı sayədir. İslam müəllim ilk günden dəyərli sənət dostları ile öz korpe balasını yaşında iştirak edib,ehsan verib Rayonun birinci katibi de o körpənin yaşında iştirak edib. İslam müəllimə başsağlığı verib.
@zakiyyayaqubova6951
@zakiyyayaqubova6951 3 года назад
Bilmək olmaz niyə getməyib
@mah6o425
@mah6o425 3 года назад
@@zakiyyayaqubova6951 ən əsas bilinən odur ki, ölən uşaq onun övladı olub. Başqa şeylər bəhanədir.
@rustamaliyev3491
@rustamaliyev3491 3 года назад
1934 də doğulub, 2008 də vəfat edib, 74 yaşında, 55 il Tamara ilə yaşayıb, yəni 19 yaşından Tamara ilə yaşayırmış? 1970 də, yəni 36 yaşında, bir qadınla ailə qurur, nigah uğursuz olur, bundan sonra Tamara ilə nigahsız 55 il yaşayır və onun başqa kişidən olan uşaqların saxlayır? 1970+55=2025 il. İslam müəllim 2008 çi ildə vəfat edib. Nə isə rəqəmlərlə informasiya uzlaşmır. Müəmmalı, dəqiqləşdirilməmiş informasiyaları yayıb insanları çaşdırmayın. Allah İslam müəllimi rəhmət eləsin, böyük sənətkar idi. Ya xeyir söyləyin, ya da ki susun!
@mehmanrzayev7013
@mehmanrzayev7013 3 года назад
Ay mawallah. Riayziyyatdan terse 5 almisan deyesen
@mikaylzad9289
@mikaylzad9289 3 года назад
Bir müğənni kimi çox sevirdim. Allah rəhmət eləsin. Amma öz evladina atalıq etməyən, dəfninə belə getməyən biri haqqında şöz tapıb deməyə acizlik çəkir insan. Qüdrətinə qurban olduğum Rəbbim hər şeyin daha yaxşısını bilir. Yaqinki bu üzdən Allah c.c ona birdə evlad verməyib.
@gulzardeniz8842
@gulzardeniz8842 3 года назад
Allah rəhmət eləsin təkrarsız səsə malık olan İslam Rzayevə.
@user-kk6wr7nc9f
@user-kk6wr7nc9f 3 года назад
Sizi o bir sənətkar kimi maraqlandırir yoxsa o qiybətlər bəlkə də düz olmayan İslam Rzayevin səsini min səsdən ayırmaq olardı. Onun səsi nadir idi Geniş də ürəyə malik idi Dürüst bir şeyi bilmədən mühakimə etməyin
@rubabbabayeva1980
@rubabbabayeva1980 3 года назад
U 💗
@ismailumar1978
@ismailumar1978 3 года назад
NƏ DEMƏKDİR 55 İL NİKAHSIZ YAŞADI...? YƏNİ ZİNA EDİB?😳😡
@user-dn9qr8en4x
@user-dn9qr8en4x 3 года назад
anatolu geniyevin sekilini niye goyursunuz
@sevdaaliyeva271
@sevdaaliyeva271 3 года назад
Tamara xanım, onun dayısı qızı idi. Allah Leyla xanıma qəni- qəni rəhmət etsin. Çoox kübar bir xanım idi. Allah Leyla xanımada rəhmət eləsin🙌
@lalaseidova8837
@lalaseidova8837 3 года назад
Dayısı qızını almağa qoymadılar?
@sevdayahyayeva8409
@sevdayahyayeva8409 3 года назад
Tamaranln gozu duwub eri ola ola beyem adi adam azmdl bawqa kiwlerin evin daqdan uwaqlarna hesret qoyan tek tamara deyil aylln ay millet belleri cox olub rayondan gelen oqlanarl 65 70 ilerde qoca kopeyler allrdl oz caynaqna mende ataml ozden 12 yaw boyuk qadln allb bizden hec atam bilmedi biz nece boyuduk olende amma biz basdrdlq
@lalmmmdova9473
@lalmmmdova9473 3 года назад
Bütün məşhurlar kimi bunun da nəyisə yarımçıq olub ailə sarıdan
Далее
ГРАБИТЕЛЬ ИСПУГАЛСЯ МАМЫ
00:37
Просмотров 99 тыс.
HOW DID SHE WIN??
00:49
Просмотров 14 млн
Qəşəm Nəcəfzadə  Keramet  Böyükçöl Xocali
1:32
Gülüstan Əliyeva oxuyarkən ağladı...
14:56
Просмотров 4,1 млн
Islam Rzayev "Eşqimin bahari"
6:05
Просмотров 61 тыс.