Тёмный

Ömər Xəyyam - Biz şərab içirik, sən xalq qanını - Kamran M. YuniS 

Kamran M. YuniS
Подписаться 40 тыс.
Просмотров 19 тыс.
50% 1

#kamranmyunis #ömərxəyyam #kamranyunis #şeirlər #omarkhayyam
#sevgişeirləri #şiirler #poeziyateatrı #hacıxanməmmədov #rübailər
Ömər Xəyyam - Biz şərab içirik, sən xalq qanını
Bəstəkar - Hacı Xanməmmədov
Dostlar şərab ilə bəsləyin məni,
Döndərin yaquta sarı çöhrəni.
Mən ölsəm qırmızı şərabla yuyun,
Meynə tabutunda aparın məni.
O gün ki, əlimə alıram şərab,
Elə bil şadlıqdan oluram xərab.
Təbim oda dönür, sözlərim suya,
Yüz möcüz önümdə eyləməyir tab.
Nə yazıq ömrümüz getdi tufana,
Döndü çox ciyərlər əcəldən qana.
O dünyadan dönüb gələn olmadı,
Bilək neyləyirlər orda insana.
Bir şüşə mey olsa, bir divan olsa,
Bir az çörək olsa, xoş zaman olsa,
Mənə xarabalıq xoşdur saraydan
Yanımda mehriban bir canan olsa.
Hər varlıq, hər yoxluq bəllidir mənə,
Bilirəm zil nədir, bilirəm bəm nə,
Əgər sərxoşluqdan yüksək şey bilsəm
Qoy cəhl deyilsin Xəyyam elminə.
Ey dost, olan işçün çəkmə qəm, kədər,
Səni incitməsin boş düşüncələr.
Xoş keçin dünyada, sevinclə ömr et,
Çünki getməyindən tutmazsan xəbər.
Sadəlöhv canımdan mən cana gəldim,
Cəfakeş canımdan fəğanə gəldim,
Mənsiz də dünyanın işi keçərmiş,
Əcəba nə üçün Cahana gəldim?
Ey şəhər müftisi, səndən pərgarıq,
Bunca sərxoşluqla səndən huşyarıq.
Biz şərab içirik, sən xalq qanını,
Insaf et, hansımız daha qəddarıq?

Кино

Опубликовано:

 

7 дек 2020

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 94   
@FerzAliyev-dr3xs
@FerzAliyev-dr3xs Месяц назад
Bütün zamanların və xalqların şairi Ömər Xəyyam.....
@xeyyamsadiqli
@xeyyamsadiqli 18 дней назад
Salam qardaş həmdə osmanı türklərinin ən etibarlı dostu.
@ismaylsfrli7599
@ismaylsfrli7599 4 дня назад
Əla
@xeyyamsadiqli
@xeyyamsadiqli 18 дней назад
Allah rəhmət eləsin super
@ilahebehmenova
@ilahebehmenova 3 месяца назад
Kamran muellim sizin sesinizden klassikleri esitmek necede xosdu omer xeyyamdaki menimcun basqa curduniye agliyiram onun qezelerin esidende
@interesting_world_1
@interesting_world_1 Год назад
🤔Dahi Xeyyam
@rustamlee2040
@rustamlee2040 Год назад
Bu videoya baxan insan düşünən insandır. Çünki Xəyyamı anlamaq üçün dərin düşüncəyə sahib olmaq lazımdır.
@esmirakrimova1315
@esmirakrimova1315 3 года назад
O dunyadan donub gelen olmadi. Bilek neyniyiller orda insana....
@yeganequliyeva664
@yeganequliyeva664 3 года назад
Hər zaman yazacam bu sözləri! Sizsiz bu səhifənin bir günü olmasın Ustad!❤️ Var olun!🙏🙏🙏🙏
@xeyyamhuseynov-hi3uq
@xeyyamhuseynov-hi3uq 9 месяцев назад
Ömər Xəyyam bütün zamanların dahisi… Qiraətiniz çox gözəldi bəy❤❤❤
@mehribancefer5665
@mehribancefer5665 3 года назад
Ömər Xəyyam dünyanının ən ağıllı adamlarından biri olub.Beşgünlük dünyadı deyənlərdəndir.
@lolaazeri3917
@lolaazeri3917 3 года назад
Sadəlövh canımdan mən cana gəldim, Cəfakeş canımdan fəgana gəldim, Mənsiz də dünyanın işi keçərmiş, Əcaba nə üçün cahanə nədən gəldim...
@guleshgulesh4199
@guleshgulesh4199 2 года назад
Xəyyam sən nə üçün dünyaya gəldin. Olmalıydı. Ömər xəyyam
@TP-jy1th
@TP-jy1th Год назад
​@@guleshgulesh4199 Hamı bilir ki , Ömər Xəyyam Süfi olub! Mənə elə gəlir ki , Yaradana xitab edir "əcaba" ! İnsan daim axtarışdadır , özünün missiyasını bilməkdən ötrü!
@ehmedeliyev6053
@ehmedeliyev6053 6 месяцев назад
Sadəlövh canımdan mən cana gəldim, Cəfakeş canımdan fəgana gəldim, Mənsiz də dünyanın işi keçərmiş, Əcaba, nə üçün cahanə gəldim...
@ehmedeliyev6053
@ehmedeliyev6053 6 месяцев назад
@@TP-jy1th Sadəlövh canımdan mən cana gəldim, Cəfakeş canımdan fəgana gəldim, Mənsiz də dünyanın işi keçərmiş, Əcaba, nə üçün cahanə gəldim...
@ehmedeliyev6053
@ehmedeliyev6053 6 месяцев назад
@@guleshgulesh4199 Sadəlövh canımdan mən cana gəldim, Cəfakeş canımdan fəgana gəldim, Mənsiz də dünyanın işi keçərmiş, Əcaba, nə üçün cahanə gəldim...
@lahzrtlahzrt6570
@lahzrtlahzrt6570 3 месяца назад
Ömər xəyyam Allah rəhmət eləsin savadli yazib
@cickyags4191
@cickyags4191 3 года назад
Sadəlöhv canımdan mən cana gəldim,..
@hemidhemid8677
@hemidhemid8677 3 года назад
O dünyadan dönüb gələn olmadı, Bilək ki,neynillər orda insana Dilinizə sağlıq
@paradiseflower5015
@paradiseflower5015 3 года назад
Mənsiz də dünyanın işi keçərmiş...
@shahlaibrahimli5600
@shahlaibrahimli5600 3 года назад
Salam Kamran bəy çox gözəl ifa, möhtəşəm. Böyük zövq verdi. Ömər Xəyyamın rübailərin çox sevirəm. Təşəkkürlər sizə🙂🙏
@maksutozel237
@maksutozel237 3 месяца назад
BU NASIL BIR MÜKEMMEL ŞİİRDİR YAV İNSANIN KALBİNE OK GİBİ SAPLANIYOR EY GÜZEL AZERBEYCANIN GÜZEL CAN CANAN İNSANLARI EVET NİYE BİZ BU DUNYAYA NİYE GELDİK
@smrhuseynxan5468
@smrhuseynxan5468 3 года назад
Ruhum Tikanlı yollarda yalın ayaq.. Ruhum dərdinizə şərik.. Ruhum səsinizdəki qəmdədir...
@esmirakrimova1315
@esmirakrimova1315 3 года назад
Sadelov canimnan men cana geldim.....
@rsadmmmdov2102
@rsadmmmdov2102 3 года назад
Bir az çörək olsa,xoş zaman olsa...
@validammmdova1213
@validammmdova1213 3 года назад
Ağıllı olub dərd çəkincə, dəli ol, qoy sənin dərdini çəksinlər. Dünyada dərd çəkmək içindən çürümək deməkdir. Allah bizləri Sizin ö sehrli, ecazkar səsinizdən ayrı salmasın. Var olun.
@arzurehimli
@arzurehimli Год назад
Sozler acizdi vallah musiqi, ses, ve dahi sairin olmez rubaileri.
@cavidehedov6786
@cavidehedov6786 Год назад
Omer Xeyyam.👍
@nurcahan6353
@nurcahan6353 3 года назад
Ömər Xəyyam bir dəryadır...
@yeganequliyeva664
@yeganequliyeva664 3 года назад
Gözəl!❤️ Zəhmətinizə, səsinizə sağlıq Ustad!🙏
@mlahthuseyinzad781
@mlahthuseyinzad781 6 месяцев назад
Istedadll aktyorumuz, cox sag olun. Sesinize , ureyinize edebinize sagllq.❤🎉❤🎉❤
@nurcahan6353
@nurcahan6353 3 года назад
Var Olun Bəy 🌹🌹🌹🌹🌹
@vahidquliye7512
@vahidquliye7512 3 года назад
Kamran bəy sağ olun cox qəlbə yatan səs tembiri niz var məlahətli
@elladasamsungduos.6959
@elladasamsungduos.6959 3 года назад
Axşaminiz xeyr gözel insan siz xoşbextliye layiq birisiz Kamran bey
@renaagabekova1741
@renaagabekova1741 3 года назад
MÖXTƏŞƏM!
@yeganequliyeva664
@yeganequliyeva664 3 года назад
Gecəniz xeyir Ustad! 🙏
@yeganequliyeva664
@yeganequliyeva664 3 года назад
Cəfakeş canımdan fəğana gəldim.....❤️
@orxandemokrat942
@orxandemokrat942 2 года назад
Musiqisi, şeiri və şeiri deyənə möhtəşəm ! Bu arada Kamran Yunisə də təşəkkürlər !
@yaqutosmanl8018
@yaqutosmanl8018 3 года назад
O dünyadan dönüb gələn olmadı. Allahım gedənlərin məkanın cənnət elə. . Var olun bəy Allah sizi qorusun.
@yeganequliyeva664
@yeganequliyeva664 3 года назад
Amin🙏Yaqut xanım!
@esmirakrimova1315
@esmirakrimova1315 3 года назад
Amin
@muradboyukkhan
@muradboyukkhan 2 года назад
Biz şərab içirik, sən xalq qanını İnsaf et, hansımız daha qəddarıq?
@qaqasqaqasov510
@qaqasqaqasov510 3 года назад
Bəşəriyyətin qanın içənlər şərabı haram buyurdu Hansi ki, o şərabla mən qanli yaramı yuyurdum
@nezaketletifova1118
@nezaketletifova1118 3 года назад
❤️😘🤲
@yeganequliyeva664
@yeganequliyeva664 3 года назад
Xoş gəlmisiz səhifəmizə🙏
@qaqasqaqasov510
@qaqasqaqasov510 3 года назад
@@yeganequliyeva664 cox saqolun
@userzemfira8022
@userzemfira8022 3 года назад
👍👐
@fatimefatime8870
@fatimefatime8870 3 года назад
@@yeganequliyeva664 Qaqaş hemise buralardadı.sadece şerh yazmaqla arası yoxdu.❤😘👐
@SamirMehdiyev-oi6eg
@SamirMehdiyev-oi6eg Год назад
Qəşəng alınıbaaa. Tərcümə belədisə, gör indi onun əsli nə cür qəşəngdi.
@konulbayramova6840
@konulbayramova6840 3 года назад
Gecəniz xeyir USTAD. Zehmetinize min alqış. Nə yaxşı ki varsız..Daim da var olun.
@elvinguliev3287
@elvinguliev3287 2 года назад
Mohtesem
@sevincsixeliyeva6826
@sevincsixeliyeva6826 3 года назад
Heyat murekkeb olsa da, yawamaga mecburug, cunki biz istesekde-istemesek de bu dunyaya gelmiwik.Amma bu heyati menali etmek biz insanlarin elindedir.
@FerzAliyev-dr3xs
@FerzAliyev-dr3xs Месяц назад
Bizim fikrimizi soruşmadan dünyaya gətiriblər,bu drmokratiyanın pozulmasıdır...Bəşərin ilk Demokratiya pozulması....
@vuqarrzayev1849
@vuqarrzayev1849 Год назад
Necədə qəmli musiqidir (((
@nazamazanova4014
@nazamazanova4014 3 года назад
Deməyə,yazmağa söz də tapmiram Musiqi hər seyi deyir...Təşəkkürlər...
@userzemfira8022
@userzemfira8022 3 года назад
23 👍🎧
@ifritlrshzadsi4870
@ifritlrshzadsi4870 2 года назад
.....✍🏻
@nartavantagiyeva1535
@nartavantagiyeva1535 3 года назад
🌹😔😪🌹
@cickyags4191
@cickyags4191 3 года назад
❤️142❤️
@xalidequliyeva9449
@xalidequliyeva9449 3 года назад
😔
@mikamina7706
@mikamina7706 2 года назад
Ömer Xəyyam rubayilerini dostları içki meclisinde eylensinler deyə yazıb ,fransızca olan bir kitabında qeyd edib bunu
@guleshgulesh4199
@guleshgulesh4199 2 года назад
Xəyyam fransizca yazmayib! Ki , o zamanlar fransizlar mağarada daş dövüründə yaşayirdilar.
@vuqarasgerov7269
@vuqarasgerov7269 10 месяцев назад
Biz bir oyuncağıq fələk oyuncaq, ədəb səhnəsində oynadıq bir bir. Qəbir evinə girməsək olmaz.
@mezifeyzi8784
@mezifeyzi8784 11 месяцев назад
Xoş Keçerdi Ruzigar Bir Daş Olsaydım Əgər Dərdi Qəmdən Başqa Bir Şey Vermir İnsan Olmağım
@nartavantagiyeva1535
@nartavantagiyeva1535 3 года назад
😔🌹🌹🌹🌹🌹⭐❤️
@smahsnova8787
@smahsnova8787 3 года назад
İlk
@nezaketletifova1118
@nezaketletifova1118 3 года назад
👍👏👏👏
@guleshgulesh4199
@guleshgulesh4199 2 года назад
Asiman şünas (Astronom )Fars filosofu ÖMƏR XƏYYAM
@nezaketletifova1118
@nezaketletifova1118 3 года назад
🎧21👍👍👍
@fatimefatime8870
@fatimefatime8870 3 года назад
🎧 24👍 👏
@yeganequliyeva664
@yeganequliyeva664 3 года назад
@@fatimefatime8870 Cüt bacılar👍
@nezaketletifova1118
@nezaketletifova1118 3 года назад
@@yeganequliyeva664👍 😂😂😂
@itsalwayshowheiyooh7029
@itsalwayshowheiyooh7029 3 года назад
32👍🏻...HALK KAN^❗nı, İNSAF ET, HaNGimiz daha qədDARıq❓‼09.12.2020.
@TP-jy1th
@TP-jy1th Год назад
Bu cür şeyriyysta 9 min adam baxıb! Əfsus! Bir namussuz əxlaqsız olsaydı baxış qat-qat çox olardı! Budurmu səviyyədə?!
@kamranmyunis
@kamranmyunis Год назад
....budur təəssüf ki...
@gagasasa9576
@gagasasa9576 3 года назад
Doğurdan da fəlsəfi düşüncə ya deli sanırlar ya da kafir. Niyə azad düşüncəni niyə belə pis baxırlar çünkü cahillik baş alıb gedir
@Uzer63
@Uzer63 6 месяцев назад
Camaatin ganini souranlardan elbetde, sherab icenler daha insanliga yaxindir!
@stayblessedourrealjusticet2454
@stayblessedourrealjusticet2454 3 года назад
33👍🎵🎤BiİLirəm🎹ZİL📈nədir,BiLİRəm🎼🎻bəm📉nə,🎶09.12 2020.
@pervizeskerov6787
@pervizeskerov6787 2 года назад
Uzr isteyirem biri mene cavab yazsın.bu Ömər Xəyyam alkas olub?
@kamranmyunis
@kamranmyunis 2 года назад
Tarixçilərin dediyinə görə yox.
@guleshgulesh4199
@guleshgulesh4199 2 года назад
Hər içən alkaş olmur, hər içki barədə yazanlarda içən olmur.
Далее
Ramiz Rövşən - Bir qəfil zəng - Kamran M. YuniS
3:42
Penalty: Portugali - Slloveni
02:03
Просмотров 1,3 млн
Ömər Xəyyam kimdir?
8:55
Просмотров 5 тыс.
Mubariz Tagiyev - "Xatira"
5:44
Просмотров 400 тыс.
Ömər Xəyyam
26:55
Просмотров 1,4 тыс.
Mikail Mirze Xəlil Rzanın şeiri
7:45
Просмотров 443 тыс.
Flora Kerimova - Bagisla
4:38
Просмотров 526 тыс.
Ömər Xəyyam 10 söz
2:08
Просмотров 2,2 тыс.