Тёмный

Ramiz Rövşən - Bir qəfil zəng - Kamran M. YuniS 

Kamran M. YuniS
Подписаться 41 тыс.
Просмотров 106 тыс.
50% 1

#kamranyunis #kamranmyunis #poeziyateatrı #şiirler
#şeirlər #sevgişeirləri #ramizrövşən #emilşahin
Ramiz Rövşən - Bir qəfil zəng
Bəstəkar - Emil Şahin - Xəyallar
Bir qəfil zəng
Bu payız gecəsi boş küçələri
Gəzirəm kimsəsiz bir uşaq kimi.
Sənə zəng vurmağa gicişir əlim;
Sənə... bir qəfil zəng... şapalaq kimi.
Bir zəng... çoxdandı ki, yadından çıxan
O sevgi dolusu illərdən sənə.
Bir vaxt saçlarına yüz sığal çəkən,
Səni əzizləyən əllərdən sənə.
Sənsiz o əllər də indi yetimdi -
Bu payız gecəsi, ay işığında
Gəzir ciblərimi o əllər indi
Bir ikiqəpiklik axtarışında.
Tapdım, yavaş-yavaş yığdım nömrəni;
Əvvəli beş idi, axırı iki.
Səsin səksəndirdi qəflətən məni:
- Alo, eşidirəm... Alo, kimdi, kim?!
Nə deyim? Səninçün mən kiməm axı?
Köhnə sevgilimi? Köhnə tanışmı?
Ömrün bir ötəri səhvi, günahı,
Bir şirin yuxumu, ya aldanışmı?!
Daha o yuxudan ayılmısan sən,
Daha bu zəngimə nə ehtiyac var?
Gör sənin dərdindən nə qədər ölən,
Gör sənin sevginə nə qədər ac var.
Eşitdim səsini... mənə bəsdi, bəs...
Bağışla bu dəli istəyimi də.
Bir kəlmə demədən, dinməz-söyləməz
Asdım telefonun dəstəyini də.
... Yenə tək gəzirəm boş küçələri,
qapıdan qovulmuş bir qonaq kimi.
Yenə zəng vurmağa gicişir əlim;
sənə... bir qəfil zəng... şapalaq kimi...
1973

Опубликовано:

 

2 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 189   
@kmalm3909
@kmalm3909 6 лет назад
Uzaq yoldayam dinləyirəm,gözəl hava,gözəl təbiət,cox gözəl ifa.sonsuz təşəkkürlər Kamran bəy.
@esmirakrimova1315
@esmirakrimova1315 5 лет назад
Ay Kamran m.Allahim sizi qorusun.sesiniz insanın ruhuna isliyir.sizi coxxxx sevirik var olun.imza Esmira.
@OgustKraus
@OgustKraus 6 лет назад
Şeiri yazmaq bir iş şeiri çatdırmaq da bir. Kamran şox gözəl söyləyirsiz şeirləri.
@rsadmmmdov2102
@rsadmmmdov2102 3 года назад
Sənə zəng vurmaga gicişir əlim,sənə bir qəfil zəng şapalaq kimi.....
@yasinbakhtiyarov6245
@yasinbakhtiyarov6245 5 лет назад
Niye kecmiş öldürür bizi,niye imkan vermir yaşayaq?Etdiyimiz sehvler,doğrular cixdi axırımıza...((
@zuleyxamammadova611
@zuleyxamammadova611 5 лет назад
Deme deme!kaw ki bu kawlar olmuya😢😢😢😢
@zeynomery8512
@zeynomery8512 5 лет назад
Kecmisimiz kolge kimi arxamizca gelir..
@player9815
@player9815 4 года назад
Bazi sheylar hamisha bizimladi...
@bizimfikrimiz7058
@bizimfikrimiz7058 6 лет назад
Azərbaycanin tək şairi Ramiz Rövşən tək mügənnisi Flora Kərimovadir.
@gunuw932
@gunuw932 4 года назад
Elbette cox deyerli senetkarlardi amma nece gozel wairlerimiz, nece gozel mugennilerimiz var bu onlara tehqir olar ama eybi yox zer qedrini zerger biler..
@naimemmedova9222
@naimemmedova9222 6 лет назад
Yeqin ki,bu sepkili weirleri soylemeye bir esas var. Gozden yaw axarmi urek yanmasa,qonce acilarmi bahar olmasa bu weir qelbumden cixarmi bilmem,ureyi titreden sebeb olmasa
@lolaazeri3917
@lolaazeri3917 5 лет назад
Səsiniz nəfəsiniz tükənməz olsun Kamran müəllim. . Görün səsinizə ifanıza ehtiyacı olan neçə ac var
@yeganequliyeva664
@yeganequliyeva664 4 года назад
Uğurlarınız daimi olsun Ustad! 💥❤️💥❤️💥❤️💥🙏
@8vvvvvvvvv
@8vvvvvvvvv 5 лет назад
Çox çox gözəl səsiniz var . Əslində sizi vicdan haqqı serialından tanıyırdım və rolunuzu çox bəyənmişdim Amma şeir deməyiniz bir başqa aləmdir Mukəmməlsiniz . Sizi təbrik edirəm bu qədər sevildiyinizə görə uğurlarınıza görə . Var olun Kamran bəy Allah qorusun sizi
@allah-danbasqasiyalanallah7065
Allah rehmet etsin ustad wairimiz Nusret Kesemenliye.Onun werinden bir setr yadima duwdu.- Xala oglu, belke iki qepiyin ola? Bezen werler oxunmur wair, YAWANIR.............................
@muradelesgerov6297
@muradelesgerov6297 6 лет назад
ALLAH-dan bawqasi yalan ALLAH-dan bawqasi yalan söz👍
@allah-danbasqasiyalanallah7065
Murad Elesgerov O weri oxumagi sizede tovsiyye edirem.
@muradelesgerov6297
@muradelesgerov6297 6 лет назад
ALLAH-dan bawqasi yalan ALLAH-dan bawqasi yalan nece oxuyum men her zaman qulaq asıram men kamran muellim deyilem 😡o ses de mende yoxdu😔
@allah-danbasqasiyalanallah7065
Murad Elesgerov Men seslendirin demedim ki, qiraet edin dedim.Yeni el dilinde desek uzunden oxumaginizi tovsiyye etdim.😊
@DenizDenz-bf3pd
@DenizDenz-bf3pd 8 месяцев назад
Yenə də şeir rastıma çıxdı.Şapalaq kimi zəng .
@ИрадаБадалова-п8м
@ИрадаБадалова-п8м 3 года назад
Как хорошо что есть такие золотые талантливые люди, голоса просто душа очишается .будьте всегда .дай Аллах вам здоровья .чтоб вы изливали голос своей души и радовали наши души 🤲
@yeganequliyeva664
@yeganequliyeva664 4 года назад
Nə deyim? Səninçün mən kiməm axı?❤️Əvəzsiz Sənətkar❤️səs❤️🙏
@yaghmurluroya8358
@yaghmurluroya8358 3 года назад
Yenə tək gəzirəm boş küçələri, Qapıdan qovulmuş bir qonaq kimi ......🥺
@yeganequliyeva664
@yeganequliyeva664 5 лет назад
👍👍Var olun dəyərli Sənətkarımız🙏
@gulshanhuseynova138
@gulshanhuseynova138 4 года назад
Ramiz Rövşən, Kamran M. Yunis, Möhtəşəmsiniz, nə yaxşı ki, Varsınız!!!
@dilsadimanova4556
@dilsadimanova4556 6 лет назад
Səsinizə ürəyinizə sağlıq dəyərli sənətkar.
@ulviyyemustafayeva9149
@ulviyyemustafayeva9149 5 лет назад
Qulaq asdiqca doymaq olmur❤
@esmirakrimova1315
@esmirakrimova1315 4 года назад
Bezi ifalariniz evezsizdi.dinlemekden doymaq olmur... Her defesinde ilk defe kimi mataqli ....
@esmirakrimova1315
@esmirakrimova1315 4 года назад
Senincun men kimem axi...??? Kohne sevgilimi, Kohne tanismi???
@esmirakerimova3244
@esmirakerimova3244 6 лет назад
Evveli bes idi sonuysa iki......
@esmirakrimova1315
@esmirakrimova1315 5 лет назад
Bu ifaya bir il əvvəl qulaq asmisam.hetda kovrelmisdim ağlamışdım da.indi isə başqa hislər başqa duyğular yaratdı mende.minnetdaram sizə Kamran m
@yaghmurluroya8358
@yaghmurluroya8358 3 года назад
Can, Esmiram, nə deyim? Səninçün mən kiməm axı?
@esmirakrimova1315
@esmirakrimova1315 3 года назад
@@yaghmurluroya8358 Royam varligina sukur etdiyimsen....
@xatiraheydarova3677
@xatiraheydarova3677 6 лет назад
yenə zəng vurmağa gicikir əlim
@semamemmedova6267
@semamemmedova6267 6 лет назад
Tesekuler Kamran muellim sizede Ramiz Rovsenede !! Ruhumuz qidalandi !!!
@yoxluq5431
@yoxluq5431 4 года назад
Bextiyar Vahabzadenin Iki qorxu poemasinda bir parca var,*Sogan*. Ifanizda dinlemek isterdim.
@CavidQeribovdniolsannedrsn
@CavidQeribovdniolsannedrsn 2 года назад
Qəfil zəng vursan cvb verərəm
@sebrsebr9683
@sebrsebr9683 4 года назад
Kas sene bir zeng etmek bele asan olsaydi
@DenizDenz-bf3pd
@DenizDenz-bf3pd 10 месяцев назад
İndi səsiniz bir az xırıltılıdı .İndi daha şeirə oturumludu .
@BahramMuzaffarli
@BahramMuzaffarli 5 лет назад
Usaq vaxti atam bele seylere qulaq asanda kohne mahnilara qulaq asanda fikirlesirdimki men hec vaxt qulaq asmaram ama insan boyudukce derinlesir agirlasir heyatnan barisir
@shehlarehimli9605
@shehlarehimli9605 4 года назад
Sevdiyim dunen mene gonderdi bu we'ri..Ayriliq bir cure yixmiwdi meni bu we'r bir cure.Evveli 5 idi axiri 2...Saatlarla agladim.saatlarla.Sesiniz var olsun.Cox sag olun hisslere toxuna bilirsiniz.
@extrim_elektrik4910
@extrim_elektrik4910 6 лет назад
Bezi insanlari kas tanimasaydim.Seeri gozel sesledizz.Tesekkur edrem Kamran bey.
@DenizDenz-bf3pd
@DenizDenz-bf3pd 9 месяцев назад
Sanki kiminlədə ürəyinizdə səsli danışırsız.Gözəl
@ИкрамГасанов-д8э
@ИкрамГасанов-д8э 4 года назад
Бу гефил зенклерден еле горхурам ки
@Miko18_
@Miko18_ 4 года назад
Çox gözəl Aktyorsunuz gözəl şer deyirsiniz.Allah sizi var etsin. Həmişə ucalarda olun.
@sevdahaxverdiyeva
@sevdahaxverdiyeva 2 года назад
Ay da çox dərin fikirlərə getdim çox əla deyirsiniz mən çox sevirəm🙂 şeyirləri həm də yazıram 🙃
@yusifrazzaqov3304
@yusifrazzaqov3304 3 года назад
Səninçün mən kiməm axı Köhnə sevgilimi,köhnə tanışmı😢
@esmirakerimova3244
@esmirakerimova3244 6 лет назад
Coxx gozel seslendirirsiz serleri.obrazli...canlandi gozumde dedikleriniz.
@DenizDenz-bf3pd
@DenizDenz-bf3pd 8 месяцев назад
Çox gözəl qiraətiniz var etiraf edirəm bunu.
@ceyhunbabayev2589
@ceyhunbabayev2589 2 года назад
Bir gəfil zəng sèni xoşbəxt də edə bilər. Bir gəfil zəng səni bədbəxt də edə bilər. Bir gəfil gapı zəngiylə insanlar gedib ölümə. 37-ci il gurbanları gəlir dilimə.. Gəfil zənglərlə matəm gəldi elimə..
@DenizDenz-bf3pd
@DenizDenz-bf3pd 8 месяцев назад
Çox sevdim bu şeiri.Musi də öz işin görüb💐🌙
@muradelesgerov6297
@muradelesgerov6297 6 лет назад
😣😤😭 senin uçun men kimem axı? Eşitdim sesini daha besdi !
@DenizDenz-bf3pd
@DenizDenz-bf3pd Год назад
O şapalaq kımı vurulan zengin ...
@aygunaygun8263
@aygunaygun8263 5 лет назад
Görəsən haçansa bu qəfil zəng mənə gələ bilərmi? Yəqin ki heç vaxt ❤
@Пунхангасанов-д2ч
@Пунхангасанов-д2ч 4 года назад
Белке еле о зенки козлейен вар..
@DenizDenz-bf3pd
@DenizDenz-bf3pd 8 месяцев назад
Bu zəngdən istəyirəm şapalag kimi👋
@qurbanmemmedov7554
@qurbanmemmedov7554 3 года назад
Səninçün mən kiməm axı
@lolaazeri3917
@lolaazeri3917 4 года назад
İlahi .....şair necə gözəl yazıb yaradıb Necə gözəl səsləndirilib....🎧.....
@cickyags4191
@cickyags4191 3 года назад
Tapdım, yavaş-yavaş yığdım nömrəni: Əvvəli beş idi, axırı iki❤️❤️
@melekler5317
@melekler5317 3 года назад
Kamran müəllim bizə niyə agladırsınız 😢👏
@rsadmmmdov2102
@rsadmmmdov2102 3 года назад
Bir qəfil zəng..
@_mlyim_1605
@_mlyim_1605 4 года назад
Bir qəfil zəng.....))
@rsadmmmdov2102
@rsadmmmdov2102 3 года назад
Eşitdim səsini...
@ayisgnda6318
@ayisgnda6318 6 лет назад
Təşəkkür edirəm. Allah razı olsun
@imanquluburciyev8173
@imanquluburciyev8173 5 лет назад
Sən könlümdən uzaqlarda, Ora girmək sənə yasaq... İstilik yox duyğularda, Min il sərasər yaşasaq...
@yeganequliyeva664
@yeganequliyeva664 3 года назад
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@rufanqurbanov2887
@rufanqurbanov2887 6 лет назад
Men kovreldim vallah
@akifhagverdiyev9643
@akifhagverdiyev9643 5 лет назад
Möcüzə yaradan səsiniz həmişə var olsun .O səs ki insanın bütün keçmişini ani olaraq canlandırır göz qabağında.narahat ruhlara rahatlıq gətirir.
@nezaketletifova1118
@nezaketletifova1118 2 года назад
🎧👍👍👍
@renababanli3490
@renababanli3490 4 года назад
QEFIL ZENGDEN O QEDER QORXURAM KI, ISTER WAD XEBER OLSUN VE YA.....CUNKI ATAMIN, BACIMIN, QAYNANAMIN, QAYNATAMIN VE ANAMIN .....O QEFIL ZENGLERDEN ALMIWAM.ONA GORE SEVMIREM ZENG SESINI!! ALLAH HER KESE SEVINC, TEBRIK ZENGLERI QISMET ETSIN SIZINLE BAHEM SEVIMLIMIZ KAMRAN BEY!!!
@esmirakrimova1315
@esmirakrimova1315 4 года назад
❤❤❤❤
@ilqaraliyev4684
@ilqaraliyev4684 4 года назад
Тешеккур
@rsadmmmdov2102
@rsadmmmdov2102 3 года назад
Nə deyim? Sənin üçün mən kiməm axı?
@khanummammadova8222
@khanummammadova8222 4 года назад
Sene zeng vurmaga gicisir elim😥😥
@tunzaleqasimova1447
@tunzaleqasimova1447 4 года назад
Kamran bəy Allah sizə uzun ,bir sənətkar ömrü bəxş etsin Amin 🤲🤲🤲🙏Yenədə poeziyalarınız hansısa bir acı xatirəni oyatdı😌
@sakirmustafayev1788
@sakirmustafayev1788 3 года назад
Var. Olun. Gözəl. İnsan.
@zumrudhajiyeva5271
@zumrudhajiyeva5271 4 года назад
Hər ifanız ....💙💙💙 sanki bir tamaşadadır...filmdir....rəsm əsəridir...💙💙💙
@ruzgara1737
@ruzgara1737 5 лет назад
Спасибо Камран 👍 siz uwaqliqdan bele alicenabsiz👏👏😊😍
@omarnurlan
@omarnurlan 5 лет назад
Sən biıməzsən nədi hər insanda səni axtarmaq.Qarşısındakı insanı sənə bənzədərək təsəlli axtaranı bilə bilmərsən.
@lolaazeri3917
@lolaazeri3917 4 года назад
İndi nə köhnə sevgili, nədə köhnə dost kimi, sadəcə ağlımdan çıxmayan gözəl bir insan kimi.
@ГабилМамедов-и7щ
Герибем бу гериб елде дарыхдым Ветен,
@zuleychazulfiqrova5083
@zuleychazulfiqrova5083 6 лет назад
Ay Kamran səsun mənı haralara apardi haralaa?ALLAH sənə can saglgi versın
@DenizDenz-bf3pd
@DenizDenz-bf3pd 11 месяцев назад
Siz seir demirsiz,siz tamaşada oynayırsız ifanızla.İnsanın ruhuna hopur səsiniz.Tərif demirəm,həqiqətdir bu.
@foreverlife216
@foreverlife216 4 года назад
Sağ olun Kamran əmi
@hemidhemid8677
@hemidhemid8677 3 года назад
İlahi möcüzəsiniz. ...... Allah sizi var elesin!
@oguzturku7851
@oguzturku7851 6 лет назад
Kamran bəy!Var olun!
@ayxanimamverdili6703
@ayxanimamverdili6703 6 лет назад
Sesiniz bir alemdi,seir bir alem var olasiz Kamran bey
@Vuqar3493
@Vuqar3493 6 лет назад
Möhtəşəm.
@mahirqasimov3844
@mahirqasimov3844 6 лет назад
Karizmanız və səsiniz ayrıca bir rəng qatır şeirə. Var olun.
@ifritlrshzadsi4870
@ifritlrshzadsi4870 2 года назад
Şarkı..aparırdaa.....
@abdullashakir4608
@abdullashakir4608 5 лет назад
Ehsen... Ramiz Rovshen şeiri bu sesde oz vehdetini tapmiş...
@subhanallahverdiyev7701
@subhanallahverdiyev7701 2 года назад
Nə gözəl şeirdi
@drgunelislam45
@drgunelislam45 4 года назад
Şapalaq kimi...)))
@rena.heseni721
@rena.heseni721 6 лет назад
Sizin sesinizse bize bes deyil .Nobeti serlerle sesinizi dinlemeyi gozleyirik
@mustafayevayegane452
@mustafayevayegane452 4 года назад
Bu qeder her şeyin mümkün oldugu heyatda,adi bir nömreni yıgmagın mümkünsüzlüyü,qoyulmamış qadagası insanı mehv edir.
@hsnlutfinovruzlu9433
@hsnlutfinovruzlu9433 3 года назад
Möhtəşəm
@IslamIslam-nr1ou
@IslamIslam-nr1ou 5 лет назад
Nakam mehebbetler olmasaydi bele şeirler yaranmazdi.insan geriye hemişe hesretle baxir,keçmiş ağrılı acılı olsa bele...
@yaghmurluroya8358
@yaghmurluroya8358 3 года назад
Darıxdım payızım üçün🍂🍁
@yeganequliyeva664
@yeganequliyeva664 3 года назад
Bu günkü dinləmələrdə ruh dincliyi olsun bizlərə!🙏🥰
@yaghmurluroya8358
@yaghmurluroya8358 3 года назад
@@yeganequliyeva664 Bəli,gülüm, bəli🌹
@arifehuseyinova1389
@arifehuseyinova1389 6 лет назад
Salam yene gozel insan gozel sozler adam bilmir ureyinen kecenleri nece izah elesin soz tapa bilmirem yaxwi menada cox tewekkur Kamran bey..A.
@teraneguliyeva1028
@teraneguliyeva1028 4 года назад
Super
@lolaazeri3917
@lolaazeri3917 5 лет назад
Qəfil bir zəng.
@Deniz-qb6kp
@Deniz-qb6kp 6 лет назад
Bayiliram sizin sesinize .. soylediyiniz serler meni kecmisime qaytarir gozel duygularimi yadima salir var olun hemise......
@DenizDenz-bf3pd
@DenizDenz-bf3pd 8 месяцев назад
Çox xahiş edirəm sizdən Vahid Əzizin Əzizim şeirini ifa edərdiniz (əgər imkan varsa)
@kamranmyunis
@kamranmyunis 8 месяцев назад
Yalnız özümə bəlli səbəblərdən, o insana sayqım yoxdur deyə, ondan heç nə oxumaram. Ümumiyyətlə dəyər vermədiklərimdən heç nə oxumuram - bacardıqca.
@DenizDenz-bf3pd
@DenizDenz-bf3pd 8 месяцев назад
@@kamranmyunis tamam anladım.
@cavidqeribov3442
@cavidqeribov3442 4 года назад
Bu serde mena boyukdu ureyimde olan sozderi burda tapdim ((((((
@sevincrzayeva139
@sevincrzayeva139 3 года назад
Et cekinme
@sevincrzayeva139
@sevincrzayeva139 3 года назад
Et cekinme
@qurbanmemmedov7554
@qurbanmemmedov7554 3 года назад
O qədər elə qəfil zəng gözləyənlər var ki....
@renaagabekova1741
@renaagabekova1741 4 года назад
RAMIZ RÖVŞƏN MINƏTTARAM SIZƏ ..BU ŞEYRƏ GÖRƏ .VAR OLUN .ALLAhSIZI GORUSUN ..SIZƏDƏ .KƏMRAN BƏY ..BU SEYRI .SEÇIB .İXUDUXUZ YÇÜN.
@SS-pk7qj
@SS-pk7qj 4 года назад
Ramiz Rovwen yazir Kamran muallim de ele urekden ifa edir ki insanin gelbindeki en zerif simleri titreyir Allah sizleri gorusun Amin❤❤
@yeganequliyeva664
@yeganequliyeva664 Год назад
🎧💐💐💐💐💐💐💐🙏
@fatimulusoy4228
@fatimulusoy4228 4 года назад
👍👍👍👏👏👏
@raulagalarov862
@raulagalarov862 5 лет назад
Yene gezirem bos kuceleri...........
Далее
Ramiz Rövşən - Yuxu - Kamran M. YuniS
8:01
Просмотров 14 тыс.
ХОМЯК ВСЕХ КИНУЛ
10:23
Просмотров 635 тыс.
Sevgi şeirləri(#1) - Ramiz Rövşən
30:19
Просмотров 3,6 тыс.
RAMIZ ROVSHEN serleri
10:14
Просмотров 163 тыс.
Ramiz Rövşən - Köhnə sözlər - Kamran M. YuniS
3:51